635
lövhələri ilə doludur - Luksordan gətirilən Misir obeliski,
Delfidə yerləşən Apollo məqbərəsindən Serpent sütunu
və vaxtilə Bizans İmperiyasında məsafəni ölçmək üçün
istifadə olunan “sıfır nöqtəsi” - Milion sütunu.
Nəhayət ki, onlar ağacların altından çıxıb parkın
mərkəzini bildirən dairəvi çarhovuza yaxınlaşdılar.
Lenqdon açıqlığa çıxıb baxışlarını şərqə tərəf gəzdirdi.
Ayasofya
Bina deyil... dağdır.
Yağışdan parlayan Ayasofyanın nəhəng silueti özü-
özlüyündə bir şəhər idi. Onun mərkəzi günbəzi -
ağlasığmaz dərəcədə geniş və gümüşü-bozumtul rəngdə
idi. Sanki ətrafında cəmlənən digər günbəzli binaların
məcmusuydu. Hər biri tək eyvan və gümüşü-bozumtul
şpildən ibarət olan dörd minarə binanın künclərindən
ucalırdı. Onlar mərkəzi günbəzdən o qədər aralı idi ki,
sanki eyni binanın hissələri deyildi.
Sinskey və Brüder bu anadək məqsədyönlü şəkildə iti
addımlarla gedirdilər. Birdən ikisi də dayandı. Onlar
tikilinin hündürlük və genişliyi qarşısında məəttəl
qalmışdılar.
“Allahım”, - Brüder gözlərinə inanmırdı. - “Biz bu
binanı axtarmalıyıq?”
86
fəsil
downloaded from KitabYurdu.org
636
Məni əsir götürüblər, rəis dayanmış C-130 təyyarəsinin
içində var-gər etdikcə düşünürdü. O, Sinskey ilə
İstanbula uçmağa və vəziyyət daha da gərginləşməmiş
yardım etməyə razılaşmışdı.
Rəis həm də ümid edirdi ki, Sinskey ilə əməkdaşlıq
onu və təşkilatını gözləyən cəzanı qismən də olsa
yumşalda bilər. Onlar özləri də bilməyərək bu vəziyyətin
yaranmasına şərait yaratmışdılar. İstənilən halda mən
artıq Sinskeyin ixtiyarındayam.
Təyyarə Atatürk hava limanında ayrılmış dövlət
anqarında dayanan kimi Sinskey və dəstəsi aşağı
enmişdi. ÜST-nin direktoru Konsorsiumun üzvlərinə
təyyarədə qalmağı tapşırmışdı. Rəis təmiz hava almaq
üçün həyətə çıxmağa cəhd etsə də, pilotlar ona icazə
verməmiş Dr. Sinskeyin təyyarədə qalmaq barədə
tapşırığını ona xatırlatmışdılar.
Yaxşı olmayacaq, rəis fikirləşdi. O, qayıdıb yerində
əyləşdi. Gələcəyi ilə bağlı nigaranlıq ona hələ indi təsir
edirdi.
Rəis uzun illər kuklaların ipini əlində bərk-bərk
saxlayan, onları istədiyi kimi idarə edən kuklaçı rolunda
idi. Və birdən tarıma çəkilən ox yayından çıxmış və
anidən rəisin bütün qüdrətini əlindən almışdı.
Zobrist, Sienna, Sinskey
downloaded from KitabYurdu.org
637
Hər biri ona nəinki meydan oxumuş... hətta onu idarə -
etmişdilər.
İndisə ÜST-nin qəribə pəncərəsiz təyyarəsində tələyə
salınmış vəziyyətdə idi. Görəsən, bəxti üz döndərmişdimi
- ondan... yoxsa hazırkı vəziyyəti ömür boyu elədiyi
vicdansızlığına bir cavab idi, indi ona qayıdırdı?!
Mən yaşamaq üçün yalan danışıram.
Mən yanlış məlumatların müjdəçisiyəm.
Rəis dünyaya yalan satan yeganə şəxs olmasa da,
özünü dəryanın ən böyük balığına çevirməyi bacarmışdı.
Xırda balıqların hamısı onun gözündə bir cinsdən idi və
ümumiyyətlə, onlarla müqayisə rəisi qıcıqlandırırdı.
Xidmətlərini internetdən də əldə etməyin mümkün
olduğu “Alibi” şirkəti və “Alibi” şəbəkəsi ailəsinə
xəyanət edən, lakin ələ keçməyən ərlərdən
sifariş götürərək böyük sərvət qazanmışdılar. Qısa
müddətə olsa belə, ərdən, arvaddan və ya övladlarından
ayrı zaman keçirmək istəyənlərə “zamanı dayandırmaq”
xidməti
təklif
edən
şirkətlər
bu
istiqamətdə
püxtələşmişdilər. Onlar saxta biznes toplantıları, saxta
həkim qəbulu, hətta saxta toylar təşkil etməklə böyük
təsir gücünə malikdirlər: saxta dəvətnamələr, təyyarə
biletləri, mehmanxana qəbzləri, “Alibi” şirkətinin
kommutator ofislərinə gələn zəngə uyğun olaraq, xüsusi
downloaded from KitabYurdu.org
638
təlimatlandırılmış peşəkarlara - katibə və ya planın tərkib
hissəsi olan başqa şəxslə əlaqə qurulması. Rəis isə heç
zaman vaxtını bu cür xırda işlərə sərf eləməzdi. O, yalnız
irimiqyaslı imitasiyalara vaxt ayırırdı. Təklifini qəbul
etdiyi adamlar isə yüksək səviyyəli xidmətin qarşılığında
milyonlarla dollar xərcləməkdən çəkinmirdilər.
Hökumətlər.
Böyük korporasiyalar.
Aradabir də olsa, son dərəcə zəngin vacib şəxslər.
Məqsədlərinə nail olmaq üçün bu müştərilərin
sərəncamında konsorsiumun ən fəal üzvləri, bütün
texniki
vasitələr, böyük təcrübə və yaradıcı resurslar olurdu. Ən
əsası müştərilərini yaratdıqları illüziyanın nəticəsindən
asılı olmayaraq, yalanlarının heç bir halda faş
edilməyəcəyinə zəmanət verirdilər.
Fond bazarına dəstək, müharibəyə haqq qazandırmaq,
seçkidə qalib gəlmək və ya terrorçunu sığıncağmdan
aşkara çıxartmaq - istəklərin məzmunundan asılı
olmayaraq, dünyanın güc sahibləri ictimai fikrin
formalaşmasında irimiqyaslı dezinformasiyalardan daha
çox şey gözləyirlər.
Həmişə belə olub.
60-cı illərdə ruslar saxta casus şəbəkəsi yaratdılar.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |