84
söylədi. “Sən xəfiyyəsən?”
Hazırda Lenqdon kim olduğunu özü də bilmirdi.
Yadına sala bilmədiyi iki günü, özünü unutmağını heç
cür dərk edə bilmirdi. Onu Amerika Konsulluğunun
rəsmisi ilə görüşdən iyirmi dəqiqə ayırırdı.
Axı nə baş verir?
O, Siennaya baxaraq artıq yollarının ayrıldığını
düşünsə də, aralarında bitməmiş işbirliyi olduğunu
duyurdu. Gözünün qarşısına döşəmədə can verən saqqallı
həkim gəldi. “Sienna”, - o pıçıldadı, - “sənin dostu... Dr.
Markoni... özümü çox pis hiss edirəm”.
Sienna başını tərpətdi.
“Səni də bu oyunun iştirakçısı etdiyimə görə üzr
istəyirəm. Xəstəxanadakı vəziyyətindən xəbərdaram və
əgər axtarış...” Lenqdonun gözləri yol çəkdi.
“Eybi yoxdur”, - Sienna dedi. “Yerimi dəyişməyə -
öyrəncəliyəm..”
Lenqdon Siennanın gözlərində hər şeyin bu səhər
onun üçün dəyişdiyi fikrini oxuya bilirdi. Lenqdonun öz
həyatı qarmaqarışıq olsa da, bu qadına daha çox acıyırdı.
O, mənim həyatımı xilas etdi... mən isə onun həyatını
alt- üst etdim.
Tam bir dəqiqə sükut içində oturdular. Aralarındakı
hava getdikcə ağırlaşırdı, sanki ikisi də sözə başlamaq
downloaded from KitabYurdu.org
85
istəyirdi, lakin nə danışacaqlarını bilmirdilər. Hər şeydən
öncə onlar yad idilər. Onları qarşılaşdıran qısa və qəribə
səyahət artıq sona çatmışdı və indi hərə öz cığırını
tapmalı idi.
“Sienna”, - Lenqdon axır ki, dilləndi, - “konsulluqla
bunu həll etdikdən sonra... sənə hər hansı bir yolla kömək
ola bilsəm... xahiş edirəm”.
“Çox sağ ol”, - o pıçıldadı və qəmgin halda baxışlarını
pəncərəyə tərəf çevirdi.
Dəqiqələr keçir, Sienna Bruks pəncərədən yeni açılan
günə baxır və bu günün ona nələr gətirəcəyini düşünürdü.
Lakin nə gətirəcəyindən asılı olmayaraq, dünya başqa cür
görünəcəkdi.
Sadəcə, adrenalin olduğunu bilsə də, bu amerikalı
professora qarşı qəribə hisslər duyurdu. Yaraşıqlı
olmasından başqa həm də gözəl ürəyə sahib idi. Hansısa
paralel dünyada o, Robert Lenqdonla bir yerdə olmağı
istəyərdi.
“Amma o, heç vaxt məni istəməz”, - Sienna fikirləşdi.
“Mən qüsurluyam”.
Qəhər onu boğurdu. Birdən pəncərədən gördükləri
ona hisslərini unutdurdu. Dik dayanıb üzünü şüşəyə
dayadı və aşağı baxmağa başladı. “Robert, bura bax!”
Lenqdon yaxınlaşdı və yenicə dayanan BMV markalı
downloaded from KitabYurdu.org
86
qara motosikleti gördü.
Sürücü arıq da olsa, qüvvətli görünüşü var idi.
Əynində qara dəri gödəkcə, başında kaska var idi. O, yerə
düşüb parlaq
qara kaskasını çıxardanda Sienna Lenqdonun nəfəsinin
kəsildiyini hiss etdi.
Qadının hörüklü saçlannı səhv salmaq mümkün
deyildi.
O, tanış tapançanı çıxardı, səsboğucu qurğunu yoxladı
və yenidən cibinə qoydu. Sonra isə ölümsaçan addımlara
mehmanxanaya girdi.
“Robert”, - Sienna qorxudan əsən səslə pıçıldadı.
“Hökumət səni öldürtdürmək üçün kimisə göndərib”.
13
fəsil
Mənzilin
pəncərəsi
önündə
dayanıb baxışlarını
mehmanxanaya zillədiyi an Robert Lenqdon böyük
həyəcan keçirirdi. Hörüklü qadın təzəcə binaya girmişdi,
lakin Lenqdon onun ünvanı necə tapdığını heç cür başa
düşə bilmirdi.
Bədənində adrenalin coşur və sanki beynin
funksiyasını pozurdu. “Dövlətim məni öldürmək üçün
kimisə göndərib?”
Sienna da eyni dərəcədə təəccüblü görünürdü.
“Robert, bu o deməkdir ki, xəstəxanada sənin qətlinə
downloaded from KitabYurdu.org
87
cəhd də dövlətin sifarişi imiş”. O, ayağa durdu və
mənzilin qapısının bağlı olub-olmadığın yoxladı.
“Birləşmiş Ştatlar Konsulluğunun səni öldürmək icazəsi
varsa...” O, fikrini tamamlamadı, buna daha ehtiyac da
yox idi.
Axı onlar mənim nə etdiyimi düşünürlər? Dövlətim
məni niyə güdsün ki?!
Xəstəxanaya düşərkən təkrarladığı iki söz qulağında -
səsləndi.
Çox üzgünəm... çox üzgünəm.
“Bura sənin üçün təhlükəlidir”, - Sienna dedi.
“Bizim üçün təhlükəlidir”. O, başı ilə yolun digər
tərəfinə işarə etdi. “O, qadın ikimizin də xəstəxanadan
qaçdığımızı gördü və əminəm ki, sənin dövlətin və polis
həm də məni axtarır. Mənzilim kirayə olduğuna görə
mənim adımda deyil, amma istənilən halda məni də
tapacaqlar”. O, başını bioboruya tərəf çevirdi. “Elə bu
dəqiqə bunu açmalısan”.
Titan lövhəyə baxdıqca Lenqdon yalnız biotəhlükə
işarəsini görə bilirdi.
“Borunun içindəki nədirsə”, - Sienna dedi, - “yəqin ki,
üzərində kimlik şifrəsi, qurumun etiketi, telefon nömrəsi,
hər nəsə var. Sənə məlumat lazımdır. Mənə məlumat
lazımdır! Sənin dövlətin mənim dostumu qətlə yetirib!”
downloaded from KitabYurdu.org
88
Siennanm səsindəki ağn Lenqdonu fikirdən ayırdı və
o, Siennanm haqlı olması ilə razılaşaraq başını tərpətdi.
“Hə, mən... çox üzgünəm”. Lenqdon dedi. Eyni sözləri
təkrarlayırdı. O, baxışlarını yenidən masanın üstündəki
boruya çevirdi və
içində nəyin ola biləcəyini düşünməyə başladı. “Bunu
açmaq son dərəcə təhlükəli ola bilər”.
Sienna bir anlıq düşündü. “Hər nədirsə, istisna olaraq,
içində yaxşı şey var. Çox güman ki, zərbəyə dayanıqlı
Pleksiqlas (Plexiglass) borucuqda yerləşdirilib. Bu boru
isə daşınma zamanı zədələrdən qoruyan qabıq
funksiyasını daşıyır”.
Lenqdon pəncərədən mehmanxananın qarşısında
dayanmış
motosikletə baxdı. Qadın hələ çölə
çıxmamışdısa
da,
tezliklə
Lenqdonun
orada
olmadığından xəbər tutacaqdı. O, qadının növbəti
addımının nə olacağını düşünürdü... və görəsən o,
mənzilin qapısının ağzını kəsdirənədək nə qədər
zamanları var idi.
Lenqdon qərar verdi. O, titan borunu götürdü və
könülsüz halda baş barmağını biometrik lövhəyə
yaxınlaşdırdı. Bir saniyə sonra səs eşidildi və lövhə
açıldı.
Lenqdon yenidən bağlanmazdan əvvəl borunun iki
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |