MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə33/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
1   ...   29   30   31   32   33   34   35   36   ...   43

MİLLİ GÖRÜŞ

53

 



həmin günün şəvval ayından olması bilinsə, 

iftar etmək (yəni orucu açmaq) vacibdir.



 HİLALIN SÜBUTU VƏ TƏƏSSÜBKEŞLİK

Fitvalarda, yaxud nəzər nöqtələrində bəzi 

ixtilaflar  ortaya  çıxdıqda  biz  təəssübkeşlik 

etməməli,  əksinə  deməliyik  ki,  hər  bir 

insanın  öz  vəzifəsi  var  və Allah  qarşısında 

cavab  verəcəkdir.  Bizim  fikirdə,  yaxud 

siyasətdə, yaxud dini rəhbərlik məsələsində, 

yaxud ayların əvvəlləri və axırları barəsində 

bizimlə  ixtilaf  edən  şəxsə  qarşı  təəssübkeş 

davranmağımızın  təqva  və  din  ilə  heç  bir 

əlaqəsi  yoxdur.  Biz  təkcə  şiə  reallığında 

deyil,  bütün  İslam  reallığında  ayların 

əvvəlləri və axırlarında ixtilafa varmağa adət 

etmişik. Hətta illərin birində ramazan ayının 

3 müxtəlif başlanğıcı olmuşdur. 

Ustadımız  Seyid  Əbülqasım  Xoyi  ilə 

–  Allah  ona  rəhmət  eləsin!  –  eyni  fikirdə 

olduğumuz  yeganə  həll  odur  ki,  hilal 

məsələsinin  gözlə  heç  bir  əlaqəsi  yoxdur, 

əksinə zamanla bağlı olaraq kosmik nizamla 

əlaqədar  bir  məsələdir,  çünki  Allah-Taala 

ayları yaratdıqda nə göz vardı, nə də insan. 

Quranda bu barədə buyurulur: “Həqiqətən, 

Allah yanında ayların sayı göyləri və yeri 

yaratdığı  gündən  bəri Allahın  kitabında 

on ikidir. ...”

3

  Allah insanı yaratmamışdan 

əvvəl aylar var idi. Elə isə bu və ya digər ay 

arasında hansı fərq ola bilər? Aylar arasında 

hədd  və  maneə  var?  Zaman  uzanıb  gedir. 

Ayları  bir-birindən  fərqləndirən  amil  Ayın 

muhaqa daxil olmasıdır. Bu o deməkdir ki, 

ay sona çatmışdır. Ayın muhaq çərçivəsindən 

xaric olması ilə – bunu viladət (Ayın doğuşu 

adlandırırlar) – ay başlamış hesab olunur.

Buna görə də biz deyirik ki, ayın əvvəli 

və  sonu  məsələsinin  alimlərlə  (yəni  din 

alimləri  ilə)  heç  bir  əlaqəsi  yoxdur,  çünki 

onlar  bu  işin  mütəxəssisi  deyillər.  Əksinə, 

bu  məsələ  astronomların  işidir,  çünki 

hilalın nə vaxt doğduğunu bizim üçün onlar 

müəyyənləşdirirlər,  onu  görmək  mümkün 

olub-olmadığını  bildirirlər.  Dediyimiz  kimi 

Seyid  Xoyinin  elmi  görüşü  də  məhz  bu 

nöqtədə mərkəzləşir. Buna görə də biz hər il, 

istər ayın əvvəlində olsun, istərsə də axırında 

bütün  dünya  mütəxəssislərinə  müraciət 

etdikdən  sonra  hilalı  elan  edirik.  Lakin  bir 

çox sünni və şiə alimləri hələ də gözlə görmə 

məsələsinə etimad edirlər, çünki Peyğəmbər 

(ə)  buyurmuşdur:  “Ayı  gördükdə  oruc 



tutun,  ayı  gördükdə  iftar  edin!”  Seyid 

Xoyi dediyi kimi biz də bildiririk ki, görmək 

mərifət (bilgi) və yəqinlik əldə etmək üçün 

bir  vasitədir.  Artıq  biz  dəqiq  astronomik 

hesabların  aparıldığı  və  mütəxəssislərin 

gözlə görməkdən daha aydın və daha dəqiq 

məlumatlar  verdiyi  bir  zamanda  yaşayırıq. 

Artıq atmosfer çirklənmişdir. İnsanın fəzada 

20  hilal  görməsi  mümkündür,  çünki  insan 

fəzadakı  bu  ünsürlər  vasitəsi  ilə  yaranan 

parıltını hilal zənn edə bilər, lakin gördüyü 

hilal olmaya bilər.

Biz  hesab  edirik  ki,  hilal  doğarsa  və 

mütəxəssislər  vasitəsi  ilə  gecənin  bir 

hissəsində  birləşdiyimiz  (yəni  gecələrinin 

bir hissəsi belə müştərək olan) ölkədə belə 

görünmənin  mümkünlüyü  bizim  üçün 

sübuta  yetərsə,  ay  daxil  olmuşdur.  Əgər 

başqaları  bizimlə  ixtilaf  etsələr,  onlar  öz 

ictihadlarında  məzurdurlar  və  biz  onların 

ictihadlarına  ehtiramla  yanaşırıq.  Odur  ki, 

hər birimiz öz vəzifəsini yerinə yetirməlidir. 

İstəyimiz  odur  ki,  bir-birimizə  qarşı 

təəssübkeş davranmayaq, fitnə yaratmayaq, 

çünki  cəmiyyətdə  fitnə  yaradanları  Allah 

cəzalandıracaqdır! 



1. Ayın batması, əhatə olunması

2. Doğuş 

3. “Tövbə”, 36


  

   


MİLLİ GÖRÜŞ

54

 



MÜQƏDDİMƏ

Jurnalımızda  namaz  vaxtları  ilə  əlaqədar 

verilən  cədvəl  bəzi  möminlərin  etirazına, 

bəzilərinin  isə  təəccüb  və  heyrətinə  səbəb  olur. 

Etiraz  edənlər  bu  cədvəlin  ölkədə  buraxılan 

cədvəllərə  uyğun  olmadığını  deyərkən, 

digərlərinin təəccüblənm əsinin səbəbi isə hava 

nisbətən işıqlı olduğu bir halda, namaza və oruca 

başlanmasıdır. 

Lakin bütün bunlara baxmayaraq, qətiyyətlə 

deyə bilərik ki, həm Azərbaycanda, həm də digər 

İslam  ölkələrində  namaz  üçün  tərtib  olunan 

cədvəllərdə  sübh  namazının  vaxtı  Quranda, 

Sünnədə  və  müctəhidlərin  fitvalarında  bəyan 

olunan şəri ölçüyə uyğun təyin olunmur. Əməli 

risalələrdə  və  elmihal  kitablarında  fəcri-sadiqə 

(həqiqi  fəcrə)  verilən  tərif  zamana  çevrildikdə 

ciddi  xətalara  yol  verilir,  səhər  vaxtı  (gecənin 

son  üçdə  birində)  sübh  azanı  oxunaraq  camaat 

40  dəqiqə,  yay  fəslinin  bəzi  günlərində  isə  70 

dəqiqə əvvəl namaza və oruca başlamağa məcbur 

edilir. Bu cədvəllərə əsasən fəcri-sadiqdən 40-70 

dəqiqə əvvəl oruca başlamağın (imsakın) çətinlik 

yaratmaq  istisna  olmaqla  heç  bir  problemi 

olmamasına  baxmayaraq,  sübh  namazının 

fəcri-sadiqdən  əvvəl  qılınması  onun  düzgün 

olmamasına (yəni batil olmasına) gətirib çıxarır. 

Qurana  görə  fəcrin  ağ  sapı  qara  sapından 

fərqləndiyi  vaxt

1

    –  buna  fəcri-sadiq  deyilir  – 



orucun  (həmçinin  sübh  namazının)  başlandığı 

vaxtdır  ki,  el  arasında  buna  “dan  yerinin 

ağarması” deyilir. Bu vaxt üfüqdə işartı olduğuna 

görə  hava  alaqaranlıq  (yarıişıq)  olur.  Bu  da  bu 

vaxta  qədər  müəyyən  xətalara  yol  verilərək 

tərtib  olunmuş  cədvəllərə  əsasən  gecənin  bir 

hissəsində qaranlıqda sübh namazını qılmağa və 

orucu başlamağa vərdiş etmiş bəzi möminlərdə 

etirazın və ya heyrətin yaranmasına səbəb olur. 

Halbuki  Qurana,  Sünnəyə  və  bu  iki  mənbədən 

qaynaqlanan fitvalara əsasən sübh namazı və oruc 

gecə yox, alaqaranlıqda, yəni dan yeri sökülərkən 

başlayır və sübh namazının vaxtı Günəş çıxana 

qədər davam edir. 

Dediklərimizin  daha  yaxşı  başa  düşülməsi 

üçün  prof.  d-r  Əbdüləziz  Bayındır  tərəfindən 

qələmə alınmış aşağıdakı məqaləni oxumağı sizə 

tövsiyə edirik. İnanırıq ki, məqalə bu məsələ ilə 

əlaqədar sizdə yaranmış bütün şübhələri aradan 

qaldırıb  doğru  addım  atmağınıza  səbəb  olacaq. 

Nəzərinizə çatdırırıq ki, bu məsələ ilə əlaqədar ilk 

araşdırmanı prof. d-r Əbdüləziz Bayındır başlamış 

və o, öz araşdırmalarının həqiqət olduğunu dini 

şəxsiyyətlərə  və  məqamlara  dəlillərlə  sübuta 

yetirmişdir.  Lakin  buna  baxmayaraq  müəyyən 

səbəblərə  görə  bütün  bunlar  təqvimlərdə  öz 

əksini tapmamışdır. Bu cür düzgün araşdırmalar 

apardığına  və  həqiqəti  ortaya  çıxartdığına  görə 

prof.  d-r  Əbdüləziz  Bayındıra  təşəkkür  edirik. 

Allah ondan razı olsun! 



“Milli Görüş-Sabiqun” Hərəkatı 

Araşdırma Qrupu


Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə