MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə29/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
1   ...   25   26   27   28   29   30   31   32   ...   43

  

   


MİLLİ GÖRÜŞ

46

 



onun  adi  və  çılpaq  gözlə  görünməsinin 

mümkünlüyündən qaynaqlanır. Ona görə də, 

şəri  mətnlərə  müraciət  etmək  lazımdır  ki, 

daha dəqiq bilək müqəddəs şəriət Ayın Yerin 

bir məkanında görünməsinin mümkünlüyünü 

yeni  ayın  başlanması  məsələsində  digər 

məkanlar  üçün  kifayət  bilir,  yaxud  belə  bir 

görünməni  digər  məkanlar  üçün  mötəbər 

bilmir?

Bu  sahədə  mətnlərin  araşdırılmasında 



daim  alimlər  arasında  müxtəlif  ixtilaflar 

yaranmışdır.  Bu  alimlər  arasındakı  ixtilafın 

sirrinin mətnlərin “insiraf”ı səbəbi ilə olması 

mümkündür  ki,  bu  da  “digər  şəhərdə  ayın 

görünməsi”

4

  cümləsində öz əksini tapmışdır. 



Bəziləri  deyirlər  ki,  bu  ifadənin  mütləq 

olması doğrudur. Lakin bu mütləqliyin üfüqi 

baxımdan hilalın göründüyü şəhərlə yaxınlığı 

olan bir şəhərə insirafı vardır. 

Bəziləri isə bu insirafı qəbul etməmiş və 

demişlər:  “Həmüfüq,  yaxud  yaxın  üfüqlü 

şəhərlər  olmasa  da,  “digər  şəhər”  ifadəsi 

digər bir şəhərə şamil edilir, çünki bu ifadə 

mütləq olaraq qeydsiz zikr olunmuşdur”. 

ŞİƏ ALİMLƏRİNİN GÖRÜŞÜ

Bütün  şiə  alimləri  bu  fikirdə  ittifaq 

edirlər ki, Ayın bir şəhərdə görünməsi yaxın 

üfüqlü  şəhərlər  üçün  də  kifayət  edir,  çünki 

belə  bir  vəziyyətdə  yaxın  üfüqlü  şəhərlərdə 

Ayın  görünməməsinin  bir  maneədən 

qaynaqlanması  barədə  elm  (qəti  bilgi)  əldə 

edilmiş olur. Lakin müxtəlif üfüqləri olan uzaq 

şəhərlər  barəsində  deyilmişdir  ki,  keçmişdə 

alimlər bu məsələni qəbul etməmişlər. Amma 

müasir dövrdə alimlərin məşhur rəyi budur ki, 

hilalın bir şəhərdə görünməsi o şəhərlə üfüq 

fərqi olan digər şəhərlər üçün kifayət etmir və 

onu digər şəhərlər üçün şəri ayın başlanğıcı 

hesab  edə  bilmərik.  Əlbəttə,  bir  çox  şiə 

alimləri və tədqiqatçıları belə inanırlar ki, bir 

şəhərdə Ayın görünməsi digər şəhərlər üçün 

də kifayət edir. Bu fikri mərhum Əllamə Helli 

“Təzkirə”  adlı  kitabda  bəzi  alimlərdən  nəql 

etmiş və özü də “Müntəha” kitabında tam və 

açıq şəkildə bu fikri əxz etmişdir. Şəhid Əvvəl 

də “Durus” kitabında bu fikri ağlabatan hesab 

etmiş,  həmçinin  mərhum  mühəddis  Kaşani 

də “Vafi” kitabında bu fikri açıq şəkildə əxz 

etmiş  və  bu  barədə  aşağıdakı  rəvayəti  qeyd 

etmişdir:  “Bəsri  deyir:  “Şaban  ayının 



29-u  hava  bizim  üçün  buludlu  olduğu 

vaxt  ramazan  ayının  hilalı  barəsində 

İmam  Sadiqdən  soruşdum.  İmam  cavab 

verdi: “Hilalı görməmiş oruc tutma. Əgər 

digər  bir  şəhərin  sakinləri  o  gündə  Ayın 

göründüyünə dair şahidlik etsələr, o günün 

orucunu qəza et!”

5

  

Mərhum  Feyz  Kaşani  bu  rəvayətin 



haşiyəsində  deyir:  “İmamın  “Əgər  digər 

bir  şəhərin  sakinləri  o  gündə  Ayın 

göründüyünə dair şahidlik etsələr, o günün 

orucunu qəza et!” – deməsinin səbəbi budur 

ki, əgər bir şəhərdə bir fərd ayı görərsə, bu 

o  deməkdir  ki,  həqiqətdə  min  nəfər  insan 

Ayı  görmüşdür.  Deyildiyi  kimi,  zahirən 

Ayın göründüyü şəhərin görünməyən şəhərə 

nisbətən  yaxın,  yaxud  uzaq  olması  arasında 

heç  bir  fərq  yoxdur,  çünki  əvvəla  təklif 

görünmənin  mümkünlüyü  üzərində  yox, 

görünmənin  özü  üzərində  bina  olunmuşdur. 

İkincisi,  (şəhərin)  yaxın  və  uzaq  olması 

ümumi camaat üçün məlum deyil. Üçüncüsü, 

ləfz (“digər bir şəhər” ifadəsi) mütləq olaraq 

gətirilmiş  və  “digər  şəhər”  ifadəsi  qeydsiz 

zikr olunmuşdur. Bizim müasir fəqihlərimiz 

arasında geniş yayılan fikir bu olmuşdur ki, 

yaxın  üfüqlü,  yaxud  uzaq  üfüqlü  şəhər  bir-

birindən  fərqlənir  və  bunun  ardınca  ictihad 

vasitəsi ilə uzaq və yaxın olmağın təfsirində də 

fəqihlərin kəlamının bir-birindən fərqlənməsi 

əsassızdır”

6

 . 


Mərhum  Şərani  Feyz  Kaşaninin 

yazdıqlarını  şərh  edərək  belə  deyir:  “Şəriət 



qəməri  ayı  görünmənin  mümkünlüyü 

ilə  əlaqələndirmişdir.  Gərək  diqqət 

edək  ki,  hər  bir  məntəqədəki  ayı  həmin 

məntəqədə  görünmənin  mümkünlüyü 

ilə 

əlaqələndirmişdir, 

ya 

bütün 

məntəqələrdəki  ayı  hər  hansı  bir 

məkanda  görünmənin  mümkünlüyü  ilə 

əlaqələndirmişdir?  Şəri  dəlillərdən  başa 

düşdüyümüzə  əsasən  reallığa  yaxın  olan 

odur  ki,  görünmə  bir  məkanda  mümkün 

olarsa, bütün məntəqələr üçün kifayət edər. 

Deməli,  əgər  hilal  bir  şəhərdə  görünərsə, 

digər şəhərlərdə də sübuta yetmiş olur”. 

Həmin  fikri  Şeyx  Yusif  Bəhrani  (h.q. 




MİLLİ GÖRÜŞ

47

 



1107-1186)  “Hədaiq”  kitabında  təsdiq 

etmiş,  “Cəvahir”  kitabının  müəllifi  (Şeyx 

Mühəmmədhəsən) də bu fikrə meyil etmişdir, 

baxmayaraq  ki,  bu  fikri  qəbul  etdiyini  izah 

etməmişdir.  Həmçinin  Nəraqi  “Müstənəd” 

kitabında, Seyid Əbutürab Xansari “Nicatul-

İbad”  kitabının  şərhində,  Seyid  Həkim 

“Müstəmsik” kitabında bu fikrə meyil etmişlər. 

Kitabdakı  mətn  belədir:  “Uzunluq  dairəsi 

üfüqündə  iki  şəhərin  bərabər  olmasının 

bilinməsi  ilə  iki  şəhərdən  birində  hilalın 

görünməsinin bəyyinəsinin digər bir şəhər 

üçün dəlil olmasında heç bir şübhə yoxdur. 

Əgər hilal şərq şəhərlərində görünərsə, bu 

halda  qərb  şəhərləri  üçün  daha  yaxşı  bir 

yolla sübuta yetmiş olur. Lakin hilal qərb 

şəhərlərində görünərsə, rəvayətin mətninin 

(“digər  şəhər”  ifadəsinin)  mütləqliyinə 

əsaslanmaq  uzaq  görüş  deyil.  (Lakin 

digər şəhərlərdə görünmədiyi barədə elm 

əldə  edilməsi  istisnadır.  Bu  vəziyyətdə 

hökmi-zahiri üçün heç bir macal qalmır). 

Və  “insirafi-ləfz”  iddiası  etmək  və  onu 

iki  yaxın  üfüqlü  şəhərə  münhəsir  etmək 

sübuta yetməmişdir” .

7

 

Əbülqasım  Xoyi  “Minhacus-Salehin” 

kitabında  həmin  fikri  irəli  sürmüş  və  təsdiq 

etmişdir:  “Bu  fikir  (yəni  bir  şəhərdəki 



görünmənin 

üfüq 

fərqi 

olmasına 

baxmayaraq,  digər  bir  şəhərdə  hilalın 

sübuta  yetməsi  üçün  kifayət  etməsi  fikri) 

daha qüvvətli və daha aydın bir fikirdir” 

8

.  

Mərhum  Seyid  Mühəmmədbaqir  Sədr 

“əl-Fətavəl-Vadihə”  kitabında  bu  fikri 

bəyənmişdir

9

 .  


Mərhum  Şeyx  Kaşifulğita  “əl-Firdausul-

Əla” kitabında yazır: “Sual: Əgər asimanda 



maneə  olmasa,  şəhərdəki  bəyyinə  hilalın 

sübuta yetməsi üçün dəlildir, ya yox?

Cavab: Bu sualda bir növ icmal vardır. 

Lakin  külli  (ümumi)  qayda  budur  ki, 

bəyyinənin höcciyyətinin (dəlil olmasının) 

dəlilləri mütləqdir və onun mövzusu həqiqət 

tapdıqdan  sonra  bəyyinənin  uzaq  olması, 

yaxud onda şəkk edilməməsi ilə müqəyyəd 

deyildir.  Lakin  insanın  bəyyinənin  səhv 

olmasını  bilməsi  istisnadır.  Deməli, 

hilalın  görünməsi  barəsindəki  bəyyinənin 

şəhərin özündə, yaxud xaricində, şəhərdən 

uzaqda və yaxud onun yaxınlığında olması 

arasında heç bir fərq yoxdur”. 

Digər bir rəy isə bunun kifayət etməməsi 

rəyidir. Bu fikrin də tərəfdarları vardır. İmam 

Xomeyni  bu  fikri  izah  etmişdir.  Belə  deyir: 



“Əgər  bir  şəhərdə  hilal  sübuta  yetərsə, 

lakin başqa bir şəhərdə sübuta yetməzsə, 

əgər hər iki şəhər də üfüq baxımından bir-

birinə yaxın olsa, yaxud həmüfüq şəhərlər 

olsalar,  kifayət  edir,  əks  halda  kifayət 

etmir”

10

 . 

SÜNNİ ALİMLƏRİNİN GÖRÜŞÜ

Əllamə Muğniyə özünün “Beş Məzhəbə 



Əsasən Fiqh” kitabında yazır: “... Hənəfilər, 

malikilər və hənbəlilər deyirlər ki, hilalın 

görünməsi  Yerin  bir  bölgəsində  sübuta 

yetərsə,  yaxın  və  uzaq  olması  arasında 

heç  bir  fərq  olmadan  digər  bölgələrin 

sakinlərinə  də  vacibdir.  Şiələr  və  şafeilər 

deyirlər  ki,  əgər  bir  şəhərin  əhalisi  Ayı 

görsə,  lakin  başqa  şəhərin  əhalisi  onu 

görməsə,  əgər  o  şəhərlər  Ayın  doğduğu 

yer  baxımından  yaxın  olsalar  (yəni  yaxın 

üfüqlü  şəhərlər  olsalar),  onların  hökmü 

birdir,  lakin  mətlə  baxımdan  (yəni  üfüq 

və  Ayın  doğduğu  zaman  baxımından) 

fərq olarsa, hər bir şəhərin özünə məxsus 

hökmü  vardır”

11

  .  Lakin  biz  bildik  ki, 

üfüq  fərqi  olduqda  şiə  alimlərinin  də  fikri 

müxtəlifdir.  Müğniyənin  dediyi  şiə  alimləri 

arasındakı məşhur fikirdir.

İmam  Mühəmməd  Qəzali  “İhyaud-Din” 

kitabında  yazır:  “Əgər  hilal  bir  şəhərdə 



göründüyü  bir  halda,  digər  bir  şəhərdə 

görünməzsə  və  məsafə  baxımdan  o  ikisi 

arasındakı ölçü fasiləsi iki günlük yoldan 

az  olarsa,  hər  iki  şəhərin  əhalisinin  oruc 

tutması vacibdir. Lakin məsafə çox olarsa, 

hər  bir  şəhərin  özünə  məxsus  hökmü 

vardır. Bu vəziyyətdə orucun vacibliyi bir 

şəhərdən digər bir şəhərə sirayət etmir” 

12

. 

BİR ŞƏHƏRDƏ HİLALIN GÖRÜNMƏSİNİN

DİGƏR ŞƏHƏRLƏR ÜÇÜN KİFAYƏT 

ETMƏSİNƏTƏRƏFDAR OLANLARIN 

DƏLİLLƏRİ

Hər şeydən əvvəl “Qədr” surəsini xatırladırlar 

ki, bu, Yer sakinlərinin şəhərlərinin üfüqlərində 



Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə