MİLLİ GÖRÜŞ
58
SİQARET... VƏ ŞƏRİ RƏY
Siqaret çəkmək bütün insanlar arasında
yayılmış ümumi bir məşğuliyyətdir. Diqqət
çəkən cəhət odur ki, siqaret yeni nəsillər
arasında geniş yayılmağa başlamışdır.
Görürsən ki, hələ erkən yaşlarından uşaqlar
bu mənfi vərdişə qurşanır, onun tibbi və
psixoloji zərərlərinə diqqət yetirmirlər.
Siqaret eyni vaxtda kişilər və qadınlar
arasında yayılan ictimai bir fəlakətdir.
Xüsusilə siqaret çəkilən yerlər, kafelər,
nargilə (sulu qəlyan) satılan yerlərin çoxluğu,
bunların evlərə ayaq açması, hətta kəndlərə
gedib çıxması son zamanlar sıx müşahidə
olunur. Fikri buna da yönəltmək lazımdır ki,
ailədə siqaret çəkməyənlər də siqaret tüstüsü
ilə zəhərlənirlər.
Aşağıda siqaret barədə şəri rəylərə
toxunacağıq. Bəzi alimlər belə hesab edirlər
ki, siqaret və sulu qəlyan çəkmək haramdır.
Fikirlərini əsaslandırmaq üçün Quranın bu
ayəsini dəlil gətirirlər: “Ey iman gətirənlər,
... özünüzü öldürməyin! Həqiqətən, Allah
sizə qarşı Rəhimdir (mərhəmətlidir)!”
1
Artıq tibb elmində sübut olunmuşdur ki,
bunlar insan üçün zərərlidir, zərərli olan hər
şey isə haramdır.
Başqa bir ayə də bu işin haram olmasının
dəlili kimi göstərilir: “Allahın sizə
dolanmaq üçün bəxş etdiyi mallarınızı
səfehlərə verməyin. ...”
2
Allah mallarımızı
səfehlərə verməyi yasaq etmişdir. Şübhə
yoxdur ki, malın tütün və qəlyanın
alınmasına xərclənməsi təbzirdir (yəni malın
mənasız yerə sağa-sola səpələnməsidir) və
zay edilməsidir. Buna görə də bu ayənin
dəlaləti ilə yasaq edilmişdir. Sünnəyə görə
Rəsulullah malın bu məşrübatlarda (qəlyan
və siqaretlər) zay edilməsini və onlara
xərclənməsini yasaq etmişdir. Peyğəmbər
buyurmuşdur: “Zərər vermək və zərərə
zərərlə müqabilə etmək (qarşılıq vermək)
yoxdur!” Bu şeylərin qəbul edilməsi zərərin
yaranmasına səbəb olur.
Bəzi alimlər belə hesab edirlər ki, siqaret
MİLLİ GÖRÜŞ
59
çirkin bir şey (xəbis) olduğuna və çoxlu
ziyanı olduğuna görə haramdır. Allah öz
bəndələrinə yalnız təmiz təamları və içkiləri
mübah qılmış və çirkin şeyləri isə haram
etmişdir. Allah-Taala buyurmuşdur: “... (O
Peyğəmbər) ... onlara təmiz nemətləri
halal, çirkin şeyləri haram qılar. ...”
3
Siqaretin bütün növləri (yəni hər növ siqaret
tipli vərdişlər) zərərli olduğuna və asılılıq
yaradan maddələr ehtiva etdiyinə görə çirkin
şeylərdən hesab olunur.
Yenilikçi
dini
rəhbər
Seyid
Mühəmmədhüseyn
Fəzlullah
siqaret
barəsində fitvasında deyir:
“Uzun illərdir
siqaret və sulu qəlyan və s. bu kimi
vərdişlərə aludə olmağın haram hesab
edildiyinə fitva vermişik, çünki bunlar
təhlükəyə, yaxud böyük zərərə yol açır.
Tibb sahəsindəki bütün ekspertlər bunu
təsdiq edir. Bizim fitvamızın əsası “cana
zərər vurmağın haram olması” prinsipinə
əlavə olaraq Allahın bu sözüdür: “Səndən
xəmr və məysir haqqında soruşanlara
de: “Bu ikisində ismi-kəbir (böyük zərər)
və insanlar üçün mənfəətlər (dünya
mənfəətləri) vardır. Lakin ikisinin də
zərəri mənfəətlərindən daha böyükdür.
...”
4
Yəni zərəri mənfəətindən daha çox
olan nə varsa, o, haramdır”.
Seyid hesab edir ki, təsəlli tapmaq və
sakitləşmək məqsədilə, yaxud insanlar
onu təklif etdikdə (məsələn, qonaq etmək)
belə siqaret çəkmək haramdır. Seyid qəti
şəkildə bildirir ki, istər təsəlli tapmaq
məqsədilə olsun, istərsə də başqa məqsədlə,
haram haramdır və haramda mütləq olaraq
nəzakət və ədəbə yer yoxdur. Siqaretə təzə
başlayanla çoxdanın aludəçisi olan arasında
da fərq yoxdur.
Əllamə Seyid Fəzlullah həmçinin hesab
edir ki, siqaret çəkməyin iki günahı vardır:
biri insanın öz haqqına qarşı günahıdır,
çünki o, ağciyərlərini yandırır və onu
xərçəng təhlükəsi altına atır. İkinci günah
odur ki, ətrafda oturanlar da siqaretin zərərli
tüstüsündən zəhərlənirlər. Seyid təkcə
siqaret çəkməyi deyil, onu satmağı da haram
etmişdir, çünki o, halal mənfəəti (faydası)
olmayan bir şeydir. Bir şeylə ticarət etməyin
qanuni (şəri) olması üçün ticarət edilən
malın halal olması lazımdır, belə ki, ondan
halal mənfəət şəklində faydalanmaq icazəli
olsun
5
.
Biz, məsələn siqaret çəkməyi haram hesab
edirik, çünki o, zərərlidir və bədənə zərər
vuran hər bir şey haramdır. Bir çox alimlər
belə hesab etmirlər, çünki onlar təhlükə
ilə nəticələnəcək zərəri haram zərər hesab
edirlər. Bəzi insanlar vardır ki, elə zənn
edirlər ki, onlar siqaret çəkməyə öyrəşiblər
və bizə təqlid etdikləri halda onu tərgitməyi
bacarmırlar. Belə şəxslərə deyirəm ki, bu
məsələdə məndən başqasına müraciət edə
bilərsiniz.