MüseyiB ƏLİyev banklarin iNKİŞaf iSTİqaməTLƏRİ “Şərq-Qərb” Bakı



Yüklə 7,25 Kb.
Pdf görüntüsü
səhifə23/34
tarix04.11.2017
ölçüsü7,25 Kb.
#8651
1   ...   19   20   21   22   23   24   25   26   ...   34

77
Bank  akseptlərinin  uçotu    Bank  aksepti  müddətli  tratta 
(köçürmə vekseli) olub, ixracatçı və ya idxalatçı tərəfindən bunu 
qəbul etməyə razılaşan banka qoyulur və xarici ticarət sövdələş-
mələrini maliyyələşdirmək üçün nəzərdə tutulur.
Kapital notlar və istiqrazlar  filiallar vasitəsilə kommersiya 
kağızlarının  (veksellərin)  buraxılışı,  uzunmüddətli  mənbələr, 
qeyri-depozitlərin  bir  qrupu  olub,  uzunmüddətli  kapitalın  borc 
və girov öhdəlikləridir. Bunların ödəniş müddəti bir qayda olaraq 
7-12 il arasında tərəddüd edir.
Depozit mənbələrlə müqayisədə qeyri-depozit mənbələr Azər-
baycan  Respublikasında  öz  inkişafını  tapmamışdır.  Ölkəmizdə 
qeyri-depozit mənbələrin ənənəvi olaraq hələlik mərkəzləşdiril-
miş kredit resursları və banklararası kredit bazarı seqmentindən 
istifadə olunur.
XX  əsrin  60-cı  illərindən  başlayaraq,  bank  menecmentində 
müştəri  ilə  münasibətlərin  yeni  doktrinası  inkişafı  üstün  möv-
qeyə çıxmışdır. Doktrinanın əsas qayəsi ondan ibarətdir ki, bank 
borcların  verilməsində  bütün  müştərilərə  üstünlük  verməli  və 
onların  hamısına  eyni  münasibət  göstərməlidir.  Bu  doktrinanın 
genişlənməsi,  passivlərin  idarə  olunmasında  strategiyanın  inki-
şafına diqqət yetirməyi tələb etdi. Qeyri-depozit passivlərin idarə 
olunması maliyyə firmasına konyukturadan asılı olaraq müştərinin 
kredit ehtiyacına çevik reaksiya verməklə, öz resurs bazarından 
müstəqil manipulyasiya etmək imkanı yaradır.
Bankların fəaliyyətinə həsr olunmuş tədqiqatların başlıca isti-
qaməti, onlara dövlət tənzimləyici siyasət tədbirlərinin təsi rindən 
ibarətdir.  Mərkəzi  banklar  tərəfindən  qəbul  edilən  tədbirlər  şərti 
olaraq üç tipə ayrıla bilər:
 müşahidə, nəzarət və ya mənəvi xarakter daşıyan təsirlər;
 əsas kapitalın həcminə yönəldilmiş təsirlər;
  bilavasitə resursların və xidmətlərin dəyərinə yönəldilmiş 
təsirlər.
Sonuncu  tip  təsirlərə  iqtisadi  ədəbiyyatlarda  daha  çox  yer 
verilir. Məsələn, bir sıra iqtisadçılar mərkəzi banklar tərəfindən 
müəyyən edilən məcburi ehtiyat tələblərini maliyyə institutları-
nın üzərinə qoyulmuş vergi hesab edirlər. Belə ki, cəlb olunmuş 


78
vəsaitlərin bir hissəsinin dondurulması heç bir gəlir gətirmir və 
bütövlükdə bankların mənfəətinin azalmasına səbəb olur. Ümu-
miyyətlə, bu tənzimləyici təsirin xüsusiyyətini, kredit və depozit 
resurslarının kompleks təhlilindən sonra müəyyən etmək müm-
kündür.
2.3. Bank menecmentində daxili nəzarət 
və auditin rolu
Bank sisteminin inkişafı, o cümlədən, iqtisadiyyatın real sek-
toru ilə bankların əməkdaşlığı, idarəetmə metodlarının daim tək-
milləşdirilməsi olmadan qeyri-mümkündür. İdarəetmə sistemində 
başlıca  elementlərdən  biri  kimi,  sözsüz  ki  nəzarət  çıxış  edir. 
Kredit təşkilatları arasında rəqabət səviyyəsinin artımı şəraitində 
dövlət  təşkilatları,  xüsusi  şirkətlər,  kreditor  və  əmanətçilərin 
maraqlarının qorunduğu bir vaxtda bankların mənfəətlə işləmə-
sinin təmin olunması heç də asan məsələ deyildir. Nəzarət bank 
qarşısında qoyulmuş məqsədlərə çatmaq üçün fəaliyyət uyğun-
luğunu təmin etmək məqsədi daşıyır. Banklara münasibətdə nəza-
rət, xarici (bankdan kənar) və daxili ola bilər.
Bir-biri ilə qarşılıqlı əlaqədə olan nəzarətin bir neçə for ma-
sını ayırmaq mümkündür:
1) Mərkəzi banklar tərəfindən həyata keçirilən bank nəzarəti;
2) xüsusiləşdirilmiş təşkilat tərəfindən həyata keçirilən xarici 
audit;
3) mülkiyyətçilər (səhmdarlar) və bank rəhbərliyi tərəfindən 
formalaşdırılan daxili nəzarət sistemi;
4)  daxili  nəzarət  sisteminin  müstəqil  hissəsini  təşkil  edən 
daxili audit;
Bununla belə bank fəaliyyətinin müxtəlif aspektləri nəzarətə 
məruz qala bilər:
  bank  tərəfindən  kreditor  və  əmanətçilərin  maraqlarının 
qorunması və qanunvericilik tələblərinə riayət olunması;
 bankın mühasibat (maliyyə) hesabatının düzgünlüyü, doğ-
ruluğu və səhihliyi;


79
  bank  fəaliyyətinin  səmərəliliyi,  fəaliyyətinin  gəlirliliyi  və 
risklər;
  bankda  korporativ  idarəetmənin,  menecment-riskin  və 
daxili nəzarət sisteminin vəziyyəti;
Müasir  şərait  bankların  iqtisadiyyatın  real  sektoru  ilə  daha 
sıx  qarşılıqlı  əlaqəsini  tələb  edir.  Burada  üstün  istiqamətlərdən 
biri, daha çox risklə müşayiət olunan müştərilərə verilən ssudalar 
və onlara təklif edilən digər bank məhsullarıdır. Banklar müştə-
rilərin  biznesində  baş  verə  biləcək  risklərin  əsas  hissəsini  öz 
üzərlərinə götürmüş olurlar. Ancaq banklarda risklərin idarə olun-
ması heç də həmişə istənilən nəticəni vermir.
Bütün yuxarıda qeyd olunanlar bank əməliyyatları üzərində 
nəzarətin müxtəlif formalarının, birinci növbədə auditin təkmil-
ləşdirilməsi zəruriliyini diktə edir. Onu da qeyd etmək lazımdır 
ki,  kommersiya  banklarının  idarə  olunması  sistemində  auditin, 
xüsusilə də daxili auditin funksiyaları və rolu heç də qənaətbəxş 
səviyyədə tədqiq olunmamışdır.
Təcrübənin öyrənilməsi aşağıdakı vəzifələrin həllinin zəruri-
liyindən xəbər verir:
 kommersiya banklarının fəaliyyəti üzərində nəzarət forma-
larının müqayisəli təhlili, oxşarlıq və fərqlərin aşkar olunması;
  daxili  auditdə  yerli  və  xarici  təcrübənin  tədqiq  olunması, 
daxili auditin təşkilinin və metodikasının təkmilləşdirilməsi isti-
qamətlərinin müəyyən edilməsi;
 ssuda əməliyyatlarının və risklərin təhlili;
  daxili  və  xarici  (kənar)  auditin  təkmilləşdirilməsi  istiqa-
mətlərinin müəyyən edilməsi;
  ssuda  əməliyyatlarının  uçotda  əks  olunması  üzrə  yerli  və 
beynəlxalq standartların tələblərinin müqayisəli təhlili, həmçinin 
auditin vəzifə və metodlarının zəruri təshih olunması.
Azərbaycan Mərkəzi Bankının nəzarətinin əsas məqsədi bank 
sisteminin sabitliyinin təmin edilməsi, kreditor və əmanətçilərin 
maraqlarının qorunması, həmçinin banklar tərəfindən qanunveri-
ciliyin tələblərinə əməl olunmasıdır. Azərbaycan Mərkəzi Bankı 
bankların  fəaliyyətinə  nəzarəti,  “Azərbaycan  Respublikasının 


Yüklə 7,25 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə