MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə27/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
1   ...   23   24   25   26   27   28   29   30   ...   43

MİLLİ GÖRÜŞ

43

 



mərhələdə insanın oruc tutması qeyri-mümkün olacaq, 

oruclu  qalma  gücü  olmayacaq,  yaxud  oruc  tutması 

çətin  olacaq  qədər  zəif  olarsa,  həmin  şəxs  orucunu 

yeyə bilər.

– tez-tez susayan adam.

– doğması yaxın, yaxud da uzaq olan və tutduğu 

oruc özünə və bətnindəki uşağına zərər vuracaq qədər 

zəif olan hamilə qadın; əlbəttə ki, oruc hamilə qadının 

özü və bətnindəki uşağı üçün zərərli olmasa qadının 

oruc  tutmağı  tərk  etməsi  icazəli  deyil.  Əgər  tərk 

edərsə, qəza ilə yanaşı kəffarə də verməsi vacibdir.

– südü az olan və uşaq əmizdirən o qadın ki, əgər 

süd verərək oruc tutsa, orucun ona zərəri olar, yaxud 

südü  azalar  və  nəticədə  uşaq  zərər  görər.  Əgər  oruc 

tutmaqla  bu  hallar  ortaya  çıxmazsa,  yaxud  süni  süd, 

yaxud  heyvan  südü,  yaxud  da  başqa  qadının  süd 

verməsilə əvəz etmək o qadın üçün mümkün olarsa, 

onun orucunu yeməsi icazəli deyil. 



Sual: Bəs bu şəxslər nə etməlidirlər?

Cavab:  Oruc  tutmaları  onlar  üçün  çətin  və 

məşəqqətli olduğu üçün onu tərk edən qocalar və çox-

çox susayan şəxslərə gəlincə onlar fidyə verməlidirlər. 

Orucun  qəzasını  tutmaları  vacib  deyil.  Oruc  tutmaq 

bətnindəki uşaq, yaxud süd verən qadın üçün zərərli 

olduğuna  görə  oruc  tutmayan  doğuşu  yaxın  və  ya 

uzaq  olan  və  südü  az  olan  qadına  gəlincə  qadın 

fidyə verməli və bu səbəblər aradan getdikdən sonra 

tutmadığı günlərin qəzasını tutmalıdır. 

Sual: Fidyənin miqdarı nə qədərdir? 

Cavab: Bir fəqir üçün bir günün fidyəsinin miqdarı 

750 qramdır. Kilo yarım olması müstəhəb ehtiyatdır, 

yəni orucu tərk etməkdə üzrlü olan şəxs neçə gün oruc 

tutmamışdırsa, o günlərin sayı qədər fidyə verəcək.



Sual: Fidyə pul kimi verilir? 

Cavab:  Fidyə  pul  kimi  yox,  malın  özündən 

verilməlidir. Buğdadan, yaxud undan verilir. 



KƏFFARƏ HAQQINDA

Sual: Kəffarə hansı hallarda vacib olur? 

Cavab: Kəffarə aşağıdakı hallarda vacib olur

– qəsdən orucu batil etmək (yaxud onu tutmamaq); 

orucun vacibliyini bilmək

– yerinə yetirilən işin orucu pozan bir iş olduğunu 

bilmək.

Sual:  Əgər  bir  şəxs  orucun  vacib  olduğunu, 

yaxud  etdiyi  işin  orucu  pozan  bir  iş  olduğunu 

bilməsə, kəffarə vacib olar? 

Cavab: Xeyr! Vacib olmaz.

Sual: Kəffarə necə verilir?

Cavab: Orucun vacibliyini və yerinə yetirilən işin 

orucu pozan bir iş olduğunu bildiyi halda qəsdən orucu 

pozan  (yaxud  onu  tutmayan)  şəxs  aşağıdakı  şəkildə 

kəffarə verməlidir: 

– ya altmış fəqirin hər birinə 750 qram miqdarında 

un, buğda, xurma, düyü, mərci, paxla və bunlar kimi 

insana qüvvət verən şeylərdən verməli;

– ya da 31 günü ardıcıl olmaq şərtilə 60 gün (iki 

ay) oruc tutmalıdır. Yerdə qalan 29 günü istərsə, ardıcıl, 

istərsə də fasilə ilə tuta bilər.



Sual: Kəffarə kimə verilməlidir? 

Cavab: Kəffarə fəqirə, yaxud miskinə verilməlidir. 

Sual: Kimə fəqir və miskin deyilir? 

Cavab: Fəqir illik qüvvəyə sahib olmayan şəxsdir. 

Belə  ki,  onun  nə  yığılmış,  nə  də  yavaş-yavaş  əldə 

olunacaq illik azuqəsi olmur. Miskin isə halı daha pis 

olan fəqirdir. 



Sual:  İllik  azuqə  deyildikdə  yalnız  yemək  və 

qida başa düşülür?

Cavab: İllik qüvvə (azuqə) yalnız yemək deyildir, 

əksinə zəruri ev əşyaları, yaşayış yeri, dava-dərman və 

pal-paltar da illik qüvvəyə aiddir, yəni yeməyi olduğu 

halda  bu  deyilənlərə  sahib  olmayan  şəxs  fəqir  hesab 

olunur. 

Sual: Verilməsi lazım olan malın əvəzinə onun 

qiymətinin verilməsi kifayət edirmi? 

Cavab: Malın əvəzinə qiymətinin verilməsi kifayət 

etmir. Malın özü verilməlidir. 



Sual:  Fəqirə  bir  kəffarədən  artıq  verilə 

bilər?  Məsələn,  orucu  qəsdən  pozduğuna,  yaxud 

tutmadığına  görə  kəffarə  verməklə  mükəlləf 

olan bir şəxs, məsələn, 60 kq malı hər birinə 6 kq 

verməklə on fəqir arasında paylaşdırıla bilər? 

Cavab:  Xeyr,  əksinə  hər  birinə  750  qram 

miqdarında  vermək  şərtilə  60  fəqir  və  miskin 

arasında  bölünməlidir,  çünki  vacib  olan  60  yoxsulun 

yedizdirilməsidir,  nəinki  yalnız  bir  fəqirə  verilsə  də 

belə 60 kq-ın verilməsi. 

Sual: Kəffarənin başqa hansı şərtləri vardır? 

Cavab: Aşağıdakı şərtlərə riayət olunmalıdır: 

– kəffarə verilən şəxs kəffarə verənin atası, anası və 

onlar kimi nəfəqələri (gündəlik xərcləri) insana vacib 

olan şəxslər olmamalıdır; 

–  kəffarə  verilən  şəxs  binamaz,  şərabiçən  və 

açıq şəkildə günah edən və aldığını harama sərf edən 

şəxs  olmamalıdır;  Müstəhəb  ehtiyata  əsasən  mömin 

olmalıdır. 

–  kəffarənin  verilməsi  ibadət  olduğu  üçün  onu 

Allah rizası üçün vermək vacibdir;

–  kəffarənin  nəyə  görə  verildiyi  də 

müəyyənləşdirilməlidir;  Belə  ki,  məsələn,  ramazan 

ayının orucu, yaxud onun qəzası qəsdən pozulduğuna 

görə kəffarə verildiyi niyyət edilməlidir. 



Sual:  Əgər  insan  kəffarəni  verə  bilməsə  nə 

etməlidir? 

Cavab:  Ramazan  ayının  orucunu  pozmanın 

kəffarəsini verə bilməyən şəxs ya 18 gün oruc tutmalı, 

ya da bacardığı qədər sədəqə verməlidir. Əgər bunların 

heç  birini  edə  bilməsə,  kəffarə  əvəzinə  Allahdan 

bağışlanma istəməlidir. Bundan sonra imkanı olsa da 

belə kəffarə verməsi vacib deyil. 




Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə