678
olub-olmadığını bilmək istəyirdi.
Heç kim.
Lenqdon gözlərini gölməçəyə zillədi. Həmin an ayağı
altında parlaq bir şey nəzərini cəlb etdi.
Diqqətlə aşağı baxdı, qırmızı maye damla gördü.
Qan.
Lenqdon düz onun üzərində dayanmışdı.
Məndən qan axır?
Lenqdon heç bir ağrı hiss etməsə də, əlini bədənində
gəzdirməyə başladı. Bəlkə onun havada görünməyən
toksinə qarşı allergiyası var idi? O, qanaxmanın mümkün
olduğu hər yeri - burnunu, dırnaqlarını, qulaqlarını
yoxladı. Heç nə.
Özünə əmin olandan sonra Lenqdon ətrafına baxdı. Tək
olduğunu dəqiqləşdirmək üçün.
Lenqdon bir də yerə baxdı. Bu dəfə platforma
boyunca axıb onun ayağının altında toplaşan suyu gördü.
Qırmızı maye haradasa yuxandan, özü də platformanın
nisbətən əyri hissəsindən axırdı.
Yuxanda kimsə yaralanıb, Lenqdon fikirləşdi. Dərhal
da gölməçənin ortasına çatan Brüderə baxdı. Lenqdon
axan suyu izləyərək ona doğru getdi. Divara
yaxınlaşanda su şırnağının genişləndiyini, suyun daha
bol axdığını gördü. Bu nə ola bilər
downloaded from KitabYurdu.org
679
axı? Şırnaq artıq balaca çaya çevrilmişdi. Lenqdon divar
boyu suyun izi ilə tələsik yeridi, birdən lövhə bitdi.
Dalan.
Qaranlığın içində o, keçiddə geniş nohur tapdı. Sanki
kimisə elə indicə burada öldürmüşdülər. Maye qıpqırmızı
idi.
Həmin an Lenqdon qırmızı suyun platformadan
sistemə damcılandığının fərqinə vardı. Dərhal yanıldığını
başa düşdü.
Qan deyil.
Bütün binanı bürüyən qırmızı işıqlar platformanın
qırmızı rənginə qarışaraq şəffaf damcılara da qırmızı ton
vermişdi.
Adi sudur.
Amma rahatlanmaq əvəzinə onu qorxu bürüdü.
Diqqətlə gölməçəyə baxdı. Damcıları məhəccərdə də
görə bildi... və ayaq izləri.
Kimsə burda sudan çıxıb.
Lenqdon çevrilib Brüderi çağırmaq istədi. Lakin o,
çox aralıda idi, üstəlik, nəfəs alətləri və kontrabasm birgə
ifası qulaqbatırıcı olduğundan Brüder eşitməyəcəkdi.
Lenqdon birdən yanında kiminsə olduğunu hiss etdi.
Mən tək deyiləm.
Lenqdon asta-asta platformanın bitdiyi dalana tərəf
downloaded from KitabYurdu.org
680
çevrildi. Ondan təxminən, üç metr aralıda qara parçaya
bürünmüş dəyirmi bir forma gördü. Siluet hərəkətsiz idi.
Birdən tərpəndi.
Qara çadraya bürünmüş adam, Lenqdon başa düşdü.
Ənənəvi İslam geyimi bədənin hər tərəfini qapayırdı.
Lakin rübəndli baş çevrildikdə Lenqdon bir cüt tünd göz
gördü. Gözlər rübəndin altından diqqətlə Lenqdonun
üzünə zillənmişdi.
Lenqdon onu dərhal tanıdı.
Sienna Bruks gizləndiyi yerdən çıxmışdı. O,
Lenqdona yaxınlaşıb onu itələdi. Lenqdon yerə yıxıldı.
Sienna tələsik ondan uzaqlaşdı.
93
fəsil
Suyun içində isə agent Brüder qəfildən dayandı. Tovatec
qələm- fənərindən axan halogen işıq qarşıda sistemin
döşəməsində parlayan metal parçasının üzərinə
düşmüşdü.
Brüder nəfəs dərmədən irəliyə doğru çox yüngül bir
addım atdı. Suyu mümkün qədər az dalğalandırmağa
çalışırdı. Artıq o, döşəməyə bərkidilmiş düzbucaqlı titan
lövhəni aydın görürdü.
Zobristin lövhəsi.
Su o qədər şəffaf idi ki, o, sabahın tarixi və yanındakı
yazını aydın oxuya bilirdi:
downloaded from KitabYurdu.org
681
BURADA VƏ BU TARİXDƏ
DÜNYA ƏBƏDİ DƏYİŞDİ
Tələsmə, düşüncəli hərəkət elə, Brüder özündənrazı
halda fikirləşdi. Səhər açılanadək bunun qarşısını almaq
üçün bir neçə saatımız var.
Zobristin videosundakı səmtə uyğun olaraq, Brüder
son dərəcə ehtiyatla fənərin işığını lövhənin soluna tərəf
aparıb
solublon torbanı axtarmağa başladı. İşıq qaranlıq suyu
aydmlatdıqca Brüderin təəccübü artırdı.
Torba yoxdur.
O, işığı bir az da uzağa - videoda göstərilən dəqiq yerə
tərəf tutdu.
Hələ də bir şey görünmürdü.
Axı... torba düz burada idi!
Brüder bir addım da irəli atıb işığı hər tərəfə tutmağa
başladı.
Torbadan əsər-əlamət yox idi. Yalnız lövhə.
Bir anlıq Brüder gün ərzində baş verənlərin çoxu kimi
bu hədənin də illüziya olduğuna ümid etdi.
Bəlkə bu, oyun imiş?
Zobrist bizi, sadəcə, qorxutmaq istəyirmiş?!
Və birdən o gördü.
Lövhənin solunda gölməçənin qaranlıq döşəməsində
downloaded from KitabYurdu.org
682
nazik ip var idi.
İp cansız qurda bənzəyirdi. İpin bir ucundan solublon
torbanın bir neçə parça sallanırdı.
Brüder bərəlmiş gözlərlə ərimiş şəffaf torbanın
qalıqlarına baxırdı. Torba partlamış şar kimi sallanırdı.
Həqiqətin acılığı boğazını göynətdi.
Biz gecikmişik.
O, torbanın necə partlayıb əridiyini təsəvvür etdi...
içindəki ölümcül maddə yayılır... gölməçənin səthinə
qalxırdı.
Titrək barmağı ilə fənəri söndürdü, özünü toparlamaq
üçün dayandı.
Beynindəki fikirlər həmin andaca dua və yalvarışa
çevrildi.
Allah, özün bizə kömək ol.
“Agent Brüder, təkrarla!” Sinskey sistemə düşən
pilləkənlərdə ratsiyaya qışqırırdı. “Heç nə anlamıram!”
Mülayim meh üzünə vurub qapıya tərəf əsirdi. Çöldə
isə MHD dəstəsi mümkün qədər gözdən kənarda dayanıb
Brüderdən siqnal gözləyirdi, “...torbanın qalıqları...”
Brüderin səsi Sinskeyin ratsiyasmda səsləndi. “... özü də
boş”.
Necə?! Sinskey aşağı düşdükcə eşitdiklərinin səhv
olması üçün dua edirdi. “Təkrarla!” o, əmrlə dedi.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |