MİLLİ GÖRÜŞ
24
İslamı görməzlikdən gələrək qurduğu
nizamların Allah nəzdində bir dəyərə sahib
olmadığının ən açıq dəlilidir.
Allahın qulları olaraq Ondan gələn elə
Ona doğru qayıdacaq, dünya həyatımızın
hesabını sadəcə Ona verəcək şəxslər olaraq
əlimizin boşa çıxmaması üçün din və
əxlaqımızı, elmimizi, təlim və tərbiyəmizi,
ticarətimizi, iqtisadiyyatımızı, siyasətimizi,
idarəçiliyimizi və hüququmuzu Allahın
rizası olan İslam dini ilə formalaşdırmağımız
qulluğumuzun tələbidir.
Dəyərli dostlar, biz bu dünya həyatının
hesabını kimə verəcəyik? Əlbəttə ki, bizi
yoxdan var edən Allaha. Bu hesabı düzgün
şəkildə verə bilmək üçün Allahın rizası olan
İslam dinini yaşamalıyıq. Bilməliyik ki, İslam
dinini tam şəkildə yaşamaqla hər əməlimizə
cavabdehik. İslamı yarımçıq yaşamaq onu
bütöv şəkildə yaşamaq deyildir, çünki İslam
dininin yarısı onun özü deyildir. Biz İslamın
din və əxlaqla əlaqədar hökmlərini qəbul edib
tətbiq edəcəyik, lakin elm, təlim və tərbiyə,
ticarət, iqtisadiyyat, siyasət, idarə etmə və
hüquqla əlaqədar hökmlərini yox sayacağıq?!
Belə bir yanaşma tərzi bizə dünya imtahanını
qazandırmadığı kimi dünya və axirət
xoşbəxtliyimiz üçün də maneədir, çünki
Rəbbimizin belə bir vəziyyətə razılığı yoxdur.
“Aya siz kitabın bir hissəsinə inanıb, digər
qismini inkar edirsiniz? Sizdən bu cür işlər
görənlərin cəzası dünyada yalnız rüsvay
olmaq, qiyamətdə isə ən şiddətli əzaba
düçar olmaqdır. Allah etdiklərinizin heç
birindən qafil deyildir” .
7
Biz müsəlmanlar bu gün yaşadığımız
sıxıntıların kökündə yanlış İslam idrakının
yatdığını bilmək məcburiyyətindəyik.
İslam bir həyat nizamıdır. Siyasət, idarə
etmə və hüquq bu nizamın ayrılmaz parçasıdır
və bir imtahan mövzusudur. Biz Allahın
qulları olaraq bütün sahələrdə olduğu kimi
siyasi, idari və hüquqi məsələlərdə də İslamın
bu sahə ilə əlaqədar qoyduğu prinsiplərə tabe
olmalıyıq.
SİYASƏT NƏDİR?
Biz bir müsəlman kimi siyasətdən nə
başa düşməliyik? Bunu başa düşmək üçün
qaynaqlarımıza baxmalıyıq. Siyasət sözü
“Lisanul-Ərəb”də “İslah etmək məqsədilə
bir şey üzərində hakim olmaq” şəklində
açıqlanmışdır. “Qamusul-Mühit”də isə
kəlmənin lüğəvi mənası “əmr etmək/yasaq
qoymaq” olaraq verildikdən sonra “əslində
bir şeylə maraqlanmaq, ona sahib
çıxmaq və islah olunması barəsində etina
göstərmək” mənasını verdiyi bildirilir.
Ömər Nəsuhi Bilmənin “Hüquqi-
İslamiyyə” kitabında siyasətə belə
tərif verilir: “Əmr sahiblərinin (İslam
cəmiyyətinin idarəçilərinin) cəmiyyət
üçün qoyduqları əmr və yasaqları, ədəb
və əxlaqın, cəmiyyətin sabitliyinin və
mal təhlükəsizliyinin təmin olunması
ilə əlaqədar olaraq çıxarılan qanun,
insanlara dünya və axirət xoşbəxtliklərini
təmin edəcək yolu təbliğ etmək, dəvət
və irşad edərək cəmiyyətin islahı üçün
çalışmaq”.
İbn Abidin isə siyasətə bu şəkildə tərif
verir: “Siyasət xalqı dünya və axirətdə
xoşbəxtliklərini və xilas olmalarını
təmin edəcək yola irşad edərək, onların
təhlükəsizliyi, asayişi, rifahı və xeyiri
üçün fəaliyyət göstərməkdir”. Bu tərifin
ardınca İbn Abidin bütün islami hökmlərin
iman və siyasət çevrəsində fırlandığını
açıqlayır.
Bax, öz qaynaqlarımızda siyasətə belə
tərif verilir.
Ərbakan Xocamız “Milli Görüşçülər
olaraq bütün insanlığın xoşbəxtliyi üçün
çalışırıq. Biz siyasətlə məşğul olmuruq,
cihad edirik”, – sözlərini bu təriflərə
uyğun olaraq söyləmişdir.
Bu təriflərə görə siyasətin iki cəhəti
vardır: Birincisi zehniyyət və etiqad,
ikincisi ləyaqət və əhliyyət yönüdür.
MİLLİ GÖRÜŞ
25
Siyasətin zehniyyət və əqidə zəmini,
haqq ilə batilin İlah, insan və çevrə ilə
əlaqədar görüş və anlayışlarına əsaslanır.
Haqqın ilah anlayışının mahiyyətində
tövhid əqidəsi vardır. Bu etiqada görə
insan fitrət üzərində və günahsız olaraq
doğulmuşdur. Çevrə Allah tərəfindən
insanlara bir əmanət olaraq verilmişdir. Bu
xətti-hərəkət və anlayış hal-hazırda Milli
Görüş təşkilatı və onun üzvləri tərəfindən
təmsil edilməkdədir. Bu kadrların iqtidara
gəldikdə nə edəcəkləri barəsində Quranda
belə buyurulur: “O kəslərə ki, əgər onlara
yer üzündə iqtidar versək, namaz qılar,
zəkat verər, əmrun bil-məruf və nəhyun
ənil-münkər edərlər. Bütün işlərin sonu
Allaha aiddir”
8
.
Batilin ilah anlayışının kökündə təslis,
şirk və nəfsi ilah qərar vermə əqidəsi yatır.
Bu etiqada görə insan günahkar olaraq
doğulur, təmizlənmək və arınmaq üçün
kilsəni vasitəçi qərar verməyə məcburdur.
Çevrə kilsənin mülküdür. Bu anlayış bu
gün Qərb, İrqçi İmperializm, Sionizm
və onların əməkdaşları tərəfindən təmsil
edilir. Bu anlayışa sahib olan insanların
iqtidara gələcəyi təqdirdə görəcəyi işlər
Quranda belə açıqlanır: “İnsanların eləsi
vardır ki, onun dünya həyatı haqqındakı
sözləri sənin xoşuna gələr. O, qəlbində
olana da Allahı şahid göstərər. Halbuki
o, düşmənlərin ən qəddarıdır. O,
iqtidara gəldikdə yer üzündə fitnə-fəsad
törətməyə, əkini və nəsli məhv etməyə
çalışar. Halbuki Allah fitnə-fəsadı
sevməz!”
Hazırda da siyasət bu iki anlayışa görə
aparılır.
Ölkəmizdə (Türkiyə nəzərdə tutulur)
siyasət yeridən və iqtidara iddialı olan kadrlar
və bu kadrların yaratdıqları partiyalar bu iki
anlayışdan birinin təmsilçisi vəziyyətindədir.
Siyasətin əhliyyət və ləyaqət yönü
kadrların etiqadları və haqq anlayışlarının
yanında bilgi (elm), təcrübə, hidayət, fərasət,
dirayət və şüur sahibi olmaları vəziyyətidir.
Bu xüsusiyyətlərə sahib olmayan insanlara
idarə etmə vəkaləti vermək, vəkaləti verən və
vəkalət verilən şəxs baxımından bir zülmdür.
Biz bir müsəlman olaraq siyasətdən və
onun ehtiva etdiyindən də imtahan olunuruq.
Seçkilər bu imtahan dünyasında
insanlar və müsəlmanlar üçün bir cüzi iradə
fəaliyyətidir.
Bütün insanlar və eyni zamanda
müsəlmanlar tərcih etdikləri siyasət anlayışı
və vəkalət verdikləri kadrların gördüyü hər
bir işə görə məsuliyyət daşıyırlar.
Milli Görüş və onun yetişdirdiyi kadrlar
Ədalətli Quruluş/Nizam, İslam Birliyi,
Təhsildə Öncə Əxlaq və Mənəviyyatı təklif
verərkən, Qərb tərəfdarları və kadrları
faizə söykənən Quldarlıq Quruluşu, Avropa
Birliyi, Təhsildə Materializm və Qərb əxlaq
və dəyərlərini istəyirlər.
Allah bizə əmr edir ki, sadiqlərlə birlikdə
olaq, zalımlardan isə çəkinək.
Qazanmaq Allahın rizasını izləmək,
haqqa üstünlük verib onu ayağa qaldıra
bilməkdir.
İslam bir həyat nizamıdır. İslamsız
siyasətdən, idarəetmədən və hüquqdan xeyir
gəlməz. Vəssəlam!
1.“Ənbiya”, 35
2.“Ənam”, 165
3.İnsanda olan məhdud iradə (istək) haqqında
istifadə olunan bir termindir. İnsanın etdikləri
və ya etmədikləri işlər barəsində bir iradədən
danışıldığına görə qul mükafat alar və ya
cəzalanar. Qula “cüzi iradə” deyilən seçmə
haqqı verilmişdir.
4.“Maidə”, 3
5.“İnsan”, 2, 3
6.“Kəhf”, 110
7. “Ali-İmran”, 85
8.“Bəqərə”, 85
9.“Həcc”, 41