MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə36/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   32   33   34   35   36   37   38   39   ...   196

tərbiyəsinin və təhsilinin məqsədlərinə müvafiq olaraq seçilmiş bu və 

ya  digər  elmin,  yaxud  incəsənətin  əsaslarının  öyrədilməsi  nəzərdə 

tutulur. 

Ümumtohsil  məktəblərinin  tədris  planları  üçün  tədris 

fənlərinin  seçilməsi.

 

Məktəb  bəşəriyyətin  topladığı  çoxsaylı  və 



müxtəlif  elmlərin  sistemləşdirdiyi  həyat  haqqında  bütün  biliklər 

sistemindən  öyrənmək  üçün  əsası  seçir.  Bunsuz  peşəsindən  asılı 

olmayaraq, müasir, təhsilli insanı təsəvvür etmək olmaz. 

Hərtərəfli  təhsilin  məzmununu  nə  təşkil  etməlidir?  Müəyyən 

olunmuşdur ki, elmlərin düzgün, metodoloji cəhətdən əsaslandırılmış 

təsnifatının nəzərdən keçirilməsi belə bir məzmuna xidmət edə bilər. 

Məlumdur  ki,  elm  sahələri  üç  şöbəyə  ayrılır.  Cansız  təbiəti 

öyrənən elmlərə riyaziyyat, astronomiya, mexanika, fizika, kimya və 

s. aiddir. 

Canlı orqanizmi öyrənən elmlər ikinciyə aiddir. 

Tarixi  varisliyi,  insanların  mövcudluq  şərtlərini,  ictimai 

münasibətlər,  onların  ideoloji  üstqurumu  ilə  hüquqi  və  dövlət 

formalarını öyrənən elmlər üçüncüyə aiddü*. 

Bəşər  cəmiyyətinin  inkişafınm  müasir  mərhələsində  yuxarıda 

göstərilən  hər  bir  elm  qrupunda  böyük  differensasiya  mövcuddur. 

Aydındır  ki,  ümumtəhsil  məktəbləri  üçün  çoxlu  elmlər  arasından 

yalnız daha çox ümumi, cəmiyyətin bütün üzvləri üçün zəruri olan 0 

elmlər  seçilir  ki,  ümumi  təhsili  başa  vurduqdan  sonra  onlar  həmin 

elmlər  üzrə  ixtisaslaşsınlar.  Bununla  belə  məktəbin  tədris  planmda 

bütün  adları  çəkilən  qruplar  təmsil  olunmalıdır  ki,  şagirdlərin 

hərtərəfli inkişafmı məktəb təmin etmiş olsun. 

Buna  görə  də  məktəbin  tədris  planında  tədris  fənləri  elə 

bölünməlidir  ki,  fizika,  riyaziyyat,  biologiya  və  humanitar  təyinatlı 

digər fənlərə kifayət qədər vaxt ayrılsın. 

Bu elmlərin əsaslarının öyrənlməsi təhsili davam etdirmək, baş 

verən hadisələri dərk etmək və ölkənin ictimai həyatında şüurlu iştirak 

etmək üçün hər bir insana tamamilə zəruridir. Ümumtəhsil məktəbinin 

tədris  planına  ictimai  elmlərdən  etnoqrafiya,  arxeologiya,  etika, 

sənətşünaslıq, siyasi iqtisad və bir çox başqaları daxil edilmir. Onların 

bir çoxu tədris planına ona görə daxil edilmir ki, həmin elmlər xüsusi 

xarakter  daşıyır  və  yalnız  mütəxəssis  üçün  zəruridir,  digərləri  isə 

ümumtəhsil məktəbində (məsələn, siyasi iqti 



107 


sad,  fəlsəfə)  sistemli  və  dərindən  öyrənmək  üçün  çətin  və 

mürəkkəbdir. 

Ümumtəhsil  məktəblərində  tədris  planında  daha  çox  saatlarm 

miqdarı ana dilinə ayrılır. Ana dilinin yaxşı öyrənilməsi digər fənləri 

də mənimsəmək üçün zəruri şərtdir. 

Dil  insanların  bir-birilə  ünsiyyət  saxladığı  vasitədir,  silahdır. 

Onun  köməyi  ilə  fikir  mübadiləsi  aparılır  və  qarşılıqlı  etimada  nail 

olunur. 


Fikir reallığı dildə təzahür edir. Dilsiz cəmiyyətin mövcudluğu 

mümkün  deyil.  Dil  insanların  ünsiyyət  vasitəsi  olaraq  cəmiyyətin 

mübarizə və inkişaf alətidir. 

Dil özlüyündə obyektiv aləmi dərk etməkdə mühüm vasitədir. 

Bütün  bunlar dilin  məktəbdə bir fənn kimi  tədrisinin nə qədər 

əhəmiyyətli olduğunu sübut edir. 

Politexnik  təhsilin  məqsədləri  üçün,  xüsusilə  fizika,  kimya, 

biologiya,  riyaziyyat  və  rəsmxət  kimi  fənlərin  böyük  əhəmiyyəti 

vardır. Lakin onlar zəruri istehsal-texniki bilikləri verə bilməz. 

Estetik  tərbiyə  vəzifələrinin  həyata  keçirilməsi  məqsədi  ilə  iki 

fənn-təsviri incəsənət və musiqi tədris planına daxildir. Bundan əlavə, 

ədəbiyyatın  və  digər  fənlərin  tədrisi  prosesində  estetik  tərbiyə 

vəzifələri də həyata keçirilir. 

Bədən tərbiyəsi fənni fiziki tərbiyə məqsədinə xidmət edir. 



3.6.

 

Tədris planında fənlərin yerləşdirilməsi sistemi 

Məktəbdə  şagirdlərin  müvəffəqiyyətli  təlimi  üçün  tədris 

fənlərinin  siniflər  üzrə  düzgün  bölünməsinin  böyük  əhəmiyyəti 

vardır. Bütün fənlər eyni vaxtda öyrənilə bilməz, çünki onların hər biri 

başqalarını  öyrənmədən  mənimsənilə  bilməz.  Lakin  digər  tərəfdən, 

hər hansı bir fəım tam mənimsənilməyənə qədər bu və ya digər fənnin 

öyrənilməsini  kənara  qoymaq  da  düzgün  deyildir.  Araşdırdığımız 

pedaqogika dərsliklərində bu qəbildən olan təkliflərə rast gəlmək olur. 

Əvvəlcə riyaziyyat kursunu tam öyrənmək, sonra isə fizikaya keçmək 

təklif  olunurdu.  Fizikanı  başa  vurduqdan  sonra,  kimyaya  başlamaq, 

kimyanı  qurtardıqdan  sonra  isə  coğrafiya  və  tarixi  öyrənmək  təklif 

olunurdu. 



108 


indiki  tədris  planlarında  ümumi,  politexnik  və  şagirdlərin  pe- 

şəyönümü arasındakı qarşılıqlı əlaqə öz əksini tapır. Təbiət-riyaziyyat 

silsiləli  fənlər  I  sinifdən  XI  sinfə  kimi  humanitar  fənlərlə  paralel 

öyrənilir. Bu, pedaqoji cəhətdən daha məqsədəuyğundur. 

Deməli,  təlim illəri  üzrə tədris  bölgüsü törəmə və təsadüfi ola 

bilməz.  O,  müəyyən  pedaqoji  tələbləri  təmin  etməlidir.  Təlimin 

vəzifələri onun hər pilləsinə uyğun gəlməlidir. 

Şagirdlərin yaş xüsusiyyətlərinin uçotu, onların inkişaf səviyyəsi 

təlimin hər bir pilləsində nəzərə alınmalıdır. 

3.7.

 

Tədris ilinin strukturu və tədris yükü 

Dərs  ilində  dərs  həftəsinin  və  dərs  günlərinin  düzgün 

müəyyənləşdirilməsi, təlim işlərinin müvəffəqiyyəti şagirdlərin fiziki 

inkişafı üçün əsas şərtlərdən biri olub, məktəbdə tədris məşğələlərinin 

uğurlu aparılmasına əsaslı təsir göstərir. 

Tədris ilinin strukturu Pedaqoji kollektivinin yəni müəllimlərlə, 

şagirdlərin fəaliyyət növləri ilə təmin olunur. 

Tədris ilinin təşkili, tədris-tərbiyə prosesində yüksək nəticələrin 

qazanılması  şagirdlərin  fiziki  və  mənəvi  qüvvələrinin  normal 

inkişafının təmin edilməsi vəzifələrinə tabe edilir. 

Məktəbdə  tədris  ilinin  müddəti  213  tədris  günündən  (aşağı 

siniflərdə) 230 günə qədərdir (yuxarı siniflərdə). 

Azərbaycan  Respublikası  Prezidentinin  sərəncamına  əsasən 

2004-cü  ildən  etibarən  orta  ümumtəhsil  məktəblərində  dərslərin  15 

sentyabrdan  başlanması  tö^iyə  olunmuşdur.  Əvvəlki  tədris  ilindəki 

bölgülər  belə  idi:  I  rüb  -  1  sentyabrdan  4  noyabra,  II  rüb  -  10 

noyabrdan  29  dekabra,  III  rüb  -  11  yanvardan  23  marta,  IV  rüb  1 

apreldən  yay  tətilinə  kimi.  Dərs  ili  müddətində  aşağıdakı  tətillər 

keçirilirdi: payız tətili 5 gün (noyabrın 5-dən 9-dək); qış tətili 12 gün 

(dekabrın 30-dan yanvarın 1 O-dək); yaz tətili 8 gün (martın 24- dən 

31-dək). 

Hazırkı  tədris  ilinin  bölgüsü  isə  belədir:  I  yarım  il  15 

sentyabrdan 30 dekabra qədər (1-6 noyabr payız tətilidir). II yarım il 

10 yanvardan 30 maya qədər (30 dekabrdan yanvarın 10-na qədər qış 

tətilidir). 

109 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə