MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə2/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
1   2   3   4   5   6   7   8   9   ...   43

MİLLİ GÖRÜŞ

3

 



RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

Bütün  həmdlər  Allaha  –  aləmlərin  Rəbbinə 

məxsusdur!  Allahın  salamı  və  rəhməti  Onun 

Peyğəmbəri Həzrət Mühəmməd (s)-ə, onun pak və 

təmiz Əhli-Beytinə, seçilmiş əshabələrinə və Allahın 

göndərdiyi bütün peyğəmbərlərə olsun! 

RAMAZAN AYININ ASTANASINDA

Gələcək  günlərdə  ramazan  ayının  istiqbalına 

çıxacağıq.  İmam  Zeynəlabidin  əleyhissəlamın  dediyi 

kimi  ramazan  ayı  “İslam  və  paklıq  ayıdır”.  Allah 

Rəsulu da ramazan ayına “Ümmətimin ayı” demişdir. 

Məqam  və  dərəcələrlə  dolu  belə  bir  ayın  istiqbalına 

çıxdığımız vaxt, islami şəxsiyyətin forması ilə əlaqəli 

olan  amillərin  bu  ayda  tanınmasına  çalışmalıyıq. 

Burada çox mühüm bir nöqtə vardır ki, biz ona diqqət 

etməliyik. Və o da budur ki, Allah-Taala ibadətlər üçün 

iki dairə qərar vermişdir: 

1. İBADƏT DAİRƏSİ

Bu, Allaha ibadətin sirrinin dairəsidir; çünki insan 

ibadətdə Allaha  bəndəliyin  mənasını  hiss  edir.  İnsan 

özünə  vacib  bilir  ki, Allahda  ərisin  və  özünün  fərdi 

qəlibindən çıxsın, ta ki, onun idrakı Allah qarşısında 

təvazö etsin, qəlbi qorxu və sayğı ilə dolsun, bədəni 

Allah  qarşısında  rüku  etsin  və  rükusunda  Allaha 

təzim  etsin,  səcdəyə  getsin  və  öz  səcdəsində  Allahı 

böyük saysın və dininə bağlı bir müsəlman olsun ki, 

bütün işlərində və sözlərində Allaha təzim etsin. İnsan 

vücudu  orucda  zərrə-zərrə Allaha  ibadət  etdiyi  vaxt, 

onun  vücudunun  bütün  ünsürləri, Allah  qarşısındakı 

təvazökarlıqda ikinci bir həyatı tapır. Agahlıqla oruc 

tutan  bir  şəxs  özünün  bütün  orucunu Allaha  təqdim 

edir; həcc işlərilə məşğul olduğu vaxt ehram halında 

özünün  bir  çox  nəfsani  istəklərindən  məhrum  olur 

və Allahın sevdiyi dairədə məhdud qalsın deyə Allah 

evinin ətrafında təvaf edir. Və həyatı boyu da həmin 

dairədə təvaf etməli və səyi Allah yolunda olmalıdır. 

Hər  bir  yerdə  düşünsə  və  onun  bütün  mövzuları  və 

rəftarları  Allah  qarşısında  təvazökarlıqdır.  Hərçənd 

ki,  onun  sirrini  başa  düşməməsi  və  mənasını  idrak 

etməməsi  mümkündür.  İnsan  Allahda  ərimək  üçün 

özünün  daxili  ünsürlərini  atmalı  və  yaxşıca  hiss 

etməlidir  ki,  Allah  bəndəlik  yolu  ilə  ona  bir  şey 

olduğunu hiss etdirmədən o, Allahın qarşısında heç bir 

şey deyildir. 

RAMAZAN AYI

  

İLAHİ TƏQVA ÜZƏRİNDƏ 

İRADƏNİN TƏRBİYƏ 

OLUNMASI AYI* 



  

   


MİLLİ GÖRÜŞ

4

 



2. TƏRBİYƏ DAİRƏSİ

İkinci  dairə  tərbiyə  dairəsidir  ki,  ibadətin  insan 

şəxsiyyətinin ünsürləri üzərindəki təsirlərini nümayiş 

etdirir.  Məsələn,  Quranda  oxuyuruq:  “Həqiqətən, 



namaz  insanı  həyasızlıqdan  və  çirkin  işlərdən 

çəkindirər”

1

.  Buna  əsasən,  insan  namaz  qılıb,  öz 

namazında  qiraət  ünsürləri,  rüku,  səcdələr,  oturmaq 

və qiyamı (ayaqüstə dayanmaq) yerinə yetirdikdə elə 

bir aləmlə əlaqə yaradır ki, o aləm ona işarə edir ki, 

sən  gərək  öz  əxlaqi  bütövlüyünlə  yaşayasan,  hədləri 

aşmayasan  və  Allahın  sevmədiyi  və  camaatın  da 

xoşlanmadığı şeylərdən uzaq qaçasan.

İnsan  oruc  tutduqda,  şübhəsiz,  orucdan  məqsəd 

budur ki, insan ilahi təqva üzərində tərbiyə olunmalıdır. 

Quranda  buyurulur:  “Ey  iman  gətirənlər!  Təqva 



(Allahın  yasaq  etdiyi  şeylərdən  qorunma)  sahibi 

olasınız deyə oruc, sizdən əvvəlki ümmətlərə vacib 

edildiyi  kimi  sizə  də  vacib  edildi”,  çünki  Allah 

üçün  oruc  tutmağının  və  Onun  üçün  öz  bəndəliyini 

nümayiş  etdirməyinin  mənası  budur  ki,  sən  elə  bir 

insan  olmusan  ki,  həqiqətdən  başqa  bir  şeyin  ona 

gəlməməsi üçün əqlini, məhəbbətdən başqa bir şeyin 

onda  qərar  tutmaması  üçün  qəlbini  və  xeyir  yoldan 

başqasında  addımlamaması  üçün  bədənini  qoruyan 

bir insan olasan deyə oruc səni hərəkətə gətirmişdir. 

Deməli,  ilahi  təqva  insanın  həmişə  həyatdakı  yerini 

dəyərləndirməsilə bərabər olmalıdır. Bir işdə Allahın 

razılığı  olduğunu  bilmədən  addım  atmamalıdır. 

Buna  görə  də  oruc  insana  deyir:  “Düşüncələrində, 



duyğularında, hisslərində və hərəkətlərində ədalətə 

riayət edən bir insan ol!, çünki təqvan artdıqca, ədalət 

və etidalın da artmalıdır. Təqva xəttindən azmaq, elə 

həyatdakı yerinə yetirilməsi və çəkinilməsi lazım olan 

işlərdə etidal xəttindən azmaqdır. 



QURANDA RAMAZAN AYI

Artıq ramazan ayından danışan ayələrlə ramazan 

ayına baxa bilərik. Allah Quranın “Bəqərə” surəsinin 

185-ci ayəsində buyurur: “Ramazan ayı bir aydır ki, 



insanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri 

ilə aydınlaşdıran və haqqı batildən ayıran Quran, 

bu ayda nazil edilmişdir”.

Görürük  ki,  Allah-Taala  bu  ayədə  ramazan  ayı 

haqqında  danışdığı  bir  halda,  bu  ayın  xəbərləri  yolu 

ilə bizi Qurana doğru sövq edir, ta bu mətləb haqqında 

bizimlə  söhbət  etsin  ki, Allah  Quranı  bu  ayda  nazil 

etmişdir və o cür bilməliyik ki, Allah Quranı biz onu 

dərk  edək,  ondan  dərs  alaq,  onun  hidayət  nurunun 

pənahında  yol  axtaraq,  qaranlıqlardan  nura  və  işığa 

çıxaq və ona əməl edək, – deyə nazil etmişdir. Bütün 

bunlardan bu başa düşülür ki, ramazan ayının, insan 

həyatının  mətnində  Quranın  sürətlə  hərəkət  etməsilə 

əlaqəsi vardır, çünki Allah ona görə Quranı bu ayda 

nazil  etmişdir  ki,  camaat  bu  ayın  ətirdolu  fəzasında 

Quranın ayələrilə ünsiyyətdə olsunlar. 

Ayənin  başlanğıcı  bu  ayın  insani  fəzasına  işarə 

edir;  ramazan  ayı  Quranı  öz  üzərinə  götürən  bir 

aydır  və  Quran  hərəkətli  və  diri  şəkildə  bu  aya 

daxil  olmuşdur,  sanki  bu  ayın  hər  bir  ləhzəsində, 

saniyələrində, dəqiqələrində, saatlarında və günlərində 

Quran  cərəyan  etməkdədir.  Bu  baxımdan  Qurandan 

dərs  aldığımız  halda  insan  onunla  yaşasın,  –  deyə 

zaman  bir  Qurani  ruhla  əvəz  olunur.  Buna  görə  də, 

Allah  Quranın  ramazan  ayında  nazil  olma  mətləbini 

zikr  etməklə  kifayətlənmir  və  bəlkə  ardınca  belə 

buyurur: “İnsanlara doğru yolu göstərən bir kitab”. 

Allah Quranı ona görə ramazan ayında nazil etmişdir 

ki,  insanlar  Quranın  məfhumlarına,  onun  öyrətdiyi 

əqidəyə,  hökmlərinə,  metodlarına,  üslublarına  və 

əxlaqına diqqət edərək hidayət olsunlar. Yəni gərək bu 

ayda  Quran  oxuyarkən  Quranı  yalnız  onun  ayələrini 

ard-arda  tələsik  oxuyan  bir  şəxs  kimi  yox,  Quran 

oxumaqda hədəfi hidayət axtarışı olan bir insan kimi 

oxumaq lazımdır.? Ona görə Quran oxu ki, həyatında 

səninlə üz-üzə gələn dərbədərlik vadilərini tanıyasan və 

zamanənin şərtlərinin səni içinə atdığı və sənin həlakət 

və  pərişanlıq  səbəblərini  hazırladığı  azğınlıqları 

yaxşıca  tanıyasan.  Quran  oxu  ki,  din  hökmlərindən 

azmısansa,  onun  hökmlərdən  danışan  ayələri 

vasitəsilə hidayət yolunu tapasan; Quran oxu ki, əgər 

həyatında yolunu azmısansa, doğru yolu tanımaq üçün 

onunla hidayət yolunu axtarasan; Quran oxu ki, əqli 

məfhumların və düşüncələrin bir-birinə qarışdığı vaxt 

hidayət  yolunu  yenidən  tanıyasan  və  müxtəlif sözlər 

qulağına  çatdıqda  hansına  qulaq  asacağını  biləsən 

və  biləsən  ki,  ilahi  sədaya  qulaq  asmalısan  və  digər 

səslərə qulaq asmamalısan; çünki haqqın səsinə qulaq 

assan,  bütün  şeylərdə  həqiqət  sədasını  eşidəcəksən 

və  bütün  boşluqların  Allahın  vəsiləsilə  dolduğunu 

hiss  edəcəksən;  hiss  edəcəksən  ki,  Peyğəmbərin 

səsi,  elə  Allahın  səsidir,  çünki  o  ilahi  missiya  yolu 

ilə  danışır.  Və  Allahın  məsum  övliyalarının  (yəni 

imamların) səsi, elə Allahın səsidir, çünki onlar Allah 

tərəfindən  vəzifələndirilmiş  şəxslərdir.  Vücudları 

ilahi  bir  vücud  olmasına  baxmayaraq,  heç  vaxt  öz 

düşüncələrinə qapılmamışlar, əksinə özlərinin missiya 

yollarına  qapılmışlar,  çünki  onlar  missiyanın  əməli 

təcəssümüdürlər. 

HİDAYƏT … VƏ AŞKAR DƏLİLLƏR

“Quran  insanlara  doğru  yol  göstərən  bir 

kitabdır”.  Bəli,  əgər  pərişanlıq  və  dərbədərliyə 

giriftar  olmusansa,  Quran  oxuduqdan  sonra  sənin 

üçün yeni bir yolun açıldığını, yəqinlik, hüzur və iman 

artımını hiss edirsən. “Ənfal” surəsinin 2-ci ayəsində 

buyurulur: “Allahın ayələri oxunduğu zaman həmin 

ayələr onların imanlarını daha da artırar. …” Elə 

ki çarpışma meydanına daxil oldun və camaat müxtəlif 

yerlərdən öz dəlillərini gətirdilər və sən Quran oxusan 

orada  sənin  üçün  həqiqəti  izah  edib  səni  ona  doğru 




Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə