10
sonra SSRİ-Türkiyə münasibətləri daha da pisləşdi. Müharibədən
sonrakı ilk illərdə təzyiqlər və silah gücünə “xalq demokratiyası”
adlandırılan ölkələrdə soveтpərəsт hюkuməтlər yaratmaqla Qərb
ölkələri ilə sərhədlərində “sanitar dəhlizi” qurmağa çalışan, SSRİ-ni
“dəmir pərdə” ilə əhatə edərək qapalı cəmiyyətə çevirən sovet
rəhbərliyinin siyasəti nəticəsində ABŞ və NATO Türkiyə vasitəsilə
Sovet İttifaqının cənub sərhədlərinə xeyli yaxınlaşdılar. ABŞ və
NATO-nun digər dövlətləri artıq SSRİ sərhədlərinin tikanlı
məftillərinin yanından ölkənin içini yaxşı “görə bilirdilər”. Belə
vəziyyət sovet dövlətinin mənafelərinə qətiyyən cavab vermirdi.
Stalinin ölümü sovet xarici siyasətinə bir sıra yeniliklər gətirdi.
SSRİ özünün birtərəfli qaydada dağıtdığı sovet-türk münasibətlərini
бərpa eтmək xəttini seçdi. Sovet dövləti 1953-cü il 30 may tarixli
notasında sovet-türk münasibətlərinə yenidən baxdığını və Türkiyə-
dən heç bir torpaq ərazisi tələb etmədiyini bildirdi
2
. Sovet İttifaqının
belə mövqeyi qarşılıqlı münasibətlərdə olan soyuqluğun tədricən
aradan qaldırılmasına ciddi təsir etdi. 50-ci illərin sonlarından
münasibətlərin normallaşması üçün cəhdlər edildi. Stalindən sonra
hakimiyyətə gələn N.S.Xruşşov xarici siyasət məsələlərinə həsr
edilmiş bütün nitqlərində Türkiyə ilə münasibətlərin yaxşılaşdırıl-
masından danışırdı. O, xarici siyasət məsələlərində Stalinin mövqe-
yindən imtina etsə də, stereotiplər hələ qalırdı. Türkiyə üçün milli,
həyati məsələ olan Kipr məsələsində Xruşşovun mövqeyi bunu
aydın şəkildə göstərirdi. Xruşşovun “Ermənistan” gəmisində Misirə
səfəri zamanı Aralıq dənizindən keçərkən kiprli türklərə qarşı
dəhşətli siyasəti həyata keçirən Kipr prezidenti arxiyepiskop III
Makariosa fəaliyyətində uğurlar arzulaması, Türkiyəyə isə dostluq
münasibətlərini izhar etməsi türklərin ümumi hiddətinə səbəb oldu.
Münasibətlərdə gərginlik yaratdı
3
. Lakin NATO bloku ölkələrinin
türklərin tale məsələsi hesaб eтdikləri Kipr problemində Türkiyənin
haqq işinə biganə qalmaları sovet-türk münasibətlərinin normallaş-
masına təkan verən amillərdən biri oldu. 60-cı illərin əvvəllərindən
sovet-Türkiyə münasibətlərində normallaşma baş verdi. Normallaş-
manın çoxlu səbəbləri vardı. Бunun əsas səbəblərindən biri Kipr
məsələsində SSRİ-nin tutduğu mövqe və onun Türkiyənin maraq-
larına cavab verməsi ilə əlaqədar idi. Türklər üçün ABŞ-a, Бюyük
Бriтaniyaya və SSRİ-yə etimad bəsləmək Kipr məsələsinə müna-
11
sibətdən keçirdi
4
. Uzun illərdən sonra 1963-cü ilin may ayında iki
ölkə arasında ilk əlaqələr quruldu. TBMM nümayəndə heyəti
senatın sədri Suat Hayri Ürgüplü başda olmaqla SSRİ-yə səfər etdi.
SSRİ-nin Kipr məsələsində бəyan eтdiyi mövqe türk ictimai rəyində
müsbət qarşılandı.
Xruşşovun ölkə liderliyindən uzaqlaşdırılmasından, Leonid İliç
Brejnevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi seçilməsindən sonra yürüdülən siyasi realizm xətti
nəticəsində ikitərəfli qarşılıqlı münasibətlərdə yaxşılığa doğru dö-
nüş yarandı. Brejnev Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq xətti
seçdi. Müxtəlif səviyyəli qarşılıqlı səfərlər artdı. İlk növbədə ticarət-
iqtisadi əlaqələrdə canlanma baş verdi. Elmi-texniki, mədəni və
başqa sahələrdə əməkdaşlığa dair bir sıra hökumətlərarası sənədlər
imzalandı. Bununla sovet dövləti bir tərəfdən, Türkiyə ilə yaxınlaşıb
onun Qərb dünyası və ABŞ-la münasibətlərini zəiflədərək özünə
dost etməyə, digər tərəfdən, Türkiyədə öz nüfuzunu yaymağa çalı-
şırdı. Əslində bu illərdə Türkiyədə, Kiprdə və İraq türkmənləri ara-
sında ABŞ-la SSRİ arasında nüfuz qazanmaq uğrunda gərgin mü-
barizə, soyuq müharibə gedirdi. Bu mübarizədə tərəflər bütün müm-
kün dinc vasitələri məqbul hesab edirdilər.
SSRİ-nin Türkiyəyə münasibətdə yeritdiyi siyasətdə Azərbay-
can müstəsna rol oynayırdı. Sovet rəhbərləri iki ölkə arasında müna-
sibətlərin normallaşdırılmasında Azərbaycan faktoruna xüsusi önəm
verirdilər. Öz növbəsində Azərbaycan rəhbərləri SSRİ-ni Türkiyəyə
dost etməyə çalışır, bundan ötrü müvafiq tövsiyələrini söyləyirdilər.
İkitərəfli münasibətlərin yaxşılaşmasına baxmayaraq, sovet
dövləti ölkə ərazisində türkçülüyün, pantürkizmin və turançılığın,
Türkiyə isə kommunist ideologiyasının yayılmasının əleyhinə çıxır-
dı. Tərəflər imkan düşən kimi bu sahədə gizli fəaliyyətlər göstə-
rirdilər. SSRİ Türkiyədə kommunist təşkilatlarına kömək, Türkiyə
isə türk xalqlarının milli hisslərinin qızışdırılmasına səylər edirdi.
Sovetlər xəlvəti olaraq Türkiyədə kommunist təşkilatlarını ma-
liyyələşdirir, onların vasitəsilə ölkə həyatına nüfuz etməyə çalışırdı.
Türkiyədə kommunist təşkilatlarının fəaliyyəti qadağan edilmişdi.
Xaricdə qurulmuş Türkiyə Kommunist Partiyası soveт-тürk müna-
sibətlərinin yaxşılaşdırılmasına тərəfdar çıxırdı.
Xarici ölkələrdəki erməni təşkilatları sovet-türk yaxınlaşma-
12
sından əndişə duyurdular. Soveт İттifaqını тəşkil edən respuбlika-
lardan бiri olan Ermənistan SSR rəhbərləri sovet dövlət
başçılarından тarixdə heç zaman olmamış uydurma “erməni
soyqırımı”nı tanımağı inadla xahiş edirdilər. Erməni dairələrinin
təqsiri ucbatından SSRİ Qafqazda Türkiyə üçün dost ölkəyə çox
çətinliklə çevrilirdi. Fərqli ideoloji təməllərə dayanmasına baxma-
yaraq, həm erməni kommunistlərini, həm də ölkədən qovulmuş
antisovet təşkilatları-Daşnaksüтyunu və digərlərini Türkiyəyə qarşı
ümumi düşmənçilik birləşdirirdi. Xarici ölkələrdə fəaliyyət göstərən
müxtəlif yönümlü erməni təşkilatları türklərə qarşı terror təşkil
edərək amansızlıqla həyata keçirirdilər…
Təqdim olunan bu monoqrafiya Azərbaycan Respublikası Döv-
lət Arxivinin (ARDA), Azərbaycan Respublikası Siyasi Partiyalar
və İctimai Hərəkatlar Dövlət Arxivinin (ARSPİHDA), Azərbaycan
Respublikası Milli Təhlükəsizlik Nazirliyi Arxivinin (ARMTNA),
Azərbaycan Respublikası Dövlət Foto və Kino Sənədlər Arxivinin
(ARDFKSA), Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivinin (rusca
RQASPİ), Rusiya Dövlət Ən Yeni Tarix Arxivinin (rusca RQANİ),
Rusiya Federasiyası Xarici Siyasət Arxivinin (rusca AVPRF),
Rusiya Federasiyası Dövlət Foto-Kino Sənədlər Arxivinin (rusca
QAFKDRF) uzun illər boyu “məxfi”, “tam məxfi”, “xidməti isti-
fadə üçün” qriflər altında saxlanılmış materialları, Türkiyə Böyük
Millət Məclisi Arxivi və kitabxanasının, Türкiyə Cümhuriyyəti
Başbakanlık Basın Yayın və İnformasiya Genel Müdirliyi Arxivi-
nin, Türkiyə Cümhuriyyəti Başbakanlık Cümhuriyyət Arxivinin
fondlarının materiаlları, ABŞ xarici siyasət və Mərkəzi Kəşfiyyaт
İdarəsinin sənədləri, müxtəlif ölkələrin dövri mətbuatı və müəllif-
lərin əsərləri əsasında yazılmışdır. Həmin arxiv və kitabxanaların
rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirəm.
Monoqrafiyanın yazılmasında şifahi тarix meтodundan, soveт-
тürk münasiбəтlərinin həyaтa keçirilməsində işтirak eтmiş ayrı-ayrı
şəxslərin fikirlərindən də isтifadə edilmişdir.
Rusiya və Тürkiyənin müxтəlif arxivlərində çalışmaьıma, ma-
тerialları тoplamaьıma eтdikləri yardımlar üçün БSТ (Бakı Sюhбəт
Тoplanтı Kluбu) rəhбərlərinə və üzvlərinə, monoqrafiyanın nəşrinə
eтdiyi kюməyə gюrə isə ТÜSİAБ-a, şəxsən Dr. Бaтaçar Бaysala də-
rin тəşəkkürümü бildirirəm.
Dostları ilə paylaş: |