Iskəndərova Tərifə Niyət qızının “Yohann Leo Vaysgerberun kulturoloji fəlsəfəsi və sosiologiyası (Din, dil və xalq mentaliteti)” adlı referatına



Yüklə 4,96 Kb.
tarix22.11.2017
ölçüsü4,96 Kb.
növüReferat

Iskəndərova Tərifə Niyət qızının “Yohann Leo Vaysgerberun kulturoloji fəlsəfəsi və sosiologiyası (Din, dil və xalq mentaliteti)” adlı referatına
R Ə Y
Referat orjinal və Azərbaycanda bu günə kimi işlənməmiş mövzunu əhatə edir. Ümumiyyətlə iş sosioloji problemləri əhatə edir ki, bu da dinşünaslıq fənninə uyğundur. Çünki dinin sosiologiyası dinşünaslıq elminin tərkib hissəsidir.

Bu tədqiqatda dil və dini inanc məsələlərindən söhbət açılır və bu anlayışların arasında birbaşa bağlantı vardır. Dini inanc, mənəvi rituallar mütləq ifadə olunur və bu ifadə tərzi dindarların psixoloji durumuna təsir edir.

Bundan başqa, referatda dinin, dilin və mədəniyyətin də qarşılıqlı əlaqələrindən söhbət açılır. Din mədəniyyətin bir hissəsi olduğuna görə onunla bağlı problemlər kifayət qədər dolğun işıqlandırılmışdır.

Referatın müəllifi çoxlu sayda alman elmi ədəbiyyatdan istifadə etmişdir ki, bu da onun ilk mənbələrlə işləmək səviyyəsini göstərir.



Bütün yuxarıda qeyd olunan cəhətlərə görə referatın yüksək elmi dəyəri vardır. Ancaq eyni zamanda onu qeyd etmək lazımdır ki, dil-din müstəvisində olan araşdırma referatda nisbətən az açılmışdır. Burada daha çox dil-mədəniyyət problemlərinə üstünlük verilmişdir. Tövsiyyə olunur ki, müəllif gələcəkdə elmi işində Yohann Leo Vaysgerberin dillə dinin bağlılığına aid olan məqamları daha da ətraflı araşdırsın.

Ümumiyyətlə referata rəy müsbəttir, o elmi meyarlara uyğundur.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə