MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə37/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
1   ...   33   34   35   36   37   38   39   40   ...   43

  

   


MİLLİ GÖRÜŞ

62

 



götürülən 

pulun 

üzərində 

irsin 

(“tirkə”nin, ölmüş adamdan qalan şeyin) 

hökmləri  tətbiq  olunmur.  Vəsiyyət  edən 

şəxs o pulun başqa bir yerə xərclənməsini 

müəyyənləşdirməmişdirsə, varislər qadın 

və  kişi  olaraq  onu  aralarında  bərabər 

bölməlidirlər.  Üzvün  götürülməsi  icazəli 

olduğu  halda  müalicəni  həyata  keçirən 

həkimin qanbahası verməsi vacib deyil”

9

 . 

Seyid  başqa  bir  yerdə  mövzunu 

belə  davam  etdirir:  “Şəriət  baxımından 

insanın  ölümündən  sonra  öz  orqanlarını 

bağışlamasının  heç  bir  maneəsi  yoxdur, 

çünki bədən üzvlərinin kəsilməsinin haram 

olması yalnız onların, yaxud insanın özünün 

ehtirama  malik  olmasına  görədir.  Əgər 

insan  özü  vəfatından  sonra  vəsiyyətlə  öz 

ehtiramından  əl  çəkərsə,  bu,  icazəli  olar. 

Xüsusilə də bu orqanlar insan həyatını xilas 

edən, yaxud daha çox xidmət, daha çox əməl, 

yaxud həyat olmaq üçün digər insana səxavət 

göstərilən vasitə olarsa. Bu iş isar (başqasına 

üstünlük  vermə,  altruizm)  və  ehsandır  və 

şəri  baxımdan  bəyənilmiş  bir  işdir.  Allah 

Quranda buyurur: “... Özləri ehtiyac içində 

olsalar  belə,  onları  özlərindən  üstün 

tutarlar” 

11

 

Bu ayədən müzakirə mövzusuna aid olan 

isar və ehsanın şəriliyini (qanuniliyini) kəşf 

edir və bunu tam şəkildə başa düşürük. Hətta 

ayənin mövzusu malla əlaqədar isar forması 

olsa da belə... 

12

 

Seyid  belə  əlavə  edir:  “Orqan 



köçürülməsinin  və  bağışlanmasının 

prinsip  olaraq  vəsiyyət  edilməsinin  və 

orqanların  cənazədən  diri  insana 

köçürülməsinin  heç  bir  maneəsi  yoxdur. 

Bu, ələlxüsus digər insanın həyatını xilas 

etdiyi  vaxt  böyük  əxlaqi  dəyər  hesab 

olunur ki, buna isar deyilir. Diri insanın 

öz  orqanlarını  bağışlamasına  gəlincə  elə 

üzvlər  vardır  ki,  onların  bağışlanması 

insan  həyatı  üçün  heç  bir  təhlükə 

yaratmır.  Orqanın  köçürülməsi  tibbi 

reallığa uyğun olaraq onu bağışlayan şəxs 

üçün heç bir təhlükə yaratmazsa, bunun 

heç  bir  problemi  yoxdur.  Lakin  bizim 

ehtiyatımız  insan  üzvlərinin  ticarətindən 

qaynaqlanır.  Belə  bir  fikir  də  ortaya 

çıxır ki, ola bilsin bəzi fəqihlər sağalmaz 

xəstəliklərdə  və  çətin  vəziyyətlərdə,  yəni 

vəziyyət  qeyri-adi  bir  həddə  çatdıqda 

göz  kimi  həyati  əhəmiyyət  daşıyan  bir 

üzvü başqa bir insana bağışlamağa icazə 

verirlər.  Bu  isə  məqamına,  əsaslarına, 

şərtlərinə uyğun olaraq öyrənilməsi lazım 

olan təfsilatlardır. ...”

ÖVLADLIĞA GÖTÜRMƏYİN 

ŞƏRİ HÖKMÜ

İslam  dini  nəsəb  (nəsil,  əcdad  silsiləsi) 

mövzusu  ilə  geniş  maraqlanmışdır,  çünki 

onun miras, nəfəqələr (yaşamaq üçün lazım 

olan pul və ya şey), qohumluq və bunlardan 

başqa aid olan hərtərəfli müfəssəl məsələlər 

kimi  şəri  nəticələri  vardır.  Müasir  dövrdə 

də  övladı  olmayan  insanların  övladlıq 

götürmələri  barədə  çox  eşidirik.  Bununla 

bağlı başqa məsələlər də vardır ki, bu barədə 

şəriətin rəyini bilmək maraqlı və vacibdir. 



MİLLİ GÖRÜŞ

63

 



Bəzi  alimlər  belə  bir  fikir  irəli  sürürlər 

ki,  İslam  dini  övladlığa  götürməyi  haram 

hesab  etmişdir.  Övladlığa  götürmək 

deyildikdə  bir  şəxsin  başqasının  övladını 

özünə  övlad  seçməsidir.  Allah  onun  bütün 

nəticələrini ləğv etmişdir. “Əhzab” surəsinin 

4-cü  və  5-ci  ayələrində  buyurulur:  “Allah 

...  övladlıqlarınızı  sizə  doğma  oğul 

etməmişdir.  Bunlar  sizin  ağızlarınıza 

gələn sözlərdən ibarətdir. Allah isə haqq 

deyir  və  doğru  yola  O,  hidayət  edir. 

Onları  (övladlıqlarınızı)  öz  atalarının 

adları ilə çağırın. Bu, Allah yanında daha 

ədalətlidir.  Atalarının  kim  olduğunu 

bilməsəniz,  onlar  sizin  din  qardaşlarınız 

və yaxınlarınızdır. ...”

Allah-Taala əmr etmişdir ki, kim bir şəxsi 

himayəyə götürərsə, onu özünə aid etməsin. 

Əgər  onun  tanınan  atası  vardırsa,  o  yalnız 

öz  atasına  aiddir.  Əgər  atası  bilinməzsə, 

din  qardaşı  kimi  çağırılmalıdır.  Beləcə 

nəsəbin həqiqətlərini dəyişdirməyi insanlara 

qadağan  etmiş  və  varislərin  hüququnu  zay 

olmaqdan  və  azalmaqdan  qorumuşdur. 

Beləliklə, bu, övladlığın övladlığa götürmüş 

şəxsin  məhrəmləri,  oğulları  və  qohum-

əqrəbaları  ilə  qarışmasının  qarşısının 

alınması  ilə  nəticələnmişdir.  İslam  dinində 

övladlığa  götürməyin  hökmü  haqqında 

Seyid Mühəmmədhüseyn Fəzlullah buyurur: 

“İslam  dinində  övladlığın,  onu  övladlığa 

götürmüş və tərbiyə etmiş şəxs üçün həqiqi 

övlad  olması  şəklində  övladlığa  götürmək 

yoxdur.  Əgər  övladlıq  oğlan  olarsa,  onu 

övladlığa götürmüş şəxsə, onun övladlarına 

və  zövcəsinə  məhrəm  olmur.  Əgər  qız 

olarsa,  onu  övladlığa  götürmüş  qadının 

özünə, övladlarına və ərinə məhrəm olmur. 

Onlar  bir-birinə  varis  də  ola  bilməzlər. 

Mükəlləfin  bu  övladı  öz  adına  qeydiyyata 

salması icazəli deyildir. Allah-Taala buyurur: 



“Allah ... övladlıqlarınızı sizə doğma oğul 

etməmişdir.  ...”

13

    Ayədəki  “dəiyy”  sözü 

“övladlıq,  övladı  olmayanların  övlad  kimi 

öz ailələrinə qəbul etdikləri uşaq” mənasını 

verir.  Allah-Taala  buyurur:  “Onları  öz 

atalarının  adları  ilə  çağırın.  Bu,  Allah 

yanında daha ədalətlidir. ...”

14

  ... 

Süd əmmə vasitəsilə övladlığa götürməyin 

mümkünlüyü barəsində verilən suala Seyid 

belə  cavab  verir:  “Süd  vermək  vasitəsilə 



övladlığa  götürmək  mümkündür. Və  bu, 

bir  gecə-gündüz  süd  vermək,  yaxud  ona 

başqa bir yemək verməmək və ya başqa 

bir qadının südünü əmməmək şərtilə ona 

on  beş  dəfə  süd  vermək,  yaxud  onların 

ikisi  arasında  başqa  bir  yeməklə,  fasilə 

salmasına  baxmayaraq,  ətə-cana  gəlib 

sümüyü  möhkəmlənənə  qədər  ona  uzun 

müddət  süd  əmizdirmək  və  digər  əlavə 

şərtlərlə  olur.  Şəri  südvermə  həqiqət 

tapdıqda  süd  verən  qadın  süd  əmmiş 

uşağın  anası  olur  və  o  qadının  bütün 

yaxınları  o  uşağın  yaxınlarına  çevrilir. 

Həmin  qadın  o  uşağa  nisbətdə  onu 

doğan  qadın  qəbul  edilir.  Lakin  buna 

baxmayaraq, o uşağı öz adına qeydiyyata 

saldıra bilməz”.

Doğulduğu gündən övladlığa götürülmüş 

qız  uşağını  həddi-büluğa  çatdıqdan  sonra 

görmək  barəsində  suala  Seyid  belə  cavab 

verir:  “Sənin  və  sənin  oğlanlarının 

qarşısında  örtüyə  riayət  etməlidir.  Sənin 

və  sənin  oğullarının  ona  hicabsız  bir 

şəkildə  baxmağınız  haramdır.  Lakin 

ortada  məhrəmliyə  səbəb  olan  süd 

vermənin olması istisnadır” 

15

.

1.“Nisa”, 29

2.“Nisa”, 5

3.“Əraf”, 157

4.“Bəqərə”, 219

5.“İstiftaat”

6. Bəzi məsələlərdə bir müctəhidə, digər 

məsələlərdə isə başqa bir müctəhidə təqlid 

etməyə təbiz deyilir. 

7. “Bəyyinat”, “Fikir və Mədəniyyət” qəzeti, 

“Fiqhi məsələlər” bölməsi, 182 

8. “Bəqərə”, 173 

9.“əl-Məsailul-Fiqhiyyə”, s. 620, 621

10. “Həşr”, 9

11. “Əhzab”, 4

12. “Əhzab”, 5

13. “əl-Məsailul-Fiqhiyyə”, s. 475-476 

14. “Fiqhul-Həyat”, s. 176 



Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə