MİLLİ GÖRÜŞ
3
RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!
Bütün həmdlər Allaha – aləmlərin Rəbbinə
məxsusdur! Allahın salamı və rəhməti Onun
Peyğəmbəri Həzrət Mühəmməd (s)-ə, onun pak və
təmiz Əhli-Beytinə, seçilmiş əshabələrinə və Allahın
göndərdiyi bütün peyğəmbərlərə olsun!
RAMAZAN AYININ ASTANASINDA
Gələcək günlərdə ramazan ayının istiqbalına
çıxacağıq. İmam Zeynəlabidin əleyhissəlamın dediyi
kimi ramazan ayı “İslam və paklıq ayıdır”. Allah
Rəsulu da ramazan ayına “Ümmətimin ayı” demişdir.
Məqam və dərəcələrlə dolu belə bir ayın istiqbalına
çıxdığımız vaxt, islami şəxsiyyətin forması ilə əlaqəli
olan amillərin bu ayda tanınmasına çalışmalıyıq.
Burada çox mühüm bir nöqtə vardır ki, biz ona diqqət
etməliyik. Və o da budur ki, Allah-Taala ibadətlər üçün
iki dairə qərar vermişdir:
1. İBADƏT DAİRƏSİ
Bu, Allaha ibadətin sirrinin dairəsidir; çünki insan
ibadətdə Allaha bəndəliyin mənasını hiss edir. İnsan
özünə vacib bilir ki, Allahda ərisin və özünün fərdi
qəlibindən çıxsın, ta ki, onun idrakı Allah qarşısında
təvazö etsin, qəlbi qorxu və sayğı ilə dolsun, bədəni
Allah qarşısında rüku etsin və rükusunda Allaha
təzim etsin, səcdəyə getsin və öz səcdəsində Allahı
böyük saysın və dininə bağlı bir müsəlman olsun ki,
bütün işlərində və sözlərində Allaha təzim etsin. İnsan
vücudu orucda zərrə-zərrə Allaha ibadət etdiyi vaxt,
onun vücudunun bütün ünsürləri, Allah qarşısındakı
təvazökarlıqda ikinci bir həyatı tapır. Agahlıqla oruc
tutan bir şəxs özünün bütün orucunu Allaha təqdim
edir; həcc işlərilə məşğul olduğu vaxt ehram halında
özünün bir çox nəfsani istəklərindən məhrum olur
və Allahın sevdiyi dairədə məhdud qalsın deyə Allah
evinin ətrafında təvaf edir. Və həyatı boyu da həmin
dairədə təvaf etməli və səyi Allah yolunda olmalıdır.
Hər bir yerdə düşünsə və onun bütün mövzuları və
rəftarları Allah qarşısında təvazökarlıqdır. Hərçənd
ki, onun sirrini başa düşməməsi və mənasını idrak
etməməsi mümkündür. İnsan Allahda ərimək üçün
özünün daxili ünsürlərini atmalı və yaxşıca hiss
etməlidir ki, Allah bəndəlik yolu ilə ona bir şey
olduğunu hiss etdirmədən o, Allahın qarşısında heç bir
şey deyildir.
RAMAZAN AYI
İLAHİ TƏQVA ÜZƏRİNDƏ
İRADƏNİN TƏRBİYƏ
OLUNMASI AYI*
MİLLİ GÖRÜŞ
4
2. TƏRBİYƏ DAİRƏSİ
İkinci dairə tərbiyə dairəsidir ki, ibadətin insan
şəxsiyyətinin ünsürləri üzərindəki təsirlərini nümayiş
etdirir. Məsələn, Quranda oxuyuruq: “Həqiqətən,
namaz insanı həyasızlıqdan və çirkin işlərdən
çəkindirər”
1
. Buna əsasən, insan namaz qılıb, öz
namazında qiraət ünsürləri, rüku, səcdələr, oturmaq
və qiyamı (ayaqüstə dayanmaq) yerinə yetirdikdə elə
bir aləmlə əlaqə yaradır ki, o aləm ona işarə edir ki,
sən gərək öz əxlaqi bütövlüyünlə yaşayasan, hədləri
aşmayasan və Allahın sevmədiyi və camaatın da
xoşlanmadığı şeylərdən uzaq qaçasan.
İnsan oruc tutduqda, şübhəsiz, orucdan məqsəd
budur ki, insan ilahi təqva üzərində tərbiyə olunmalıdır.
Quranda buyurulur: “Ey iman gətirənlər! Təqva
(Allahın yasaq etdiyi şeylərdən qorunma) sahibi
olasınız deyə oruc, sizdən əvvəlki ümmətlərə vacib
edildiyi kimi sizə də vacib edildi”, çünki Allah
üçün oruc tutmağının və Onun üçün öz bəndəliyini
nümayiş etdirməyinin mənası budur ki, sən elə bir
insan olmusan ki, həqiqətdən başqa bir şeyin ona
gəlməməsi üçün əqlini, məhəbbətdən başqa bir şeyin
onda qərar tutmaması üçün qəlbini və xeyir yoldan
başqasında addımlamaması üçün bədənini qoruyan
bir insan olasan deyə oruc səni hərəkətə gətirmişdir.
Deməli, ilahi təqva insanın həmişə həyatdakı yerini
dəyərləndirməsilə bərabər olmalıdır. Bir işdə Allahın
razılığı olduğunu bilmədən addım atmamalıdır.
Buna görə də oruc insana deyir: “Düşüncələrində,
duyğularında, hisslərində və hərəkətlərində ədalətə
riayət edən bir insan ol!, çünki təqvan artdıqca, ədalət
və etidalın da artmalıdır. Təqva xəttindən azmaq, elə
həyatdakı yerinə yetirilməsi və çəkinilməsi lazım olan
işlərdə etidal xəttindən azmaqdır.
QURANDA RAMAZAN AYI
Artıq ramazan ayından danışan ayələrlə ramazan
ayına baxa bilərik. Allah Quranın “Bəqərə” surəsinin
185-ci ayəsində buyurur: “Ramazan ayı bir aydır ki,
insanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri
ilə aydınlaşdıran və haqqı batildən ayıran Quran,
bu ayda nazil edilmişdir”.
Görürük ki, Allah-Taala bu ayədə ramazan ayı
haqqında danışdığı bir halda, bu ayın xəbərləri yolu
ilə bizi Qurana doğru sövq edir, ta bu mətləb haqqında
bizimlə söhbət etsin ki, Allah Quranı bu ayda nazil
etmişdir və o cür bilməliyik ki, Allah Quranı biz onu
dərk edək, ondan dərs alaq, onun hidayət nurunun
pənahında yol axtaraq, qaranlıqlardan nura və işığa
çıxaq və ona əməl edək, – deyə nazil etmişdir. Bütün
bunlardan bu başa düşülür ki, ramazan ayının, insan
həyatının mətnində Quranın sürətlə hərəkət etməsilə
əlaqəsi vardır, çünki Allah ona görə Quranı bu ayda
nazil etmişdir ki, camaat bu ayın ətirdolu fəzasında
Quranın ayələrilə ünsiyyətdə olsunlar.
Ayənin başlanğıcı bu ayın insani fəzasına işarə
edir; ramazan ayı Quranı öz üzərinə götürən bir
aydır və Quran hərəkətli və diri şəkildə bu aya
daxil olmuşdur, sanki bu ayın hər bir ləhzəsində,
saniyələrində, dəqiqələrində, saatlarında və günlərində
Quran cərəyan etməkdədir. Bu baxımdan Qurandan
dərs aldığımız halda insan onunla yaşasın, – deyə
zaman bir Qurani ruhla əvəz olunur. Buna görə də,
Allah Quranın ramazan ayında nazil olma mətləbini
zikr etməklə kifayətlənmir və bəlkə ardınca belə
buyurur: “İnsanlara doğru yolu göstərən bir kitab”.
Allah Quranı ona görə ramazan ayında nazil etmişdir
ki, insanlar Quranın məfhumlarına, onun öyrətdiyi
əqidəyə, hökmlərinə, metodlarına, üslublarına və
əxlaqına diqqət edərək hidayət olsunlar. Yəni gərək bu
ayda Quran oxuyarkən Quranı yalnız onun ayələrini
ard-arda tələsik oxuyan bir şəxs kimi yox, Quran
oxumaqda hədəfi hidayət axtarışı olan bir insan kimi
oxumaq lazımdır.? Ona görə Quran oxu ki, həyatında
səninlə üz-üzə gələn dərbədərlik vadilərini tanıyasan və
zamanənin şərtlərinin səni içinə atdığı və sənin həlakət
və pərişanlıq səbəblərini hazırladığı azğınlıqları
yaxşıca tanıyasan. Quran oxu ki, din hökmlərindən
azmısansa, onun hökmlərdən danışan ayələri
vasitəsilə hidayət yolunu tapasan; Quran oxu ki, əgər
həyatında yolunu azmısansa, doğru yolu tanımaq üçün
onunla hidayət yolunu axtarasan; Quran oxu ki, əqli
məfhumların və düşüncələrin bir-birinə qarışdığı vaxt
hidayət yolunu yenidən tanıyasan və müxtəlif sözlər
qulağına çatdıqda hansına qulaq asacağını biləsən
və biləsən ki, ilahi sədaya qulaq asmalısan və digər
səslərə qulaq asmamalısan; çünki haqqın səsinə qulaq
assan, bütün şeylərdə həqiqət sədasını eşidəcəksən
və bütün boşluqların Allahın vəsiləsilə dolduğunu
hiss edəcəksən; hiss edəcəksən ki, Peyğəmbərin
səsi, elə Allahın səsidir, çünki o ilahi missiya yolu
ilə danışır. Və Allahın məsum övliyalarının (yəni
imamların) səsi, elə Allahın səsidir, çünki onlar Allah
tərəfindən vəzifələndirilmiş şəxslərdir. Vücudları
ilahi bir vücud olmasına baxmayaraq, heç vaxt öz
düşüncələrinə qapılmamışlar, əksinə özlərinin missiya
yollarına qapılmışlar, çünki onlar missiyanın əməli
təcəssümüdürlər.
HİDAYƏT … VƏ AŞKAR DƏLİLLƏR
“Quran insanlara doğru yol göstərən bir
kitabdır”. Bəli, əgər pərişanlıq və dərbədərliyə
giriftar olmusansa, Quran oxuduqdan sonra sənin
üçün yeni bir yolun açıldığını, yəqinlik, hüzur və iman
artımını hiss edirsən. “Ənfal” surəsinin 2-ci ayəsində
buyurulur: “Allahın ayələri oxunduğu zaman həmin
ayələr onların imanlarını daha da artırar. …” Elə
ki çarpışma meydanına daxil oldun və camaat müxtəlif
yerlərdən öz dəlillərini gətirdilər və sən Quran oxusan
orada sənin üçün həqiqəti izah edib səni ona doğru