MİLLİ GÖRÜŞ
60
Lakin burada bir çox diqqət yetiriləsi
məsələlər var ki, həmin məsələlərdə təbizə
icazə vermirəm ki, təbiz
6
fitvanı hörmətdən
salan hiyləyə
icazə verməyə çevrilməsin
7
.
TƏRKİBİNDƏ SPİRT VƏ UYUŞDURUCU
MADDƏLƏR OLAN DƏRMANLAR
İnsanlar arasında istehlak etdikləri
(istifadə etdikləri) bəzi dərmanların
tərkibində spirt və uyuşdurucu maddələrin
olması ətrafında söz-söhbətlər gedir. Belə
olan halda şəri baxımdan bu maddələri qəbul
etməyin düzgünlüyü sualı ortaya çıxır.
Fiqhi akademiyalardan biri şəriətin əhatə
etdiyi “çətinliyi aradan qaldırmaq” (“rəful-
hərəc”) və “məşəqqəti uzaqlaşdırmaq”
(“dəful-məşəqqə”), “zərərin öz qədərində
uzaqlaşdırılması”, “zərurətlər qadağalara
icazə verir” və “iki zərərdən ən yüngülünə
mürtəkib olmaq” (“daha qüvvətli zərəri
uzaqlaşdırmaq”)
prinsiplərinə
əsasən
tərkibində spirt və uyuşdurucu maddələr
olan dərmanlar haqqında yuxarıda deyilən
tədqiqatları müzakirə etdikdən sonra belə
fikir ortaya qoyublar ki, sırf şərabı (eyni
zamanda başqa sərxoşedici içkiləri) heç
bir halda dərman kimi qəbul etmək icazəli
deyil, çünki Allah Rəsulu buyurmuşdur:
“Allah sizin şəfanızı sizə haram etdiyi
şeylərdə qərar verməmişdir!” ... Lakin
tərkibində spirt olan dərmanların müəyyən
nisbətdə istifadə olunması icazəlidir. Bir
şərtlə ki onları ədalətli bir həkim yazsın.
Habelə spirtdən yaralar üçün bədənin
xaricini təmizləmək, mikrobları öldürmək
məqsədilə, həmçinin kremlərdə və dəriyə
sürtülən yağlarda istifadə etmək icazəlidir.
Seyid Mühəmmədhüseyn Fəzlullahın
mövzu ilə bağlı rəyi budur ki, az bir nisbətdə
olsa da, tərkibində spirt olan dərmanların
qəbul edilməsi icazəli deyil. Lakin xəstəliyin
müalicəsi onsuz mümkün olmadıqda bu hal
istisnadır. Şərabın özünə gəlincə onun qəbul
edilməsi mütləq şəkildə icazəli deyildir,
hətta müalicə xarakterli olsa belə. Belə bir
hədis var: “Kim şərabla müalicə edərsə,
Allah ona şəfa verməz!”
Bəli, belə təsəvvür edək ki, həyatın
qorunması haram bir şeyin qəbul edilməsinə
bağlıdır, bu vəziyyətdə zərurət halında o,
icazəlidir. Ayədə buyurulur: “... Lakin
naəlac vəziyyətdə qaldıqda başqasının
haqqına təcavüz etmədən və həddi
aşmadan bunları yeməyə məcbur olan
kimsənin heç bir günahı yoxdur. ...”
8
Lakin unudulmamalıdır ki, biz şərabın
dərman olduğu mövzular haqqında danışırıq.
Bu barədə ekspert rəyinə ehtiyac vardır.
Lakin spirtin bədənin xaricində istifadə
olunmasına gəldikdə isə bu iş icazəlidir.
Seyid Fəzlullahın rəyi budur ki, spirtin daxilə
qəbul edilməsi haram olmasına baxmayaraq,
o, pakdır. Bu maddələr dezinfeksiya etmək
və s. üçün tibbi məqsədlə istifadə olunur. Bu
halal bir faydadır.
Uyuşdurucu maddələrin daxilə qəbul
edilməsi mütləq şəkildə icazəli deyildir. Əgər
onların tibbi cəhətdən istifadəsinə ehtiyac
olarsa, bu, ekspertlərin müəyyənləşdirdiyinə
və tibbi təcrübə qanunlarına uyğun formada
olmalıdır.
ORQAN BAĞIŞLANMASI ... VƏ ŞƏRİ RƏY
Bəzi ölkələrdə ölüm halında orqanlarını
bağışlayanların siyahısı tutulur. Bu siyahı
evlərə gələn poçt blankından ibarətdir. 12
yaşından yuxarı hər kəs özünü ölüm halında
orqan bağışlayıcısı kimi yazdıra bilər. ...
Orqan bağışlamaq çox həssaslıq tələb
edən və mühüm mövzulardandır. Şəriətdə
bu mövzuya xüsusi qayğı və diqqətlə
yanaşılmışdır, çünki onun canın qorunması
və ona ehtiram edilməsi müstəvisində
nəticələri vardır. Habelə bu məsələdə ictimai,
psixoloji və tibbi tərəflər vardır.
İslam fiqh akademiyalarından biri orqan
bağışlamaq mövzusunu mükakirə etmiş və
bu qərara gəlmişdir ki, insan bədəni daxilində
(yəni bədəndaxili) orqanların bir yerdən
başqa bir yerə köçürülməsi icazəlidir. Burada
əmin olmaq lazımdır ki, bu əməliyyatdan
əldə olunan fayda meydana çıxacaq zərərdən
daha üstündür. Əgər köçürülən bədən üzvü
qan və dəri kimi öz-özünə (avtomatik)
MİLLİ GÖRÜŞ
61
bərpa olunan üzvdürsə, onun bir insanın
bədənindən başqa bir insanın bədəninə
köçürülməsi icazəlidir. Bu əməliyyatda
orqan bağışlayanın tam qabiliyyətli olmasına
və mötəbər şəri şərtlərin həqiqət tapmasına
riayət edilməlidir. Ölünün bir orqanının,
həyatı bu orqana bağlı olan, yaxud ondakı
əsas vəzifənin salamatçılığı buna bağlı olan
dirinin bədəninə köçürülməsi də icazəlidir.
Əsas şərt odur ki, ölmüş şəxs ölümündən
qabaq buna razılıq vermiş olsun, yaxud
onun ölümündən sonra varisləri buna icazə
vermiş olsunlar. Yaxud da vəfat edən şəxsin
şəxsiyyəti məlum deyildirsə və ya varisləri
yoxdursa, müsəlman icmasının rəhbərindən
icazə alınsın. İnsan orqanlarının satışı hər bir
halda icazəli deyildir. Lakin faydalanan şəxs
tərəfindən orqan bağışlayan şəxsə mükafat
və hörmət əlaməti olaraq bir mal verilməsi
barədə fiqhi akademiyanın gəldiyi nəticəyə
uyğun olaraq bu məhəlli-nəzər və ictihaddır.
Yəni müəyyən fiqhi ictihada əsasən icra
olunmalıdır.
Diri şəxsin öz orqanlarından hər hansı
birinin başqalarına bağışlamağın icazəli
olması barəsindəki suala yenilikçi dini
rəhbər Seyid Mühəmmədhüseyn Fəzlullah
belə cavab verir: “İnsan sağlığında öz
orqanlarını bağışlaya və ya sata bilər.
Lakin o orqanları sata, yaxud bağışlaya
bilər ki, onlar olmadan sonra yaşamaq
imkanı olsun. İstər o orqanın oxşarı olsun
ki, insan öz fəaliyyətini onunla yerinə
yetirə bilsin, məsələn bir böyrək kimi,
istərsə bəzi sümüklər və venalar kimi
bədəndə artıq olan bir şey olsun, istərsə
də bəzi mayelər və toxumalar kimi bərpa
olunan bir üzv olsun. Orqanın bağışlandığı
şəxs müsəlman və ya qeyri-müsəlman ola
bilər. Bəli, ...Əgər qara ciyər kimi cismin
onsuz yaşaya bilməyəcəyi həyati anlam
daşıyan üzvlərdən olarsa, bu vaxt onun
bağışlanması icazəli deyil”.
Öləndən sonra orqanların bağışlanması
hökmü haqqında Seyid buyurur: “Ürək,
gözlər, qara ciyər və s. kimi hansı üzv
olursa-olsun müalicə (çarə) məqamında
cənazənin üzvlərindən istifadə etmək
icazəlidir. Mükəlləfin bunu müftə, yaxud
pul qarşılığında vəsiyyət etməsi icazəlidir.
Vəsinin onun vəsiyyətini vəsiyyət etdiyi
şəkildə həyata keçirməsi vacibdir.
Həmçinin varisin öz miras qoyanının
cəsədindən müalicə məqsədilə (çarə kimi)
bir şey götürülməsinə icazə verməsi caizdir,
lakin bu, heç bir qarşılıq gözlənilmədən,
müftə olmalıdır. Əgər bunun (cəsəddən
bir üzvün götürülməsinin), qarşılığında
pulun götürülməsi şərtilə vəsiyyət
edilməsi təsəvvür edilərsə, bu surətdə