673
Bu lövhədə isə bircə söz var idi. Lenqdon dayandı.
Brüder də yavaşıyıb arxaya çevrildi.
“Nə olub?”
Lenqdon işarə etdi.
Lövhədə istiqamət işarəsi ilə yanaşı qorxulu qorqon -
qədim qadın qulyabanmm adı yazılmışdı.
MEDUSA
Brüder yazını oxuyub çiyinlərini çəkdi. “Nə olsun
ki?”
Lenqdonun ürəyi sürətlə döyünürdü. O bilirdi ki,
Medusa təkcə ona baxanları daşa döndərən qorxulu,
ilansaçlı varlıq deyil, həm də yunan mifologiyasında
yerin altında yaşayan yırtıcılar ailəsinin üzvüdür... xtonik
əjdaha kimi tanınan bədheybət.
Batan sarayın dibinə en...
burada, qaranlığın içində xtonik əjdaha gözləyir...
Bu, yolu göstərir, Lenqdon qaçmağa başladı. Lenqdon
Medusa işarəsini izləyərək qaranlığın içində o tərəf-bu
tərəfə qaçdıqca Brüder ona çatmağa çalışırdı. Nəhayət o,
sistemin ən sağdakı divarının dibindəki platformaya
çatdı.
Qarşısında inanılmaz görüntü var idi.
Suyun içindən çıxan mərmər heykəl Medusanın
ilanlarla dolu saçını göstərirdi. Görünüşü daha də
downloaded from KitabYurdu.org
674
vahiməli etmək üçün başı sinəsinə tərs bitişdirilmişdi.
Lənətlənmişlər kimi tərs, Lenqdon Bottiçellinin əsərini
xatırladı. Malebolge-də lənətlənmiş günahkarların başı
tərs çevrilmişdi.
Brüder təngnəfəs halda axır ki ona çatdı, çaşqınlıq
içində Medusanın tərs başına baxmağa başladı.
Lenqdon əmin idi ki, indi sütunlardan biri üçün özül
kimi istifadə olunan bu başı kimsə bura havayı tikinti
materialı kimi gətirib. Və yəqin düşünüblər ki, bununla
da Medusa daha heç kimə pislik edə bilməyəcək. Amma
Lenqdon nədənsə bədbin fikirləri beynindən qova
bilmirdi.
Dantenin “Cəhənnəm”i. Sonluq. Dünyanın mərkəzi.
Cazibə qüvvəsinin səmtinin dəyişdiyi yer. Orda yuxan
aşağıya aşağıya çevrilir.
Lenqdon başın ətrafım bürüyən qırmızı işığa baxdıqca
düşünürdü. Medusanın saçının çox hissəsi suda olsa da,
gözləri yuxarıda idi və sola doğru - gölməçənin digər
tərəfinə baxırdı.
Lenqdon qorxu içində başını çevirdi, həmin
istiqamətə baxdı. Batan sarayın tanış boş küncünü dərhal
tanıdı. Zobristin seçdiyi yer bura idi.
Budur o, episentr.
92
fəsil
downloaded from KitabYurdu.org
675
Agent Brüder iri cüssəsini aşağı əyib barmaqlıqların
arasından aşağı düşdü. Su sinəsinədək qalxırdı. Sərin su
əyninə hopduqda bir az üşüdü. Sistemin döşəməsi
sürüşkən idi, amma ayaqlarına yaxşı dayaq dururdu. O,
ehtiyatla addımlayır, hər addımdan sonra dayanırdı. Su
konsentrik dairələr şəklində ləpələnib uzaqlaşırdı.
Bir anlıq Brüder nəfəsini dərdi. Asta hərəkət et,
öz-özünə dedi. Burulğan yaratma. Ondan yuxarıda
dayanan Lenqdon ətrafa nəzarət edirdi.
“Hər şey qaydasındadır”, - Lenqdon pıçıldadı. - “Səni
heç kim görmür”.
Brüder çevriləndə parlaq qırmızı projektorlarla
işıqlandırılmış Medusanın iri başı ilə üz-üzə gəldi.
Qulyabanı Brüderə yaxından daha nəhəng görünürdü.
“Medusanın baxışını izlə”, - Lenqdon pıçıltı ilə dedi. -
“Zobrist simvologiya və dramatologiyaya vaqif adam
imiş...
onun öz əsərini Medusanın düz gözlərilə eyni səmtdə
yerləşdirməsinə heç təəccüblənmərəm”.
“Dahilər eyni cür düşünür”. Brüder amerikalı
professora onunla gəlməkdə təkid etdiyinə görə
minnətdar idi. Lenqdonun fəhmi onları vaxt itirmədən
sisterinin doğru hissəsinə yönləndirmişdi.
Dante simfoniyası davam edirdi, uzaqdan eşidilən
downloaded from KitabYurdu.org
676
səslərdən bunu başa düşmək çətin deyildi. Brüder
suyadavamlı Tovatec qələm-fənərini suyun altına saldı,
işığını yandırdı. Parlaq halogen işıq sistemin döşəməsini
aydın göstərdi.
Asta, Brüder özünə xatırladırdı. Allah eləməsin nəyisə
zədələyəsən. Və bir kəlmə də demədən o, gölməçədə
səyahətinə başladı. Ehtiyatla hərəkət edir, minaaxtaran
kimi fənərini irəli və arxaya hərəkət etdirirdi.
Məhəccərin yanında dayanan Lenqdon hiss edirdi ki,
boğazında qəribə bir quruluq yaranır. Rütubətliliyinə
baxmayaraq, sisterinin havası quru və oksigeni tükənmiş
kimi idi. Brüder ehtiyatla irəlilədikcə professor özünü hər
şeyin yaxşı olacağına inandırmağa çalışırdı.
Vaxtında çatdıq.
Kənara heç nə axmayıb.
Brüderin dəstəsi təhlükəni dəf edəcəklər.
Bununla belə, Lenqdon əsəbləri son həddə çatmışdı.
Ömür boyu klaustrofobiyadan əziyyət çəkdiyinə görə
bilirdi ki, mümkün deyil burada ürəyi sıxılmasın. Min
tonlar ağırlığında dünya başımızın üstündədir... onu
getdikcə çürüyən sütunlardan başqa heç nə saxlamır.
O bu fikri özündən uzaqlaşdırmaq üçün ətrafa göz
gəzdirməyə başladı.
Heç nə.
downloaded from KitabYurdu.org
677
Ən yaxınlıqdakı adamlar ayn-ayn lövhələrin üzərində
dayanmışdılar, hamısının da üzü orkestrə sarı idi.
Görünür, heç kim Brüderin suya enib sistemin uzaq
küncünə getməyini görməmişdi. Lenqdon diqqətini
MHD dəstəsinin başçısına yönəltdi. Onun sualtı fənəri
qarşısına işıq salaraq yolu aydmladırdı.
Lenqdon baxdıqca periferik yaddaşı sol tərəfdə bir
hərəkət sezdi - Brüderin qarşısında dayanan qara kölgə.
Lenqdon
diqqətlə baxdı. O, yerin altından qalxan silueti görəcəyini
zənn edirdi.
Brüder də dayandı, yəqin ki, o da sezib.
Uzaq küncdəki qara siluet divardan on metr yuxarıda
idi. Ruhabənzər siluet eynilə Zobristin videosundakı vəba
həkiminə bənzəyirdi.
Kölgədir, Lenqdon başa düşdü. Brüderin öz kölgəsi.
Brüder hərəkət etdikcə kölgə də dəyişirdi. Eynilə
Zobristin kölgəsi video yazıda hərəkət etdiyi kimi.
“Həmin nöqtə oradadır”, - Lenqdon Brüderə səsləndi.
- “Çox yaxınsan”.
Brüder başını tərpətdi və hərəkətini davam etdirdi.
Lenqdon da platformada hərəkət edir, onunla eyni xətdə
qalmağa çalışırdı. Agent bir az da irəli getdikcə Lenqdon
tələsik orkestr tərəfə nəzər saldı. O, Brüderi görən
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |