MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə28/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
1   ...   24   25   26   27   28   29   30   31   ...   43

  

   


MİLLİ GÖRÜŞ

44

 



Araşdırma  aparmaqda  məqsəd  ondan 

ibarətdir  ki,  əgər  yeni  ayın  təbii  dövriyyəsi 

başlasa, lakin biz onu görə bilməsək, yaxud 

bir şəhərdə Ay görünərsə, lakin digər şəhərdə 

görünməzsə,  nə  etmək  lazımdır?  Əgər 

bir  şəhərdə  ayın  görünməməsinin  səbəbi 

yalnız  havanın  buludlu  olmasıdırsa,  digər 

bir  şəhərdə  ayın  görünməsi  əvvəlki  şəhərin 

sakinləri  üçün  kifayət  edər.  Bəzən  görünmə 

barəsindəki  ixtilafın  səbəbi  iki  şəhərin 

üfüqlərinin fərqli olmasıdır ki, bu halda dini 

mətnlər araşdırılmalıdır. Bu barədə həm əhli-

sünnə, həm də şiə arasında müxtəlif fikirlər 

və ixtilaflar vardır. 

Şiə alimlərinin yetkin rəyi budur ki, Ayın 

həmüfüq,  yaxud  yaxın  üfüqlü  şəhərlərdə 

görünməsi  hilalın  isbatı  üçün  kifayət  edir. 

Lakin  bilinən  uzaq  üfüqlü  şəhərlər  üçün 

kifayət  etmir.  Amma  bəzi  müasir  etimadlı 

fəqihlər  onu  kifayət  bilirlər.  Muğniyənin 

kitabında  deyilir  ki,  sünni  alimləri  arasında 

hənəfilər,  malikilər  və  hənbəlilər  Yerin  hər 

hansı bir yerində görünməni kifayət bilirlər, 

lakin  şafeilər  bunun  kifayət  etmədiyinə 

inanır,  şəhərlərin  yaxın  üfüqlü  olmasını 

kifayət  etmənin  şərti  hesab  edirlər.  Uzaq 

üfüqlü  şəhərlər  üçün  görünmənin  kifayət 

etdiyinə  tərəfdar  olanlar  aşağıdakı  dəlilləri 

irəli sürürlər:

“Qədr”  surəsinə  əsasən,  Qədr  gecəsi 

bütün yer əhli üçün birdir. Müxtəlif ifadələrlə 

ölçünün  “görmək”dən  ibarət  olmasını 

qərarlaşdıran  hədisi-şəriflərdəki  mütləqlik, 

bir  məntəqədə  görmənin  kifayət  etməsinin 

səbəbidir  və  “digər  şəhər”

1

  də  görünmənin 



kifayət  etməsinin  ifadə  olunması  bütün 

şəhərlərə şamil edilir.

Müxaliflərin dəlilləri isə bundan ibarətdir: 

Ayın bir şəhərdə görünməsinin digər bir şəhər 

üçün  kifayət  etməsi  ifadəsindən  mütləqlik 

başa  düşülmür,  əksinə  həmüfüq  və  yaxud 

yaxın üfüqlü şəhərlərə “ürfi insiraf” (yəni ürfi 

baxımdan yönəlmə) mövcuddur

2

 . Həmçinin 



“digər  şəhər”  ifadəsini,  hətta Yerin  ən  uzaq 

nöqtəsində yerləşən bir şəhərə necə şamil edə 

bilərik? 

Hər  bir  halda  hilalın  vaxtının  vəhdəti 

barəsində  qəti  bir  dəlil  ortaya  qoymaq 

mümkün  deyil.  Deməli,  hər  hansı  bir  fərdi, 

yaxud dövləti hilalın vaxtının təyininə məcbur 

edə bilmərik. Bu barədə dünya adamlarından 

da qorxmamalıyıq, əksinə öz üsullarımıza və 

dəlillərimizə uyğun hərəkət etməliyik. 

Hər  ay  Ayın  Yerlə  Günəş  arasındakı  öz 



MİLLİ GÖRÜŞ

45

 



yerindən  çıxması  ilə  başlayır  (Bu  elə  bir 

vaxtdır ki, Ayın qaranlıq tərəfi Yerin qarşısında 

qərar tutur və bu səbəblə Ay Yerin sakinlərinə 

görünmür). Ayın bu yerdən çıxması ilə yeni 

ay başlamış olur ki, onun işıqlı yarı tərəfi hilal 

şəklində  görünməyə  başlayır  (Bu  vəziyyət 

“iqtirani  hərəkətin  başlaması”  adlanır).  Ay 

özünün  gizlənmə  zamanından  nə  qədər 

uzaqlaşırsa,  bizə  görünən  hissənin  ölçüsü 

böyüməyə başlayır və onun bütöv yarısı bədr 

şəklində  bizə  görünür.  Bu  vaxt  Yer  Ay  ilə 

Günəş arasında qərar tutur. 

Ayın başlanğıcında hilal Günəşin batdığı 

yerdə  zahir  olur,  bu  vəziyyətdə  bir  qədər 

üfüqün  üstündə  dayanır,  sonra  gözdən  itir. 

Buna görə də bəzən Ayın görünməsi aşağıdakı 

mövzular  kimi  çətin,  yaxud  qeyri-mümkün 

olur:


a)  Hilal  Günəş  batdıqdan  sonra  qərb 

üfüqünün  üstündə  az  bir  zaman  görünür, 

ondan  sonra  qərb  üfüqünün  altında  gözdən 

itir ki, bu surətdə aydın şəkildə görünmür və 

çox vaxt onun görünməsi çətin, yaxud qeyri-

mümkün olur.



b)  Hilalın  işıqlı  hissəsi  Yerlə  üzbəüz 

dayanır və sonra Günəşin batmasından əvvəl 

üfüqün altında gözdən itir ki, bu vaxt Günəş 

mövcud  olduqca  hilalı  görmək  mümkün 

olmur.

c) Ayın Yer ilə üzbəüz olan işıqlı hissəsi 

çox  zəif  olur,  çünki  muhaq  (Ayın  batması) 

halından çıxışın başlanğıcındadır və bu vaxt 

adi gözlə görünmür. 

Bu  üç  vəziyyətin  hamısında  həqiqətdə 

Ayın  təbii  dövriyyəsi  başlamış  olur,  lakin 

biz  ona  baxa  bilmirik.  Lakin  şəri  ay  hələ 

başlamamışdır. Şəri ayın başlamasının yalnız 

iki əsası vardır:

1.  Ay  muhaqdan  çıxmağa  başlamalı  və 

onun işıqlı hissəsi Yer ilə üzbəüz dayanmalıdır.



2. Ayın işıqlı hissəsi adi gözlə görünməlidir. 

Buna  görə  də,  şəri-qəməri  ay  təbii-qəməri 

aydan bir qədər geri qalır. 

İslam şəriətində meyar Ayın yalnız gözlə 

görünməsidir,  nəinki  cihazla  olmasına 

baxmayaraq  hər  bir  şəkildə  görünməsi  ki, 

bu surətdə bulud və duman kimi maneələrin 

varlığı  görünməyə  heç  bir  zərər  vura 

bilməyəcək.

Həmçinin  meyar  Ayın  elmi  cihazlarla 

görünməsi  deyildir,  əsas  meyar  yalnız  adi 

gözlə və cihazsız görməkdən ibarətdir

3

 . 


AYIN GÖRÜNMƏSİNDƏ ŞƏHƏRLƏRİN

FƏRQLƏNMƏSİ MƏSƏLƏSİ

Bəzən Ayın hilalı bir şəhərdə göründüyü 

halda,  digər  bir  şəhərdə  görünmür.  Bu 

vəziyyətdə hökm nədir? 

Cavab budur ki, bəzən Ay havanın buludlu 

olması kimi bir maneənin olması ucbatından 

görünmür.  Bu  halda  hilalın  bir  şəhərdə 

görünməsi  buludlu  səması  olan  bir  şəhər 

üçün də kifayət edir.

Bəzən isə hilalın görünməməsi üfüqlərin 

fərqlənməsi  səbəbindən  olur.  İstər  bu 

fərqlənmə  uzunluq  dairəsində,  yaxud  en 

dairəsində olsun, istərsə də hər ikisində olsun.

Əvvəldə də qeyd etdik ki, şəri baxımdan 

Ayın  görünməsi  yalnız  iki  əsasa  bağlıdır: 

Ayın  muhaqdan  çıxması  və  onun  adi  gözlə 

görünməsinin  mümkünlüyü.  Elə  buna  görə 

də, ayın öz şəri məfhumu ilə başlaması nisbi 

bir  iş  olacaq.  İstər  biz  inanaq  ki,  reallıqda 

Ayın muhaqdan çıxması nisbi bir işdir, yaxud 

təkrar  olunmayan  təbii  və  vahid  bir  işdir, 

çünki muhaq məfhumu və Ayın gözdən itməsi 

vəziyyəti  barəsində  iki  nəzəriyyə  vardır. 

Bəziləri deyir ki, bu vəziyyət Ayın mərkəzinin 

Yerin  və  Günəşin  mərkəzi  arasında  çəkilən 

xətt  üzərində  qərar  tutması  nəticəsində 

yaranır  ki,  bu  halda  Ay  bütün  yer  əhlinin 

gözündən  itir.  Bəziləri  də  belə  inanırlar  ki, 

Ayın muhaq vəziyyəti onun qaranlıq tərəfinin 

Yerin bir məntəqəsi ilə üzbəüz qərarlaşması 

əsasında baş verir ki, bu, nisbi bir işdir.

Hər  bir  halda  Ayı  görmədəki  nisbilik 




Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə