MİLLİ GÖRÜŞ
64
(əvvəli ötən sayımızda)
İslam dininin Quran-kərimdən sonra əsas qaynağı
Sünnədir. Sünnə deyildikdə İslam Peyğəmbəri
(s), onun Əhli-Beytindən sayılan imamlar (ə) və
səlahiyyətli əshabələrinin müxtəlif sahələrə aid olan
hədis və rəvayətləri (sözləri) nəzərdə tutulur.
İslam dininin hədis qaynaqlarında istər Peyğəmbər
(s), istərsə də nəcabətli əshabələr (r. ə.) və imamlardan
(ə) əql və düşüncə ilə bağlı bir çox hədislər nəql
olunmuşdur. Həmin hədisləri diqqətlə mütaliə etdikdən
sonra Quran-kərimdən əlavə Sünnə baxımından əql və
düşüncənin üstün və möhtəşəm məqamı aydınlaşır.
Əql və düşüncə ilə bağlı bütün hədisləri bu kiçik
məqalədə təqdim etmək müyəssər olmadığından
burada hədis və rəvayət qaynaqlarına müraciət edərək
onlardan müəyyən bir qismini lazım olan qısa izahlarla
təqdim edirik:
1. ƏQL İLAHİ HÖCCƏT KİMİ
Bizi əhatə edən aləmdə Allah-Taalanın bir
sıra höccətləri və sübutları olmuşdur və indi də
mövcuddur. İlahi peyğəmbərlər, elçilər, səmavi
kitablar və s. o cümlədəndir. Onların hər biri haqq
və həqiqət göstəricisi və sübutu sayılır. Əldə olan
hədis və rəvayətlərin bir qismində əql və düşüncə də
Allah-Taalanın bəndələri üzərində olan höccəti və
sübutu kimi təqdim edilmişdir. Belə ki, İmam Sadiq
(ə) bu barədə buyurur: “Allah-Taalanın bəndələri
üzərində olan höccəti (sübutu, dəlili) Peyğəmbər (s)-
dir. Bəndələrlə Allah-Taala arasında olan höccət isə
əqldir”
1
.
Həmçinin İmam Kazim (ə) bununla bağlı belə
buyurur: “Həqiqətən də, Allahın insanlar üçün iki
höccəti vardır: Onların biri aşkar, digəri isə gizlidir.
Aşkar höccət (ilahi) elçilər, peyğəmbərlər və imamlar
(ə), gizli höccət isə əqldən ibarətdir”
2
.
İmam Baqir (ə) isə belə buyurmuşdur: “Allah-
Taala əqli yaradanda onu danışığa gətirib buyurdu:
“Önə gəl!” Əql önə gəldi. Sonra buyurdu: “Geri
qayıt!” Əql də geri qayıtdı. Daha sonra buyurdu:
“İzzətim və calalıma and olsun ki, Özüm üçün səndən
daha sevimli bir məxluq yaratmadım və səni yalnız
sevdiyim insanlarda kamilləşdirdim. Həqiqətən də,
Mənim göstəriş və qadağam, cəza və mükafatım yalnız
sənə aid olacaqdır!”
3
.
Bu hədislərə görə əql insanlara bəxş edilmiş ilahi
höccət və eyni halda ilahi elçi və peyğəmbərlərlə yanaşı
hər bir insanın daxilində daşıdığı gizli höccətdir. Əql
Allah-Taala üçün ən sevimli məxluq sayılır və aydın
məsələdir ki, onu yalnız ən sevimli saydığı kəslərə
bəxş edir, həmçinin hər bir insandan onun malik olduğu
əql səviyyəsində hesabat alacaqdır. Bu izahlarla İslam
dininin əql və düşüncəyə hansı həddə qədər üstünlük
verdiyi aydınlaşır, çünki əql və düşüncəni ilahi və
eyni halda gizlin höccət adlandıran din onu müxtəlif
sahələrdə yasaqlamaz və kənara qoymaz.
2. ƏQL İSLAM DİNİNİN ƏSAS QAYNAĞI KİMİ
Bəşəriyyətin doğru yola yönəlməsi üçün
göndərilən İslam dininin bir neçə əsas qaynağı vardır.
Ə Q L S Ü N N Ə
B A X I M I N D A N
İlqar İsmayılzadə
(İlahiyyat elmləri doktoru)
MİLLİ GÖRÜŞ
65
İslam dini həmin qaynaqlar üzərində danışır,
onların əsasında müxtəlif sahələrə aid olan bəyanını
insanlara yetirir. Bu qaynaqlar barədə İslam alimləri
tərəfindən müxtəlif fikirlər irəli sürülsə də, onların
bununla bağlı Quran-kərim və Sünnənin (hədis və
rəvayətlərin) İslam qaynağı olması barədə fikir ayrılığı
yoxdur.
Əldə olan hədislərin bəzisində ağıl və düşüncə
də İslam dininin əsas qaynaqlarından biri kimi
təqdim edilmişdir. İslam Peyğəmbəri (s) bu barədə
buyurmuşdur: “Məndən sizə bir hədis çatdıqda onu
Allahın Kitabı (Quran) və əqllərinizin höccəti ilə
müqayisə edin. Onlarla (Quran və əql ilə) müvafiq
olduqda həmin hədisi qəbul edin, əks təqdirdə isə onu
divara vurun (kənara qoyun!)”
4
3. ƏQL ETİQADLI İNSANIN DƏLİLİ KİMİ
Hədis və rəvayətlər, eləcə də ərəb dilində “dəlil”
deyildikdə hər hansı bir şeyi sübut etmək üçün əldə
olan əsas, sübut, həmçinin insana yol göstərən mənalar
nəzərdə tutulur. Əql və düşüncə ilə bağlı hədislərin
bəzisində ağıl etiqadlı insanın dəlili, sübut və əsası
kimi təqdim edilmişdir. İmam Sadiq (ə) bu barədə
belə buyurur: “Əql möminin dəlilidir (sübutu, yol
göstəricisidir)”
5
.
Əqlin etiqadlı insan üçün sübut və dəlil olması heç
də təəccüb doğura bilməz, çünki öncə təqdim edilən
hədislərdə bu ilahi qüvvə ilahi höccət və İslam dininin
əsas qaynaqlarından biri kimi təqdim edilmişdir. Odur
ki, etiqadlı insan malik olduğu bu ilahi nemət sayəsində
bir çox irticaçı, azğın, həmçinin ilahi fitrət və mərifətlə
müvafiq olmayan baxış, yol, söz və rəftardan özünü
qoruya bilər. Bu da öz növbəsində əql və düşüncənin
Sünnədə olan üstün məqamının göstəricisidir.
4. ƏQL – İLAHİ İBADƏT AMİLİ VƏ CƏNNƏTİ
ƏLDƏ ETMƏK YOLU
Əql və düşüncə ilə bağlı hədislərin bəzisində bu ilahi
qüvvə ibadət səbəbkarı, həmçinin Cənnəti əldə etmək
amili kimi təqdim edilmişdir. İmam Sadiq (ə) bununla
bağlı buyurmuşdur: “Əql odur ki, onun vasitəsilə Allaha
ibadət edilir və Cənnət əldə olunur”
6
.
Digər hədisdə isə belə buyurur: “Əqli olan insanın
dini də olar. Dini olan insan isə Cənnətə daxil olar”
7
.
İnsan öz yaradılışı, varlıq aləmi və həyatı barədə
dərindən düşündükdə öz qüdrətli Yaradanı və Onun
əzəməti barəsində mərifət kəsb edir və daha sonra
özünü Onun qarşısında aciz və borclu görərək ibadət və
itaətkarlığa üz tutur. Təbii ki, həqiqi ibadətin sonu ilahi
mərifət və Cənnət olacaqdır. Odur ki, əql və düşüncə
üçün yuxarıdakı hədisdə belə bir tərifin verilməsi heç
vaxt əbəs sayıla bilməz. Bu hədislər də İslam dini
baxımından əql və düşüncənin böyük təsir gücünə malik
olduğundan xəbər verir.
5. CƏHALƏT ƏN ŞİDDƏTLİ YOXSULLUQ,
ƏQL İSƏ ƏN FAYDALI VARLIQ
İnsanlar pulsuzluq və imkansızlığı yoxsulluq
saysalar da, İslam təlimlərində buna baxış bir qədər
fərqlidir, çünki İslam dinində ən şiddətli yoxsulluq
cəhalət və nadanlıq, ən faydalı mal isə əql və düşüncə
sayılmışdır. İslam Peyğəmbəri (s) Həzrət Əliyə (ə) belə
buyurmuşdur: “Ya Əli! Cəhalətdən şiddətli yoxsulluq,
əqldən isə faydalı mal yoxdur”
8
.
İmam Rza (ə) isə buyurur: “Hər bir insanın dostu
onun əqli, düşməni isə onun cahilliyidir”
9
.
Bu hədislərdə əql ilə cəhalətin qarşı-qarşıya
qoyulması İslam dininin əql və düşüncəyə böyük yer
verdiyi, ağıl və şüurdan kənar olmağın isə sözün əsl
mənasında cəhalət və yoxsulluq sayılması deməkdir,
çünki insan əql və düşüncə sayəsində həyatın müxtəlif
sahələrində ən düzgün yolu seçir və bunun nəticəsində
həyatda korluq çəkmir. Əql və düşüncə ilə hərəkət
etməyənlər öz nadan, cılız və səviyyəsiz fikirləri,
davranış və sözləri ilə adətən, həyatın hər bir sahəsində
problemlə üzləşir və yaşadığı həyatda Cəhənnəm əzabını
və yaşayışını təcrübə edirlər.
6. ƏQLSİZ VƏ DÜŞÜNCƏSİZ İBADƏTİN
FAYDASIZ OLMASI
Adətən, el arasında namaz qılan, oruc tutan, həcc
ziyarətinə gedən və yaxşı işlər görən insanlar dillərə
düşür, bununla da həmin şəxslərə xüsusi üstünlük və
fəzilət verilir. Lakin İslam təlimlərinə görə sırf namaz
və oruc kimi yaxşı əməllərin çoxluğu insana üstünlük və
imtiyaz gətirmir. Bu kimi əməllər yalnız əql və düşüncə
ilə birgə həyata keçdikdə insana üstünlük və fəziləti
ərmağan gətirə bilər.
Bu mövzu ilə bağlı hədis və rəvayətlərin müəyyən
bir qismində də insanların üstünlüyünün çoxlu ibadətlə
deyil, əslində əql və düşüncə meyarı ilə təyin edilməsi
bəyan olmuşdur. Əziz Peyğəmbərimiz (s) bu barədə
belə buyurur: “Çoxlu namaz qılan və çoxlu oruc tutan
bir kəsi müşahidə etdikdə onun əql və düşüncəsinə fikir
vermədən onunla fəxr etməyin!”
10
Həzrət (s) digər hədisdə buyurmuşdur: “Bir nəfərin
yaxşı vəziyyəti barədə sizə xəbər çatanda dərhal onun
əql və düşüncəsinin gözəlliyinə fikir verin, çünki belə bir
şəxs öz əqli ilə cəzalanacaqdır”
11
.
Buna oxşar hədislərin bir qismində imamların
(ə) yanında müəyyən şəxslərin çoxlu ibadəti barədə
danışılmış, amma imamlar (ə) bu təriflərə uymadan
birbaşa həmin şəxslərin əql və düşüncə səviyyəsi barədə
soruşmuşlar. İshaq ibn Əmmar nəql edir ki, İmam Sadiqə
(ə) dedim: “Bizim qonşumuzda çoxlu namaz qılan, çoxlu
sədəqə verən və çoxlu həcc ziyarətinə gedən bir şəxs var.
O, yaxşı adamdır”. İmam Sadiq (ə) soruşdu: “Onun əqli
necədir?” İshaq cavab verdi: “O, əqlli (düşüncəli) şəxs
deyil!” İmam Sadiq (ə) dedi: “Elə isə onun bu yaxşı
əməlləri yuxarı qalxmaz (qəbul olmaz)”
12
.