Musa Quliyev Naxçıvan xanlığının Qafqazda hərbi-siyasi mövqeyi və əlaqələri Naхçıvan 2013



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/52
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32213
1   2   3   4   5   6   7   8   9   ...   52

-6-
Azяrbaycanыn mиllи dюvlяtчиlиk tarиxиndя Naxчыvan xan-
lыьыnыn  tutduьu  xцsusи  mюvqeyиnи  nяzяrя  alaraq  qяrara  alы-
ram:
1. “Xan Sarayы” Dюvlяt Tarиx-Memarlыq Muzeyи yaradыlsыn. 
2.  Naxчыvan  Muxtar  Respublиkasыnыn  Nazиrlяr  Kabиnetи
Mяdяnиyyяt  vя  Turиzm  Nazиrlиyи  иlя  bиrlиkdя  bu  Sяrяncamdan
иrяlи gяlяn mяsяlяlяrи hяll etsиn.
3. Bu Sяrяncam иmzalandыьы gцndяn qцvvяyя mиnиr. 
Нахчыван Мухтар Республикасы 
Али Мяжлисинин Сядри 
ВАСиФ ТАЛыБОВ
Нахчыван шящяри, 23 oktyabr 2010-жu ил
№ 249-03/С


-7-
NAXÇIVAN XANLIĞININ ŞANLI 
TARİXİNƏ LAYİQLİ TÖHFƏ
Musa Quliyevin “Naxçıvan xanlığının Qafqazda
hərbi-siyasi mövqeyi və əlaqələri” monoqrafiyasına
ÖN SÖZ
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən
sonra tariximizin bir sıra problemlərinin daha obyektiv, əhatəli
öyrənilməsinə şərait yaranmış, müxtəlif arxivlərdəki məxfi qrifi
ilə  saxlanılan  materialların  dövriyyəyə  cəlb  edilməsi  üçün
tədqiqatçılara imkan vermişdir. 
Xanlıqlar dövrünün, həmin dövrün müstəqil və yarımmüstəqil
feodal  dövlətlərinin  tarixinin  öyrənilməsi  çox  əhəmiyyətlidir.
Çünki bu dövr Azərbaycan tarixinin dramatik hadisələrlə dolu
olan ən çətin, ən mürəkkəb dövrü olmaqla yanaşı, həm də yerli
dövlətçilik ənənələrimizin dirçəlişi dövrüdür. Xanlıqlar – Azər-
baycan  dövlətləri  öz  müstəqilliklərini  qorumaq  üçün  çətin
mübarizə aparmışlar. Azərbaycan xanları arasında vahid Azərbaycan
dövləti yaratmaq uğrunda mübarizə aparılsa da bu mümkün ol-
mamışdır.  Bir  sıra  xanların  ümumi  mənafeyi  nəzərə  almaması
üzündən  Azərbaycan  o  zaman  vahid  dövlət  halında  birləşə
bilmədi, bundan isə Rusiya imperiyası öz xeyrinə istifadə etdi.
Azərbaycanın şimal xanlıqları Rusiya imperiyası tərəfindən işğal
edildi. Faciələrimiz təkcə bununla qurtarmadı. Azərbaycan xan-
lıqlarının işğal edilməsində Rusiya imperiyasına bütün vasitələrlə
kömək  edən  məkrli  ermənilərin  bunun  qarşılığında  müəyyən
niyyətləri vardı. Onlar Cənubi Qafqazda erməni dövlətini yaratmaq
üçün hər cür vasitələrə əl atır, dəridən-qabıqdan çıxırdılar. Çar
Rusiyası gələcəkdə erməni dövlətinin yaradılmasına yönəldilmiş
“erməni  vilayəti”ni  yaratdı.  Lakin  bu  hələlik  erməni  dövləti


-8-
deyildi. Çar Rusiyası erməniləri kütləvi surətdə Azərbaycan tor-
paqlarında yerləşdirdi, bolşevik Rusiyası isə ermənilərin arzularını
reallaşdırdı, Ermənistan Respublikasının yaratdı.
Müstəqillik illərində Azərbaycan tarixşünaslığında ən çox
müraciət  olunan  problemlərdən  biri  Azərbaycan  xanlıqlarıdır.
Bu problemə aid onlarla kitab və monoqrafiya yazılmış, disser-
tasiyalar müdafiə edilmişdir. Naxçıvan və İrəvan xanlıqlarının
tarixi  haqqında  keçən  əsrin  90-cı  illərində  ilk  monoqrafiyalar
yazılsa  da,  həmin  xanlıqların  hərtərəfli  araşdırılmasına  ciddi
ehtiyac  olmuşdur.  Təsadüfi  deyildir  ki,  Azərbaycan  xalqının
ümummilli lideri Heydər Əliyev 2002-ci ildə çıxışlarının birində
demişdir:  “...  mən  daha  çox  istərdim  ki,  Naxçıvan  xanlığının
tarixi çox gözəl yazılsın. Naxçıvan xanlığının çox böyük tarixi
var. Bu xanlıq nə vaxt yaranıbdır, fəaliyyəti nədən ibarət olubdur?
Axı, Naxçıvanı idarə ediblər. İrəvan xanlığı var. Naxçıvan xanlığı
ilə İrəvan xanlığı bir-biri ilə çox bağlı idi... Naxçıvan xanlığını
siz  dərindən  öyrənəndə,  mütləq  İrəvan  xanlığına  gedib  çıxa-
caqsınız...”.
Bu  baxımdan  son  illərdə  aparılan  tədqiqatlar  içərisində
istedadlı  tədqiqatçı  Musa  Quliyevin  “Naxçıvan  xanlığının
Qafqazda  hərbi-siyasi  mövqeyi  və  əlaqələri”  əsəri  xüsusilə
diqqəti cəlb edir.
Musa  Quliyevin  oxucuların  diqqətinə  təqdim  olunan  bu
monoqrafiyasında Naxçıvan xanlığının siyasi vəziyyəti və əlaqələri
fonunda XVIII əsrin II yarısında Qafqazda siyasi vəziyyət təhlil
edilir  və  Naxçıvan  xanlığının  bu  proseslərdə  iştirakı,  xanlığın
siyasi-inzibati vahidləri və idarəçilik sistemi, ordu quruculuğu
və  xanlığın  qonşu  xanlıqlarla  siyasi  əlaqələri  tədqiqata  cəlb
edilir.
Naxçıvan xanlığında Kəngərli xanlarının oynadığı rol faktik
materiallara və geniş arxiv sənədlərinə əsaslanaraq təhlil edilir.
Müəllif haqlı olaraq bəzi tədqiqatçıların yanlış olaraq Naxçıvan
xanlarının Kəngərli olmaması fikrinə münasibətinin bildirir və


-9-
buna obyektiv cavab verir. Monoqrafiyada Naxçıvan xanlığının
Kartli-Kaxetiya çarlığı və qonşu dövlətlərlə hərbi-siyasi müna-
sibətləri  araşdırılır  və  məsələnin  obyektiv  mənzərəsi  yaradılır.
Əsərdə Naxçıvan xanlığının meydana gəlməsindən çar Rusiyası
tərəfindən  ləğv  edilməsinədək  bütün  dövrü  ətraflı  şəkildə  öz
əksini tapır.
Musa Quliyev rəsmi sənədlərə üstünlük verən, arxiv mate-
riallarına istinad edən, bir sıra xarici ölkələrin kitabxanalarında,
arxivlərində, muzeylərində illərlə işləmiş tarixçi alimlərimizdəndir.
Bu əsərin yazılmasında da müəllifin aşkar etdiyi zəngin faktlar,
apardığı ümumiləşdirmələr, çıxardığı əsas nəticələr, başlıca elmi
uğurlar tarix elmimiz üçün çox əhəmiyyətlidir.
Hər şeydən əvvəl, müəllif Rusiyanın Cənubi Qafqaza sahib
olmaq  üçün  İranla  apardığı  müharibələrə  toxunur,  Şimali
Qafqazdan türk qoşunlarının sıxışdırılmasının Rusiyanın cənuba
doğru  hərəkətinin  xeyli  dərəcədə  asanlaşdırdığını  göstərir.
Tədqiqatçı Rusiya tərəfindən Cənubi Qafqazın işğal etməsi ilə
əlaqədar gördüyü hazırlıq işlərini faktlarla izah edir. Qafqazda
siyasi  vəziyyətin  mürəkkəbliyi  təhlil  edilir  və  bu  hadisələri
diqqətlə izləyən Naxçıvan xanlığının tutduğu mövqe, yaratdığı
əlaqələr əsaslandırılır. Cənubi Qafqazda baş verən hadisələrdən
Naxçıvan xanlarının çıxış yolları axtarmaları, burada I Kalbalı
xanın ağıllı siyasəti genişliyi ilə təqdim olunur. Müəllifin fikirləri,
başqa  tədqiqatçıların  araşdırmalarına  hörmətlə  yanaşması  ilə
bərabər, onlarla polemikaya girməsi, bəzi tarixi fakt və hadisələr
haqqında  irəli  sürdüyü  mülahizələr  inandırıcıdır  və  müəllifin
qənaətləri oxucunu razı salır. Naxçıvan xanlığının tarixinin dövr-
ləşdirilməsi, onun ərazisinin müəyyənləşdirilməsi, siyasi-inzibati
quruluşu  və  idarəçilik  sistemi  haqqındakı  mülahizələri  onun
tədqiqatçı kimi yüksək keyfiyyətlərindən xəbər verir. Çox yaxşı
haldır  ki,  Naxçıvan  xanlığındakı  idarə  sistemini  Azərbaycan
xanlıqlarındakı  idarə  sistemi  ilə  müqayisə  edir  oxşar  və  fərqli
cəhətlərini göstərməklə yekun nəticələr çıxarır.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə