MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə21/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
1   ...   17   18   19   20   21   22   23   24   ...   43

  

   


MİLLİ GÖRÜŞ

34

 



Birinci  hissənin  sonunda  islami  əlamətlər  haqqında 

bir qədər danışıldığına görə əlamətlərin içində ən parlaq 

və  möhtəşəmi  olan  şərafətli  ramazan  haqqında  olan  bu 

ikinci hissədə onun bəzi hikmətləri zikr ediləcəkdir. 

Bu  ikinci  hissə  şərafətli  ramazan  ayının  bir  çox 

hikmətlərindən  doqquz  hikməti  bəyan  edən  “Doqquz 

nöqtə”dir. 

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

“...  Ramazan  ayı  elə  bir  ay¬dır  ki,  insanları 

hidayət  edən  və  hidayətin  və  haqla  batili  bir-

birindən  ayır¬manın  açıq-aşkar  dəlilləri  olan 

Quran o ayda nazil olmuşdur...”

1

  

BİRİNCİ NÖQTƏ

Şərafətli  ramazan  ayının  orucu  İslamiyyətin  beş 

əsas  qanunlarından  (rüknlərindən)  biridir.  Həm  də 

İslamiyyətin əzəmətli əlamətlərindəndir.

Şərafətli ramazan ayının orucunun Cənabı-Haqqın 

rübubiyyətinə  (tərbiyəçiliyinə),  insanın  ictimai  və 

şəxsi həyatına, nəfsin tərbiyəsinə və ilahi nemətlərin 

şükrünə aid olan çoxlu hikmətləri vardır.

Orucun  Cənabı-Haqqın  rübubiyyətinə  aid  olan 

hikmətlərindən  biri  də  budur  ki,  Cənabı-Haqq  yer 

üzünü  nemət  süfrəsi  şəklində  xəlq  etmiş  və  bütün 

növ  nemətləri  o  süfrədə  “min  heysu  lə  yəhtəsib” 

(“gözlənilməyən bir yerdən gəlmə”) şəklində düzmüş 

və rübubiyyətinin, rəhmaniyyətinin və rəhimiyyətinin 

kamilliyini  o  şəkildə  ifadə  etmişdir.  İnsanlar  qəflət 

pərdəsi  arxasında  və  digər  səbəblər  üzündən  o 

vəziyyətin ifadə etdiyi həqiqəti tam görmür, bəzən isə 

unudurlar.

Şərafətli ramazan ayında isə iman əhli intizamlı bir 

ordu şəklini alır. Əzəli Sultanın ziyafətinə dəvət edilmiş 

bir halda axşama yaxın “Buyurun!” əmrini gözləyirlər 

kimi bir növ übudiyyət (bəndəlik) göstərirlər. Bununla 

da  şəfqətli,  əzəmətli  və  tükənməz  rəhmaniyyətə 

qarşı intizamlı bir übudiyyətlə (bəndəçiliklə) qarşılıq 

verirlər.

Əcəba,  bu  şəkildə  ülvi  bəndəçilik  və  şərəfli  lütf 

və  ehsanda  iştirak  etməyən  insanlar  insan  adına 

layiqdirlərmi? 



İKİNCİ NÖQTƏ

Mübarək  ramazan  ayının  orucunun  Cənabı-Haqqın 

verdiyi nemətlərə görə şükrə aid olan hikmətlərindən biri 

budur  ki;  –  Birinci  sözdə  deyildiyi  kimi  –  bir  padşahın 

mətbəxindən bir aşpaz gətirdiyi yemək üçün bir qiymət 

istər.  Aşpaza  bəxşiş  verildiyi  halda,  həddən  ziyadə 

qiymətli olan o nemətləri qiymətsiz zənn edib onu bizə 

əta  edəni  tanımamaq  sonsuz  dərəcədə  bir  axmaqlıq 

olduğu kimi, Cənabı-Haqq hər növ nemətlərini bəşəriyyət 



MİLLİ GÖRÜŞ

35

 



üçün  yer  üzündə  yaymışdır.  Bunun  müqabilində  isə  o 

nemətlərin qiyməti olaraq şükr istəyir.

O nemətlərin zahiri səbəbləri aşpaz hökmündədirlər. 

O aşpazlara bir bəxşiş veririk. Onlara minnətdar oluruq; 

hətta  layiq  olmadıqları  bir  çox  hörmət  və  təşəkkürlər 

edirik. Halbuki Həqiqi Nemət Verən o səbəblərdən hədsiz 

dərəcədə  həmin  nemətlərə  görə  şükrə  layiqdir.  Buna 

görə də Ona təşəkkür etmək, həmin nemətləri doğrudan-

doğruya  Ondan  bilmək,  o  nemətlərin  qiymətini  tərif 

etmək və o nemətlərə öz ehtiyacını hiss etməklə olur.

Bunun üçün də şərafətli ramazan ayının orucu həqiqi, 

xalis, əzəmətli və ümumi bir şükrün açarıdır, çünki digər 

vaxtlarda  məcburiyyət  altında  olmayan  insanların  çoxu 

həqiqi aclıq hiss etmədikcə bir çox nemətlərin qiymətini 

dərk  etmirlər.  Bir  parça  quru  çörək  tox  olan  adamlara 

–  xüsusən  də  zəngin  olarsa,  –  nemət  dərəcəsi  kimi 

anlaşılmaz.  Halbuki  iftar  vaxtlarında  o  quru  çörək  bir 

möminin nəzərində çox qiymətli bir ilahi nemət olduğuna 

dadbilmə  qüvvəsi  şahidlik  edir.  Padşahdan  tutmuş  ən 

fəqirə qədər hər kəs şərafətli ramazan ayında o nemətlərin 

qiymətlərini  başa  düşməklə  mənəvi  bir  şükrə  məzhər 

olurlar.


Həm  gündüz  yemək  yeməkdən  imtina  etməklə  “O 

nemətlər  mənim  mülküm  deyil.  Mən  bunları  yeməkdə 

azad  deyiləm.  Deməli,  başqasının  malı  və  nemətidir. 

Onun  əmrini  gözləyirəm”,  –  deyə  neməti  nemət  bilir. 

Mənəvi bir şükr edir.

Bunun üçün də oruc çox cəhətlərdə insanlığın həqiqi 

vəzifəsi olan şükrün açarı hökmünə keçir. 

ÜÇÜNCÜ  NÖQTƏ

Orucun  insanın  ictimai  həyatına  aid  olan  cəhəti  ilə 

bir çox hikmətlərindən biri də budur ki, insanlar məişət 

baxımından  müxtəlif  surətdə  xəlq  edilmişlər.  Cənabı-

Haqq  o  fərqliliyə  əsasən,  varlıları  kasıbların  yardımına 

dəvət  edir.  Halbuki  zənginlər  fəqirlərin  acınacaqlı  aclıq 

hallarını orucdakı aclıqla tam hiss edə bilirlər. 

Əgər oruc olmasa, bir çox nəfspərəst varlılar ola bilər 

ki, aclıq və fəqirliyin nə qədər dərdli olduğunu və onların 

şəfqətə nə qədər möhtac olduğunu dərk etməsinlər. Buna 

görə  insanlıqdakı  həmcinsinə  şəfqət  həqiqi  şükrün  bir 

əsasıdır.  Hansı  şəxs  olursa-olsun,  özündən  bir  qədər  də 

fərqli daha fəqirini tapa bilər. Ona qarşı şəfqət göstərməyə 

məcburdur.

Əgər  nəfsinə  aclıq  dadızdırmaq  məcburiyyəti 

qarşısında  qalmasa,  şəfqət  vasitəsilə  yardım  etməyə 

mükəlləf olduğu ehsanı və yardımı edə bilməz. Etsə də, 

tam (sonadək) etməz, çünki o halı, həqiqətən, özündə hiss 

etmir. 

DÖRDÜNCÜ  NÖQTƏ

Şərafətli ramazan ayının orucunun nəfsin tərbiyəsi 

ilə bağlı bir çox hikmətlərindən biri də budur ki, nəfs 

özünü azad və sərbəst istər və belə qəbul edər. Hətta 

vahiməli  bir  rübubiyyət  və  kefi  istəyən  hərəkəti  fitri 

olaraq arzu edər. Hədsiz nemətlərlə tərbiyə olunduğunu 

düşünmək istəməz. Xüsusən, dünyada sərvət və qüdrət 

də  olsa,  qəflət  daha  da  kömək  etmişsə,  əldə  edəcək 

ilahi nemətləri tam qəsbkarcasına və tamahla heyvan 

kimi udar.

Buna görə də şərafətli ramazan ayında ən varlıdan 

ən kasıba qədər hər kəsin nəfsi başa düşür ki, onun özü 

malik  (sahibkar)  deyil,  əksinə  başqasının  mülküdür, 

azad deyil, quldur; əmr olunmazsa, ən adi və ən rahat 

bir şeyi də edə bilməz; əlini suya uzada bilməz deyə 

xəyali ağalığı sınar, bəndəlik libasını geyinər, həqiqi 

vəzifəsi olan şükrə bağlanar. 

BEŞİNCİ NÖQTƏ

Şərafətli  ramazan  ayı  orucunun  nəfsin  tərbiyə  və 

islah  olunmasına  və  dikbaşcasına  davranışlarından  vaz 

keçməsi yönünə aid olan çox hikmətlərindən biri də budur; 

insan  nəfsi  qəflətlə  özünü  unudur.  Özündə  olan  hədsiz 

acizliyi, sonsuz ehtiyacı və ən üstün dərəcədəki qüsurunu 

görə bilmir və görmək istəmir. Həmçinin nə qədər zəif 

və zavala məruz qalacaq və müsibətlərə hədəf olacaq, tez 

xarab olacaq, dağılacaq ət və sümükdən ibarət olduğunu 

düşünə bilmir. Sanki poladdan bir vücudu vardır kimi və 

heç ölməyəcək kimi özünün əbədi olduğunu xəyal edərək 

dünyaya hücum edir. Şiddətli bir tamah və acgözlüklə, 

şiddətli bağlılıq və sevgi ilə dünyaya atılır. Ləzzətli və 

mənfəətli  olan  hər  şeyə  bağlanır.  Həmçinin  onu  tam 

bir  şəfqətlə  tərbiyə  edən  Xaliqini  unudur.  Həmçinin 

həyatının nəticəsini və axirət həyatını düşünmür, çirkin 

əxlaq içində çabalayır. 

Bax,  şərafətli  ramazan  ayındakı  oruc  ən  qafil  və 

inadcıl  insanlara  zəifliyini,  acizliyini  və  ehtiyacını  hiss 

etdirir. Aclıq  vasitəsilə  mədəsini  düşünür,  mədəsindəki 

ehtiyacını başa düşür. Zəif vücudunun nə dərəcədə çürük 

olduğunu xatırlayır. Nə dərəcədə mərhəmətə və şəfqətə 

möhtac  olduğunu  başa  düşür.  Nəfsin  fironluğundan  əl 

çəkir, əgər qəflət qəlbini pozmamışdırsa, tam bir acizlik 

və möhtaclıqla ilahi qapıya sığınmağa bir arzu hiss edir 

və  mənəvi  bir  şükr  əli  ilə  rəhmət  qapısını  döyməyə 

hazırlaşır. 

ALTINCI NÖQTƏ

Şərafətli  ramazan  ayının  orucunun  Quran-kərimin 

nazil olması ilə bağlı və şərafətli ramazan ayının Quran-

kərimin ən mühüm nüzul (nazil olma) vaxtı ilə bağlı çox 

hikmətlərindən  biri  də  budur  ki;  Quran-kərim  ramazan 

ayında  nazil  olduğu  üçün  o  Quranın  nazil  olmasına 

hazırlaşacaq.  O  səmavi  kitabı  gözəl  şəkildə  qarşılamaq 

üçün  şərafətli  ramazan  ayında  nəfsin  dəyərsiz  və 

niyyətsiz  (məqsədsiz)  istəklərindən  uzaq  ...  yemək  və 

içməkdən çəkinməklə mələktək pak vəziyyətə bənzəmək 

... və bir şəkildə o Quranı yeni nazil olan bir şəkildə 

oxumaq,  dinləmək  və  ondakı  ilahi  müraciəti  nazil 

olduğu zamandakı kimi dinləmək, o müraciəti Rəsuli-

Əkrəmdən  (s)  eşitdiyi  kimi  dinləmək,  bəlkə,  Cənab 

Cəbrayıldan,  bəlkə  də,  Mütəkəllimi-Əzəlidən  (Əzəli 

Danışan)  dinləyən  bir  müqəddəs  hala  məzhər  olur. 

Özü tərcüməçilik edib başqasına qulaq asdırmaq, Quranın 

nazil olma hikmətlərindən bir dərəcəni göstərməkdir. 



Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə