Müqəddİmə Bir neçə zəruri xatırlatma


HEYVANLARIN BAŞININ KƏSİLMƏSİ VƏ OVLANILMASI



Yüklə 9,34 Mb.
səhifə73/88
tarix26.09.2017
ölçüsü9,34 Mb.
#2194
1   ...   69   70   71   72   73   74   75   76   ...   88

HEYVANLARIN BAŞININ KƏSİLMƏSİ VƏ OVLANILMASI


Məsələ 2212: Əgər əti halal olan bir hevanın ev və yaxud çöl (vəhşi) heyvanı olmasından asılı olmayaraq, sonradan deyiləcək şərtlərə uyğun başını kəssələr, onun ətini yemək halaldır. Lakin insanın cinsi yaxınlıq etdiyi heyvanın və hətta balasının da əti haramdır. Həmçinin nəcis yeyən heyvanın hökmü də yuxarıdakı ilə eynidir. Əgər ona şəriətdə qeyd edilən göstərişlərə uyğun pak yemək verib, pak etsələr, istisnadır.

Məsələ 2213: Əti halal olan çöl heyvanı, məsələn, ceyran, dağ keçisi, kəklik və s. və habelə, əti halal olan ev heyvanı çöl heyvanı olduqda, məsələn, inək, dəvə fərari olub, çöl heyvanına çevrilsə, əgər onu silah vasitəsi ilə (sonradan qeyd edilən göstərişlərə uyğun olaraq) ovlasalar, halaldır. Lakin əti halal ev heyvanını ovladıqda halal olmur; əhilləşdirilərək ev heyvanına çevrilən əti halal çöl heyvanı da eyni hökmə malikdir.

Heyvanların başının kəsilməsi və ovlanılmasının hökmləri


Məsələ 2214: Əti halal olan çöl heyvanı qaçmağa taqəti olduğu halda ovlanıldıqda halal olur. Belə olan halda qaça bilməyən ceyran və kəklik balası ovlanılmaqla halal olmur.

Məsələ 2215: Balıq kimi atıcı qanı olmayan halal ətli heyvanın özü suda ölsə pakdır lakin, onun əti haramdır.

Məsələ 2216: İlan kimi atıcı qanı olmayan heyvan başı kəsilməklə halal olmur, lakin cəsədləri pakdır.

Məsələ 2217: Başları kəsilmək və şikar edilməklə it, donuz halal olmur və onların əti də haramdır. Əti haram olan yırtıcı və ət yeyən heyvanlar, məsələn, canavar, pələng kimi, deyilən göstərişlərə uyğun başları kəsilsə, yaxud ovlanılsa pakdır, lakin onun əti halal deyil və əgər ov iti ilə də onu ovlasalar, eyni hökmə malikdir.

Məsələ 2218: Fil, ayı, buzinə, siçan və s. eləcə də ilan, kərtənkələ və bu kimi yerin altında yaşayan və atıcı qanı olan heyvan təbii olaraq ölsə murdardır, lakin onların başını kəssələr və yaxud ovlasalar pakdır.

Məsələ 2219: Əgər diri heyvanın qarnından ölü bala gəlsə və yaxud çıxartsalar, onun əti haramdır.

Heyvanların başını kəsmək qaydası


Məsələ 2220: Heyvanın başını kəsdikdə əgər hülqum və boyunun iki böyük damarını tam şəkildə kəssələr kafidir. Lakin, müstəhəb ehtiyata əsasən, dörd böyük damarını yə’ni, boyunun iki böyük damarı və əlavə olaraq hülqum (nəfəs borusu), qida borusu boğazın altında olan çıxıntıdan kəsilməlidir.

Məsələ 2221: Əgər bu damarlardan bə’zilərini kəsib heyvanın ölməsinə qədər səbr edib sonra qalan (damarları) kəssələr faydasızdır. Hətta bu qədər səbr etməsələr də, təbii olaraq damarları ardıcıl kəsməsələr, heyvan diri olsa da belə, iradı var.

Məsələ 2222: Əgər canavar qoyunun boğazını, baş kəsildikdə kəsilməli olan damarlardan heç nə qalmadığı halda qopartsa, o heyvan haram olur. Lakin, o damarlar sağlam və qoyun diri olsa, onun, qeyd edilən qaydalara əsasən, başını kəssələr, halaldır. Həmçinin, əgər bir heyvanın qeyri-şəriət hökmlərinə əsasən, başı kəsilsə pakdır, amma onun ətini yemək haramdır. Bu baxımdan qeyri-islami ölkələrdən gələn heyvanların başlarının kəsilməsini bilsək, dəri və gönləri pakdır.

Heyvanların başının kəsilməsinin şərtləri


Məsələ 2223: Heyvanın başının kəsilməsinin beş şərti var:

1-Ehtiyat vacibə əsasən, başı kəsən müsəlman olmalıdır, nasibilər- Peyğəmbərin (səlləllahu əleyhi və alihi vəsəlləm) Əhli-beyti (ə) ilə düşmən olanlar kafir hökmündədirlər;

2-Heyvanın başı dəmir və yaxud başqa filizdən olan iti cisimlə kəsilməlidir. Lakin, heyvanın başını kəsməyə ehtiyac olduqda, dəmir tapılmasa və yaxud heyvanın başı kəsilmədikdə öləcəksə, hər bir iti şeylə (şüşə, daş, iti taxta) damarlarını kəsmək mümkün olsa, onun başını kəsmək olar;

3-Başı kəsən zaman heyvanın bədəni qibləyə tərəf olmalıdır və bilərəkdən qibləyə tərəf tutmasalar heyvan haram olur. Lakin unutqanlıq, məsələni bilməzlikdən və yaxud qiblənin səhv salınması nəticəsində heyvanı qibləyə tərəf tutmayıb başını kəssələr haram deyil;

4-Başını kəsən zaman Allahın adı çəkilməlidir. “Bismillah” “Subhanəllah”, “La ilahə illəllah” deyilsə, kafidir və bunu hər bir dildə də (demək) caizdir. Lakin, baş kəsmək qəsdi olmadan Allahın adını desə, kafi deyil və unutqanlıq üzündən Allahın adını deməsə eybi yoxdur;

5-Başı kəsiləndən sonra heyvan hərəkət etməlidir. Heyvanın diri olması gözünü, quyruğunu tərpətmək, ayağını yerə döyməklə mə’lum olmalıdır. Vacib ehtiyata əsasən, ondan qan kifayət qədər axmalıdır.

Məsələ 2224: Heyvanın başını kəsən kişi, qadın və yaxud heyvanın başını kəsmək qaydalarını bilən həddi-büluğa yetməyən uşaq ola bilər. Lakin, kişi olduğu halda qadın və uşaqları bu işdən çəkindirmək yaxşıdır.

Məsələ 2225: Texniki cihazlarla heyvanların başını kəsmək, şəriətə uyğun şərtləri baş kəsmək bəhsində qeyd edilənlərə uyğun olsa, caizdir və belə bir heyvan pak və halaldır.

Məsələ 2226: Əgər bir neçə toyuq və yaxud heyvanı birgə kəssələr, bir dəfə “bismillah” demək kafidir. Həmçinin, cihazla vahid bir zamanda çoxlu heyvanın başını kəssələr (digər şərtlərlə malik olmaqla), bir “bismillah” (demək) kifayət edir və əgər cihaz daim hərəkətdədirsə, ehtiyata əsasən, hər dəfə Allahın adı çəkilməlidir.

Dəvəni öldürmək qaydası


Məsələ 2227: Dəvəni öldürmək üçün heyvanların başlarının kəsilməsində qeyd edilən beş şərtdən əlavə, bıçaq və dəmirdən olan kəsici şeyi, boyunun aşağısında olan çuxur yerə batırsınlar. Bu işə “nəhr” deyilir. Bə’zi rəvayətlərə əsasən, dəvənin ayaq üstə olması yaxşıdır. Dizlərini yerə vurduğu və yaxud böyrü üstə uzandığı halda bədəninin qabağı qibləyə tərəf olsa, bıçağı boyunun aşağısında olan çuxura batırsalar, bunun da iradı yoxdur.

Məsələ 2228: Əgər dəvəni nəhr etmək əvəzinə başını kəssələr və yaxud qoyunun, inəyin başını kəsmək əvəzinə nəhr etsələr, onların əti halal deyil. Lakin, bu işdən sonra heyvan diri olsa və tez onu şəriət göstərişlərinə uyğun öldürsələr əti haladır.

Məsələ 2229: Əgər heyvan inadkar olsa və onu şəriətdə müəyyən olan göstərişlərə əsasən kəsə bilməsələr, yaxud quyuya düşüb ölməsi ehtimal edilsə və şəriətdəki qaydalara əsasən kəsilməsi mümkün olmasa, bıçaq kimi kəsici bir şeylə bədənini yaralasalr və həmin yaralanma nəticəsində can versə halaldır və üzü qibləyə olması lazım deyil. Lakin, heyvanların başının kəsilməsi haqqında deyilən sair şərtlərə malik olmalıdır.

Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə