MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə23/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
1   ...   19   20   21   22   23   24   25   26   ...   43

MİLLİ GÖRÜŞ

37

 



müsibətini ikiləşdirən səbirsizliyin və təhəmmülsüzlüyün 

bir dərmanı da orucdur

4

.  


Həmçinin o mədə fabrikinin çox xidmətçiləri vardır 

və onunla əlaqədar insanda çox orqan vardır. Nəfs əgər 

müvəqqəti olaraq bir ayın gündüzlərində öz fəaliyyətini 

dayandırmazsa, o fabrikin xidmətçilərinin və o orqanların 

xüsusi ibadətlərini onlara unutdurar, özünə məşğul edər, 

təzyiqi  altında  saxlayar.  İnsanın  digər  orqanlarını  da  o 

mənəvi  fabrik  çarxlarının  gurultusu  və  dumanları  ilə 

qarışdırar.  Onların  diqqətini  daima  özünə  doğru  çəkər. 

Uca  vəzifələrini  müvəqqəti  olaraq  unutdurar.  Ona  görə 

də,  qədimdən  bəri  övliyalar  kamilləşmək  üçün  özlərini 

riyazətə, az yemək və içməyə vərdiş etdirmişlər.

Lakin  şərafətli  ramazan  orucu  ilə  o  fabrikin 

xidmətçiləri  sırf  o  fabrik  üçün  yaradılmadıqlarını  başa 

düşürlər. Digər orqanlar da o fabrikin alçaq əyləncələrinin 

əvəzinə şərafətli ramazan ayında mələklərə və ruhanilərə 

yaraşan  əyləncələrdən  ləzzət  alırlar,  diqqətlərini  onlara 

verirlər.  Ona  görədir  ki,  şərafətli  ramazan  ayında 

möminlər  dərəcələrinə  görə  ayrı-ayrı  nurlara,  feyzlərə 

və  mənəvi  sevinclərə  nail  olurlar.  Qəlb,  ruh,  ağıl  və 

sir


5

    kimi  lətifələrin  o  mübarək  ayda  oruc  vasitəsi  ilə 

çox  yüksəlmələri  və  feyzlənmələri  vardır.  Mədənin 

ağlamasına  baxmayaraq,  onlar  günahsız  bir  şəkildə 

gülürlər.

DOQQUZUNCU NÖQTƏ

Şərafətli  ramazan  ayı  orucunun  doğrudan-doğruya 

nəfsin xəyali rübubiyyətini qırmaq və acizliyini göstərməklə 

qul  olduğunu  bildirmək  cəhətdən  hikmətlərindən  bir 

hikməti budur ki; nəfs Rəbbini tanımaq istəmir, fironcasına 

özü rübubiyyət istəyir. Nə qədər əzab verilsə, o damar (yəni 

ənaniyyət damarı) onda qalır, lakin aclıqla onun o damarı 

qırılır. Bax, şərafətli ramazan ayında tutulan oruc doğrudan-

doğruya nəfsin fironluq cəbhəsinə zərbə vurur və onu qırır. 

Ona  acizliyini,  zəifliyini,  fəqirliyini  göstərir  və  ona  qul 

olduğunu bildirir.

Hədisin  rəvayətlərində  vardır  ki,  Allah-Taala  nəfsə 

deyib: “Mən kiməm, sən kimsən?” Nəfs cavab verib: “Mən 

mənəm, Sən də Sənsən!” Allah nəfsi Cəhənnəmə atıb əzab 

verdikdən sonra yenə də ondan soruşub. Nəfs yenə: “Mən 

mənəm,  Sən  də  Sənsən!”  –  deyə  cavab  verib.  Hansı  növ 

əzab veribsə, nəfs yenə qürur və kibrindən vaz keçməyib. 

Sonra ona aclıqla əzab verib, yəni onu ac saxlayıb. Sonra 

yenə ondan soruşub: “Mən kiməm, sən kimsən?” Nəfs bu 

dəfə belə cavab verib: “Sən mənim rəhmli Rəbbim, mən də 

Sənin aciz bir qulunam!”

6

  



Allahım,  Seyidimiz  Mühəmmədə,  onun  Əhli-Beytinə  və 

əshabələrinə  ramazan  ayında  Quran  hərflərinin  sayı 

qədər Sənin razılığına səbəb olacaq və onun haqqında əda 

olunacaq səlat və rəhmət göndər! Sənin Rəbbin yenilməz 

qüvvət sahibi və hər şeyə qalib olan Rəbbin (müşriklərin) 

Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır.

Peyğəmbərlərə salam olsun! Aləmlərin Rəbbi olan Allaha 

da həmd olsun!

Üzrxahlıq: Bu ikinci hissə (yəni “Ramazan risaləsi”) – 

qırx dəqiqədə – sürətlə yazıldığına, mən və qaralama yazan 

katib xəstə olduğumuza görə, əlbəttə, içində qarmaqarışıqlıq, 

anlaşılmazlıq  və  qüsur  ola  bilər.  Qardaşlarımızın  güzəşt 

gözü  ilə  baxmalarını  gözləyirik.  Münasib  gördükləri  şeyi 

düzəldə bilərlər.



