MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə18/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
1   ...   14   15   16   17   18   19   20   21   ...   43

  

   


MİLLİ GÖRÜŞ

30

 



fars əfsanələrindən edilən tərcümədən artıq bir şey 

deyildir.  Lakin  Cəmşid

22

  ,  Mənuçehr,  Əfrasiyab 



və  Zərdüşt  adlarının  yerinə  hədisin  mövzusu  ilə 

uyğun gələn adlar, məsələn Adəm, Nuh, İbrahim və 

Mühəmməd (ə) qoyulmuşdur. 

Nümunə  olaraq  bunu  deyə  bilərik  ki,  Avesta 

kitabında  bu  günün  ayinləri  barəsində  qısa  şəkildə 

belə deyilir ki, hər bir zərdüşti o gündə yeni və bahalı 

paltarlar geyinməli, camaatla görüşə çıxmalı, hədiyyə 

verməli,  on  üç  gün  işləməməli  və  “yeddi  göy”ün 

allahlarını, yaxud “yeddi müqəddəs”i razı salmaq  üçün 

“həftsin süfrəsi”

23

  açmalıdır. Balıq suda yaşayanların 



allahının  razılığını,  su  dənizlərin  allahının  razılığını 

və səbzə (bir növ yaşıl quru kişmiş) isə əkin allahının 

razılığını təmin edər

24

 , çünki  bu gün Cəmşid atəşi 



yenidən tapmış

25

 , Mənuçehr Turanlılarla barışmış və 



onlara hökmranlıq etmiş, Əfrasiyab Hindistana qalib 

gəlmiş və Zərdüşt isə Əhrimənləri tutub həbs etmişdir.

Qədim  fars  əfsanələrində  və  əsatirlərində  də 

yuxarıdakı mənaya aid müəyyən işarələr verilmişdir 

ki,  onların  mətni  yuxarıda  İmam  Cəfər  Sadiq 

əleyhissəlama  nisbət  verilən  rəvayətin  məzmununa 

uyğundur. “İranlıların etiqadı bu idi ki, Xudavənd bu 

gündə  dünyanı  yaratmaqda  sərbəst  oldu.  Müştərini 

(Yupiter  planetini)  yaratdı,  Zərdüşt  Xudavəndə 

minacat  müvəffəqiyyətini  əldə  etdi,  Keyxosrov 

asimana üruc etdi (yüksəldi). ...

Həmçinin  novruzun  yaranmasının  səbəbi 

haqqında  deyirlər  ki,  divan  Cəmşidin  fərmanı  ilə 

bir  taxt  düzəltdi  və  onu  çiyinlərinə  götürdülər  və 

Dəmavənddən Babilə apardılar. ... Bu əmr fərvərdin 

ayının ilk günündə oldu. Buna görə də camaat onun 

taxtının ətrafında toplandı və hamı dedi: “Bu, yeni bir 

gündür”. Cəm buyruq verdi ki, bu gün və ondan sonra 

beş gün bayram etsinlər. ...

Farslar  fərvərdin  bayramı  üçün  evi  təmizləyir, 

mərasim keçiriləcək otağı bəzəyir, stolun üstünə su 

kuzəsi, güldan və atəş qabı qoyurdular. Atəşi səndəl 

ağacı

26

  və digər xoşiyli ağaclarla qüvvətləndirirdilər. 



Hər  bir  kəs  öz  əli  ilə  atəşə  ağac  qoymalı  və  öz 

ölülərinin adını saymalı idi. ... Bir-birinin əlinə su 

tökər və novruz gününün sübhündə qüsl edərdilər. 

Bunun səbəbini belə bilirdilər ki, bir vaxt Cəmşidin 

zamanında  ölüm-itim  olmadığına  görə  yer  üzü 

canlılar üçün dar oldu. Xudavənd onu üç dəfə böyütdü 

və camaata əmr etdi ki, günahlardan təmizlənsinlər 

deyə  su  ilə  qüsl  etsinlər.  Həmçinin  deyirlər  ki,  bu 

gün su mələyi olan Həruzaya bağlı olduğuna görə bu 

cəhətdən camaat dan yeri ağararkən quyu suyu ilə 

yuyunurdular. Yeni paltar geyinmək, həftsin süfrəsi 

açmaq, göyərti və yeddi növ taxıl əkmək bu günün 

digər ənənələrindən hesab olunur”.

2. Yuxarıdakı rəvayətdə “And olsun Məkkədəki 

Beyti-Ətiqə...”  andı  İmam  Sadiqin  dilindən 

verilmişdir,  halbuki  İmam  Baqir  əleyhissəlamdan 

nəql  olunan  bir  rəvayətdə  buyurulur:  “Allah 

məxluqatından  istədiyinə  and  içər,  lakin 

məxluqatı Ondan başqasına and içə bilməz!”

27

   


Fiqhdə  də  icma  vardır  ki,  şəri  and  yalnız 

Xudavəndi-aləmin  adı  ilə  və  “Vəllahi,  təllahi  və 

billahi” ləfzləri ilə bağlanır və şərilik qazanır.

3. Bu rəvayətlə əvvəldə qeyd etdiyimiz və İmam 

Musa  əl-Kazimdən  nəql  olunan  rəvayət  arasında 

ziddiyyət  vardır.  Əllamə  Məclisi  bu  ziddiyyəti 

yada  salmış,  lakin  bu  iki  rəvayətdən  “şöhrət” 

(“məşhurluq”)  dəlili  ilə  Müəllanın  rəvayətinə 

üstünlük  vermişdir

28

  .  Halbuki  bu  məqamda 



“şöhrət”in şərtləri həqiqət tapmır, çünki:

Əvvələn,  rəvayətin  məşhurluğu  o  vaxt 

mötəbərdir  ki,  rəvayət  və  onun  raviləri  bütün 

mötəbərlik şərtlərini daşımış olsun. 

Saniyən,  bu  rəvayətin  məşhurluğu  (şöhrəti) 

yoxdur.  Dəlili  də  budur  ki,  Şeyx Tusi,  Şeyx  Səduq 

və onun atası, Əllamə Kuleyni və “Qummilər” kimi 

keçmiş  alimlərdən  heç  biri  onu  qeyd  etməmişlər. 

Mərhum Məclisi onu adını zikr etmədiyi bir kitabda 

tapmış  və  bu  barədə  buyurmuşdur:  “Bəzi  mötəbər 



kitablarda  gördüm.  ...”  “Bihar”  kitabının  özündə 

isə  bu  mövzunun  haşiyəsində  belə  qeyd  edilir: 



“Müəlla  rəvayətində  zatən  “höcciyyət”  (“dəlil 

olma”) şərtlərinin olmaması və onun bu rəvayətlə 

(İmam Musa əl-Kazimdən nəql olunan rəvayətlə) 

ziddiyyətdə  olması  rəvayətin  qüvvət  və  şöhrəti 

üçün heç bir yer buraxmır”

29

.  Üçüncüsü, Həzrət 

İmam  Kazim  əleyhissəlam  sırf  hökmü  bəyan 

etməklə  iktifa  etməmiş,  əksinə  İslam  dinində  belə 

bir  bayramın  mövcud  olmadığı  və  İslamın  da  bu 

adətin  məhvinə  iqdam  etməsi  (təşəbbüs  etməsi) 

dəlili ilə bu günün böyük tutulmasının haram olması 

nəticəsini  çıxarmışdır.  Buyurmuşdur  ki:  “Mən  bu 



bayram  haqqında  heç  bir  xəbər  tapa  bilmədim. 

Novruz  farsların  adətidir  və  İslam  onu  məhv 

(ləğv) etmişdir. İslamın məhv etdiyi bir şeyi ehya 

etməkdən Allaha pənah aparırıq!”

4.  Rəvayətin  sənədi  zəifdir,  çünki  hədisin 

raviləri  arasında  qulat,  müğeyrilər,  yalançılar  kimi 

etimad  edilməsi  mümkün  olmayan  şəxslər,  yaxud 

zəif və məchululhal (vəziyyəti bilinməyən) fərdlər 

gözə dəyir. O fərdlər bunlardır: 



Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə