MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə7/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
1   2   3   4   5   6   7   8   9   10   ...   43

MİLLİ GÖRÜŞ

11

 



bəhanəpərdaz  (bəhanəsi  olan)  vəziyyətləri  insanlığın 

necə yanlış bir yola düşdüyünü və hələ də sülhü tərk edib 

müharibəyə  doğru  üz  tutduğunu  göstərən  ibrətamiz  bir 

mənzərədir.

Bu  tablo  qarşısında  indi  yer  üzündə  hüzur,  sülh 

və  xoşbəxtliyin  təsisi  üçün  artıq  belə  səhvlərə  yol 

verilməməsinin, yeni bir istiqamətdə hərəkət edilməsinin 

və doğrulara tərəf qayıdılmasının zərurəti meydandadır.

Bax, yeni əsrə daxil olarkən, hətta yeni bir minilliyə, 

yeni  bir  milada  girərkən  bu  mövzuda  yeni  hədəflər 

müəyyənləşdirilərkən:

– Həqiqətlərin bilinməsi və onlara diqqət edilməsi,

–  Təşxislərin  (diaqnozların)  doğru  və  isabətli 

aparılması,

–  Keçmişdəki  səhvlərin  təkrar  edilməməsi  və  artıq 

bunlardan  lazım  olan  dərslərin  alınması  bir  zərurət  kimi 

ortaya çıxır. 

Bütün  bunlar  İslam-Qərb  Dialoqunun  indi  artıq  hər 

zamandan daha çox əhəmiyyət qazandığını göstərir. 

B) TƏŞXİS (DİAQNOZ) 

VƏ HƏQİQƏTLƏR

İslam və qərb mədəniyyətləri arasında “müharibə 

yerinə  sülhün”,  “qarşıdurma  yerinə  dialoq  və 

əməkdaşlığın”  əsas  götürülməsi  üçün  hər  şeydən 

əvvəl  bu  mədəniyyətlərin  əsas  xüsusiyyətlərinin 

doğru təxşisinin (diaqnozunun) müəyyən edilməsi və 

həqiqətin ortaya qoyulmasında böyük fayda vardır. Biz 

bu mövzuları açıqlaya bilmək üçün çox qısa şəkildə 4 

mövzuya toxunmaqla bunu izah etməyə çalışacağıq:

B.  I.  İslam  və  Qərb  Mədəniyyətlərinin  Əsas 

Xüsusiyyətləri. 



B. II. Doğru və Yanlış Haqq Anlayışlarının Fərqi 

və Bunun Mədəniyyətlər Tarixinə Təsiri.



B.  III.  İslamın  İnsanlığın  Xoşbəxtliyinə  və 

Mədəniyyətinə Etdiyi Böyük Xidmətlər. 



B. IV. XXI Əsrin Əvvəlində XX Əsrdən Alınacaq 

Dərslər.


B.  I.  İslam  və  Qərb  Mədəniyyətlərinin  Əsas 

Xüsusiyyətləri

a) İnsana Verilən Məziyyətlər və Üstünlüklər:

Əlhəmdülillah ki, biz müsəlmanıq. Bu lütfünə və 

nemətinə görə Cənabı-Haqqa sonsuz şükürlər olsun!

Çox yaxşı bilir və görürük ki, bu kainatı və bizi 

yaradan  Rəbbimiz  sonsuz  kamal  sahibidir.  Onun 

əzəmətinin böyüklüyü və sonsuz kamal sifəti belə bir 

kainatın yaradılması zərurətini ortaya çıxarmış, buna 

görə  də  bu  kainatı  yaratmışdır.  Kamal  sifətinə  görə 

Allah əşrəfi-məxluqat olan insanı da yaratmışdır. İnsan 

əşrəfi-məxluqatdır (məxluqatın ən şərəflisidir). Bütün 

yaradılanların içərisində ən üstünü və mükəmməlidir.

İnsanı heyvanlardan və digər məxluqlardan ayıran 

məziyyətlər Cənabı-Haqqın insana verdiyi 4  mühüm 

məziyyətlə ortaya çıxır. Cənabı-Haqqın insana verdiyi 

4 əhəmiyyətli məziyyət, bunların insan cəmiyyətində 

ortaya  qoyduğu  nəticələr  və  bu  məziyyətlərin  təmin 

etdiyi xüsusiyyətlər bunlardır:

1.  Cənabı-Haqq  insana  düşüncə  və  mühakimə 

məziyyəti/üstünlüyü  vermiş,  bunun  nəticəsi  olaraq 

insan  cəmiyyətlərində  elm  var  olmuş,  bu  məziyyət 

insan  oğlunun  doğru  və  yanlışı  ayırd  edə  bilmə 

qabiliyyətini təmin etmişdir.

2.  Cənabı-Haqq  insana  hiss  və  sevgi  məziyyəti 

vermiş, bu vəsf insan cəmiyyətinin din/şəriət və əxlaq 

sahibi  olmalarına  imkan  yaratmışdır.  Bu  məziyyət 

insanların  yaxşı  ilə  pisi,  gözəl  ilə  çirkini  ayırd  edə 

bilmələrini təmin etmişdir.

3. Cənabı-Haqq insanlara iradə və istək məziyyətini 

vermişdir.  Bu  məziyyət  insan  cəmiyyətində 

iqtisadiyyatın  var  olmasına  imkan  yaratmışdır.  Bu 

məziyyət insanın faydalı ilə zərərlini ayırmasını təmin 

edir.


4. Cənabı-Haqq insan oğluna ünsiyyət məziyyəti 

vermişdir.  Bu  məziyyət  insan  cəmiyyətində  siyasət, 

idarəetmə və ədalətin var olmasına imkan yaratmışdır. 

Və  bu  məziyyət  insanın  ədalətlə  zülmü  ayırma 

qabiliyyətini təmin edir.

b) Səadət və xoşbəxtliyin şərtləri:

İnsanların  məsud  ola  bilməsi  üçün,  yəni  səadət 

və  xoşbəxtliyə  qovuşa  bilməsi  üçün  5  şərtin  həqiqət 

tapması lazımdır. Bu şərtlər aşağıdakılardır:

1. Şəfqət, sevgi, sülh, hüzur, qardaşlıq, dözüm və 

tolerantlıq.

2. Hürriyyət və insan haqlarının ən geniş mənada 

var olması və istifadə edilə bilməsi.

3. Hər bir kəsin öz azadlığını yaşayarkən azadlıqlar 

arasında  toqquşma  olduğu  təqdirdə,  bu  toqquşmanın 

həll  edilməsi  üçün  azadlıqlar  arasındakı  sərhəddin 

ədalətlə çəkilməsi.

4.  Hüzur,  hürriyyət  və  ədalət  olduqdan  sonra 

insanların ehtiyaclarını bol və ucuz olaraq təmin edə 

bilməsi, yəni Rifah.

5.  Bütün  bunlar  kifayət  etməz.  Digər  bir  şərt  də 

izzət (yenilməzlik) və etibardır.

c) İslam Mədəniyyətinin Əsas Xüsusiyyətləri:

c. 1. İslam Etiqadının Əsas Xüsusiyyətləri:

Müsəlmançılıq etiqadının əsası şəfqət və sevgidir. 

Qayəsi isə bütün insanların dünya və axirətdə səadət 

və  xoşbəxtliyə  qovuşmasıdır.  Açıq  şəkildə  bilinən 

bu  həqiqətlərin  sübut  olunması  üçün  əlahiddə  cəhd 

göstərməyə lüzum yoxdur. 

Bizim  kitabımız  Quran-kərim  “Bismillahir-

Rəhmanir-Rəhim!”  ilə  başlayır.  Və  Peyğəmbərimiz 

“Rəhmətəllilaləmin”  (“Aləmlərə  rəhmət”)  olaraq 

göndərilmişdir.  Sadəcə  bu  həqiqətlər  belə  hər  şeyi 

sübuta yetirmək üçün kifayətdir.

Buna görə də İslam dini günahsız insanlara zərər 

verilməsinə  və  terrorizmə  kökündən  və  qətiyyətlə 

qarşıdır.

Və  yenə  buna  görədir  ki,  İslam  dini  əsrlər  boyu 




Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə