-10-
Əsərdə xanlıqda aparılan ordu quruculuğuna xüsusi əhəmiyyət
verilmiş və belə bir fikir irəli sürülmüşdür ki, hələ xanlıq mövcud
olana qədər Naxçıvan hərbçiləri “Naxçıvan süvariləri” adı altında
məşhur idi. Mənbələrdə və tədqiqat əsərlərində Naxçıvan
xanlığının hərbi potensialı haqqında müxtəlif fikirlər olsa da,
müəllif buna da aydınlıq gətirir.
Monoqrafiya müəllifi Naxçıvan xanlığının qonşu xanlıqlar
və dövlətlərlə yaratdığı əlaqələrə geniş yer vermişdir. Tarixi
mənbələrə istinad edən tədqiqatçı qeyd edir ki, hələ Heydərqulu
Kəngərlinin vaxtından Naxçıvan xanlığının Qarabağ, İrəvan,
Xoy, Maku, Qaradağ və Gəncə xanlığı ilə dostluq münasibətləri
olmuşdur. Tədqiqatçı M.Quliyev xanlıqlar və dövlətlər arasında
yaranan əlaqələrdə məktublaşmanın əhəmiyyətini önə çəkir və
çox maraqlıdır ki, bu məktublaşmalar haqqında K.Smirnov ilk
dəfə məlumat versə də, onlar haqqında ilk təhlilləri və araşdırmaları
müəllif aparmışdır. Tədqiqatçı diplomatiya tarixində I Kalbalı
xanın və I Ehsan xanın xüsusi xidmətlərinə diqqət yetirir və
bununla əlaqədar xeyli nümunələr gətirir. Xüsusilə, I Kalbalı
xanın Sisianovla, Yermolovla, Zubovla, Fətəli şahla və başqaları
ilə məktublaşması və danışıqlar aparması onun diplomatik
bacarığından xəbər verir.
Naxçıvan xanlığının Qafqaz regionunda hərbi mövqeyinə
aydınlıq gətirən müəllif ilk növbədə Naxçıvan xanlığının idarə
edilməsində Kəngərli tayfasının nümayəndələrinin – Heydərqulu
xan, Hacı Məhəmməd xan, Rəhim xan, Şükrullah xan, Əliqulu
xan, Abbasqulu xan, Cəfərqulu xan, I Kalbalı xan, Nəzərəli xan,
I Ehsan xanın rol və fəaliyyətlərinə geniş yer vermişdir. Xüsusilə,
Naxçıvan xanlığının Kartli-Kaxetiya çarlığı və qonşu dövlətlərlə
(Rusiya, Türkiyə və İranla) hərbi-siyasi münasibətləri onun
Qafqazdakı hərbi mövqeyinə aydınlıq gətirir. Müəllifin qeydlərindən
aydın olur ki, Qarabağ xanlığının vasitəçiliyi ilə Naxçıvanla
Gürcüstanın siyasi, iqtisadi və hərbi əlaqələri yaranmışdır. II
Teymurazın vaxtında bu əlaqələr yaranmış, II İraklinin hakimiyyəti
-11-
dövründə isə genişlənmişdir. Tədqiqatlardan aydın olur ki,
sonrakı mərhələlərdə Kartli-Kaxetiya çarlığı dolayı yolla Azər-
baycan xanlıqlarının daxili işlərinə qarışdığından münasibətlər
kəskinləşmişdir. II İraklinin ikiüzlü siyasəti, Rusiya imperiyası
tərəfindən Azərbaycanın işğalı və burada Kartli-Kaxetiya çarlığının
maraqları faktlarla təqdim edilir. Əsərdə çar Rusiyasının işğalçılıq
siyasəti və Naxçıvan xanlığının işğal edilməsi və bunun nəticələri
yeni sənəd və materiallar əsasında izah edilmişdir.
Musa Quliyevin “Naxçıvan xanlığının Qafqazda hərbi-
siyasi mövqeyi və əlaqələri” monoqrafiyası çox geniş mənbə
bazasına malik olmaqla mükəmməl işlənilmiş və orjinal əsər
təsiri bağışlayır. Müəllif uzun illərdir ki, Naxçıvan xanlığı,
Kəngərlilərlə bağlı araşdırmalar aparır, əldə etdiyi sənəd və ma-
terialları burada reallaşdırmış və çox orjinal və oxunaqlı bir
əsəri oxucuların mühakiməsinə vermişdir. Qətiyyətlə inanırıq
ki, tədqiqatçı Musa Quliyevin bu monoqrafiyası fakt zənginliyi,
geniş sənəd və materialları əhatə etməsi, maraqlı müqayisələr və
təhlillərlə diqqəti cəlb etdiyindən, tarixçilərin və geniş oxucu
kütləsinin ciddi marağına səbəb olacaqdır
İsmayıl Hacıyev
AMEA Naxçıvan Bölməsinin
sədri, akademik
-12-
GİRİŞ
1747-ci ildə Nadir şahın imperiyası dağıldıqdan sonra
ölkəmizdə baş verən sosial-siyasi, hərbi münasibətlərin hərtərəfli
araşdırılması Azərbaycan tarixşünaslığının qarşısında duran ciddi
problemlərdən biridir.
Tarixin müəyyən mərhələlərində bu problem bir sıra
araşdırıcılar tərəfindən tədqiqata cəlb edilsə də, elə məsələlər
var ki, dövrün sosial-siyasi münasibətlərindən asılı olaraq dərindən
araşdırılmamışdır.
XVIII əsrin ortalarından başlayaraq Qafqaz Rusiya, Türkiyə
və İran arasında münaqişə, müharibə meydanına çevrilmişdi.
Nadir şahın qurduğu hakimiyyət dağıldıqdan sonra ziddiyyətlər
daha da dərinləşdi.
1747-ci ildən sonra Azərbaycan ərazisində yaranan feodal
dövlətlərdən biri də Naxçıvan xanlığıdır. Digər xanlıqlar kimi,
onun da tarixinin dərindən və hərtərəfli araşdırılması çox zəruridir.
Azərbaycan ərazisində yaranmış xanlıqların yuxarıda adları
çəkilən dövlətlərlə münasibətləri vacib məsələ olaraq ortalığa
çıxdı.
Naxçıvan və İrəvan xanlıqları isə bu aramsız müharibələrin
hamısının dəhşətlərini yaşamış, amma həmişə müstəqil, həmçinin
azad yaşamaları üçün ölüm-dirim savaşları aparmışlar. Ona görə
də Vətən tarixinin ən mühüm vəzifələrindən biri 1747-ci ildən
müstəqil xanlıq kimi tanınan Naxçıvan xanlığının qazandığı
böyük dövlətçilik təcrübəsinə malik olduğunu araşdırmaqdan
ibarət olub. Bu təcrübənin Atabəylər hakimiyyəti illərində «intibah
dövrünü» yaşadığını, istər indiki, istərsə də ötüb-keçən yüzilliklərin
tarixi sənədləri Naxçıvan tarixinin həmişə diqqət mərkəzində
olduğunu sübuta yetirir. Azərbaycan, rus, qərb və şərq tarixçilərinin
bir çox nəsilləri bu haqda xeyli tədqiqat əsərləri, monoqrafiyalar
yazmışlar.
-13-
Naxçıvan xanlığının qonşu dövlətlərlə yaratdığı hərbi, sosial-
siyasi və digər diplomatik münasibətlərinin əhəmiyyətini nəzərə
alan ümummilli lider Heydər Əliyev 12 avqust 2002-ci ildə
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin
yaradılmasına həsr olunmuş müşavirədə demişdir: «Məsələn,
mən daha çox istərdim ki, Naxçıvan xanlığının tarixi çox gözəl
yazılsın. Naxçıvan xanlığının çox böyük tarixi var. Bu xanlıq nə
vaxt yaranıbdır, fəaliyyəti nədən ibarət olubdur? Axı, Naxçıvanı
idarə ediblər. İrəvan xanlığı var. Naxçıvan xanlığı ilə İrəvan
xanlığı bir-biri ilə çox bağlı idi. İndi ermənilər deyirlər ki, yox
orada ermənilər olubdur. Amma həqiqətən İrəvan xanlığıdır.
Naxçıvan xanlığını siz dərindən öyrənəndə, mütləq İrəvan
xanlığına gedib çıxacaqsınız. İrəvan xanlığı haqqında Ermənistanda
tapmadığınız materialları Rusiyanın arxivlərində, Sankt-Peter-
burqda, rus imperiyasının arxivlərində tapacaqsınız və görəcəksiniz
ki, dünyada nələr var» (1, s. 27-28).
Azərbaycan tarixini vərəqləsək görərik ki, erməni etnosu
Azərbaycan torpağında XIX əsrin birinci yarısında peyda olub.
İki Rusiya-İran və Rusiya-Türkiyə (osmanlı) müharibələrinin,
həmçinin 1828-ci ildə İran və Rusiya arasında bağlanan Türk-
mənçay müqaviləsinin, eləcə də 1829-cu ildə Rusiya ilə Osmanlı
Türkiyəsi arasında bağlanan Adrianopol (Ədirnə) sülh müqav-
iləsinin şərtləri əsasında ermənilər İrandan, Türkiyədən Azərbaycan,
o cümlədən Naxçıvan ərazilərinə köçürülmüşlər. Bu ərazilərə
gələn ermənilər Azərbaycana qarşı torpaq iddiaları irəli sürməyə,
«böyük Ermənistan» yaratmaq xülyasına düşmüşlər. Ona görə
də ermənilərin Naxçıvan iddialarına da cavab verilməlidir.
Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azər-
baycan Respublikasının Prezidenti İlham Əliyev 2004-cü il
fevralın 9-da «Naxçıvan Muxtar Respublikasının 80 illik
yubileyinin keçirilməsi haqqında» imzaladığı sərəncamda
bütövlükdə Naxçıvan tarixinin daha dərin, obyektiv olaraq
araşdırılmasının zəruri olduğunu bildirmişdir: «Ermənistanın
Dostları ilə paylaş: |