1.“Bəqərə”, 185 

2. Deyləminin “Müsnəd”ində (3; 130; 4351) bu barədə bir 

rəvayət  vardır.  Ramazan  ayında  yerinə  yetirilən  ibadət  və 

xeyirli işlərin digər aylarda yerinə yetirilənlərdən daha çox 

savab qazandıracağını qəbul etməklə bərabər bu mövzu ilə 

əlaqədar  “hədis”  olaraq  gələn  rəvayətlərin  Peyğəmbərin 

sözü olmayıb İslam alimlərinin sözü olduğunu düşünürük. 

3. Riyazət “idman, tərbiyə və islah etmək, boyun əydirmək, 

cazibədar  şeylərdən  uzaq  durmaq”  –  deməkdir.  Termin 

olaraq  təsəvvüf  yoluna  daxil  olan  şəxsin  nəfsinin  istədiyi 

işi  görməməsi,  nəfsinin  istədiyinin  əksini  etməsi,  xülasətul-

kəlam  nəfsi  ilə  cihad  etməsidir.  Təsəvvüf  əhli  qırx  gün, 

yaxud daha artıq inzivaya çəkilərək nəfslərini az yeməyə, az 

danışmağa, tək qalmağa və təfəkkür etməyə vərdiş etdirərək 

riyazət edərlər.

4.  Oruc  eyni  zamanda  bir  səbir  tərbiyəsidir,  çünki  insan 

hər  cür  imkanı  olduğu  halda  oruclu  ikən  bir  şey  yeyib-

içməməklə böyük bir səbir tərbiyəsi işi aparar. Buna görədir 

ki,  bir  rəvayətdə  buyurulmuşdur:  “Oruc  səbrin  yarısıdır!” 

“Tirmizi”; “Dəəvat”; 86, “İbn Macə”; Siyam; 44 

5.  Sir  ruh  kimi  insan  bədənində  bir  lətifədir,  lakin  ruh 

müstəqil  bir  varlığa  sahib  olduğu  bir  halda,  sirin  müstəqil 

bir  varlığı  yoxdur.  Bir  mənada  sir  ruhun  ruhudur.  Ruhən 

və  qəlbən  inkişaf  etmiş  mənəviyyat  böyükləri  bu  hissin 

mahiyyətini idrak etmişlər, lakin eynən xəyal, ağıl və ruh kimi 

ona da həqiqi mənada tərif vermək çətindir. Buna görə də ona 

sir  deyilmişdir.  Qəlb  mərifət,  ruh  məhəbbət,  sir  isə  tamaşa 

yeridir. 

6.  Burada  danışılan  hadisə  Peyğəmbərimizə  aid  bir  hədis 

deyildir.  İlk  zamanlarda  başqalarının  sözlərinə  də  hədis 

deyilirdi.  Bu  rəvayətin  o  mənada  bir  “hədis”  olduğunu 

Peyğəmbərin  yox,  təsəvvüf  əhli  olan  birinin  sözü  olduğunu 

düşünürük.  Ümumiyyətlə,  qaynaq  (mötəbər  mənbə)  hesab 

olunan heç bir hədis kitabında belə bir rəvayət yoxdur. Bu 

rəvayət “Dürrətul-Vaizin” (“Vaizlərə incilər”) kimi sonrakı 

dövrdə hazırlanan bir söhbət kitabında bu şəkildə yer alır: 

“Uca Allah sonra nəfsi yaratdı və ona: “Mənə doğru qayıt!” 

– dedi. O qayıtmadı. Sonra: “Sən kimsən, Mən kiməm?” – 

dedi. Nəfs: “Mən mənəm, Sən də Sənsən”, – deyə cavab verdi. 

Buna görə də düz yüz il Cəhənnəmdə ona əzab verildi. Sonra 

Allah  onu  Cəhənnəmdən  çıxarıb  təkrarən  ondan  soruşub: 

“Sən kimsən, Mən kiməm?” Nəfs yenə də tərs cavab verib. 

Allah bu dəfə onu Cəhənnəmdə yüz il aclıqla cəzalandırıb. 

Sonra  Cəhənnəmdən  çıxarıb  yenə  ondan  soruşub.  Bu  dəfə 

nəfs:  “Mən  Sənin  qulunam,  Sən  mənim  Rəbbimsən!”  – 

deyə cavab verib. Bax, Allah buna görə nəfsə oruc tutmağı 

vacib  etmişdir.  (Osman  Əfəndi;  “Dürrətul-Vaizin”;  1:40, 

41)  Burada  Allahın  bir  çox  ayələrdə  təhdid  ünsürü  olaraq 

istifadə  etdiyi  ayələrə  yüngül  yanaşmaq  müşahidə  olunur. 

Allah qullarını Cəhənnəm əzabı ilə tərbiyə etməkdədir. Onun 

Cəhənnəm  əzabını  daddıqdan  sonra  Ona  meydan  oxuya 

biləcək  heç  bir  nəfs  yoxdur.  Necə  ki  Quranda  əzabı  dadan 

insanların  gözəl  bir  qul  ola  bilmək  üçün  təkrarən  dünyaya 

qayıtmaq istəyəcəkləri bildirilir. 


Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə