MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə43/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
1   ...   35   36   37   38   39   40   41   42   43

MİLLİ GÖRÜŞ

71

 



Allahın  dostları  olduğunuzu  iddia  edirsinizsə  və 

bu  iddianızda  doğrusunuzsa,  onda  ölüm  diləyin! 

Halbuki  onlar  öz  əlləri  ilə  etdikləri  pis  əməllərə 

görə heç vaxt ölümü diləməzlər. Allah zalımları çox 

gözəl tanıyandır!”

4

  

İmam Zeynəlabidin əleyhissəlamdan nəql olunan 

“Məkarimul-Əxlaq” duasında deyilir: “Ömrüm sənə 

itaət  yolunda  olduğu  müddətcə  mənə  ömür  ver. 

Əgər ömrüm Şeytan otlağı olarsa, qəzəbin sürətlə 

mənim  üzərimə  gəlməmişdən,  yaxud  mənim 

üzərimdə möhkəmlənmədikcə canımı Özünə doğru 

al!”  Çərşənbə  axşamı  gününün  duasında  oxuyuruq: 

“Həyatı  xeyirxahlıqlarımı  artırmaq  və  ölümü  isə 

bütün pisliklərdən rahat olmağım üçün qərar ver!”

“…  Sahibinin  özü  üçün  razı  olduğu,  lakin 

bütün  müsəlmanlar  üçün  istənilməyən  hər  bir 

əməldən  çəkin.  …”  Ola  bilsin  ki,  insan  özü  üçün 

müəyyən  əmələ  razı  olur,  çünki  o  əməl  həyatda  ona 

müəyyən  fürsətlər,  qazanclar  və  mənfəətlər  verir, 

lakin başqa müsəlmanların bunu əldə etməsini istəmir. 

Bu eqoistlik və xudbinlik insanı öz şəxsi zindanında 

yaşamağa,  arzularında,  xəyallarında  və  özü  üçün 

çəkdiyi  hər  bir  planda  özünü  müsəlmanlardan 

ayırmağa məcbur edir. Bu isə müsəlmana yaraşmayan 

bir şeydir. Hədisdə buyurulur: “Sizdən biri özü üçün 

sevdiyini  qardaşı  üçün  sevməyənə  və  özü  üçün 

bəyənmədiyini  qardaşı  üçün  də  bəyənməyənədək 

iman  gətirmiş  hesab  olunmaz”.  Əli  əleyhissəlam 

oğlu İmam Həsənə vəsiyyətində deyir: “Ey oğlum! 

Nəfsini özünlə başqası arasında bir ölçü aləti halına 

gətir. Özün üçün sevdiyin şeyi başqası üçün də sev, 

özün üçün bəyənmədiyin bir şeyi başqası üçün də 

bəyənmə!”

“… Gizlicə yerinə yetirilən və aşkarda insana 

xəcalət  gətirən  və  onu  utandıran  əməldən  çəkin. 

Sahibindən  haqqında  soruşulduqda  inkar  etdiyi, 

yaxud üzr gətirdiyi hər bir işdən çəkin. Namusunu 

söz  oxuna  hədəf  etmə.  Hər  eşitdiyini  camaata 

danışma;  yalan  danışmaq  üçün  bu  sənə  kifayət 

edər. …”

İnsan  hər  gün  ünsiyyətdə  olduğu  insanlardan 

çoxlu  sözlər  eşidir,  lakin  eşitdiyi  hər  bir  söz  doğru 

deyil. Bəzən insanlar sənə yalan da deyə bilərlər. Hətta 

kütləvi  informasiya  vasitələri  doğru  olmayan  fikirlər 

söyləyə  bilərlər.  Eşitdiyin  xəbəri  ələkdən  keçirməyə 

çalış və camaata sənin üçün doğruluğu sübuta yetmiş 

şeyi danış. Hər eşitdiyini danışma, çünki eşitdiyin bəzi 

şeylər yalan ola bilər və bununla da sənin sözün bəzi 

hissələri ilə olsa da belə yalan söz olar. 



“… Xalqın sənə danışdığı hər şeyi də rədd etmə. 

Nadanlıq  və  cahillik  olaraq  bu  sənə  kifayət  edər. 

…”

Bəzən  camaat  sənə  siyasi,  ictimai,  iqtisadi, 

təhlükəsizlik işləri və s. ilə əlaqədar bir çox məlumatlar 

verirlər.  Bəzi  adamlar  eşitdiyi  hər  bir  xəbəri  dərhal 

inkar edir. Bu, cahillikdir. Camaatın sənə danışdığı hər 

şeyin bütünlükdə yalan olması zəruri bir şey deyildir. 

O  danışılanların  içərisində  bəzi  doğru  cəhətlər  də 

olur.  Sən  onların  sözlərini  araşdırmalısan.  O  zaman 

həqiqi  olanları  görərsən.  Ola  bilsin  ki,  o  sözlərin 

içində  bəzi  yalanların  da  olduğunu  görərsən.  Sənin 

üçün  doğruluğu  sübuta  yetmiş  fikri  təsdiq  etməli, 

doğruluğu sübuta yetməmiş fikri isə təkzib etməlisən. 

Eşitdiyin məlumatlar barəsində hökm çıxarmamışdan 

əvvəl  yalanla  doğrunu  bir-birindən  ayırmaq  üçün 

onu  dəqiqləşdir.  Camaatın  sənə  danışdığı  sözləri  də 

tamamilə təkzib etmə. Ola bilsin ki, o xəbərlərin içində 

bəzi həqiqi fikirlər də vardır. Hökmündə dəqiq ol. 

“…  Qeyzini  ud  …”  Çünki  bu  hisslərinin 

nəzarətə  götürülməsində  iradə  gücünü  təmsil  edir. 

Qeyz  sənin  daxilində  qaynayıb  partladıqda  səni 

nəticəsi bəyənilməyən şeylərə doğru sövq edir və sən 

ağlının  yox,  hisslərinin  təsiri  altında  hərəkət  etməyə 

başlayırsan,  çünki  insanın  qeyzi  hərəkətə  gəldikdə 

ağlı  susur  və  qeyz  ağlın  açılışına  maneçilik  törədir. 

Allah-Taala  Quran-kərimdə  “qeyzin  udulması”nın 

Cənnət əhlinin sifətlərindən olduğunu qeyd etmişdir: 

“Rəbbinizin  məğfirətinə  və  genişliyi  göylərlə 

yer  üzü  qədər  olan  müttəqilər  üçün  hazırlanmış 

Cənnətə  tələsin.  O  müttəqilər  ki  bolluqda  da, 

qıtlıqda  da  xərcləyər,  qeyzlərini  udar,  insanların 

günahlarından keçərlər. Allah ehsan edənləri sevər. 

…”

5

  

“… 

Güclü 

olduqda 

günahdan 

keç, 

qəzəbləndikdə  həlim  ol  və  qüdrətli  olmağına 

baxmayaraq bağışla ki, xeyirli aqibət sənin olsun. 

Allahın  verdiyi  nemətlərin  qədrini  bil.  Onlardan 

yaxşı istifadə et. …” 

Allah  sənə  hər  hansı  bir  nemət  əta  etdikdə,  istər 

mal,  yaxud  məqam,  yaxud  elm,  yaxud  afiyət  olsun, 

bu  neməti  qorumağa  çalış  və  ona  qarşı  səhlənkar 

davranma, əksinə onların qədrini bil, onları artır və o 

nemətin  bütün  ünsürlərini  qüvvətləndirmək  üzərində 

işlə. 

“…  Allahın  sənin  yanında  olan  bir  nemətini 

belə zay etmə. …” Əksinə, onu qoru, çünki o nemət 

Allahın  sənin  üçün  olan  kəramətini  təmsil  edir.  Ona 

görə  də  sən  ilahi  kəraməti  zay  etməməlisən,  əksinə 

onu  Allahın  istədiyi  yolda  hərəkətə  gətirməlisən. 

Ələlxüsus,  burada  diqqət  edilməsi  lazım  olan  bir 

nöqtə  vardır;  o  da  budur  ki,  Allah  hər  bir  nemətin 

yanına  məsuliyyət  və  cavabdehlik  də  qoymuşdur. 

Allahın fərdə verdiyi hər hansı bir nemət onun yanında 

camaatın  bir  əmanətidir,  çünki  camaat  müstəqil  bir 

şey  və  cəmiyyət  də  fəzadan  asılmış  bir  şey  deyildir. 

O  məndən,  səndən  və  digərlərindən  ibarət  olan  bir 

varlıqdır. Ümmət də məndən, səndən və digərlərindən 

ibarətdir. Ümmətin gücü onun fərdlərinin gücündədir. 

Sən belə hesab etməməlisən ki, Allahın sənə əta etdiyi 

mal,  yaxud  iş,  yaxud  da  güc  sənin  istədiyin  kimi 



  

   


MİLLİ GÖRÜŞ

72

 



istifadə edə biləcəyin mülkündür, əksinə o həm sənin, 

həm də onun bir hissəsi hesab olunduğun cəmiyyətin 

mülküdür. Cəmiyyəti elmindən və malının artığından 

məhrum etməyə ixtiyarın yoxdur. Allah-Taala buyurur: 



“…  Onların  (müttəqilərin)  mallarında  dilənçinin 

və yoxsulun haqqı vardır. …”

6

  

 Başqa bir ayədə deyilir: “… Onlara (kölələrinizə) 



Allahın sizə verdiyi maldan verin …”

7

  

Başqa  bir  ayədə  buyurulur:  “Allaha  və 



Peyğəmbərə iman gətirin. Sizi varis etdiyi maldan 

(Onun  yolunda)  xərcləyin.  Sizdən  iman  gətirib 

(mal-dövlətini Allah yolunda) sərf edənləri böyük 

bir mükafat gözləyir!”

8

  

Sənin elmin həm sənin, həm də ümmətindir. Sənin 



gücün  həm  sənin,  həm  də  ümmətindir.  Məqamın  da 

belədir. 



“…  Onun  sənə  nemət  olaraq  verdiyi  şeyin 

əlaməti və izi səndə görünsün. …”

Allah  istəyir  ki,  sən  Onun  sənə  əta  etdiyi 

nemətlərini  xatırlayasan,  o  nemətləri  öz  həyatında 

göstərəsən. Allah-Taala buyurur: “Və Rəbbinin sənə 



olan  nemətini  xatırla  və  göstər!”

9

    Qarun  öz  zinət 

və  ehtişamı  içində  qövmünün  qarşısına  çıxdıqda  öz 

qövmünə  qarşı  etdiyi  kimi  digərlərini  daxillərində 

məğlub  edəcək  özündənrazılıq,  təkəbbürçülük  və 

nümayişetdirmə olmadan ilahi nemətlər sənin üzərində 

təzahür  etməlidir.  Hansı  ki,  Qarunun  o  davranışında 

qövmündən  bəziləri  Qarunda  olan  malın  onlarda  da 

olmasını istədilər. 



“…  Bil  ki,  möminlərin  ən  fəzilətlisi  canından, 

əhli-əyalından  və  malından  ən  fəzilətli  şəkildə 

hədiyyə  və  ehsan  edən  şəxsdir.  …”  Yəni  əhli-

əyalından  insanlara  fayda  verəcək  ictimai  özək 

yarat. Onları tamamilə xeyir, elm, düşüncə, təqva və 

doğruluq  üzərində  tərbiyə  et.  Həqiqətən,  bu Allahın 

sənə  bağışladığı  ailə  nemətindən  ən  fəzilətli  şəkildə 

ehsan  və  hədiyyə  etməyinin  təzahürüdür,  çünki  sən 

ailəndən cəmiyyət üçün onu qoruyacaq və ona fayda 

verəcək  şeyi  hazırlamağa  görə  cavabdehsən.  Əgər 

bu  vəzifənə  qarşı  səhlənkarlıq  etsən,  cəmiyyətə 

cinayətkar  təqdim  etmiş  olarsan.  Hədisdə  deyilir: 



“Adəm  oğlu  öldükdə  onun  gözəl  işlərinin  davamı 

kəsilər,  lakin  üç  şey  istisnadır:  davamlı  sədəqə, 

insanların  faydalandığı  bir  vərəq  elm  və  saleh 

(doğru) övlad”. Ola bilsin ki, hədisdəki “saleh övlad” 

ifadəsi  “saleh  qardaş”,  “saleh  qohum”,  “saleh  ər”, 

“saleh  həyat  yoldaşı”  kimi  anlayışları  özündə  əks 

etdirə  biləcək  qədər  geniş  mənalı  bir  ifadədir,  çünki 

Allah  bizdən  ailə  özəyini  bütün  incəliklərinə  qədər 

islah etməyimizi istəyir. Allah-Taala buyurur: “… O 



kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün səbir 

edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və 

aşkar  xərcləyir,  pisliyin  qarşısını  yaxşılıq  etməklə 

alırlar, onları axirət yurdunun gözəl aqibəti – Ədn 

cənnətləri  gözləyir.  Özləri,  həmçinin  əməli  saleh 

ataları,  övrətləri  və  övladları  ora  daxil  olacaqlar. 

Mələklər  də  hər  bir  qapıdan  daxil  olub  onlara: 

“Səbir  etdiyinizə  görə  sizə  salam  olsun!  Axirət 

yurdunun  aqibəti  nə  gözəldir!”,  –  deyəcəklər”

10

  

İmam Sadiqin atalarından, onların da Peyğəmbərdən 

nəql etdiyi hədisdə deyilir: “İsa ibn Məryəm sahibinə 

əzab  verilən  bir  qəbrin  yanından  keçdi  və  dedi: 

“Ey  Rəbbim,  mən  keçən  il  bu  qəbrin  yanından 

keçdikdə  onun  sahibinə  əzab  verilirdi.  Sonra  bu 

il  onun  yanından  keçəndə  ona  əzab  verilmədiyini 

gördüm”. Allah ona belə vəhy etdi: “Ey Ruhullah, 

saleh  bir  övlad  onun  dadına  çatdı. Yolu  sahmana 

saldı  və  yetimə  sığınacaq  verdi.  Oğlunun  əməlinə 

görə onu bağışladım”

11

 . 

Əhli-əyaldan  hədiyyə  vermək  və  ehsan  etmək 

onları cəmiyyətin xeyirli ünsürü olaraq yetişdirmək və 

tərbiyə etməkdir. 

Maldan ən fəzilətli şəkildə ehsan və hədiyyə etmək 

deyildikdə  ondan  artıq  qalanı  möhtac  olan  şəxslərə 

xərcləmək  nəzərdə  tutulur.  Allah-Taala  onu  vacib, 

bəzən isə müstəhəb haqq olaraq müəyyənləşdirmişdir. 

Buna  görə  də  İmam  əleyhissəlam  yüksəkliklərə 

qalxmaq  istəyən  insan  üçün  məsuliyyəti  bir  yerə 

yığıb ona deyir ki, uca məqamlara yüksəlmək bütün 

işlərində insanları hiss etməyinə bağlıdır. 

Bu  mövzuda  İmam  Rza  əleyhissəlamdan  bir 

hədis nəql olunur. Bir şəxs ondan soruşur: “Güzəranı 



ən  yaxşı  olan  insan  kimdir?”  Əgər  bu  sual  bizə 

verilsəydi,  biz:  “Evi,  arvadı,  övladı,  vəzifəsi,  maşını 

və sağlamlığı olan şəxs”, – deyə cavab verərdik, çünki 

biz yalnız maddi məsələlər və şəxsi istəklər barəsində 

fikirləşirik, lakin İmam buyurur: “Güzəranı ən yaxşı 

olan  insan,  güzəranında  başqasının  güzəranı 

gözəl olan şəxsdir”. Yəni həyatı ən gözəl olan insan 

o  insandır  ki,  insanlarla  birlikdə  yaşadıqda  insanlar 

onun  elmi  ilə  elmlərini,  malı  ilə  mallarını,  hərəkəti 

ilə  hərəkətlərini,  hürriyyəti  ilə  hürriyyətlərini  və 

cihadı ilə cihadlarını artırırlar. Belə ki o, həyata daxil 

olmamışdan  əvvəl  ümmətin  vəziyyəti  tam  başqa 

bir  şəkildə  olur,  lakin  onun  həyata  daxil  olmasından 

sonra  vəziyyət  tərəqqiyə  və  inkişafa  doğru  dəyişir. 

Həmin şəxs İmamdan soruşur: “Bəs güzəranı ən pis 

olan  şəxs  kimdir?”  İmam  buyurur:  “Güzəranında 

başqasının yaşamadığı şəxs!” Yəni özü üçün yaşayan 

və  başqaları  üçün  yaşamağı  bacarmayan  eqoist  və 

xudbin.

“… Həqiqətən, qabaqcadan göndərdiyin xeyirin 

azuqəsi  sənin  üçün  qalar,  əsirgədiyin  şeyin  xeyiri 

isə  səndən  başqasınındır.  …” Allah-Taala  buyurur: 

“…  Özünüzdən  ötrü  qabaqcadan  göndərdiyiniz 

xeyiri Allahın yanında taparsınız. …”

12

  

“Əsirgədiyin  şeyin”,  yəni  malından  əsirgədiyin 

şeyin  qazancı  varislərin,  zərəri  isə  sənindir.  Bəli, 



“Əsirgədiyin şeyin xeyiri isə səndən başqasınındır”. 

…  Fikri  və  rəyi  zəif  və  xətalı,  əməli  isə 




MİLLİ GÖRÜŞ

73

 



xoşagəlməz və çirkin olan şəxslə dostluq etməkdən 

çəkin,  çünki  insana  dostluq  etdiyi  şəxslə  qiymət 

verər  və  dostundan  ibrət  alıb  haqqında  hökm 

çıxararlar. …” Sonra İmam bizimlə dostluq etdiyimiz 

şəxslər  haqqında  danışmağa  başlayır.  “Fikri  və  rəyi 



zəif  və  xətalı  olan  şəxslə  dostluq  etməkdən  çəkin. 

…” Yəni dostluq etmək istədiyin şəxsin qüvvətli rəyə 

və  dərin  fikrə  malik  olmasına  diqqət  et,  çünki  dost 

dosta təsir edir. 

“…  Böyük  şəhərlərdə  sakin  ol,  çünki  oralar 

müsəlmanların  cəmləşdiyi  yerlərdir.  Xalqı  qafil 

və cəfakar olan, Allaha itaətdə yardımçısı az olan 

yerlərdən  çəkin.  Fikrini  səni  maraqlandıran  və 

sənə aid olan şeylərlə məşğul et. …”

Sən həyatını yaşayan bir insansan və sənin etiqad 

etidyin əqidənlə, tabe olduğun şəriətinlə, həyatda diqqət 

etdiyin bilgilərinlə və hədəf və məsuliyyətinlə əlaqədar 

bütün hadisələrlə bağlı maraqların vardır. Çalış öz fikir 

və rəyinə diqqət edəsən. Sənin məsuliyyətin daxilində 

deyildirlərsə,  başqalarının  işinə  qarışmağın  zəruri 

deyildir. 



“…  Bazarların  oturacaqlarında  oturmaqdan 

çəkin,  çünki  oralar  Şeytanın  hazır  olduğu  və 

fitnələrin  peyda  olduğu  yerlərdir.  …”  Bazarlar  iş 

yerləridir. Bəzi adamların tacir, yaxud yer sahibi olan 

bir  dostu  olur.  Baxırsan  ki,  tacir  öz  işi  ilə  məşğuldur 

və onun dostunun da heç bir işi yoxdur və gəlib onun 

yanında oturur. İmam deyir ki, bu yerlərdə oturan şəxslər 

çoxlu  problemlər,  çəkişmələr  və  ziddiyyətlərin  şahidi 

olurlar.  Bir  də  görürsən  ki,  biri  digərini  söyür,  yaxud 

başqasının qeybətini edir. Bu pis yerlərdə olduqda ola 

bilsin  ki,  təsirlənəsən,  “çünki  oralar  Şeytanın  hazır 

olduğu və fitnələrin peyda olduğu yerlərdir”. Çünki 

Şeytan daxilində problemlər ehtiva edən bütün yerlərdə 

hazır olur və məhsuldar torpağı bu yerlər olan fitnələrin 

geniş qapılarından daxil olur. 



“…  Üstün  tutulduğun  şəxsə  çox  bax,  çünki  bu 

şükr  qapılarındandır.  …”  Üzərindəki  ilahi  neməti 

hiss etmək üçün səndən üstün olan şəxsə yox, səndən 

aşağıda  olan  şəxslərə  bax  ki,  özündən  üstün  olan 

insanlara baxdıqda, üzərindəki ilahi nemətləri gözündə 

kiçiltmiş olursan. Bəzi adamların “Allah filankəsə verdi, 

lakin mənə bir şey vermədi”, – dediyinin və bununla da 

üzərindəki  ilahi  nemətləri  gözlərində  kiçiltdiyinin  və 

hətta onları inkar etdiyinin şahidi olursan. Belə şəxslər 

bəzən Allahın nemət verdiyi şəxslərə həsəd də edirlər, 

halbuki  üstün  tutulduğun  şəxsə  baxsan,  səninlə  onun 

arasındakı  müqayisədə Allaha  həmd  etmiş  olacaqsan, 

Allahın  sənə  əta  etdiyi  şeyin  ona  əta  edilmədiyini 

görəcəksən  və  bununla  da  üzərindəki  ilahi  nemətləri 

düşünəcəksən. Odur ki, ağlında və ya bədənində, yaxud 

da  bəzi  ictimai  vəziyyətlərində  bəlaya  düçar  olmuş 

şəxsə baxdıqda “Başqasının mübtəla olduğu dərddən 



məni  qurtaran Allaha  həmd  olsun.  Əgər  istəsəydi, 

məni də bu dərdə məruz qoyardı”, – demək İslamın 

adabından hesab olunur. Bununla Allahın öz hikməti ilə 

bəzi insanları məhrum edib sənə əta etdiyi nemətlərini 

düşünürsən. 



“… Cümə günü namazda iştirak etməmiş səfərə 

çıxma,  lakin Allah  yolunda,  yaxud  məzur  olduğun 

bir işə görə çıxdığın səfər istisnadır. …”

Allah-Taala istəyir ki, müsəlmanlar cümə günündə 

namazda  iştirak  etsinlər.  Allah  cümə  namazı  kimi 

heç  bir  namaza  əhəmiyyət  verməmişdir,  lakin  cihada 

getmək istəsən və cihad vaxtı cümə gününə təsadüf etsə, 

yaxud məzur olduğun bir işə görə səfərə çıxsan, bu hal 

istisnadır. Bu zaman Allah səni üzrlü biləcəkdir.

“…  Bütün  işlərində Allaha  itaət  et.  Həqiqətən, 

Allaha  itaət  ondan  başqa  hər  şeydən  üstündür. 

İbadətdə  nəfsini  aldatmağa  çalış.  …”  Yəni  onu 

cəzadan qorxutmaq və savaba sevindirmək vasitəsi ilə 

aldadıb şəhvətdən saxla və itaətə vadar et. 

“…  Onunla  yumşaq  rəftar  et  və  onu  məcbur 

etmə. …” Yəni müstəhəb ibadətlərdə onu çox çətinliyə 

salma və öhdəsinə ağır vəzifələr qoyma. 



“…  Onun  boş  vaxtını  və  həvəsli  olduğu 

zamanını  haqla,  lakin  sənə  vacib  olan  işlər 

istisnadır,  çünki  vacibatın  yerində  və  zamanında 

yerinə  yetirilməsi  lazımdır.  Dünyanı  istəyərkən 

Rəbbindən  qaçdığın  bir  halda,  ölümün  sənin 

başının  üstünü  almasından  çəkin.  …”  Qaçan 

bəndə Mövlasından uzaqlaşan bəndədir. İmam demək 

istəyir  ki,  ölüm  sənə  gəldiyi  zaman  sən  Ona  itaət 

mövqeyində olmalı və O səni dünyanı istəyərək Ondan 

uzaqlaşmış bir halda görməməlidir. Bu həqiqəti İmam 

Zeynəlabidin  belə  ifadə  edir:  “Ömrüm  sənə  itaət 



yolunda  olduğu  müddətcə  mənə  ömür  ver.  Əgər 

ömrüm Şeytan otlağı olarsa, qəzəbin sürətlə mənim 

üzərimə  gəlməmişdən,  yaxud  mənim  üzərimdə 

möhkəmlənmədikcə canımı Özünə doğru al!” 

“… Fasiqlərlə həmnişin olmaqdan çəkin, çünki 

şər  şərlə  əlaqəlidir”.  Məktubun  əvvəlində  rəyi  zəif 

olan şəxslə dostluq etməkdən çəkindirdiyi kimi burada 

da Allahın əmrlərinə itaət etməyən, namaz qılmayan, 

oruc tutmayan, zina edən, qumar oynayan, şərab içən, 

insanlara zülm edən və günahlara mürtəkib olan fasiq 

şəxslə dostluq etməkdən çəkindirir. Fasiq öz əxlaqında 

və davranışında şəri təcəssüm etdirir. Əgər sən onunla 

dostluq etsən, onun kimi olacaqsan və onun şəri sənə 

də sirayət edəcək. O şər insan olduğu kimi sən də onun 

kimi şər insan olacaqsan. Ona görə də deyilib ki, əxlaq 

əxlaqdan oğurlayır. 

“…  Allahı  böyük  bil  və  Onu  sevənləri  sev. 

Qəzəbdən  çəkin,  çünki  o  İblisin  ordularından 

böyük bir ordudur. Vəssəlam” Çünki qəzəb yolunun 

üstündə  olan  hər  bir  şeyi  yuyub-aparan  sel  kimidir. 

İnsan  qəzəbləndikdə  ağlını  əldən  verir,  hissləri  və 

nəfsindəki şər qalıqları oyanır və bununla da məqsədsiz 

şəkildə  hərəkət  etməyə  başlayır.  İmamın  təbiri  ilə 

desək,  qəzəb  böyük  bir  ordudur,  bəlkə,  Şeytanın 

məmurlarından bir məmurdur. Onu özünə necə hakim 

edə bilərsən? Vəssəlam. 




  

   


MİLLİ GÖRÜŞ

74

 




MİLLİ GÖRÜŞ

75

 



Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə