726
yeganə adam sənsən. Bəlkə də onu neytrallaşdırmaq üçün
bir yol var... və ya onu qabaqlamaq üçün nəsə hazırlamaq
mümkündür”. Lenqdon diqqətlə ona baxırdı. “Sienna,
dünya sənin bildiyini bilməlidir. Yoxa çıxa bilməzsən”.
Siennanm arıq vücudu getdikcə artan kədər və
qərarsızlıqdan əsirdi. “Robert, mən... mən bilmirəm nə
edim. Artıq kim olduğumu da bilmirəm. Mənə bax”. O,
əlini keçəl başına qoydu. “Mən qulyabanıya çevrilmişəm.
İnsanların gözünə necə baxacağam...”
Lenqdon irəli yeriyib onu qucaqladı. O, Siennanm
titrəyən bədənini hiss edirdi. Astadan Siennanm qulağına
pıçıldadı. “Sienna, bilirəm ki, qaçmaq istəyirsən, amma
sənə imkan verməyəcəyəm. Gec və ya tez kiməsə etibar
etməlisən”.
“Bacarmıram...” - o hönkürürdü. - “Bunu necə eləmək
olar, bilmirəm”.
Lenqdon onu bir az da möhkəm qucaqladı. “Sən ən
azdan başla. İlk addımını at. Mənə inan”.
100
fəsil
Metalın metala toxunması ilə yaranan səs pəncərəsiz
C-130 təyyarəsində əks-səda verdi və rəis bundan
diksindi. Çöldə kimsə tapançasının qundağını qapıya
çırpır və içəri keçməyə çalışırdı.
“Hamı yerində qalsın”, - C-130 təyyarəsinin pilotu
downloaded from KitabYurdu.org
727
əmr verdi. Özü isə qapıya yaxınlaşdı. - “Türk polisidir.
Sadəcə, təyyarəni yoxlamağa gəliblər”.
Rəislə Ferris baxışdılar.
Təyyarədə qalan ÜST əməkdaşlanna gələn telefon
zənglərindən rəis missiyanın baş tutmadığını hiss
etmişdi. Zobrist öz planını həyata keçirməyi bacardı, o
fikirləşdi. Və mənim şirkətim də ona kömək etdi.
Təyyarənin ətrafından türkcə danışıqlar eşidilirdi.
Rəis ayağa qalxdı. - “Qapını açmayın!” - o, pilota əmr
etdi.
Pilot bir anlıq dayanıb rəisə baxdı. “Niyə?”
“ÜST beynəlxalq yardım təşkilatıdır”, - rəis cavab
verdi, - “və bu təyyarə suveren əraziyə malikdir!” Pilot
başını yellətdi. - “Cənab, bu təyyarı türk aeroportunda
dayanıb və türk səmasından çıxmayanadək dövlətin
qanunları qarşısında cavabdehdir.” Pilot çıxışa
yaxmlaşdıb qapını açdı.
Formalı iki kişi içəri baxdı. Onların sərt baxışları buz
kimi soyuq idi. “Təyyarənin kapitanı kimdir?” onlardan
biri güclü ləhcə ilə dilləndi.
“Mənəm”, - pilot cavab verdi.
Zabit pilota iki vərəq uzatdı. “Həbslə bağlı orderdir.
Bu iki sərnişin bizimlə getməlidir”.
Pilot orderi nəzərdən keçirdi və rəislə Ferrisə baxdı.
downloaded from KitabYurdu.org
728
“Dr. Sinskeyə zəng vurun”, - rəis ÜST-nin pilotuna
dedi. - “Biz beynəlxalq fövqəladə əməliyyatın
iştirakçılarıyıq”.
Zabitlərdən biri rəisə baxdı. “Dr. Elizabet Sinskey?
Ümumdünya Səhiyyə Təşkilatının direktoru? Sizin
həbsinizə əmri elə o özü verib”.
“Ola bilməz”, - rəis cavab verdi. - “Cənab Ferris və
mən Türkiyəyə Dr. Sinskeyə kömək etmək üçün
gəlmişik”.
“Deməli, yaxşı kömək edə bilmirsiz”, - ikinci zabit
cavab verdi. - “Dr. Sinskey özü bizimlə əlaqə qurub sizin
hər ikinizin Türkiyə ərazisində bioterror törətdiyinizi
deyib”. O, qandalları çıxardı. “Dindirilmək üçün bizimlə
getməlisiniz”.
“Mən vəkil tələb edirəm!”- rəis qışqırdı.
Otuz saniyə sonra Ferrislə rəis qandallı halda qara
sedanm arxa oturacağında idilər. Sedan irəli gedib metal
şəbəkədən olan hasarın qarşısında dayandı. Hasar
aralanıb maşına yol verdi. Avtomobil çəpərin perimetri
boyunca gedib köhnə bir binanın qarşısında dayandı.
Formalı kişilər sedandan düşüb ərazini gözdən keçirdilər.
İzlənmədiklərinə əmin olduqdan sonra kişilər polis
formalarını çıxarıb kənara tulladılar. Ferrislə rəisi
maşından çıxarıb qollarındakı qandalları açdılar.
downloaded from KitabYurdu.org
729
Rəis biləklərini ovuşdurdu.
“Maşının açarları ayaqaltı döşəkçənin altındadır”, -
agentlərdən biri yaxınlıqdakı ağ furqona işarə ilə dedi. -
“Arxa oturacaqda istədiyiniz şeylərlə dolu idman çantası
var - səyahət sənədləri, nağd pul, öncədən pulu ödənilmiş
telefonlar, geyim və ehtiyac duyacağınız başqa nələrsə”.
“Təşəkkür edirəm”, - rəis dedi. - “Əhsən, uşaqlar!”
“Biz peşəkarıq, ser”.
Bunu deyib türklər qara sedana minib uzaqlaşdılar.
Sinskey heç vaxt məni buraxmayacaqdı, rəis düşündü.
İstanbula uçarkən bunu hiss edən rəis Konsorsiumun
yerli şöbəsinə e-mail yazaraq Ferrislə birgə köməyə
ehtiyacı olacaqlarını bildirmişdi.
“Səncə, arxamızca gələcək?” Ferris soruşdu.
“Sinskey?” Rəis başını tərpətdi.
“Əlbəttə. Hərçənd başı indi başqa problemlərə
qarışıb”.
İkisi də ağ furqona mindilər. Rəis çantanın
içindəkiləri gözdən keçirib sənədləri qaydasına salmağa
başladı. Beysbol kepkasını çantadan çıxardı. Çantada
“Highland Park” viskisi də var idi.
Afərin uşaqlar.
Rəis kəhrəba rəngli içkiyə baxıb sabahadək gözləməyi
qərar aldı. Yenidən Zobristin solublon torbasını
downloaded from KitabYurdu.org
730
xatırlayıb sabahın necə olacağını təsəvvür etməyə çalışdı.
Mən əsas qanunumu pozdum, o fikirləşdi. Öz
müştərimə xəyanət etdim.
Rəis qəribə bir yüngüllük hiss edirdi. O bilirdi ki, bir
neçə gündən sonra bütün dünya bu faciədən danışacaq.
Bu faciədə isə onun rolu şəksizdir. Mən olmasaydım, bu,
baş verməyəcəkdi.
Həyatında birinci dəfə idi ki, cahilliyinin onun mənəvi
məsuliyyətinə
haqq qazandırdığını hiss etmirdi.
Barmaqları sketç şüşəsinin qapağını açdı.
Kef elə, öz-özünə dedi. İstənilən halda sayılı günlərin
qalıb.
Rəis şüşəni başına çəkdi, boğazına yayılan istiliyi hiss
etdi.
Birdən qaranlığı parlaq və mavi rəngli yanıb-sönən
işıq bürüdü, polis maşınları onlan hər tərəfdən əhatəyə
aldı.
Rəis çaşqın halda ətrafa baxdı... və daş kimi donub
qaldı.
Xilas yox idi.
Silahlı türk polis zabitləri furqona yaxınlaşdıqca rəis
Highland Park-dan son bir qurtum da içib sakitcə əllərini
başına qoydu.
Bu dəfə zabitlərin özününkülər olmadığına əmin idi.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |