MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə4/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
1   2   3   4   5   6   7   8   9   ...   43

  

   


MİLLİ GÖRÜŞ

6

 



Burada  Allahın  mehribancasına  bir  müraciəti 

qulağa  çatır  ki:  “Allah  sizin  üçün  ağırlıq  deyil, 



yüngüllük istər. …” Buna əsasən, Allahın haram, 

yaxud  vacib  vəzifələri  sizin  üçün  ağırlıq  istəmək 

deyildir, əksinə sizi asan şəkildə vəzifələndirmişdir. 

“Allah  sizin  üçün  ağırlıq  deyil,  yüngüllük  istər. 

…” Buna görə də xəstəlik halında sizi oruc tutmaqla 

vəzifələndirməmişdir, çünki bu iş sizin sağlamlığınız 

üçün  çətinlik  yaradır.  Səfərdə  olduğunuz  vaxt  sizi 

oruc tutmaqla mükəlləf etməmişdir, çünki səfər özü 

bir sabitsizlik halıdır. Odur ki, vətəndə olduğun kimi 

sabit olmadığın halda, Allah səndən sənin vəziyyətini 

çətinləşdirəcək bir vəzifəni istəməmişdir. 

Buna  əsasən,  bu  qayda,  asanlıq  qaydası  və 

çətinliyin inkarı qaydasıdır. “Allah dində üzərinizə 

heç bir çətinlik qoymadı. …”

5

 “Zərər vermək və 



zərərə  zərərlə  qarşılıq  vermək  yoxdur”  qaydası 

qanunvericiliyin, içində çətinlik, zərər və məşəqqət 

olmayan bütün vəzifələri müəyyənləşdirən külli və 

ümumi  çərçivəsidir.  Beləcə,  Allah  qanunvericilik 

işində Öz mehribançılığını bizə tanıtdırmaq istəyir, 

necə  ki,  rizq  (ruzi),  sağlamlıq  və  təhlükəsizlik 

barəsində  bizi  Öz  rəhmətində  tutmuşdur.  Buna 

görə də, ilahi qanunvericilik həmin ilahi rəhmətdir, 

çünki qanunvericilik çətinlik yox, asanlıq üzərində 

bina  olunmuşdur.  Bu  haqda  Qurandakı  bir  duada 

belə  deyilir:  “Ey  Rəbbimiz,  bizdən  əvvəlkiləri 

yüklədiyin  kimi,  bizi  ağır  yükləmə!”

6

  Buna 


əsasən,  Allah  gücümüz  çatmayan  şeyləri  vəzifə 

olaraq  bizim  çiynimizə  qoymamış  və  bizim  üçün 

çətinlik istəməmişdir. 

“Və  (qərarlaşdırılmış)  sayı  tamamlayasınız 

deyə”  əvvəlindən  axırına  qədər  ramazan  ayını 

oruc tutun, ta ki bütün ramazan ayı oruc tutmaqla 

keçsin.  “Sizi  düz  yola  yönəltməsinə  görə  Ona 

təzim  edin  (yəni  Onu  böyük  bilin)”.  Allahın 

qarşısında durun və Onu böyük və əzəmətli yerində 

təsəvvür  edin.  Vücudunuzda  qərar  verdiyi,  sizi 

həyat  yollarına  hidayət  etdiyi  və  dininə  doğru 

istiqamətləndirdiyi  hidayət  vəsilələrinə  baxmaqla 

Onun  əzəmət  və  böyüklüyünü  görəcəksiniz.  Əgər 

böyük  Allahı  böyük  bilib  Ona  sitayiş  etsəniz, 

Onun  təkvini  hidayətini  başa  düşəcəksiniz  ki,  sizi 

daxildən və xaricdən hidayət edir. Təşrii hidayətinə 

baxmaqla  görəcəksiniz  ki,  Allah  həyatdakı 

hərəkətləriniz  üçün  bir  xətt  çəkmiş  və  hidayət 

etmişdir.  “Ola  bilsin  ki,  şükr  edəsiniz”.  Allahın 

maddi  və  mənəvi  nemətlərinə  baxdığınız  vaxt 

həqiqətləri görməklə Rəbbinizə nisbətdəki şükretmə 

mərtəbələrini  artırmalısınız.  “Sizə  gələn  hər  bir 

nemət Allahdandır”

7

,  “Əgər Allahın nemətlərini 

sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. …”

8

 

ALLAHA TƏZİM ETMƏK

Ramazan 


ayında 

əgər 


ilahi 

hidayət 


axtarışındasansa,  gərək  daima  Ona  təzim  edəsən. 

Allaha təzim etməyin dəyəri belədir ki, o vaxt bütün 

digər şeylər sənin gözündə kiçikləşir. Buna əsasən 

“Allahu  Əkbər”  deməyinin  mənası  budur  ki, 

Allahdan başqa hər bir başqa şey kiçikdir və Allahla 

yanaşı  başqa  bir  varlıq  yoxdur.  Deməli,  Allahdan 

başqa digər bir şeyi çağırmayın. Buna əsasən böyük 

bir məqamı olsa da belə heç bir varlığa xaliqiyyət 

(yaratma),  raziqiyyət  (ruzi  vermə),  mütləq  qüdrət, 

mütləq elm və onun kimi ilahi sifətlərlə sitayiş edə 

bilməzsən.  Bu  cəhətdən  “Allahu  Əkbər”  kəlməsi 

namazın başlanğıcı olmuşdur. Namazda da “Allahu 

Əkbər” deməklə onun müxtəlif hissələrinin sorağına 

gedirik,  ta  Allahın  əzəmət  və  böyüklüyünü  dərk 

edək ki, heç bir varlıq güc və qüdrətdə Ona bənzəyə 

bilməz.  İmam  Əli  (ə)  müttəqilərin  xüsusiyyətləri 

barəsində  buyurur:  “Qəlblərində  Yaradan  ulu, 



gözlərində isə Ondan başqası kiçikdir. ...” 

İmam  Zeynəlabidin  Fitr  bayramı  gününün 

duasında buyurur: “Hər bir böyük Sənin yanında 

kiçikdir.  Hər  bir  qürur  sahibi  Sənin  yanında 

həqirdir (hörmətsizdir)”.

Həzrət Mühəmməd bütün yaradılmışların Seyidi 

olmasına baxmayaraq, bizə belə deməyi öyrətmişdir: 

“Şəhadət  verirəm  ki,  Mühəmməd  Allahın 

bəndəsi  və  elçisidir”.  Bununla  Peyğəmbər  bizə 

öyrədir ki, onun əzəməti iki şeyə görədir: birincisi 

Allahın  bəndəliyidir  ki,  Peyğəmbər  bəndəliyin 

ən uca mərtəbəsində qərar tutmuşdur və digəri isə 

missiyadır ki, Allah bu işi ona həvalə etmişdir.

Gərək  təsəvvür  edək  ki,  Peyğəmbər, 

peyğəmbərlər, imamlar və övliyalar hamısı Allahın 

bəndələridirlər.  “Mələklər  Allahdan  qabaq  söz 



danışmaz, yalnız Onun əmri ilə iş görərlər”

9

. Buna 


əsasən onlar Allahın Öz missiyası üçün seçdiyi ilahi 

bəndələridir. Onlar öz məqamlarında möhtərəmdirlər 

və  onları  allahlıq,  yaxud  yarımallahlıq,  yaxud  da 

allahlığın dörddə biri dərəcəsinə qaldırmaq düzgün 

deyildir.

Biz  onları  yalnız  bəndəlik  məqamında 

görməliyik  və  onların  bəndəlik  yolu  ilə  Allaha 

doğru  ucalmaları  onların  əzəmət  nişanələri  hesab 

olunur.  Peyğəmbərdən  sonra  müvəhhidlərin  ağası 

Əmirülmöminin  Əli  (ə)  buyurmuşdur:  “Mənim 



barəmdə iki dəstə həlak olmuşdur: ifrata varan 

dost”.  Yəni  bizi  bəndəlik  dərəcəsindən  yuxarı 

qaldıran şəxs. “Və bir də mənimlə düşmənçilikdə 




Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə