MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə31/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
1   ...   27   28   29   30   31   32   33   34   ...   43

MİLLİ GÖRÜŞ

49

 



a)  “Digər  şəhər”  ifadəsinin  işləndiyi 

rəvayətdə  Yerin  ən  uzaq  nöqtəsində  yerləşən 

şəhərlərin də nəzərdə tutulması məsələsinin uzaq 

görüş təsəvvür edilməsi.

b) Ürfün Ayın doğuş vaxtlarının fərqlənməsinin 

Günəşin müxtəlif vaxtlarda çıxması ilə müqayisə 

və  təşbih  edilməsinə  israr  və  təkid  etməsi; 

Baxmayaraq  ki,  bu  müqayisə  batildir.  Lakin 

hər halda bu ürfi inam kəlamın zahirinin bütün 

şəhərləri  əhatə  etməsi  anlayışından  insiraf 

etməsinə  səbəb  olur.  Və  bu  məsələ  səbəb  olur 

ki, əgər həqiqətdə “digər şəhər” deyildikdə istər 

bir-birinə  yaxın,  istərsə  də  uzaq  məsafədə  olan 

şəhər  nəzərdə  tutulsaydı,  o  halda  rəvayətlərdə 

yaxın, yaxud uzaq şəhər arasında heç bir fərqin 

olmadığının  aydınlaşdırılması  lazım  gələrdi. 

Rəvayətlərdə  belə  bir  izah  və  aydınlaşdırma 

olmadığı üçün “digər şəhər” ifadəsindən yalnız 

yaxın şəhərin başa düşülməsindən ibarət olan ürfi 

inam və anlayış qəbul edilmişdir. 

Görünmənin  kifayət  etməsinə  tərəfdar 

olanların  “Qədr”  surəsindən  dəlil  gətirmələrinə 

cavab olaraq deyilmişdir ki, ola bilsin ki, o gecə 

Allahın  elmində  yalnız  bir  gecədən  ibarətdir 

və bu məsələ hökmi-zahiri ilə bu şəhərlə digəri 

arasında fərqlənir. Onların Peyğəmbərin sözünə 

əsaslanmalarına ola bilsin belə cavab verilə bilər 

ki, hökm külli və ümumi olmasına baxmayaraq, 

çoxlu fərdlərin və şəhərlərin ölçüsü ilə bu hökm 

də ləğv olunur və çoxalır, ələlxüsus qeyd olunan  

“insiraf qaydası”nı nəzərə almağımız lazımdır.

Bu  yolla  da  zikr  etdikləri  digər  dəlillərdən 

cavab verilmiş olur. Bunlardan əlavə, rəvayətlərin 

sənədində də zəiflik vardır. Həmçinin deyirlər ki, 

rəvayətlər  üfüq  birliyi  haqqında  danışmamış, 

heç bir söz deməmiş və bu mövzunun üzərindən 

sükutla keçmişdir. Bu sükut görünmənin kifayət 

etməsinə tərəfdar olanların əleyhinə bir dəlil ola 

bilər, çünki bu rəvayətlər uzaq və yaxın şəhərlər 

arasında  fərqin  olmadığını  bəyan  etməmişdir, 

halbuki  camaat  arasında  bu  fərqin  varlığı 

ənənəvidir  (adidir).  Deməli,  rəvayətlər  yaxın 

şəhəri uzaq şəhərdən fərqləndirməmək istəsəydi, 

bu fərqin olmadığını bəyan etməsi lazım gələrdi.



Hər  bir  halda  bu  məsələnin  mənşəyi 

kəlamın  zahirinin  başa  düşülməsi  ilə 

əlaqədardır. (Diqqət edilsin – X. Q. ) Deməli, 

qəti bir dəlil ortaya qoymaq mümkün deyil, çünki 

məsələ  barəsində  dəqiq  bir  mətn  yoxdur.  Buna 

əsasən  biz  belə  bir  qənaətə  gəlirik  ki,  qəməri 

ayların  vahidləşdirilməsi  məsələsi  ixtilaflar 

mövcud  olduqca  uyğun  gəlməyən  bir  işdir, 

faydalanması və ümumi bir nizamın yaradılması 

mümkün  deyil.  İstər  ictihad  qapısının  açıq 

olmasına,  istərsə  də  bağlı  olmasına  qail  olaq, 

çünki  fikirlərin  ərz  edilməsi  ilə  görürük  ki,  bu 

məsələdə  məzhəblər  arasında  müxtəliflik  var 

və  ictihad  qapısının  açıq  olmasına  tərəfdar 

olan  müctəhidlərin  də  fikirləri  müxtəlifdir  və 

pərakəndə şəkildədir. Vəziyyət belə olduqca fərd 

və ya dövləti bəzən inanmadığı xüsusi bir nizama 

məcbur etmək mümkün deyil. Ayın başlamasının 

vahidliyi  haqqında  necə  bəyanat  vermək  olar?! 

Lakin bu barədə müsəlman icmasının rəhbərinin 

(Vəliyyi-Əmri-Müslimin)  göstəriş  verməsi 

istisnadır. 



 

1.  “Bir  şəhərdə  hilalın  görünməsinin  digər  şəhərlər  üçün 

kifayət  etməsinə  tərəfdar  olanların  dəlilləri”  bölməsindəki 

4-cü və 5-ci hədislərə baxılsın. 

2. İzah: Bəzi üsul alimləri “insiraf”ı “mütləqə bağlanmanın 

maneəsi” kimi başa düşmüş və belə demişlər: “Zehnin, ləfzin 

bəzi  misdaqlarına,  yaxud  bəzi  qisimlərinə  doğru  dönməsi 

(insirafı)  mütləqə  bağlanmanın  maneəsidir,  hətta  hikmət 

müqəddimələri kamil olsa da belə”. 

3.  Ayətullah  Mühəmmədəli  Təsxirinin  dediyi  bu  fikir  şiə 

alimləri arasındakı məşhur bir fikirdir, lakin dini rəhbər Seyid 

Mühəmmədhüseyn  Fəzlullah  hilalın  felən  görünməsə  də 

yaxınlaşdırıcı cihazlarla görünməsinin mümkünlüyünü şəri-

qəməri  ayın  başlanmasının  əsaslarından  biri  hesab  edir  və 

belə fitva verir: “... Görmənin adi (çılpaq) gözlə olması şərt 

deyildir, eynək və ondan qeyrisi kimi yaxınlaşdırıcı vasitələrə 

də  etimad  etmək  səhihdir.  ...”  (“Əhli-Beyt  Məzhəbində 

Namaz və Oruc”; s. 236) 

4.  “Bir  şəhərdə  hilalın  görünməsinin  digər  şəhərlər  üçün 

kifayət  etməsinə  tərəfdar  olanların  dəlilləri”  bölməsindəki 

4-cü və 5-ci hədislərə baxılsın. 

5. “İstibsar”; c. 2, s. 64, 206-cı hədis

6. s. 20

7. “Müstəmsik”; c. 8, s. 481

8. “Minhacus-Salehin”; c.1, c. 274

9. “əl-Fətavəl-Vadihə”; s. 519

10. “Təhrirül-Vəsilə”; c. 1, s. 297 

11. s. 162 

12. c. 1, s. 232

13. “Biharul-Ənvar”; c. 55, s. 356

14. “Vəsailuş-Şiə”; c. 4, “Əbvabu Əhkami Şəhri Rəməzan”; 

f. 5, h. 13

15. “Vəsailuş-Şiə”; f. 12, h. 1

16. “Təhzibul-Əhkam” c. 4, s. 178, h. 493

17. “İstlbsar”; c. 2, s. 64, h. 206

18. “Təhzibul-Əhkam” c. 4, s. 317, h. 966

19. “Təhzibul-Əhkam”; c. 4, s. 164, h. 462 

20. “Minhacus-Salehin”; c. 1, s. 283




  

   


MİLLİ GÖRÜŞ

50

 



HİLALIN (AYIN) TƏSBİT 

EDİLMƏSİNƏ 

DAİR ARAŞDIRMA

Orucun  vaxtı  ərəb  qəməri  ayları  ilə 

mülahizə olunduğu üçün hilalın (ayın) təsbit 

edilməsini araşdıraq.



HİLAL (AY) NECƏ DOĞUR

Ayın yer ətrafında dövrəsi 29 gün 12 saat 

44  dəqiqədə  tamamlanır.  Baş  verən  bəzi 

dəyişiklikləri nəzərə alsaq, bu 13 saata çatır. 

Bu isə o deməkdir ki, qəməri ay gah 30 gün, 

gah da 29 gün olur. Bu camaat arasında da 

belə  bilinir  və  heç  vaxt  28  gün  olmur.  Bu 

elmi  cəhətdən  də  doğrudur  və  onun  bəhs 

zamanı üzə çıxacaq şəri nəticələri var.

Ayın  dövriyyəsinin  bir  mərhələsində 

onun  diski  Günəşlə  Yer  arasında  kölgədə 

tamamən  yoxa  çıxır.  Günəşlə  Yer  onun 

qarşısını iki cəhətdən kəsir və gözdən itir. Bu 

məqam “muhaq”



1

  adlanır. Həmin kölgənin 

əhatəsindən  çıxdığı  zaman  üzərinə  günəş 

işığı düşür və bu görüntü “viladət”

2

  adlanır. 

Bu doğuşla təbii-qəməri ay başlanır. Və ay 

“hilal” deyə tanınan bir şəklə düşür.

Ayın əvvəlində hilal Günəşin batdığı vaxt 

zahir  olur  və  qərb  üfüqü  üzərində  azacıq 

görünür.  Bu  üfüqün  altında  gizlənənədək 

çox qalmır. Və buna görə də görüntü aydın 

olmur və çox vaxt onu görmək olduqca çətin 

olur. Bəzi hallarda hər hansı bir səbəb, yaxud 

başqa bir şeyə görə görmək mümkün olmur. 

Necə  ki,  Ayın  bu  parlaq  hissəsinin  yerlə 

qarşı-qarşıya gəlməsi tamam olduqda, sonra 

gözdən  itir  və  günəşin  qürubundan  əvvəl 

üfüqün altında gizlənir. 

Bu  vaxt  Günəş  mövcud  olduqca  onun 

görünməsi mümkün olmur, yaxud qürubdan 

sonra özünü göstərir və lakin qürubdan sonra 

onun  dayanmasının  müddəti  çox  az  olur. 

Belə  ki,  onu  qürub  etməkdə  olan  Günəşin 

işığı arasından seçmək qeyri-mümkün olur, 

yaxud  Ayın  yerlə  üzbəüz  olan  bu  işıqlı 

hissəsi  vaxt  etibarı  ilə  muhaq  halına  bir 

dərəcə yaxın olduğu üçün zəif olur. Ona görə 

də adi insan gözü ilə onu görmək mümkün 

olmur. Bütün bu hallarda qəməri ayın təbii 

dövrəsi, hilalın görünməsi mümkün olmasa 

da başlamış olur.

Lakin  hilalın  görünməsi  mümkün 

olmayan  bu  hallarda  şəri-qəməri  ay  təbii-

qəməri  ayla  bərabər  başlamır.  Şəri-qəməri 

ayın başlanması iki əsasa dayanır:

Birinci,  Ayın  muhaqdan  çıxması  və 

bu  çıxış  Ayın  yerlə  Günəş  arasına  daxil 

olmasından sonra hərəkət etməklə başlayır. 

HİLALIN (AYIN) 

TƏSBİT EDİLMƏSİ 

BARƏSİNDƏ SEYİD 

FƏZLULLAHIN RƏYİ



Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə