MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə34/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   30   31   32   33   34   35   36   37   ...   196

öyrənənlərin,  tərbiyə  edənlərlə  tərbiyə  olunanların  davranışında, 

ünsiyyətində,  münasibətində  aydın,  saf,  sağlam  demokratik  mühitin 

yaradılması  bu  prinsipin  əsasını  təşkil  edir.  Hər  hansı  bir  təhsil 

müəssisəsində  uşaqların,  şagirdlərin,  tələbələrin,  müəllimlərin, 

tərbiyəçilərin  müstəqil  yaradıcı  fəaliyyəti  naminə  birliklər, 

cəmiyyətlər,  təşkilatlar,  dərnəklər,  klublar,  lektoriyalar  yaradılması 

ideyasının  dəstəklənməsi,  xüsusi  şəraitin  yaradılması,  müstəqil  söz 

demək, sərbəst toplanmaq, sərbəst düşüncə tərzi ilə çıxış etmək, azad 

davranış  və  fəaliyyət  üçün  (siyasi  fəaliyyət  istisna  olmaqla)  rəvac 

vermək demokratik mühitin, ab-havanın bərqərar olması üçün başlıca 

şərtlər hesab olunur. 

Təhsildə  demokratiyanm  təmin  edilməsi,  həm  də  təhsildə 

xalqların hüquq bərabərliyinin qorunmasına zəmin yaradır. 

Təhsildə  xalqların  hüquq  bərabərliyL

 

Əsas  Qanunumuzda 



təsbit olunan xalqlarm hüquq bərabərliyi məsələsi Təhsil Qanununda 

özünü  konkret  prinsip  kimi  büruzə  verir.  Azərbaycanda  4  min 

yarımdan çox ümumtəhsil və orta ixtisas məktəblərində, 50-yə yaxın 

ali təhsil müəssisələrində yetərincə qeyri azərbaycanlılar təhsil alırlar. 

Son iki onilliyin statistikasma əsaslansaq deməliyik ki, Azərbaycanın 

4  mindən  artıq  orta  ümumtəhsil  məktəblərində  hər  il,  təqribən  1 

milyon yarıma qədər şagird təhsil almışdır ki, onların da təqribən, yüz 

mindən 


çoxu 

qeyriazərbaycanlı 

olmuşdur. 

Bu 


rəqəmləri 

yuvarlaşdırsaq  deməyə  əsasımız  var  ki,  son  20  ildə  Azərbaycan 

məktəblərində  bir  milyondan  artıq  qeyriazərbaycanlı  təhsil  almışdır 

ki,  bunlarm  içərisində  rus,  ukraynalı,  belorus,  yəhudi,  latış,  cston, 

ləzgi, talış, tatar, kürd, gürcü, engiloy, türk (mes- xett, türkləri nəzərdə 

tutulur),  avar,  çeçen  və  sair  bu  kimi  millətlərin  və  azsaylı  xalqların 

nümayəndələri  vardır.  Azərbaycanda  digər  millətlərin  və  xalqların 

dilində  məktəblərin  açılması,  onlar  üçün  öz  dillərində  (xüsusilə  rus 

dilində) tədris materiallarının nəşr olunması fasiləsiz təhsil sisteminin 

həm  də  xalqların  hüquq  bərabərliyi  prinsipi  əsasında  qurulmasına 

dəlalət edir. 

Təhsilin 

diferensiallaşdmiması 

və 

inteqrasiyası.

 

“Diferensiasiya”  sözü  latm  dilindəki  «differentia»  sözündən  əmələ 



gəlmiş,  fərqlənmə  mənasını  verir.  Diferensiallaşdırma  isə  fərqləri, 

fərqli  cəhətləri  müəyyənləşdirib  komplektləşdirmə  kimi  başa 

düşülməlidir.  Azərbaycan  təhsil  sistemində  differensiallaşdırma 

aparmadan 

101 



onu  dünya  təhsil  sisteminə  də  inteqrasiya  edə  bilmərik.  Ölkəmizdə 

diferensiallaşdırmağa  kömək  edən  təmayüllü  məktəblərin  olması 

yaxşı  hal  olsa  da,  bu  məktəblərdəki  kontingentin,  əsasən, 

valideynlərin arzu və istəyi  əsasmda komplektləşdirilməsi bu işə bir 

növ mane olur. 

Burada bü məsələ üzərmdə bir qədər ətraflı dayanmağa ehtiyac 

duyulur. Bu, nədir? 

Məlum  olduğu  kimi,  ölkəmizdə  həyata  keçirilən  təhsil 

quruculuğu  dövlətin  həyata  keçirdiyi  təhsil  siyasətinin  əsas 

prinsiplərinə istmad edir. 

Lakin bu, bir həqiqətdir ki, adamların təhsilə cəlb edilməsi şəxsi 

maraqlara,  meyillərə,  valideynlərin  arzu-istəklərinə  əsasən  həyata 

keçirilir.  Dünyanm  inkişaf  etmiş  ölkələrində  isə  belə  ortodoksal 

meyillərə təsadüf etmək mümkün deyil. Məsələn, Yaponiyada təhsil 

quruculuğu  ümumxalq  maraqlarına,  xalqın  mənafeyi  naminə  həyata 

keçirilir.  Burada  ayrı-ayrı  fərdlərin  arzuları  yolverilməzdir.  Bunun 

üçün  Yaponiyada  orta  məktəblərdə  təhsilin  ayrı-  ayrı  pillələrində 

diferensasiyanın düzgün həyata keçirilməsi belə ortodoksal meyillərin 

yaranması  ehtimallarmı  sıfıra  endirir,  yəni  dövlət  təhsilin  ilkin 

pillələrmdən  başlayaraq  təhsilin  diferensasiya-  sını  ümumxalq 

mənafeyi üzərində qurur və sonuncu mərhələdə artıq şagirdlərin hansı 

ixtisaslar üçün yararlı olmasmı müəyyənləşdirir. Şagirdlər orta təhsili 

başa  vuranda  artıq  onların  hansı  sahədə  mütəxəssis  olacağı 

müəyyənləşir  və  onlar  topladıqları  kredit  ballarına  uyğun  olaraq  ali 

məktəblərin  müvafiq  faidiltələrinə  qəbul  olunurlar.  Nəticədə,  həm 

xalqa, həm də dövlətə lazım olan güclü kadr potensialı yaranır. Bizim 

ölkəmizdə əksinə olaraq kadr potensialı yuxarıda qeyd etdiyim kimi 

valideynlərin  istək  və  arzuları  əsasmda  «müəyyənləşir».  Bizim 

valideynlərin bir qismi övladlarmm hüquq təhsili almasına ciddi cəhd 

göstərir.  İstəyirlər  ki,  övladları  hüquq  mühafizə  orqanlarmda, 

prokratura sistemində, ədliyyə sahəsində çalışsın və həmişə imkanlı 

olsunlar. Bir qismi isə istəyir ki, övladları həkim olsun: ya cərrah, ya 

da ginekoloq kimi fəaliyyət göstərsinlər, əlləri həmişə pulla oynasın. 

Nəticədə,  ölkəmiz  üçün  layiqli  kadr  potensialı  yetişməsi  işində 

əngəllər  yaranu  və  beləliklə  şəxsi  mənafe  dövlət  mənafeyinə  üstün 

gəlir və stimul pozulur. Ona görə də biz təhsil işçiləri, xüsusilə elmi 

pedaqogika ilə məşğul olanlar 

102 



orta  təhsil  pilləsində  təhsilin  differensasiyası  ilə  bağlı  elmi  sistemi 

hazırlamalı,  onun  dərsliklərə,  dərs  vəsaitlərinə  gətirilməsinə  nail 

olmalıyıq. 

Bu  gün  valideynlər  övladlarına  xarici  dilin  və  kompüter 

texnologiyasının  öyrədilməsinə  ciddi  cəhd  göstərirlər.  Bu,  yaxşı 

haldur.  Lakin  diferensasiyanın  tərkib  hissəsi  kimi  bu  məsələni  orta 

təhsil pilləsində həyata keçirmək lazımdır. 

Təhsildə  kişi  və  qadmlarm  hüquq  bərabərliyinin,  yaradıcı 

şəxsiyyətin formalaşdırılmasımn, yeni informasiya texnologiyalarınm 

geniş tətbiq olunmasmın, siyasi fəaliyyətin yolverilməzliyinin təmin 

olunması  prinsiplərinə  istinad  olunması  fasiləsiz  təhsil  sisteminin 

məzmununun yaxşılaşmasına kömək edən amillərdəndir. 

Burada  təhsilin  məzmununun  yaxşılaşdırılmasına  kömək  edən 

digər amillərdən də söhbət açmaq yerinə düşərdi. 

Məktəbdə  təlimin  mərhələlər  üzrə  həyata  keçirilməsində 

varisliyin  gözlənilməsi;  təhsilin  məzmununun  şəxsiyyətin  hərtərəfli 

inkişafmı  təmin  etməsi;  təhsilin  məzmununda  milli  ənənə  və 

xüsusiyyətlərin, sistemliliyin, ardıcıllığın nəzərə alınması, fənlərarası 

əlaqənin yaradılması, nəzəriyyə və təcrübənin vəhdətdə götürülməsi, 

uşaqların  hazırlıq  və  psixoloji  inkişaf  səviyyələrinin  təhsilin 

məzmununa  uyğun  gəlməsi,  tədris  planları  üçün  tədris  fənlərinin 

seçilməsi və sair həmin amillərdəndir. 



Məktəb  təliminin  mərhələləri  üzrə  təhsilin  məzmununun 

varisliyi.

 

Təhsil sisteminin müxtəlif vasitələri arasmda qarşılıqlı əlaqə 



mövcuddur.  Bu  zaman  hər  bir  mərhələ  öz  işini  əvvəlki  mərhələ 

üzərində qurur. İbtidai məktəbdən əsas məktəbə, əsas məktəbdən orta 

məktəbə,  ortadan  aliyə  maneəsiz  keçmək,  habelə  ümumtəhsil 

məktəblərindən  bütün  peşə  tədris  müəssisələrinə  azad  və  maneəsiz 

daxil olmaq imkanı təmin olunur. 

Təhsilin məzmununun şəxsiyyətin hərtərəfli inkişafım tə^ min 

etmə  su

 

Azərbaycan  Respublikasının  Təhsil  Qanununda  mütərəqqi 



dünyagörüşə  malik  olan  və  onu  daim  inkişaf  etdirməyə  çalışan 

şəxsiyyət  formalaşdırmaq  başlıca  vəzifə  kimi  irəli  sürülür. 

Ümumtəhsil  məktəblərində  şagirdlərə  verilən  təhsil  milli-mənəvi, 

əxlaqi və ümumbəşəri dəyərləri özündə ehtiva edir. Bu cür normalar 

təhsilin  məzmununda  sistemə  salınır,  şəxsiyyətin  hərtərəfli  in- 

kişafma şərait yaradılır. 



103 


Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə