89
tərəfini bir-birinə əks istiqamətdə burdu. Bir çərək
burduqdan sonra alətdən yenə səs gəldi. Lenqdon
məqsədinə çatdığını hiss etdi.
Borunu burub açanda əlləri tərləyirdi. Hər iki hissənin
mükəmməl şəkildə kəsilmiş hamar məftil olduğunu
görürdü. Sanki qiymətli sandığı açırdı, amma içindən nə
çıxacağını - bilmirdi.
Beş dəfə də fırlatdıqdan sonra hissələr boşaldı.
Lenqdon dərindən nəfəs alaraq onları dartıb ayırdı.
Hissələrin arasındakı boşluq böyüdü və məsaməli plastik
kütlə çıxdı. Lenqdon onu masanın üstünə qoydu.
Qoruyucu qatı onu Nerf futbol topuna oxşadırdı.
Görək başımıza nə gəlir.
Lenqdon qoruyucu qatı asta-asta açdı. Nəhayət ki,
içində nəyin gizləndiyi bəlli oldu.
Sienna diqqətlə baxaraq çaşqın halda başını tərpətdi.
“Qətiyyən bunu gözləmirdim”.
Lenqdon isə futuristik görünüşlü flakon təsəvvür
edirdi. Lakin bioborunun içindəki əşya heç müasir
görünmürdü. Naxış işləməli fil sümüyündən olan bu əşya
“Life Savers” manpası şəkər paketi boyda idi.
“Qədimi şeydir”, - Sienna pıçıldadı. “Bir növ...”
“Silindr möhür”, - Lenqdon dilləndi, bayaqdan bəri
ilk dəfə dərindən nəfəs aldı.
downloaded from KitabYurdu.org
90
Şumerlər tərəfindən eramızdan əvvəl 3500-ci ildə kəşf
olunmuş silindr möhürü çap prosesinin sələfi də
adlandırmaq olar. Silindrin üzəri oyma dekorativ
şəkillərlə bəzənərdi. Tən ortasından keçən millə onu nəm
gilin və ya bişmiş torpağın üzərində müasir diyircəkli
boya fırçası kimi diyirlədərək simvol, şəkil və ya yazının
əksini çıxarmaq olurmuş.
Lenqdon bu möhürün nadir və qiymətsiz olduğuna
şübhə etmirdi. Amma onun kimyəvi silah kimi niyə titan
qutuya qoyulduğunu anlaya bilmirdi.
Lenqdon asta-asta onu əlində fırladır və diqqətlə
baxırdı. Üstündə vahiməli şəkil təsvir olunmuşdu.
Üçbaşlı və buynuzlu şeytan üç kişini yeyirdi. Hər kişi bir
ağzında.
Çox gözəl.
Lenqdonun gözləri şeytanın aşağısında yazılmış yeddi
hərfə sataşdı. Oyulmuş yazı bütün silindrlərdə olduğu
kimi güzgüdən oxuna bilən xətlə yazılmışdı. Lenqdon
yazını oxumaqda çətinlik çəkmədi - SALİGİA.
Sienna ucadan təkrarladı: “Saligia?”.
Lenqdon başını tərpətdi. Sözün soyuqluğunu üzərində
hiss edirdi. “Bu latın mənşəli abreviaturanı orta əsrlərdə
Vatikan tərəfindən xaçpərəstlərə yeddi ən böyük günahı
xatırlatmaq üçün yaradılmışdır. “Saligia” sözü
downloaded from KitabYurdu.org
91
“superbia”, “avaritia”, “luxuria”, “invidia”, “gula”, “ira”
və “acedia” sözlərinin baş hərflərindən əmələ gəlmişdir”.
Sienna qaşlarını çatdı. “Qürur, hərislik, şəhvət,
paxıllıq, tamah, qəzəb və tənbəllik”.
Lenqdon heyrətləndi. “Sən latınca bilirsən”.
“Mən katolik kimi böyümüşəm. Günahın nə olduğunu
- bilirəm”.
Lenqdon sönük təbəssümlə yenidən möhürə baxmağa
başladı. Hələ də onun niyə təhlükəli maddə kimi kimyəvi
boruya yerləşdirildiyini düşünürdü.
“Elə bildim fil sümüyündəndir”, - Sienna dedi.
“Amma adi sümükdür” - O, əl işini gün işığına tutub
üzərindəki xətlərə işarə etdi. “Fil sümüyünün üzərində
zamanla brilyant formalı
çarpaz ştrixlər əmələ gəlir ki, bu xətlər yarışəffaf olur.
Adi sümükdə isə bu cür paralel və qaralmış çökək ştrixlər
yaranır”.
Lenqdon yavaşca möhürü götürüb diqqətlə oymalara
baxmağa başladı. Əsl şumer möhürləri ibtidai fiqur və
mixi işarələrdən ibarət olurmuş. Lakin bu möhür daha
təkmil görünürdü. “Orta əsrlərdən qalmadır”, - Lenqdon
təxmin etdi. Eyni zamanda, o, naxışlarla gördüyü
hallüsinasiyalar arasında bir bağlılıq hiss edirdi.
Sienna narahat halda ona baxdı. “Bu nədir?”
downloaded from KitabYurdu.org
92
“Ayılandan bəri təkrarlanan səhnə”, - Lenqdon sərt
şəkildə dedi və oymalardan birini göstərdi. “Bu üçbaşlı,
adamyeyən şeytanı görürsən? Orta əsrlərə xas obrazdır -
Qara ölümü əks edən ikonadır. Bədənləri çeynəyən üç
ağız vəbanın əhali arasında sürətlə yayılmasını göstərən
simvoldur”.
Sienna həyəcanla borudakı biotəhlükə işarəsinə nəzər
saldı.
Lenqdon ciddi yanaşmasa da, tez-tez eyni mənzərə
gözünə görünürdü. İnanmaq istəməsə də, yaşanacaq
hadisələrlə bir əlaqəsi olacağına əmin idi.
“Saligia insanlığın günahlarını özündə cəmləyir... və
orta əsrlər dini qavrayışına əsasən elm...”
“...Allahın insanlara göndərdiyi Qara ölümün səbəbi
idi”, - Sienna onun fikrini tamamlayaraq dedi.
“Hə”. Lenqdon bir anlıq dayandı. Silindrin üstündə
gözünə bir şey sataşdı. Təəccübləndi. Adətən, silindr
möhürün ortasından digər tərəfi görmək olur. Amma bu
möhür bağlı idi. Sümüyün içinə nəsə keçiriblər. Həmin
hissəyə işıq düşdüyündən parıldadı.
“Onun içində nəsə var”, - Lenqdon dedi. “Özü də
deyəsən, şüşədən düzəldilib”. O, silindri başıaşağı
çevirdi, o biri tərəfinə baxmaq istəyirdi. Bu an içindəki
balaca əşya tərpəndi. Boş borunun içindəki nə idisə, o
downloaded from KitabYurdu.org
93
tərəf-bu tərəfə diyirlənərək səs etməyə başladı.
Lenqdon sanki dondu. Siennanın da eyni vəziyyətdə
olduğunu hiss etdi.
O nə idi elə?
“Səsi eşitdin?”, - Sienna pıçıldadı.
Lenqdon başını tərpətdi və ehtiyatla silindrin digər
ucuna baxdı. “Görünür ki, ağzı nəyləsə tıxanıb... hər
nədirsə, metaldandır”. Test borucuğunun qapağıdır
bəlkə?
Sienna arxaya çəkildi. “Qırılmış kimi görünürmü?”
“Elə fikirləşmirəm”. Şüşə çıxıntını bir də yoxlamaq
üçün o, barmağı ilə sümüyə vurdu. Həmin səs bir də
eşidildi. Bir saniyə keçməmiş silindrdəki şüşədə
gözlənilməyən bir hərəkət əmələ gəldi.
Şüşənin içi işıqlanmağa başladı.
Siennanm
gözləri
bərəldi.
“Robert,
dayan!
Tərpənmə!”
14
fəsil
Lenqdon tamamilə hərəkətsiz dayanmışdı. Silindr olan
əlini havada saxlayırdı. Şübhəsiz ki, işıq saçan borunun
başındakı şüşə idi... sanki içindəkilər birdən ayılaraq
parlamağa başlamışdılar.
Bu an içəridən gələn işıq itdi və şüşə qaraldı.
Sienna ona yaxınlaşdı, sürətlə nəfəs alırdı. Əyilib
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |