683
Orkestrin səsi bir az da ucadan gəlirdi.
Brüderin səsi bu dəfə daha aydın eşidildi,
“...təkrarlayıram... virus yayılıb!”
Sinskeyin başı gicəlləndi. Az qaldı yerə yıxılsın. Axı
bu necə ola bilər?!
“Torba əriyib”, - Brüderin səsi eşidildi. - “Virus artıq -
sudadır!”
Dr. Sinskeyi soyuq tər basdı; o, gözlərini döşəmədən
qaldırıb qarşısında açılan mənzərənin hara olduğunu
anlamağa çalışdı. Qırmızı rəng altında parlayan, yüzlərlə
sütundan ibarət geniş gölməçə. Ən əsası, o, adamlan
görürdü.
Yüzlərlə adam.
Sinskey baş verənlərdən xəbərsiz olan kütləyə baxdı.
Onlar Zobristin yeraltı tələsinin qurbanları idilər. O,
instinktiv olaraq hərəkət etdi.
“Agent Brüder, qayıt. İnsanları dərhal evakuasiya
etməyə başlamalıyıq”.
Brüderin cavabı gecikmədi.
“Qəti şəkildə yox!” - Qapılan bağlayın! Buradan bir
nəfər də çıxmamalıdır!”
Ümumdünya Səhiyyə Təşkilatının direktoru kimi o,
əmrlərinin müzakirəsiz icrasına öyrəşmişdi. Bir anlıq o,
MHD agentinin sözlərini yanlış başa düşdüyünü zənn
downloaded from KitabYurdu.org
684
etdi. Qapıları bağlamaq?!
“Dr. Sinskey!” - Brüder qışqırdı. - “Məni eşidirsiniz?!
Xaraba qalmış qapıları bağlayın!”
Brüder əmrini təkrarladı, amma buna ehtiyac yox idi.
Sinskey bilirdi ki, o haqlıdır. İstənilən mümkün
pandemiya zamanı lokallaşdırma ən ağlabatan üsul idi.
Sinsket qeyri-iradi əlini atıb həmaili boyunbağısından
yapışdı. Çoxluğu xilas etmək üçün azlığı qurban ver.
Çətinliklə də olsa, ratsiyanı ağzına yaxınlaşdırdı.
“Aydındır, agent Brüder. Qapıların bağlanması əmrini
verirəm!”
Sinskey qapıların bağlanması əmrini vermək üçün
çölə çıxmaq istədiyi an adamların arasında bir canlanma
hiss etdi.
Qara çadraya bürünmüş bir qadın sürətlə qaçır, bu
zaman qarşısına çıxan hər kəsi itələyirdi. Rübəndli qadın
düz Sinskeyə doğru gəlir, çıxışa tələsirdi.
Kimsə onun dalınca düşüb, Sinskey hiss etdi. Bu
zaman qadının arxasınca qaçan kişini sezdi.
Sinskey sanki dondu. Bu ki, Lenqdondur!
Sinskey çadralı qadına baxdı. O, qaça-qaça türkcə
nəsə qışqırırdı. Sinskey türkcə danışmasa da, adamların
təlaşlı reaksiyasından qadının “Yanğın!” dediyini zənn
etdi. Təşviş çox sürətlə yayıldı və birdən çadralı qadın və
downloaded from KitabYurdu.org
685
Lenqdonla bərabər, hamı pilləkənə doğru tələsməyə
başladı.
Sinskey çevrilib gələn axma baxdı və əmrini
təkrarladı.
“Qapıları bağlayın!” - Sinskey bağırdı. - “Sisterni
qapayın! DƏRHAL!”
Lenqdon fırlanıb çatanadək Sinskey artıq pilləkənləri
yarıyadək qalxmışdı, indi dəli kimi qışqıra-qışqıra
qapıların bağlanmasını əmr edirdi. Nəm və ağır çadra
Siennanı yubatsa da, o, artıq pilləkənlərə çatmışdı.
Lenqdon arxadan onu izləyən həyəcanlı kütlənin
uğultusunu hiss edirdi.
“Çıxışı bağlayın!” Sinskey yenə qışqırdı.
Lenqdonun uzun ayaqlan bir dəfəyə üç addım irəli
atılırdı, Siennaya yaxınlaşmağa lap az qalmışdı. Yuxanda
isə sistemin ağır qapılan içəriyə bağlanırdı.
Çox ləng bağlanır.
Sienna Sinskeyi ötdü, yanından keçəndə çiynindən
yapışıb arxaya itələdi. Sinskey dizi üstə irəli yıxıldı.
Onun sevimli həmaili sement pilləkənlərə dəyib ikiyə
bölündü. Lenqdon yıxılan qadına yardım etmək
instinktinə məhəl qoymayıb Sinskeyin yanından keçdi.
Sienna ondan yanmca metr aralı idi, Lenqdon əlini
uzatsa, onu tuta biləcəkdi. Qapılar asta bağlandığından
downloaded from KitabYurdu.org
686
Sienna zərif bədənini qapının aralı qalan dar hissəsindən
çölə ata bildi.
Çıxdığı an çadrası rəzəyə ilişdi. Sienna ortada
qalmışdı. Məngənədən qurtulmağa çalışdığı zaman
Lenqdon əlini atıb onun çadrasından yapışdı və özünə
tərəf dartdı. Lakin birdən yüngül və nəm çadranın əlində
qaldığını hiss etdi.
Qapılar taybatay bağlandı, Lenqdon son anda əllərini
çəkə bildi. Arasında parça qaldığından çöldəkilər qapını
tam bağlaya bilmirdilər.
Lenqdon dar yarıqdan Sienna Bnıksun adamla dolu
küçədə qaçdığını gördü. Küçənin işıqlan onun keçəl
başını parıldadırdı. O, həmin gödəkcədə və mavi cins
şalvarda idi. Lenqdon xəyanətin acı dadını hiss edirdi.
Amma bu hiss bir an çəkdi. Güclü bir axın onu qapıya
sıxırdı.
Kütlə qapıya çatmışdı.
Pilləkənləri
qorxu
və
çaşqınlıq dolu səslər
bürümüşdü. Lenqdon kürəyinin, boynunun sıxıldığını
hiss edirdi. Qabırğaları qapıya doğru basıldıqca kəskin
ağrı verirdi. Birdən qapı dözməyib açıldı, Lenqdon
şampan şüşəsindən partlayıb çıxan mantar kimi gecənin
ortasına düşdü. O, maşın yoluna yıxılmaqdan özünü
güclə saxladı. Arxasınca isə insan dəstəsi küçəyə
downloaded from KitabYurdu.org
687
axışaraq, yuvası zəhərlənmiş qanşqalar kimi xilas olmağa
çalışırdı.
MHD dəstəsi səs-küyü eşidib binanın arxasından
çıxdı. Onların geyimi və əleyhqazları ətrafdakılan bir az
da vahimələndirirdi.
Lenqdon çevrilib Siennanı axtarmağa başladı.
İşıqforlar və çaşqın adamlardan başqa heç nə görə
bilmirdi. Qəfildən özündən solda küçənin qurtaracağında
parlayan keçəl başı süzdü. Sienna adamları yarıb
döngədə gözdən itdi.
Lenqdon arxaya boylandı. Bəlkə Sinskey, polis və ya
MHD agentlərindən birini görə bildi.
Heç kim gözə dəymirdi.
Lenqdon başa düşdü ki, tək hərəkət etməlidir.
Tərəddüd etmədən, Siennanın arxasınca götürüldü.
Aşağıda, sisternin dərinliyində isə agent Brüder suyun
içində dayanmışdı. Artan təşviş səsi qaranlıq boyu ona
doğru gəlirdi. Turistlər, musiqiçilər yuxan qalxıb
canlanm qurtarmağa çalışırdılar.
Qapılan bağlaya bilmədilər, Brüder qorxu içində
fikirləşirdi. Lokallaşdırma baş tutmadı.
94
fəsil
Robert Lenqdonun qaçmaqla arası yox idi, amma illərlə
üzgüçülüklə məşğul olması onun ayaqlarını güclü
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |