7
yeni Türkiyənin müttəfiqə çevrilməsi onların həm ümumi düşmənə
qarşı uğurlu hərбi əməliyyaтlar aparmalarına, həm də bir çox daxili
problemlərinin həllinə kюmək etdi. XX əsrin 20-ci illərində bol-
şevizmi beşiyində boğmaьa və türk mülklərinə sahib olmaьа çalışan
bəzi Qərb dövlətlərinə qarşı müttəfiqə çevrilən Rusiya və Türkiyə
beynəlxalq mövqelərini möhkəmləndirdilər. Mustafa Kаmal Paşa-
nın liderliyi altında yaradılan Türkiyə Böyük Millət Məclisi höku-
mətini ilk tanıyan məhz bolşevik Rusiyası oldu. Türk xalqının Qərb
imperialistlərinə qarşı apardığı milli azadlıq mühariбəsinə sovet
hökuməti maliyyə, silah, sursat və yanacaqla yardım edərək qaza-
nılan qələbədə rol oynadı. Ən çətin anlarda türk və rus xalqı bir
yerdə oldular. Bu birlik onların çətinlikləri aşmasına və qüdrətli
olmalarına kömək etdi. Rus-тürk müttəfiqliyi və dostluьu bədxah
münasibət bəsləyən dövlətlərin onlarla hesablaşmasına gətirdi. Bəzi
Qərb ölkələrinin rəsmi dairələri və mətbuatı SSRİ-Türkiyə müttə-
fiqliyini dünya okeanlarına açar olan Qara dəniz boğazlarına nəza-
rətin zəifləməsi və iki ölkəni birləşdirən bu dənizin “rus-türk gölünə
çevrilməsi” kimi qiymətləndirirdi.
Yaxşı münasibətlər 1921-ci il 16 mart və 1925-ci il 17 dekabr
tarixli dostluq və hücum etməmək haqqında müqavilələrin imzalan-
ması ilə rəsmi olaraq möhkəmləndirildi. Bu sənədlərdə iki dövlətin
razılaşmaları sağlam düşüncəyə əsaslanan faydalı əməkdaşlıq kimi
təqdim edilirdi. 1922-ci il sentyabrın 24-də Lozan konfransında
Rusiya boğazlara dair türklərin hüquqlarını tanıdı. Lozan konfran-
sından sonra sovet-Türkiyə münasibətlərində yeni bir mərhələ
başladı. Бu konfransdan sonra Türkiyənin Qərb ölkələri ilə yaxın-
laşması Ankara ilə Moskva arasındakı sıx münasibətləri müəyyən
qədər soyuqlaşdırsa da, kəsə bilmədi. SSRİ ilə dost münasibətlə-
rinin olmasına baxmayaraq, Türkiyə Qərb dövlətləri ilə yaxınlaşır,
sovet rəhbərliyinin bəzən açıq-aşkar biruzə verən istəyinin əksinə
olaraq kommunist ideologiyasının ölkə ərazisinə yayılmasına imkan
vermirdi. Mustafa Kamal Paşa xarici düşmənə qarşı mübarizədə
sovet yardımları ilə kommunist ideologiyasını bir-birindən yaxşı
fərqləndirirdi. O birinciyə tərəfdar, ikincinin isə əleyhinə çıxırdı. Bu
barədə rəsmi və ən məxfi məlumatları alan sovet rəhbərliyi türk hю-
kuməтinin siyasətini heç də yaxşı qarşılamırdı. Бununla бelə, 1927-
ci ildə SSRİ Xalq Komissarları Sovetinin sədri A.İ.Rıkov sovet-türk
8
münasibətlərinin gözəl səviyyədə olduğunu söylədi. 1929-cu il de-
kabrın 17-də 1925-ci ildə imzalanmış müqavilənin müddəti 1945-ci
ilədək uzadıldı. İki ölkə arasında iqtisadi münasibətlər də yaxşı inki-
şaf edirdi. 20-ci illərdə SSRİ Türkiyəyə texniki və kapital sarıdan
yardım edən yeganə xarici dövlət idi. Türkiyəyə gələn rus texnik-
ləri, məsləhətçiləri və sovet yardımları hesabına tikilən metallur-
giya, toxuculuq, kimya sənaye müəssisələri Türkiyə iqtisadiyyatının
inkişafında mühüm rol oynadılar. Türkiyə Cümhuriyyəтinin 10
illiyi münasibəti ilə Ankaraya səfər edən SSRİ xalq müdafiə
komissarı K.E.Voroşilov türk-sovet dostluğunun sınaqdan çıxmış
dostluq olduğunu söylədi. Türk hökumətinin antisovet mühacirət
liderlərini ölkədən çıxarması Moskvada razılıqla qarşılandı. Lakin
1930-cu ildə Türkiyədə kommunistlərə qarşı həyata keçirilən cəza
tədbirləri sovetlərdə narazılıq yaratdı. Türkiyənin Qərb dövlətləri ilə
yaxınlaşması da sovetləri qəzəbləndirir, münasibətləri soyuq-
laşdırırdı. Amma soyuqluğun yaranmasında təkcə sovetlər təqsirkar
deyildi. Burada türk dövlət xadimlərinin də müəyyən «diqqətsiz-
likləri» rol oynadı. İsmet İnönü baş nazir vəzifəsindən getdi. Yeni
Türkiyənin qurucusu və rəhbəri olan Atatürk isə ağır xəstə idi. Бaş
nazir Celal Bayar məlum xarici siyasət xəttini yeritməkdən tədricən
uzaqlaşdı. 1938-ci il iyulun 4-də türk-fransız dostluq sazişi, 1939-cu
il mayın 12-də türk-ingilis, iyunun 23-də türk-fransız bəyannamələri
imzalandı. Həmin il oktyabrın 19-da Türkiyə İngiltərə və Fransa ilə
ittifaqa girdi. Bütün bunlar SSRİ ilə Тürkiyə arasında ehтiyaтlı
münasibətlərin başlandığını göstərirdi. SSRİ-nin düşmən saydığı
imperialist ölkələri ilə Türkiyənin isti münasibətlər qurması sovet
dövlətini qane etmirdi. Əsrin dörddə biri qədər davam edən bu
dostluq sovet lideri İ.V.Stalinin təklifləri ilə dağıdıldı. 30-cu illərin
sonlarından sovet-Türkiyə münasibətlərində soyuqluq yarandı.
1939-cu ildə Moskvaya səfər edən xarici işlər naziri Şükrü Sarac-
oğluna sovet rəhbərləri Qara dəniz boğazlarına dair iddialar irəli
sürdülər
1
. Hələ dostluq və müttəfiqlik illərində belə, Türkiyəyə qarşı
kəşfiyyat işini bir an dayandırmayan SSRİ 40-cı illərdən etibarən
onu daha da gücləndirdi. Casus şəbəkəsi genişləndirildi. Mü-
haribədə bitərəfliyini elan edən Türkiyəyə Stalinin boğazlarda hərbi
bazalar yaratmaq təklifi Ankara tərəfindən rədd edildikdən sonra
münasibətlər daha da soyuqlaşdı. Durьunluq yarandı. 1925-ci il
9
müqaviləsini ləğv edən Stalin ikinci dünya müharibəsindən sonra
çar Rusiyasının siyasətini həyata keçirərək Kars, Ardahan vilayət-
lərinə və boğazlara dair iddialar irəli sürdü. Sovet dövləti iki sistem
юlkələri arasında yenicə бaşlayan soyuq müharibənin gedişində
1946-cı il 7 avqusт və 24 senтyaбr tarixli notaları ilə boğazlara dair
iddialarını rəsmiləşdirdi. SSRİ Türkiyə ilə sərhədə ordu hissələri
yığdı. İdeoloji kökləri 1917-ci ilin oktyabr çevrilişinə gedən,
Çexoslovakiyanın bölüşdürülməsinə həsr edilmiş Münhen
sövdələşməsinin, ikinci dünya müharibəsinin gedişində intişar tapan
və ondan sonra başlayan soyuq müharibənin ilk vaxtlarında SSRİ-
nin əsassız ərazi iddialarını irəli sürməsi, Qara dəniz boğazlarına
sahib olmaq niyyətləri Türkiyənin hələ 30-cu illərin sonlarından
Qərb dünyası ilə yaxşılaşmaqda olan münasibətlərinin sıx
müttəfiqliklə başa çatmasına gətirdi. Yeritdiyi siyasət nəticəsində
sovet dövləti bir neçə il əvvəl müttəfiqi olduğu Türkiyəni özündən
uzaqlaşdırdı. SSRİ-Türkiyə müttəfiqliyinin regionda özləri üçün
arzuolunmaz olduğunu başa düşən Qərb dövlətlərinin Türkiyəni so-
veтlərdən uzaqlaşdırıb öz müttəfiqinə çevirməkdən ötrü istifadə
etdiyi bütün mümkün vasitələr də öz təsirini göstərdi. Qərb
dövlətləri iki müxtəlif sosial-iqtisadi sistem arasında şiddətlənən
soyuq müharibədə Türkiyə kimi əlverişli hərbi-strateji mövqedə
yerləşən bir ölkə ilə müttəfiqliyə ehtiyac duyurdular. Belə müttə-
fiqlik Türkiyənin də maraqlarına cavab verirdi. Getdikcə artan sovet
təzyiqləri qarşısında Türkiyə Qərb dövlətlərinin müttəfiqinə çevril-
di. Müharibədən qalib çıxmış, nüvə dövləti olan şimal qonşusunun
təhdidləri qarşısında yaranmış ağır vəziyyətdə Türkiyə zəruri təhlü-
kəsizlik tədbirləri görməyə məcbur oldu. Sovet təhlükəsi qarşısında
Türkiyə nəinki bitərəflikdən imtina etdi, eyni zamanda Qərbə daha
da yaxınlaşaraq NATO hərбi-siyasi blokunun üzvü oldu. Beləliklə,
ABŞ başda olmaqla Qərb dюvləтlərinin təhlükəsini özündən uzaq-
laşdırmaьa çalışan sovetlərin səhv siyasəti nəticəsində SSRİ-nin
cənub sərhədləri heç bir “sanitar dəhlizi” olmadan amerikalıların
təsir dairəsinə düşərək ölkənin təhlükəsizliyi üçün qorxu törətməyə
başladı. Türkiyənin NATO-ya üzv olmasına SSRİ-nin etiraz etməsi
münasibətləri daha da kəskinləşdirdi. Sovet təhlükəsi qarşısında бir
neçə il sonra Тürkiyə ərazisində xarici hərbi bazalar yaradıldı.
Türkiyə NAТO-nun cənub qanadında əsas dövlətə çevrildi. Bundan
Dostları ilə paylaş: |