Musa Quliyev Naxçıvan xanlığının Qafqazda hərbi-siyasi mövqeyi və əlaqələri Naхçıvan 2013



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/52
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32213
1   2   3   4   5   6   7   8   9   ...   52

-10-
Əsərdə xanlıqda aparılan ordu quruculuğuna xüsusi əhəmiyyət
verilmiş və belə bir fikir irəli sürülmüşdür ki, hələ xanlıq mövcud
olana qədər Naxçıvan hərbçiləri “Naxçıvan süvariləri” adı altında
məşhur  idi.  Mənbələrdə  və  tədqiqat  əsərlərində  Naxçıvan
xanlığının  hərbi  potensialı  haqqında  müxtəlif  fikirlər  olsa  da,
müəllif buna da aydınlıq gətirir.
Monoqrafiya müəllifi Naxçıvan xanlığının qonşu xanlıqlar
və  dövlətlərlə  yaratdığı  əlaqələrə  geniş  yer  vermişdir.  Tarixi
mənbələrə istinad edən tədqiqatçı qeyd edir ki, hələ Heydərqulu
Kəngərlinin  vaxtından  Naxçıvan  xanlığının  Qarabağ,  İrəvan,
Xoy, Maku, Qaradağ və Gəncə xanlığı ilə dostluq münasibətləri
olmuşdur. Tədqiqatçı M.Quliyev xanlıqlar və dövlətlər arasında
yaranan əlaqələrdə məktublaşmanın əhəmiyyətini önə çəkir və
çox maraqlıdır ki, bu məktublaşmalar haqqında K.Smirnov ilk
dəfə məlumat versə də, onlar haqqında ilk təhlilləri və araşdırmaları
müəllif  aparmışdır.  Tədqiqatçı  diplomatiya  tarixində  I  Kalbalı
xanın  və  I  Ehsan  xanın  xüsusi  xidmətlərinə  diqqət  yetirir  və
bununla  əlaqədar  xeyli  nümunələr  gətirir.  Xüsusilə,  I  Kalbalı
xanın Sisianovla, Yermolovla, Zubovla, Fətəli şahla və başqaları
ilə  məktublaşması  və  danışıqlar  aparması  onun  diplomatik
bacarığından xəbər verir.
Naxçıvan  xanlığının  Qafqaz  regionunda  hərbi  mövqeyinə
aydınlıq gətirən müəllif ilk növbədə Naxçıvan xanlığının idarə
edilməsində Kəngərli tayfasının nümayəndələrinin – Heydərqulu
xan, Hacı Məhəmməd xan, Rəhim xan, Şükrullah xan, Əliqulu
xan, Abbasqulu xan, Cəfərqulu xan, I Kalbalı xan, Nəzərəli xan,
I Ehsan xanın rol və fəaliyyətlərinə geniş yer vermişdir. Xüsusilə,
Naxçıvan xanlığının Kartli-Kaxetiya çarlığı və qonşu dövlətlərlə
(Rusiya,  Türkiyə  və  İranla)  hərbi-siyasi  münasibətləri  onun
Qafqazdakı hərbi mövqeyinə aydınlıq gətirir. Müəllifin qeydlərindən
aydın  olur  ki,  Qarabağ  xanlığının  vasitəçiliyi  ilə  Naxçıvanla
Gürcüstanın  siyasi,  iqtisadi  və  hərbi  əlaqələri  yaranmışdır.  II
Teymurazın vaxtında bu əlaqələr yaranmış, II İraklinin hakimiyyəti


-11-
dövründə  isə  genişlənmişdir.  Tədqiqatlardan  aydın  olur  ki,
sonrakı mərhələlərdə Kartli-Kaxetiya çarlığı dolayı yolla Azər-
baycan xanlıqlarının daxili işlərinə qarışdığından münasibətlər
kəskinləşmişdir. II İraklinin ikiüzlü siyasəti, Rusiya imperiyası
tərəfindən Azərbaycanın işğalı və burada Kartli-Kaxetiya çarlığının
maraqları faktlarla təqdim edilir. Əsərdə çar Rusiyasının işğalçılıq
siyasəti və Naxçıvan xanlığının işğal edilməsi və bunun nəticələri
yeni sənəd və materiallar əsasında izah edilmişdir.
Musa  Quliyevin  “Naxçıvan  xanlığının  Qafqazda  hərbi-
siyasi  mövqeyi  və  əlaqələri”  monoqrafiyası  çox  geniş  mənbə
bazasına  malik  olmaqla  mükəmməl  işlənilmiş  və  orjinal  əsər
təsiri  bağışlayır.  Müəllif  uzun  illərdir  ki,  Naxçıvan  xanlığı,
Kəngərlilərlə bağlı araşdırmalar aparır, əldə etdiyi sənəd və ma-
terialları  burada  reallaşdırmış  və  çox  orjinal  və  oxunaqlı  bir
əsəri  oxucuların  mühakiməsinə  vermişdir.  Qətiyyətlə  inanırıq
ki, tədqiqatçı Musa Quliyevin bu monoqrafiyası fakt zənginliyi,
geniş sənəd və materialları əhatə etməsi, maraqlı müqayisələr və
təhlillərlə  diqqəti  cəlb  etdiyindən,  tarixçilərin  və  geniş  oxucu
kütləsinin ciddi marağına səbəb olacaqdır
                                           
İsmayıl Hacıyev
AMEA Naxçıvan Bölməsinin 
sədri, akademik


-12-
GİRİŞ
1747-ci  ildə  Nadir  şahın  imperiyası  dağıldıqdan  sonra
ölkəmizdə baş verən sosial-siyasi, hərbi münasibətlərin hərtərəfli
araşdırılması Azərbaycan tarixşünaslığının qarşısında duran ciddi
problemlərdən biridir.
Tarixin  müəyyən  mərhələlərində  bu  problem  bir  sıra
araşdırıcılar  tərəfindən  tədqiqata  cəlb  edilsə  də,  elə  məsələlər
var ki, dövrün sosial-siyasi münasibətlərindən asılı olaraq dərindən
araşdırılmamışdır.
XVIII əsrin ortalarından başlayaraq Qafqaz Rusiya, Türkiyə
və  İran  arasında  münaqişə,  müharibə  meydanına  çevrilmişdi.
Nadir şahın qurduğu hakimiyyət dağıldıqdan sonra ziddiyyətlər
daha da dərinləşdi. 
1747-ci ildən sonra Azərbaycan ərazisində yaranan feodal
dövlətlərdən biri də Naxçıvan xanlığıdır. Digər xanlıqlar kimi,
onun da tarixinin dərindən və hərtərəfli araşdırılması çox zəruridir.
Azərbaycan  ərazisində  yaranmış  xanlıqların  yuxarıda  adları
çəkilən  dövlətlərlə  münasibətləri  vacib  məsələ  olaraq  ortalığa
çıxdı. 
Naxçıvan və İrəvan xanlıqları isə bu aramsız müharibələrin
hamısının dəhşətlərini yaşamış, amma həmişə müstəqil, həmçinin
azad yaşamaları üçün ölüm-dirim savaşları aparmışlar. Ona görə
də Vətən tarixinin ən mühüm vəzifələrindən biri 1747-ci ildən
müstəqil  xanlıq  kimi  tanınan  Naxçıvan  xanlığının  qazandığı
böyük  dövlətçilik  təcrübəsinə  malik  olduğunu  araşdırmaqdan
ibarət olub. Bu təcrübənin Atabəylər hakimiyyəti illərində «intibah
dövrünü» yaşadığını, istər indiki, istərsə də ötüb-keçən yüzilliklərin
tarixi  sənədləri  Naxçıvan  tarixinin  həmişə  diqqət  mərkəzində
olduğunu sübuta yetirir. Azərbaycan, rus, qərb və şərq tarixçilərinin
bir çox nəsilləri bu haqda xeyli tədqiqat əsərləri, monoqrafiyalar
yazmışlar. 


-13-
Naxçıvan xanlığının qonşu dövlətlərlə yaratdığı hərbi, sosial-
siyasi və digər diplomatik münasibətlərinin əhəmiyyətini nəzərə
alan  ümummilli  lider  Heydər  Əliyev  12  avqust  2002-ci  ildə
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin
yaradılmasına  həsr  olunmuş  müşavirədə  demişdir:  «Məsələn,
mən daha çox istərdim ki, Naxçıvan xanlığının tarixi çox gözəl
yazılsın. Naxçıvan xanlığının çox böyük tarixi var. Bu xanlıq nə
vaxt yaranıbdır, fəaliyyəti nədən ibarət olubdur? Axı, Naxçıvanı
idarə  ediblər.  İrəvan  xanlığı  var.  Naxçıvan  xanlığı  ilə  İrəvan
xanlığı bir-biri ilə çox bağlı idi. İndi ermənilər deyirlər ki, yox
orada  ermənilər  olubdur.  Amma  həqiqətən  İrəvan  xanlığıdır.
Naxçıvan  xanlığını  siz  dərindən  öyrənəndə,  mütləq  İrəvan
xanlığına gedib çıxacaqsınız. İrəvan xanlığı haqqında Ermənistanda
tapmadığınız  materialları  Rusiyanın  arxivlərində,  Sankt-Peter-
burqda, rus imperiyasının arxivlərində tapacaqsınız və görəcəksiniz
ki, dünyada nələr var» (1, s. 27-28).
Azərbaycan  tarixini  vərəqləsək  görərik  ki,  erməni  etnosu
Azərbaycan torpağında XIX əsrin birinci yarısında peyda olub.
İki  Rusiya-İran  və  Rusiya-Türkiyə  (osmanlı)  müharibələrinin,
həmçinin 1828-ci ildə İran və Rusiya arasında bağlanan Türk-
mənçay müqaviləsinin, eləcə də 1829-cu ildə Rusiya ilə Osmanlı
Türkiyəsi arasında bağlanan Adrianopol (Ədirnə) sülh müqav-
iləsinin şərtləri əsasında ermənilər İrandan, Türkiyədən Azərbaycan,
o  cümlədən  Naxçıvan  ərazilərinə  köçürülmüşlər.  Bu  ərazilərə
gələn ermənilər Azərbaycana qarşı torpaq iddiaları irəli sürməyə,
«böyük Ermənistan» yaratmaq xülyasına düşmüşlər. Ona görə
də ermənilərin Naxçıvan iddialarına da cavab verilməlidir.
Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azər-
baycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  2004-cü  il
fevralın  9-da  «Naxçıvan  Muxtar  Respublikasının  80  illik
yubileyinin  keçirilməsi  haqqında»  imzaladığı  sərəncamda
bütövlükdə  Naxçıvan  tarixinin  daha  dərin,  obyektiv  olaraq
araşdırılmasının  zəruri  olduğunu  bildirmişdir:  «Ermənistanın


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə