MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə6/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
1   2   3   4   5   6   7   8   9   ...   43

MİLLİ GÖRÜŞ

9

 



vəsilə olmasını Cənab-Allahdan təmənni edirəm.

Simpoziumun  keçirilməsini  təşkil  və  tərtib 

edən  heyət  bəndənizdən  mövzusu  “İslam  və 

Mədəniyyətlər  Dialoqu”  olan  bu  tədbirdə  “İslam-

Qərb  Əlaqəsi  və  Gələcəyi”  mövzusunda  bir  nitq 

söyləməyi arzu etdiyi üçün bu xüsusda görüşlərimi 

sizə ərz etmək üçün hüzurunuza çıxmışam. 

“İslam-Qərb 

Əlaqələri 

və 


Gələcəyi” 

mövzusundakı görüşlərimi icazənizlə aşağıdakı ana 

bölümlər halında təqdim etməyə çalışacağam: 

A) İnsanlığın Hal-Hazırkı Vəziyyəti Və İslam-

Qərb Dialoqunun Əhəmiyyəti.



B) Təşxis (Diaqnoz) və Həqiqətlər. 

B.I.  İslam  və  Qərb  Mədəniyyətlərinin  Əsas 

Xüsu-siyyətləri. 



B.II. Doğru və Yanlış Haqq Anlayışlarının Fərqi 

və Bunun Mədəniyyətlər Tarixinə Təsiri. 



B.III.  İslamın  İnsanlığın  Xoşbəxtliyinə  və 

Mədə-niyyətinə Etdiyi Böyük Xidmətlər.



B.IV. XXI Əsrin Əvvəlində XX Əsrdən Alınacaq 

Dərslər.


C)  Müalicə  (Tədavi):  İslam-Qərb  Dialoqu  və 

Həsrəti  Çəkilən  Dünyanın  Qurulması  Üçün Atılan 

Addımlar və Atılması Lazım Olan Addımlar.

C. I. Atılan Addımlar; D-8 Kampaniyası.

C. II. “İkinci Yalta Konfransı”; D-8 və G-7-lər 

Yuvarlaq Masa Toplantısı.



C.III.Təklif; Atılması Lazım Olan Çox Əhəmiy-

yətli Addım. 



A) İNSANLIĞIN HAL-HAZIRKI VƏZİYYƏTİ 

VƏ İSLAM-QƏRB DİALOQUNUN 

ƏHƏMİYYƏTİ

a) Hal-hazırda İnsanlığın Vəziyyəti Nədir:

İnsanlıq həmişə olduğu kimi bu gün də sülh, hüzur 

və bütün insanların xoşbəxt olaraq yaşaya biləcəyi bir 

dünyanın  həsrətini  çəkir.  Lakin  çox  təəssüflər  olsun 

ki, insanlığın bugünkü vəziyyəti bu həsrətlə gözlənən 

dünyadan çox uzaqdadır.

Hicri 1423, miladi 2003-cü ilin başlanğıcındayıq. 

Yeni  minilliyə  daxil  olarkən  bütün  insanlıq  hər  vaxt 

olduğundan  daha  çox  sülh,  hüzur  və  səadət  həsrəti 

içində yaşayır.

İnsanlar bu həsrəti bütün XX əsr boyunca da hiss 

etdi. Lakin bütün bir əsr keçdiyinə baxmayaraq, onlar 

bu istəklərinə çox təəssüflər olsun ki, qovuşa bilmədi. 

b) XX Əsrə Qısa Bir Baxış, 

Bu Günlərə Necə Gəldik: 

XX  əsrə  daxil  olduğumuz  zaman  bu  əsrin 

başlanğıcında  imperatorluqların  hakim  olduğunu 

görürük.


Yer  üzündə  dörd  böyük  imperatorluq  hakim 

vəziyyətdə idi. Bunlar aşağıdakılardır:

– Osmanlı Dövləti.

– Rus Çarlığı.

– İngiltərə Krallığı.

– Avstriya-Macarıstan İmperatorluğu.

Birinci  Dünya  Müharibəsi  bu  imperatorluqların 

varlığına  son  qoydu.  Bu  iqtidarların  yerinə  bəzi 

ölkələrdə faşist diktatorluqlar gəldi.

İkinci  Dünya  Müharibəsinə  qədər  davam  edən 




  

   


MİLLİ GÖRÜŞ

10

 



çərək  əsrlik  bir  dövrdə  bu  ölkələrdə  bir  “diktatorlar 

dövrü” yaşandı və bir Stalin, Hitler, Mussolini, Franko 

dövrü  yaşandı.  Bunların  “faşizm”  və  “təzyiqləri” 

insanlara  böyük  zülmlər  yaşatdı.  Bu  zülmlər 

nəticəsində İkinci Dünya Müharibəsi ortaya çıxdı.

İkinci  Dünya  Müharibəsində  insanlar  çox  böyük 

əziyyətlər  çəkdilər.  İkinci  Dünya  Müharibəsi  bu 

diktatorlara  qarşı  aparılan  ümumi  bir  savaşdır.  İkinci 

Dünya Müharibəsi bu diktatorluqlara son qoydu, çünki bu 

müharibə faşizmi və təzyiqi ortadan qaldırma, hürriyyət, 

insan  haqları  və  demokratiyanı  yer  üzünə  hakim  etmək 

üçün aparıldı. 

Altı  il  davam  edən  və  heç  zaman  unudulmayacaq, 

insanlara  böyük  acı  və  itkilər  yaradan  İkinci  Dünya 

Müharibəsindən sonra insanlıq ümumi olaraq Hürriyyət, 

İnsan Haqları və Demokratiyanın təsis olunması üçün 

uzun  illər  mübarizə  apardı.  Bu  mübarizə  50  ildən  bəri 

davam edir və hələ də davam etməkdədir.

50  ildən  bəri  arzu  edilən  nəticənin  əldə  oluna 

bilməməsinin səbəbi isə bunlar olmuşdur:

–  Hər  şeydən  əvvəl  bilinməlidir  ki,  İkinci  Dünya 

Müharibəsində  diktatorların  hamısı  təmizlənə  bilmədi, 

çünki  Stalin  qaldı.  O,  diktatorluğunu  İkinci  Dünya 

Müharibəsindən sonra da davam etdirdi. 

–  Buna  görə  də  1945-ci  ildən  1990-cı  ilə  qədər  bir 

Soyuq  Müharibə  dövrü  yaşandı.  Bu  dövrə  baxmayaraq, 

bütün  insanlıq  təqribən  50  il  hürriyyət,  insan  haqları 

və  demokratiya  xüsusunda  böyük  cəhdlər  sərf  etdi. 

Əhəmiyyətli  addımlar  atdı.  Lakin  yenə  də  arzulanan 

nəticə  əldə  edilə  bilmədi.  Bu  addımların  əsas  nöqtələri 

aşağıdakılardır:

1.  1945-ci  ildə  “İnsan  Haqları  Deklarasiyası”nın 

nəşr  olunması  və  bunun  ardınca  1947-ci  ildə  BMT-nin 

(“Birləşmiş Millətlər Təşkilatı”) yaradılması.

2. 1949-cu ildə hürriyyət və insan haqlarını qorumaq 

məqsədilə  NATO-nun  (“Şimali  Atlantika  Müqaviləsi 

Təşkilatı”) qurulması. 

3.  “Avropa  İnsan  Haqları  Deklarasiyası”nın  nəşr 

edilməsi, “Avropa İnsan Haqları Konvensiyası”nın tətbiq 

edilməsi  və  “Avropa  İnsan  Haqları  Məhkəməsi”nin 

qurulması.

4.  “Avropa  İnsan  Haqları  Konvensiyası”nı  əsas 

götürməklə  1957-ci  ildə  “Avropa  İqtisadi  Birliyi”  ilə 

başlamaqla “Avropa İttifaqı/Avropa Birliyi”nin qurulması.

5.  Və  bütün  bu  inkişaflar  qarşısında  daha  artıq 

qapalı  qala  bilməyən  “Sovet  İttifaqı”nda  Yenidənqurma 

hərəkatının  başlaması  və  bunun  nəticəsi  olaraq 

kommunizmin iflası və “Sovet İttifaqı”nın dağılması.

Bu  inkişaflara  görə  arzu  olunurdu  ki,  “Sovet 

İttifaqı”nın dağılmasından sonra (1987-1990) yer üzündə 

artıq  sülh,  hüzur,  demokratiya  və  insan  haqları  hakim 

olsun. Lakin çox təəssüflər olsun ki, bu, həqiqətə çevrilə 

bilmədi,  çünki  “Sovet  İttifaqı”nın  dağılmasından  sonra 

qərb  liderləri  sülhə  söykənən  bir  dünya  qurmaqdansa, 

yenə düşmənçiliyə söykənən bir dünya qurulması yolunu 

tutdular.

–  Bunun  ən  açıq  sübutu  1990-cı  illərin  əvvəlində 

İngiltərənin Baş Naziri Marqaret Tetçerin Şotlandiyadakı 

NATO  toplantısında  söylədiyi  nitqdir.  Sovet  İttifaqının 

dağılmasından  sonra  “İndi  nə  edəcəyik?  NATO-nu 

ləğv  edəcəyik?”  –  sualına  Tetçer:  “Düşməni  olmayan 



ideologiya  yaşaya  bilməz.  Bizim  yaşaya  bilməyimiz 

üçün mütləq bir düşmənimiz olmalıdır. Sovet İttifaqı 

dağıldı  və  düşmən  olmaqdan  çıxdı.  Onun  yerinə 

yeni  bir  düşmən  qoymalıyıq.  Bu  yeni  düşmən  İslam 

olacaq!” – cavabını vermişdir. 

–  Bax,  çox  təəssüflər  olsun  ki,  yeni  təşəkkülə  belə 

yanlış istiqamət verilməsi, yer üzündə sülhün yaranması 

əvəzinə  dünyanın  ən  həssas  bölgələrində,  Fələstində 

yenidən  savaşların  başlamasına  səbəb  olmuşdur.  Əvvəl 

İran-İrak  Müharibəsi,  sonra  Körfəz  Müharibəsi,  daha 

sonra Bosniya qətl-qarəti, sonra Azərbaycan və Çeçenistan 

qətl-qarəti.

Bütün  bunlar  cərəyan  edərkən  son  olaraq  bunlara 

“Ən Son Yeni Bir Tablo” əlavə olunur. Bugünkü tablonun 

ortaya  çıxmasına  Amerikadakı  11  sentyabr  2001-ci  il 

Terror Hadisəsi bəhanə gətirilmişdir. 

1.  Bu  hadisənin  kimlər  tərəfindən,  nə  məqsədlə 

törədildiyi  hələ  də  insanlıq  üçün  inandırıcı  bir  şəkildə 

sübut  edilməmişdir.  İstifadə  olunan  yüksək  texnologiya 

və  professional  şəkildə  planlaşdırılması  diqqətə  alındığı 

zaman  insanlar,  cəmiyyət,  ictimai  rəy  bu  hadisələrin 

bəzi  qərb  kəşfiyyat  təşkilatları  tərəfindən  tərtib  edildiyi 

ehtimalını düşünməyə məcbur olmuşlar. 

2. Terror hadisələrini qəbul etmək mümkün deyildir. 

Əlbəttə  ki,  11  sentyabr  2001-ci  il  Terror  Hadisəsini 

qınayırıq  və  günahsız  insanların  məruz  qaldıqları  bu 

hadisəyə görə hər birimiz qəlbən ağrı hiss edirik. 

3.  Lakin  belə  bir  terror  hadisəsinin  törədilməsi  nə 

qədər yanlışdırsa, bu terror hadisəsini bəhanə edərək İslam 

dini ilə terrorizm arasında əlaqə qurmağa çalışmaq və belə 

bir yanlış tələqqiyə (qəbul etmə) əsaslanıb hərəkət edərək 

müsəlman  ölkələrə  müharibə  elan  etmək  və  müsəlman 

ölkələrin günahsız xalqlarını bombardman etmək də, kim 

tərəfindən  hansı  məqsədlə  törədildiyi  məlum  olmayan 

bir  hadisəni  bəhanə  edərək  müxtəlif  müsəlman  ölkələrə 

müharibə  etməyə  çalışmaq  da  o  dərəcədə  xətalı  bir 

davranışdır.

Son Əfqanıstan hadisələri əsnasında bir çox günahsız 

əfqan  xalqının  məruz  qaldığı  zülm  və  qətl-qarətlər  də 

qəbul ediləcək hadisələr deyildir.

4.  Soyuq  müharibənin  sona  çatmasından  sonra  12 

ildən  bəri  cərəyan  edən  bütün  bu  hadisələrin  həmişə 

müsəlman  cəmiyyətlərə  qarşı  törədilməsi  və  uzun 

illərdən  bəri  Fələstin  və  Kəşmirdə  müsəlmanlara  qarşı 

tətbiq  olunan  terror  və  qətl-qarət  hadisələri  və  bir  çox 

müsəlman  ölkələrinə  tətbiq  olunan  embarqolar,  qərbin 

ikili  standart  tətbiq  etməsi  və  hissizliyi,  bütün  bu  baş 

verənlərdən sonra həmişə müsəlman cəmiyyətlərin hədəf 

götürülməsi  və  Tetçerin  yuxarıdakı  məzkur  sözü  ilə 

bərabər dəyərləndirilərsə, qərbdəki təşəkküllərin nə üçün 

müvəffəq ola bilmədiyi asanlıqla başa düşülür.

c) İslam-Qərb Dialoqunun Əhəmiyyəti  

İndi bütün bu yaşanan hadisələrdən sonra insanlığın 

hal-hazırkı  vəziyyətində  başda  ABŞ  olmaqla  bəzi 

qərb  ölkələrinin  müxtəlif  bəhanələr  irəli  sürərək  bir 

çox  müsəlman  ölkələrə  müharibə  elan  etmək  üçün 



Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə