MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə30/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
1   ...   26   27   28   29   30   31   32   33   ...   43

  

   


MİLLİ GÖRÜŞ

48

 



fərqlilik  olmasına  baxmayaraq,  Qədr  gecəsinin 

onlar üçün yalnız bir gecə olduğuna dəlalət edir, 

çünki  Quran  bir  gecədə  nazil  olmuşdur.  Və  bu 

gecə min aydan daha xeyirli olan və işlərin ilahi 

hikmətə əsasən ayırd olunduğu Qədr gecəsidir və 

o gecə Yer kürəsinin bütün məntəqələrini əhatə 

edir.

Qeyd  olunan  əvvəlki  qurani  dəlildən  sonra 



bəzi  rəvayətlər  zikr  olunur.  Onların  bəzilərini 

sizin nəzərinizə çatdırırıq: 

1. Peyğəmbər buyurmuşdur: “Ayı görməklə 

oruc tutun və (yeni) Ayı görməklə də iftar edin 

(orucu yeyin)!”

13

  Bu hədisi-şərif  bütün ümmətə 

ümumi bir müraciətdir. Deməli, hər bir kəs hər 

bir məkanda Ayı görərsə, onun bu görməsi hamı 

üçün görmə hesab olunur.

2.  Hişam  ibn  Həkəmin  səhihəsində  (səhih 

rəvayətində)  İmam  Sadiqdən  nəql  olunur  ki, 

Həzrət 29 gün oruc tutan şəxs haqqında buyurdu: 

“Bu  şəxsin  hilalın  görünməsinə  əsasən  oruc 

tutan  şəhər  əhlindən  ədalətli  bəyyinəsi 

(bərabərdir  iki  ədalətli  şəxsin  şəhadətinə) 

olarsa, bir günü qəza etməlidir!”

14

  

İmam  hökmü  bəyan  etmə  məqamında 



olmasına  baxmayaraq,  şəhərlər  arasında  fərq 

qoymadan, orucun qəzasını şəhər əhlinin ədalətli 

şəhadətinə  bağlı  bilmişdir.  Halbuki  şəhərlər 

arasında fərq olsaydı, bildirilməsi vacib olardı.

3.  Əbubəsirin  səhihəsində  (bir  fikrə  əsasən 

“həsənə”sində)  qəzası  tutulan  ramazan  ayının 

bir günü haqqında İmam Sadiqdən soruşulduqda 

belə cavab verdi: “O günü qəza etmə! Namaz 



qılanlardan  iki  ədalətli  şahidin  ayın  nə 

vaxt  başlaması  barəsində  şəhadət  verməsi 

istisnadır”. İmam buyurdu: “Qəzası tutulan o 

günü  oruc  tutma!  Lakin  şəhər  əhlinin  qəza 

etməsi istisnadır. Əgər onlar belə etsələr, sən 

də o günün orucunu tut!”

15

  

4.  İshaq  ibn  Əmmarın  səhihəsində  deyilir: 



“29  şabanda  hava  buludlu  olduğu  halda 

ramazan  ayının  hilalı  haqqında  İmam 

Sadiqdən soruşduqda belə cavab verdi: “Ayı 

görməmiş oruc tutma! Əgər digər bir şəhərin 

əhalisi Ayı gördüklərinə dair şahidlik etsələr, 

sən də o günün orucunu qəza et!”

16

  

5. 


Əbdürrəhman 

ibn 


Əbiəbdillahın 

səhihəsində deyilir: “Şabanın 29-u hava bizim 



üçün  buludlu  olduqda  ramazan  ayının  hilalı 

barəsində  İmam  Sadiqdən  soruşdum.  İmam 

belə cavab verdi: “Ayı görməmiş oruc tutma!” 

Lakin digər şəhərin əhalisi ona şahidlik etsələr, 

o günün orucunu qəza et!”

17

  

6. Bu qrup digər bir rəvayətə də əsaslanmışdır. 

“Təhzib” kitabında İmam Baqirdən nəql olunan 

rəvayət buna misal ola bilər. İmam buyurur: “Fitr 



bayramı  camaatın  iftar  etdiyi  bir  gündür. 

Qurban bayramı da camaatın qurban kəsdiyi 

gündür.  Oruc  da  camaat  oruc  tutduqda 

tutulmalıdır”

18

 . 

Əbülcarud yolu ilə nəql olunan rəvayətdə də 

bu  barədə  belə  deyilir:  “İmam  Baqirin  özünün 

dediyini eşitdim: “Camaat oruc tutduqda oruc 



tut,  camaat  orucunu  yedikdə  orucunu  ye, 

çünki  Allah  hilalları  camaat  üçün  vaxtların 

təyin olunması zamanı qərarlaşdırmışdır” 

19

. 

7.  Bayram  namazının  qılınma  qaydası 

haqqında  nəql  olunan  rəvayətlərin  çoxunda 

qunutda  oxun-ması  lazım  olan  duada  bu  hissə 

gözə  çarpır.  “...  Müsəlmanlar  üçün  bayram 

olaraq  qərarlaşdırdığın  bu  gündə  səndən 

istəyirəm...”  Duadakı  “Bu  gün”  (ərəbcədə  

“Hazəlyaum”)  kəlməsi  üfüqlər  arasında  ixtilaf 

olmasına  baxmayaraq,  bütün  Yer  əhli  üçün 

müəyyən bir günə işarə edir 

20



Bu  qrup  məsum  İmamdan  rəvayət  olunmuş 



duaya da əsaslanmışdır. Duada deyilir: “Və onun 

görünməsini  bütün  camaat  üçün  bərabər 

görünmə qərar vermisən”.

Bütün  bunlara  əlavə  olaraq  deyilməlidir  ki, 

hətta bir zəif rəvayətdə belə işarə olunmamışdır 

ki, əgər şəhərlər bir-birinə yaxın olsalar, bir üfüq 

hesab  olunurlar.  Buna  əsasən  bir-birinə  yaxın 

olan bir çox şəhərləri bir üfüqdə qərarlaşdırmaq 

və  o  qədər  də  uzaq  görünməyən  uzaq  şəhərləri 

digər üfüqdə göstərmək əsassızdır. 



BİR ŞƏHƏRDƏ HİLALIN GÖRÜNMƏSİNİN

DİGƏR ŞƏHƏRLƏR ÜÇÜN KİFAYƏT 

ETMƏSİNƏ

MÜXALİF OLANLARIN FİKİR VƏ 

DƏLİLLƏRİ

Bu  əksfikirli  insanların  sözlərindən  görünür 

ki,  başlanğıcdan  qətiyyətlə  “ürfi  insiraf” 

(“insirafi-ürfi”)  məsələsi  üzərində  dayanırlar. 

“Digər  şəhərdə  görünmə”  ifadəsindən  istifadə 

etmiş  və  bildirmişlər  ki,  “digər  şəhər”  ifadəsi 

doğru  və  mütləqdir  və  bütün  digər  şəhərlərə 

şamil  edilir.  Lakin  bu  ifadədə Ayın  göründüyü 

şəhərlə uzunluq və en dairələri baxımından yaxın 

üfüqlü  hesab  olunan  şəhərə  insiraf  və  təmayül 

vardır.  Bu  vəziyyətdə  qayda  yalnız  bir-birinə 

yaxın olan şəhərlər barəsində eyni rəy hökmünü 

verir. Diqqət etdikdə görürük ki, bu ürfi insiraf 

aşağıdakı  məsələlərə  diqqət  etməklə  təsdiq 

olunur:



Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə