MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə3/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
1   2   3   4   5   6   7   8   9   ...   43

MİLLİ GÖRÜŞ

5

 



hidayət edən aşkar dəlilləri oxuyacaqsan. “Bəyyinat” 

(aşkar  dəlil  və  aydın  ayələr)  sözündən  məqsəd  haqq 

və batili bir-birindən ayıran xəttdir. Quran furqandır, 

çünki bununla onu bir-birindən ayırır və haqla batil bir-

birinə qarışmır. Buna əsasən haqqı Quranın aynasında 

gördükdə  ona  tabe  ol  və  batili  Quranda  tanıdıqda, 

ondan uzaqlaş; Quran heyrətgətirici şübhələri insandan 

bərtərəf edir. 

Bu şərafətli ayələrdə Allah bizdən yalnız Quranın 

vəsfinə qulaq asmağı istəmir, əksinə hidayət və aşkar 

dəlillər  dünyası  olduğu  üçün  həqiqəti  vəsf  edən  və 

haqla  batili  bir-birindən  ayıran  Quran  dünyasına 

girməyimizi  istəyir  və  ramazan  ayının  Qurandan 

ayrı  olmadığını  bizim  yadımıza  salır.  Deməli, Allah 

insanlarla bir yerdə olsun deyə Quranı bu ayda nazil 

etmişdir.  Və  bu  ay  ilahi  kəlam  və  onun  tövsiyələri, 

nəsihətləri və hökmlərindən boş qalmamalıdır. 

İRADƏ ÜZƏRİNDƏ MƏŞQ 

İŞİ APARMAQ

“Sizdən  kim  bu  aya  yetişsə,  bu  ayı  oruc 

tutmalıdır. …”

2

 Yəni kim bu ayda hazır olsa və onu 

dərk etsə, onu oruc tutmalıdır, çünki Allah insanın bu 

ayda qəviiradəli və öz iradəsinin ehtiva etdiyi şeylərdən 

də kamil şəkildə agah olmasını istəmişdir. Məsələ bu 

deyildir  ki,  sən  yalnız  öz  iradəni  gücləndirməlisən, 

bəlkə,  sənin  qüvvətli  iradənin  ehtiva  etdiyi  şeylər 

haqqa  dayanmalı  və  ilahi  razılığa  məzhər  olmalıdır. 

Buna görə də, Allah orucu, iradəni təqva yolunda məşq 

etdirmək üçün qərar vermişdir. Allah istəmir ki, iradə 

üzərində məşq işi aparmaq bir fərdi imtiyaza çevrilsin 

və  sən  azğınlıq  və  sapqınlıq  yolunda  addım  atasan. 

Deməli, Allah  insandan  iradəsini  qüvvətləndirməsini 

istədiyi  kimi,  həmçinin  bizdən  istəyir  ki,  insan  öz 

iradəsi haqqında kamil agahlığa sahib olsun ki, bu iradə 

boş yerlərdə, batil və pis yollarda hərəkət etməsin.

Bu  minval  ilə  Allah  sənin  insaniyyətindən, 

ünsürlərində və prinsiplərində diri və hərəkətli olmağı 

istəyir. Bir çox insan dürüst prinsiplərə sahib olmadan 

güc-qüvvət,  qəhrəmanlıq,  güclü  vücud,  sağlamlıq 

və  məqamla  öz  şəxsiyyətini  zənginləşdirməyə 

və  ehtiyacsız  etməyə  çalışır.  Bəzi  ədiblərin  ilahi 

şair  adlandırdıqları  İmam  Zeynəlabidin  buyurur: 

“(Allahım!)  bizi  önümüzdən,  arxamızdan, 

sağımızdan,  solumuzdan  və  bütün  yönlərimizdən 

qoru.  Bu  qoruman,  bizi  Sənə  qarşı  günah 

etməkdən  çəkindirsin,  Sənə  itaət  etməyə  sövq 

etsin,  məhəbbətini  cəlb  etsin.  …”

3

  Pərvərdigara! 

Sənə  üsyan  yolunda  istifadə  edəcəyim,  yaxud 

Sənin  itaətinin  əksinə  addım  atacağım,  yaxud  Sənin 

məhəbbətindən uzaqlaşacağım bir qoruma istəmirəm. 

Bəlkə, məni elə qoru ki, o qoruma məni Sənin təyin 

etdiyin vəzifələrinlə və məhəbbətinlə məşğul olan bir 

insan qərar versin. 

Çərşənbə  axşamı  gününün  duasında  oxuyuruq: 



“Həyatı  xeyirxahlıqlarımı  artırmaq  və  ölümü  isə 

bütün pisliklərdən rahat olmağım üçün qərar ver!”

İmam  Zeynəlabidin  “Məkarimul-Əxlaq”  (“Gözəl 

əxlaq”)  duasında  buyurur:  “Ömrüm  Sənə  itaət 

yolunda olduğu müddətcə mənə ömür ver”. Buna 

əsasən, ömrüm bütün ünsürlərilə Sənə itaət və bəndəlik 

yolunda  qərar  tutduğu  müddətcə  mənim  ömrümü 

uzat,  “Əgər  ömrüm  Şeytan  otlağı  olarsa”,  yəni 

ömrüm  Şeytanın  get-gəl  etdiyi  yer  olarsa,  “Canımı 

Özünə  doğru  al”,  çünki  mən  Şeytanın  hakimiyyəti 

altında və şeytani fəzada olan ömrü sevmirəm, əksinə 

həyatımın sənin xidmətində olmasını sevirəm. Lakin 

Şeytanın xidmətində olan bir həyat, həyat rəngi və iyi 

ilə qarışmış bir ölümdür ki, onu  sevmirəm. “Qəzəbin 

sürətlə mənim üzərimə gəlməmişdən, yaxud mənim 

üzərimdə möhkəmlənmədikcə”. 

Kumeyl  duasında  belə  gəlmişdir:  “Çünki  bu 



əzab,  Sənin  qəzəb,  intiqam  və  narazılığından 

qaynaqlanır.  Bu  isə  göylərin  və  yerin  dayana 

bilməyəcəyi bir şeydir. Ey Seyidim! O zaman Sənin 

gücsüz, zəlil, kiçik, möhtac və biçarə bir qulun olan 

mən bu işlərə necə dayana bilərəm?” 

Həmçinin Əbuhəmzə Sumali duasında oxuyuram: 



“Məni davamlı xoşbəxtlik, kamil kəramət (əzizlik) 

və  tam  bir  həyatla  ömrünü  uzatdığın,  əməlini 

gözəlləşdirdiyin  və  pakizə  bir  həyat  bəxş  etdiyin 

şəxslərdən qərar ver!” 

Hədisdə  belə  deyilir:  “Etimadlı  şərt  olmadan 



ölüm istəmə!” Yəni psixoloji, hissi, iqtisadi və onun 

kimi  çətinliklər  ucbatından  ölüm  istəmə,  əksinə 

həyatda bütün məsuliyyətlərini kamilləşdirdiyin vaxt 

ölüm  istə;  bütün  günahlardan  pak  və  təmizlənmiş 

paltarla Allahın görüşünə çıxacağını hiss etdiyin vaxt 

ölüm istə. 

Əzizlərim!  İradənin,  islami  möhtəvası  ilə  oruc 

vasitəsilə tərbiyə olunması həmin ilahi təqvadır. İlahi 

təqvanın  mənasının,  Allahın  səni,  yasaq  qoyduğu 

yerlərdə  görməməsi  və  sənə  əmr  etdiyi  işləri  də 

tərk  etdiyini  görməməsi  olduğunu  bildiyimiz  vaxt 

başa  düşəcəyik  ki,  ilahi  təqva  sənin  həyatının  bütün 

hissələrinə  şamil  olmaqdadır  ki,  sən  bunları  icra 

etməli, yaxud onları buraxmalısan. 



ALLAH ÖZ BƏNDƏLƏRİNİN 

DOSTUDUR

“Ramazan  ayına  yetişən  şəxslər  bu  ayı  oruc 

tutmalıdırlar,  xəstə  …  olanlar  isə  …”

4

  Yəni  oruc 

onun  üçün,  yaxud  onun  xəstəliyi  üçün  zərərlidirsə, 

yaxud səfərdədirsə, istər çətin səfər olsun, yaxud asan, 



“başqa günlərdə oruc tutsunlar”. 

Buna əsasən, Allah orucu cismən sağlam olan və 

öz vətənində, yaxud qalacağı yerdə hazırda olan şəxs 

üçün vacib bir vəzifə qərar vermişdir. Lakin xəstə və 

müsafir şəxs sağaldıqdan, yaxud səfərdən qayıtdıqdan 

sonra, başqa ayların digər günlərində oruc tutmalıdır. 




Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə