Musa Quliyev Naxçıvan xanlığının Qafqazda hərbi-siyasi mövqeyi və əlaqələri Naхçıvan 2013



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/52
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32213
1   ...   31   32   33   34   35   36   37   38   ...   52

-108-
yaşayırdı.  1804-1813-cü  illərdəki  müharibə  başa  çatsa  da,
Rusiyanın  Naxçıvan  xanlığını  işğal  etmək  planı  gündəlikdə
dururdu. Müharibənin bitməsinə baxmayaraq, bölgədə gərginlik
qalmaqda idi. Ona görə də 1816-cı ildə Rusiya çarı I Aleksandr
(1777-1825-ci illər) A.P.Yermolovu Qafqazdakı rus qoşunlarının
baş komandanı və İrana gedəcək səfirliyin başçısı təyin etdi.
A.P.Yеrmolov  1777-ci  ildə  Orlov  quberniyasında  o  qədər
də  varlı  olmayan  mülkədar  ailəsində  doğulmuşdu.  Təhsilini
Moskva  universitetindəki  pansionda  almış  və  14  yaşı  olanda
Preobrajenski polkunda hərbi xidmətə başlamışdır. Sonralar Ni-
jeqorod draqun polkunda zabit kimi hərbi fəaliyyətini davam et-
dirmişdir. 1812-ci ildə Vətən müharibəsinin qəhrəmanlarından
biri  kimi  tanınmışdır.  Qafqazda  onu  “Sərdar”-deyə  çağırıblar.
Şəki  (1819),  Şəmşəddil  və  Qazax  sultanlıqları  (1819),  Şirvan
(1820),  Qarabağ  (1822)  və  Talış  xanlıqlarını  Yermolov  ləğv
etmişdi (6,s. 133; 57, s. 23).
Aleksey Petroviç Yermolov Rusiya çarı Aleksandrın xüsusi
təlimatı  əsasında  öz  missiyasını  tarixi  səfərə  hazırlamışdı.  Bu
xüsusi təlimatın mətni Qafqaz Aktlarının VI cildində verilmişdir
(69, s. 122-127).
1816-cı ilin iyulunda Rusiya çarı I Nikolay Qafqazdakı rus
qoşunlarının  baş  komandanı  Yermolova  yazırdı:  “çox  yaxşı
olardı  ki,  İran  şahı  İrəvan  və  Naxçıvanı  bizim  tərəfimizdən
tutulan  Arazdan  cənuba  doğru  olan  ərazilərə  dəyişsin.  Ancaq
İran tərəfini bu ərazilərin Rusiyaya güzəştə gedilməsində göstərdiyi
inadkarlığı  nəzərə  alaraq  onların  bu  işə  razılıq  verəcəklərinə
ümid etmək olmaz” (27,s.326).
Yermolovun 200 nəfərdən çox adamı əhatə edən missiyası
Peterburqdan  Tiflisə  yola  düşdü.  Missiya  həm  də  şaha  rus
çarından  hədiyyələr  aparırdı.  Şahın  kiçik  oğlu Abbas  Mirzəyə
brilyantlarla, almazlarla və zümrüdlərlə bəzədilmiş qızıl sağanaqlı
xəncər,  qızıldan  hazırlanmış,  almazlarla  və  qiymətli  daşlarla
bəzədilən baxış borusu, müxtəlif 2 parça, rəngli məxmər parçalar,


-109-
samur xəzi, 40 yakut samur xəzi, çini qablar, mavi rəngli böyük
gülqabı və s. (77, s. 260). Həmin heyət 1817-ci il aprelin 30-da
İrəvanda  qarşılandı.  May  ayının  11-də  Naxçıvana  gəlib  çatdı.
Bu missiya haqqında, daha doğrusu, onların Naxçıvanda olması
haqqında məlumat ilk dəfə F.Əliyev və M.Əliyevin “Naxçıvan
xanlığı” kitabında siyasi cəhətdən qiymətləndirilmişdir: “Aleksey
Petroviç Yermolovun səfəri haqqında tarixi ədəbiyyatda lazımi
məlumatlar  vardır.  Lakin  onun  Naxçıvanda  olması  və  Kalbalı
xanla görüşü bu günə qədər Azərbaycan tarixi ədəbiyyatında bir
sözlə belə xatırlanmır. Hüquqi cəhətdən Kalbalı xanın Naxçıvan
torpağında Aleksey Petroviç Yermolovla görüşü və danışıqları
Naxçıvan xanlığının siyasi cəhətdən müstəqilliyini göstərir” (18,
s. 90).
Yermolov başçılıq etdiyi missiyanın daha rahat, təhlükəsiz
yolla,  Xəzər  dənizi  sahili  ilə  Tehrana  getmələrini  təmin  edə
bilərdi. Necə ki, 1716-cı ildə səfir A.P.Volınski də bu yolla İrana
getmişdi. Amma Yermolov İrəvan və Naxçıvan xanlıqlarından
keçib getməyə üstünlük vermişdi. Burada da əsas məsələ hər iki
xanlığın Rusiyanın siyasi marağında olmasıdır. Azərbaycan-rus
münasibətlərini  tədqiq  edən  alimlərin  yazdığına  görə,  bu
istiqamətdə məqsədin əsası kəşfiyyat materialları toplamaqdan
ibarət  olmuşdu  (56,  s.  49).  Yermolovun  missiyasında  iştirak
edən rəsmi şəxslərin bəziləri, məsələn, həmin heyətdə katib olan
B.P.Borozna, səfirliyin və senatın həqiqi müşaviri A.F.Sokolov
Naxçıvanın  hakimi  I  Kalbalı  xanla  Rusiyanın  fövqəladə  səfiri
Yermolovun görüşü haqqında maraqlı məlumatlar olan kitablar
yazmışlar (80; 138).
Sonra elə həmin illərdə yazılmış və 1863-cü ildə çap edilmiş
“İrandakı  səfir  general Aleksey  Petroviç  Yermolovun  jurnalı”
adlı xüsusi elmi ədəbiyyat maraqlı faktlarla zəngindir (99).
Həmin  səfərdə  iştirak  edən  baş  qərargahın  ştabs-kapitanı
Nikolay Nikolayeviç Muravyov (1794-1866) I Nikolay dövrünün
hərbi xadimlərindəndir. 1812-ci il Vətən müharibəsinin, II Rus-


-110-
İran  (1826-1828)  və  1828-1829-cu  illərdəki  Rus-Türk
müharibələrinin  iştirakçısıdır.  1816-cı  ildə  Yermolovun  İrana
gedən missiyasının üzvlərindən biri olub, II Rus-İran müharibəsində
polkovnik  hərbi  rütbəsini  daşıyıb.  1837-ci  ildə  istefaya  çıxıb.
Ancaq 1848-ci ildə yenidən hərbi xidmətə çağırılıb və 1854-cü
ildə  Qafqaz  canişini  təyin  edilib.  1856-cı  ildə  öz  xahişi  ilə
istefaya  göndərilib.  O  həm  də  Karsski  titulunun  sahibi  olub.
Onun  Naxçıvanla  bağlı  maraqlı  fikirləri  vardır  (123,  s.  377).
Amma  o  da  Naxçıvanın  tarixinə  azacıq  da  olsa,  digər  rus
tarixçiləri  kimi  ermənilərin  mövqeyindən  yanaşır.  Buna  əsas
səbəb onun Tiflis ermənilərindən olan Axverdovların kürəkəni
olmasıdır. 
N.N.Muravyovun  bu  səfərlə  bağlı  xatirələri  ölümündən
sonra 1886-cı ilin aprelində nəşr edilmişdir. Kitab belə adlanır:
“N.N.Muravyovun  qeydləri  1816.  İrana  səyahət”  (122).  Qeyd
edək ki, onun xatirələri 3 kitabda toplanmışdır.
Bu  kitabda  həmin  heyətdə  olanların  hamısının  siyahıları
verilib,  vəzifələri  qeyd  olunub.  Müəllifin  kitabın  əvvəlindəki
qeydi  maraqlıdır:  Şəxsi  gündəlik  qeydləri.  Peterburqdan  yola
düşmə. İrana gedən səfirliyin 1816-1817-ci illərdə Tiflisə daxil
olması (122, s. 69).
Müəllif Yermolovun missiyasının mayın 11-də Naxçıvana
gəlib  çatmasını  belə  qeyd  edir:  “1817-ci  il  mayın  11-də  biz
Naxçıvan şəhərinə daxil olduq. Əvvəlcə səfiri Naxçıvan xanının
uşaqları, sonra isə kor Nəzərəli xan (müəllif səhv edir, Kalbalı
xan)  qarşıladı.  Kalbalı  xan  Naxçıvan  xanlığının  hakimi  idi.
Onun  gözlərini  çıxartmışdılar.  Qocanın  nurlu  siması  adamda
hörmət hissi oyadırdı, şikəstliyi ona əzab verirdi. Süvari dəstəsi
kor qocanı müşayiət edirdi. Xan özü isə şəhərə çatanadək bizimlə
deyib-gülürdü. Naxçıvanda bizi çox yaxşı qarşıladılar. Qoca xan
çox zəngin olmasa da, bizi necə varsa elə də qonaq etdi. Mayın
12-də o, bizim hamımızı (bütün heyəti) Xan sarayına dəvət etdi.
Məndən başqa hamı getdi. Mən istəyirdim ki, qeydlərimi yazıb


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə