688
etmişdi. Addımları da iri idi. O, bir neçə saniyəyə
döngəyə çatdı və dönüb daha geniş prospektə çıxdı.
Dərhal səkiləri axtarmağa başladı.
O, hökmən burdadır!
Yağış dayanmışdı. Lenqdon durduğu yerdən
rahatlıqla yaxşı işıqlandırılmış küçəni görə bilirdi.
Burada heç gizlənməyə də yer yox idi.
Amma Sienna yoxa çıxmışdı. Lenqdon təngnəfəs
halda əlləri ətəyindən uzun islaq küçəni axtarırdı. Küçədə
dayanacaqdan təzəcə aralanmış avtobusdan başqa
hərəkət edən heç nə yox idi.
Doğrudanmı, Sienna avtobusa minib?
Bu, çox riskli qərar idi. Hamının onu axtardığı halda
Sienna özünü bu cür tələyə salardımı? Amma digər
tərəfdən
döngəni burulanda onu heç kim görməmişdisə, elə həmin
an dayanacaqdan çıxan avtobusa niyə minməsin ki...
Mümkün idi.
Avtobusun kabinəsinin yuxarısında işıqlı lövhədə son
dayanacağın adı yazılmışdı: QALATA.
Lenqdon tələsik qabaqdakı restoranın qarşısında
dayanmış yaşlı kişiyə yaxınlaşdı. Kişinin əynində naxışlı
uzun köynək, başında ağ çalma var idi.
“Üzr istəyirəm”, - Lenqdon təngnəfəs halda dedi. -
downloaded from KitabYurdu.org
689
“İngiliscə bilirsinizmi?”
“Əlbəttə”, - kişi Lenqdonun tonundan qətiyyən -
təsirlənmədi.
“Qalata?! Yer adıdır?”
“Qalata?” - kişi cavab verdi. - “Qalata körpüsü?
Qalata qalası? Qalata limanı?”
Lenqdon aralanan avtobusa işarə etdi. “Qalata!
Avtobus hara gedirsə mənə ora lazımdır!”
Çalmalı kişi avtobusa baxıb bir anlıq düşündü.
“Qalata körpüsü”, - o dedi. “Köhnə şəhərdən çıxıb su
yolundan keçir”.
Lenqdon ah çəkdi. Siennanı görmək ümidilə yenə
küçəyə göz gəzdirdi. Artıq hər tərəfdən sirena səsləri
eşidilirdi.
“Nə olub?” - kişi narahat halda soruşdu. “Yaxşısınız?”
Lenqdon uzaqlaşan avtobusun dalınca bir də baxdı.
Bu, qumar kimi bir oyundu. Lakin başqa yolu yox idi.
“Yox”, - Lenqdon cavab verdi. - “Təcili bir iş var və
mənə sizin köməyiniz lazımdır”.
Elə bu an səkiyə gümüşü rəngli Bentley avtomobili
yaxınlaşdı. Restoranın xidmətçisi maşından düşdü.
“Sizin maşınınızdır?”
“Hə, amma...”
“Mənə maşın lazımdır”, - Lenqdon dedi. - “Bilirəm,
downloaded from KitabYurdu.org
690
siz məni birinci dəfədir görürsüz, lakin çox faciəli bir
vəziyyət yaranıb. Ölüm-dirim məsələsidir”.
Çalmalı kişi diqqətlə professorun gözünün içinə
baxdı. Sanki ürəyini oxumağa çalışırdı. Nəhayət,
dilləndi: “Minin maşına!”
Bentley hərəkətə gələn kimi Lenqdon qeyri-ixtiyari
oturacaqdan yapışdı. Hiss olunurdu ki, kişi təcrübəli
sürücüdü,
həm də avtobusa çatmaq üçün maşınların arasından külək
kimi ötüb keçmək ona zövq verir.
Cəmi üç məhəllə kvartal keçməmişdi ki, Bentley artıq
düz avtobusun arxasında idi. Lenqdon mümkün qədər
irəli əyilib avtobusun arxa pəncərəsindən içəri baxmağa
çalışdı. İçəridə işıq solğun idi. Lenqdon yalnız
sərnişinlərin dumanlı siluetlərini sezə bilirdi.
“Avtobusu gözdən qaçırmayın, xahiş edirəm”, -
Lenqdon dedi. “Telefonunuz varmı?”
Kişi cibindən mobil telefonunu çıxarıb sərnişininə
uzatdı. Lenqdon ürəkdən təşəkkür etsə də, kimə zəng
vurmaq lazım gəldiyini bilmirdi. Nə Sinskey, nə də
Brüderin telefon nömrəsini bilirdi. ÜST-nin İsveçrədəki
ofisinə zəng vurmaq isə vaxt alardı.
“Yerli polisə necə zəng vura bilərəm?” Lenqdon
soruşdu.
downloaded from KitabYurdu.org
691
“1-5-5”, - kişi cavab verdi. - “İstanbulun istənilən -
yerindən”.
Lenqdon üç nömrəni yığdı və gözlədi. Xətdə cavab
verən yox idi. Nəhayət ki, həm türk həm də ingiliscə
danışan
avtocavabm səsi eşidildi. Zəng çoxluğundan Lenqdon
gözləməli
olacaqdı. Lenqdon bunun səbəbinin
sisterndəki qarışıqlıq olub- olmadığını fikirləşirdi.
Batmış sarayda, çox güman ki, qiyamət qopmuşdu. O,
suda qalan Brüderi xatırladı. Görəsən, Brüder nə
tapmışdı?! Lenqon bu sualın cavabını təxmin edə bilərdi.
Sienna suya ondan qabaq enmişdi.
İrəlidə avtobusun əyləc işıqları yandı, avtobus
dayanacaqda saxladı. Bentleyin sürücüsü də maşını
saxladı, avtobusla arasındakı məsafə on beş metr olardı.
Bu, avtobusa minib-düşən sərnişinləri görmək üçün yaxşı
məsafə idi. Dayanacaqda düşən üç sərnişindən heç
birinin Sienna olmadığına əmin olsa da, Lenqdon
diqqətlə onların üzlərinə baxırdı.
Yenə gözlərini avtobusun arxa şüşəsinə zillədi. Şüşə
tünd olsa da, içəri artıq tam işıqlanmışdı. Lenqdon
sərnişinləri indi aydın görə bilirdi. O, irəli əyilib demək
olar ki, üzünü Bentleyin ön şüşəsinə söykədi və Siennanı
axtardı.
downloaded from KitabYurdu.org
692
Kaş bu qumarda uduzmayım!
Lenqdon onu gördü.
Avtobusun lap quyruğunda incə çiyinlər üzərində
aşağı əyilmiş keçəl baş.
Bu ancaq Sienna ola bilərdi.
Avtobus hərəkətə düşəndə içəridə işıqlar sönüb-yandı.
Həmin an keçəl baş çevrilib arxa pəncərəyə baxdı.
Lenqdon aşağı əyildi, Bentleyin içində özünü
gizlətməyə çalışdı. Görəsən, məni gördü? Onun çalmalı
sürücüsü də artıq hərəkətə keçmişdi.
Yol üzüsuya doğru düşürdü. Lenqdon irəlidə su boyu
uzanan alçaq körpünün işıqlarını görürdü. Körpünün üstü
maşınla dolu idi. Girişin qarşısındakı meydanda isə
yüzlərlə adam var idi.
“Ədviyyat bazandır”, - kişi dilləndi. - “Yağışlı
günlərdə çox məşhur olur”.
Kişi suyun kənarına işarə etdi. İstanbulun ən gözəl
məscidlərindən biri olan Yeni Məscidin - Lenqdon
hündür minarələri görüb yanılmadığına ümid etdi -
kölgəsinə sığman uzun bir bina. Ədviyyat bazarı
Amerikanın əksər bazarından
böyük idi.Geniş tağlı qapıdan girib-çıxan insan axını
aydın görünürdü.
“Alo?!” maşını zərif səs bürüdü. “Acil durum!
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |