MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə14/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
1   ...   10   11   12   13   14   15   16   17   ...   43

  

   


MİLLİ GÖRÜŞ

22

 



Qovulmuş  Şeytandan  Allaha  Pənah 

Aparıram! 

Rəhman, Rəhim Allahın Adı İlə! 

Həmd  olsun  Allaha  –  aləmlərin 

Rəbbinə! Səlam və rəhmət olsun Seyidimiz 

Mühəmmədə, onun Əhli-Beytinə və bütün 

əshabələrinə! 

Dəyərli  dostlar,  gəlin  birlikdə  təfəkkür 

edək, nəfsimizi hesaba çəkək. Əlhəmdülillah 

ki, biz müsəlmanıq və İslamın təməl əsaslarına 

və  qaynaqlarına  iman  gətirən,  yaşayan, 

qarşılaşdığımız  problemlərin  həll  yolunu 

İslam dinində axtaran insanlarıq. Varlığında 

şəriki  olmayan  bir Allaha  iman  gətirmişik. 

“Aməntu”muz İslamın aməntusudur. Başqa 

aməntulara  etibar  edənlərdən  deyilik. 

Peyğəmbərimiz insanların “La ilahə illəllah 

və  Muhəmmədun  Rəsulullah”,  –  deməsini 

təmin  edərək  cəhalətin  qaranlığından 

qurtulub İslamın aydınlığına qovuşmalarını 

bacardı. Peyğəmbərimizin təbliğ və dəvətinə 

müxatəb  olanlar  şirkdən  tövhidə  qayıtdılar, 

dünyalarını və axirətlərini xilas etdilər. 

Allah  varlığının  başlanğıcı  və  sonu 

olmayan,  doğmamış  və  doğulmamış, 

başqasına  möhtac  olmayan,  kamal  sifətləri 

ilə  müttəsif  olan  (sifətlənmiş)  və  hər  cür 

eyib  və  naqislikdən  uzaq  bir  İlahdır.  O, 

yaradan,  yaşadan,  tənzimləyən  və  idarə 

edəndir.  Varlığının  bilinməsi  üçün  Kainatı 

yaratmışdır.  Mülkün  sahibidir.  Mülkündə 

şəriki  yoxdur.  Dünya  imtahanı  sona  çatıb 

qiyamət  qopduqda  axirət  aləmində  məhşər 

yerində hesab gününün yeganə hakimidir. 

Aləmlərin  Rəbbi  olan  Allah  insanı 

məxluqatın  ən  şərəflisi  (əşrəfi-məxluqat) 

olaraq  yaratmışdır.  Biz  Onun  yaratdığı  bir 

məxluquq. Bizi yaradan, yaşadan, rizq verən, 

idarə  edən  və  əcəlimizi  müəyyənləşdirən 

Odur.  Biz  Onun  mülküyük  və  Onun 

mülkündə yaşayırıq. Söz Onundur və Onun 

sözünün  yanında  bizim  heç  bir  sözümüz 

yoxdur. O, sözünü Quran-kərimdə demişdir. 

“Mülk” surəsinin 1-ci və 2-ci ayələrində belə 

buyurur: “Mülk əlində olan Allah nə qədər 

ucadır.  O,  hər  şeyə  qadirdir!  Hansınızın 

əməlcə  daha  gözəl  olduğunu  sınamaq 

üçün  ölümü  və  həyatı  yaradan  Odur. 

O,  Əzizdir  (yenilməz  qüvvət  sahibidir), 

Qəfurdur (çox bağışlayandır)!”

Allah  biz  qullarını  bu  dünya  həyatında 

imtahan edir. “Hər bir nəfs (canlı) ölümü 

dadacaqdır.  Yoxlamaq  məqsədi  ilə  Biz 

sizi  şər  və  xeyirlə  imtahana  çəkərik. 

Və  siz  ancaq  Bizim  hüzurumuza 

qaytarılacaqsınız!”

1

  

Bu  və  bunun  kimi  bir  çox  Quran 



ayələri  dünya  həyatımızın  bir  imtahan  yeri 

olduğunu,  həyatın  və  ölümün  bir  imtahan 

üçün yaradıldığını bizə xəbər verir. 

“Biz  bu  dünya  həyatında  nə  üçün 

imtahan  olunuruq?”  –  sualı  əhəmiyyətli 

İSLAM BİR HƏYAT NİZAMIDIR

      

 İsmayıl Haqqı Akkiraz

“Şüurlu Müəllimlər Dərnəyi”nin Sədri 

VƏ SİYASƏT DƏ

BİR İMTAHANDIR 



MİLLİ GÖRÜŞ

23

 



bir  sual  olaraq  qarşımızdadır.  Gəlin  bu 

sualın  cavabını  Qurandan  öyrənək.  “Sizi 



yer  üzünün  xəlifələri  təyin  edən,  verdiyi 

nemətlər  xüsusunda  sizi  sınamaq  üçün 

birinizi  digərinizdən  dərəcələrlə  üstün 

edən  Odur.  Həqiqətən,  sənin  Rəbbin 

tezliklə  cəza  verəndir  (Səriül-iqabdır)  və 

O, şübhəsiz ki, Qəfurdur (bağışlayandır), 

Rəhimdir!”

2

   


Bu ayədə də işarə edildiyi kimi Rəbbimiz 

başqa  varlıqlara  verməyib  yalnız  bizə 

verdiyi nemətlərə görə bizi imtahan edir. Bu 

nemətlər başda əql neməti olmaqla doğrunu 

yanlışdan, yaxşını pisdən, gözəli çirkindən, 

faydalını  zərərlidən,  ədaləti  zülmdən  ayıra 

bilmə nemətləri ilə cüzi iradə  nemətləridir. 

Bu  altı  nemət  insanların  dünya  və  axirət 

xoşbəxtlikləri  üçün  gərəklidir,  lakin  yetərli 

deyildir.  Bu  nemətləri  tamamlamaq  üçün 

rəhmli  və  şəfqətli  olduğu  üçün  Allah 

insanlara  yeddinci  nemət  olaraq  İslam 

nemətini  də  ehsan  etmişdir.  İslam  neməti 

Allahın  insan  oğluna  ən  böyük  ikramı 

və  ehsanıdır.  ...  “Bu  gün  dininizi  sizin 

üçün  kamil  etdim,  sizə  olan  nemətimi 

tamamladım  və  sizin  üçün  din  olaraq 

İslamı bəyənib seçdim. ...”

3

  Bu ayə İslam 

dini ilə nemətlərin tamamlandığını və dinin 

yaradan, yaşadan və idarə edən Rəbbimizin 

rizası olduğunu elan edir. Bu elanın tələbidir 

ki, insan Xaliqini razı salmaq üçün İslamın 

həm  formasına,  həm  də  məzmununa  tabe 

olmalıdır.  Bizim  dünya  imtahanımızın 

hikməti,  Allahın  rizası  olan  İslam  dinini 

bir  həyat  nizamı  olaraq  görüb  yaşayaraq 

şükr  edənlərdənmi,  yoxsa  nəfsimizi  və 

arzularımızı  əsas  götürüb  batilə  yönələrək 

nankorlardanmı  olacağıq  xüsusudur?  “... 



Biz  onu  imtahana  çəkəcəyik.  Biz  onu 

eşidən, görən yaratdıq. Biz ona haqq yolu 

göstərdik.  İstər  minnətdar  olsun,  istər 

nankor” .

4

 

İslam  dini  Allahın  rizasıdır,  bir  tərcih 



deyildir.  Dünya  və  axirət  xoşbəxtliyimiz 

üçün yeganə çarədir. Allah nəzdində yeganə 

haqq  din  İslam  dinidir.  İslamsız  xoşbəxtlik 

ola bilməz. Bu həqiqətləri mütləq görməliyik. 

Hesaba  çəkiləcəyimiz  günün  peşmançılığı 

bizə  heç  bir  fayda  verməyəcək.  Qiyamət 

gününə  diqqət  edərək  dünya  həyatındakı 

işlərimizi nizama salmaq bir məcburiyyətdir. 

Necə ki Quran Peyğəmbərimizin dili ilə bizə 

xəbərdarlıq edir: “De: “Mən də sizin kimi 



ancaq bir insanam. Mənə vəhy olunur ki, 

sizin ilahınız yalnız bir olan İlahdır. Kim 

Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, 

yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə 

heç kəsi şərik qoşmasın!”

5

  Bu ayədə dəvət 

edildiyimiz üç şey var: Allahın varlığına və 

birliyinə inanmaq, yaxşı işlər görmək (saleh 

əməllərlə məşğul olmaq), tövhiddə, əməldə 

və  əxlaqda  şirkə  mübtəla  olmamaq,  yəni 

Allah və Rəsulunun sözündən başqa sözlərə 

etibar etməmək. 

İnsanlar  ictimai  varlıqlardır.  Həyatlarını 

birlikdə  cəmiyyət  halında  yaşamağa 

məcburdurlar. Cəmiyyət halında yaşamağın 

qayda-qanunları  vardır.  Dünya  həyatımız 

baxımından  fərdi,  ictimai  və  təşkilati 

fəaliyyətlərimizlə  əlaqədar  olaraq  dörd 

sahəsi vardır. Bu sahələr aşağıdakılardır: 

1. Din və əxlaq. 

2. Elm, təlim və tərbiyə.

3. Ticarət və iqtisadiyyat.

4. Siyasət, idarə etmə və hüquq.

Bu dörd sahə bütöv həyatımızı ayrı-ayrı 

dəyərləndirəcəyimiz  məqamlar  deyildir. 

Bunlar  bütövün  parçalarıdırlar  və  birlikdə 

idarə  edilməsi  və  tənzimlənməsi  zəruri 

olan  ünsürlərdir.  Müsəlmanlar  və  bütün 

insanlıq  dünyası  dünya  və  axirət  səadəti 

baxımından  bu  dörd  sahəni  İslam  dininin 

təməl əsaslarına uyğun olaraq nizamlamağa 

məcburdurlar.  Əks  təqdirdə  xoşbəxtliyi 

əldə  edə  bilməyəcəklər.  “Kim  İslamdan 

başqa, bir din arxasınca gedərsə, heç vaxt 

ondan qəbul olunmaz və o, axirətdə zərər 

çəkənlərdən  olar!”

6

    Bu  ayə  insanların 



VƏ SİYASƏT DƏ

BİR İMTAHANDIR 


Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə