129
bağlılığı yoxdur. Dante Alqiyeri Florensiyada doğulub,
Florensiyada
böyüyüb,
əfsanəyə görə, Beatrisi
Florensiyada sevib, Florensiyadakı evindən qəddarcasına
sürgün edilərək İtaliya kəndlərində köçkün həyatı sürüb
və ömrü boyu ev həsrəti çəkib.
“Həyatda ən çox sevdiyin şeydən vaz keçmək
məcburiyyətindəsən”, - Dante sürgündə yazırdı. “Sürgün
oxunun ilk zərbəsi bu olur.
Lenqdon Paradisonun on yeddinci nəğməsində
yazılmış bu sözləri xatırladıqca özündən sağa - köhnə
Florensiyanın Arno
çayı boyunca düzülən qüllələrinə baxırdı.
Lenqdon gözləri önündə Florensiyanın dünya şöhrətli
kafedralı, muzeyləri, kilsələri və alış-veriş mərkəzləri
ətrafında dolaşan turist qruplarını, qonaqları, dar
küçələrdə şütüyən nəqliyyatla dolu köhnə şəhəri
canlandırdı. O, Sienna Traykı gizlədə bilsə, şəhərə
qayıdıb izdiham arasında gözdən itə biləcəklərini
düşündü.
“Köhnə şəhər - biz ora getməliyik”, - Lenqdon
dilləndi. “Cavablar varsa, onlan köhnə şəhərdə
axtarmalıyıq. Köhnə Florenisya Dante-nin dünyası idi”.
Sienna razılıqla başını tərpətdi və çiyni üzərindən
dedi: “Həm də daha təhlükəsiz olar - gizlənmək üçün
downloaded from KitabYurdu.org
130
orda yer çoxdur. Porta Romana-ya tərəf gedək. Oradan
çayı keçə bilərik”.
“Çay”, - Lenqdonun bədənindən titrəmə keçdi.
Dante-nin də cəhənnəmə səyahəti çayı keçməklə
başlamışdı.
Sienna sürətlə irəlilədikcə ətrafdakı mənzərə daha
qarışıq görünürdü. Lenqdonun fikrində cəhənnəmdəki
təsvirlər, ölülər və can verən insanlar, Malebolgenin on
xəndəyində əks olunan
vəba həkimləri, və qəribə söz - CATROVACER
canlanırdı. La Mappanın aşağı hissəsində yazılmış sözün
hansı mənanı verdiyini düşünürdü - “Həqiqəti yalnız
ölümün gözlərindən aydın görmək mümkündür”. Bunun
Dantenin deyimi olub- olmadığı maraqlı idi.
Onun yazdığını xatırlamıram. Lenqdon Dante
yaradıcılığının vaqifi idi. Eyni zamanda ikonoqrafiya
üzrə ixtisaslaşmış incəsənət bilicisi kimi məşhur olan
Lenqdon vaxtaşırı Dante təsvirlərində toplanmış saysız
simvollar səfi ilə rastlaşırdı. Təsadüfi olaraq - bəlkə də
heç təsadüf deyildi - o, iki il öncə Danteninn İnfernosu
haqqında mühazirə də oxumuşdu.
“İlahi Dante: Cəhənnəmin simvolları”.
Dante Alqiyeri tarixin əbədiləşən simasına çevrilir.
Onun yaradıcılığının təsiri nəticəsində dünyanın dörd bir
downloaded from KitabYurdu.org
131
tərəfində Dante cəmiyyətləri yaradılır.
İlk belə cəmiyyətin əsası 1881-ci ildə Kembricdə
(Cambrdige) Massaçusets (Massachusetts) ştatında Henri
Vadsvörs Lonqfellov (Henry Wadsworth Longfellow)
tərəfindən qoyulur. Yeni İngiltərənin gənc şairi həm də
“İlahi Komediya”nı tərcümə edən ilk amerikalı idi. Onun
tərcüməsi hələ də ən tanınmış və ən çox mütaliə edilən
versiya olaraq qalmaqdadır.
Dante yaradıcılığının məşhur tənqidçisi kimi
Lenqdondan dünyanın ən qədim Dante cəmiyyətlərindən
olan Societa Dante Alighieri Viennanm keçirdiyi önəmli
bir tədbirdə çıxış etmək xahiş edilmişdi. Yığıncağın
Vyana Elmlər Akademiyasında keçirilməsi nəzərdə
tutulmuşdu. Tədbirin baş sponsoru - imkanlı alim və
Dante cəmiyyətinin üzvü - akademiyanın iki min yerlik
mühazirə zalını kirayə etməyə müvəffəq olmuşdu.
Lenqdonu tədbirin rejissoru qarşılamış və içəri dəvət
etmişdi. Dəhlizdə Lenqdon divarda iri hərflərlə yazılmış
dörd sözü oxumaq üçün ayaq saxlamışdı: BƏLKƏ
ALLAH SƏHV EDİB?
“Bu Lukas Troberqindir (Lukas Troberg)”, - rejissor
pıçıltı ilə demişdi. “Bizim ən yeni bədii qurğumuzdur.
Necə alınıb?”
Lenqdon şübhəli baxışlarla yazıya bir də nəzər saldı.
downloaded from KitabYurdu.org
132
“Hm... Fırçanın izi boldur, amma bu, ifadənin məna
yükünü daha zəif
əks etdirir”.
Rejissor çaşqın nəzərlərlə ona baxdı. Lenqdon ümid
edirdi ki, auditoriya ilə anlaşması daha asan olacaq.
Səhnəyə çıxarkən onu alqış sədaları qarşıladı.
“Meine Damen und Herren”ıo, Lenqdon sözə başladı.
Danışdıqca səsi gücləndirici vasitəsilə zalda əks-səda
verirdi.
“ Wilkommmen 11, bienvenueıg, welcomei3”.
“Kabaret” (Cabaret) tamaşasından sitat gətirdiyi bu
cümlə zalda gülüş doğurdu.
“Səhv etmirəmsə, burda Dante cəmiyyətinin üzvləri
ilə yanaşı, xeyli alim və tələbələr də var. Bəlkə də bir
çoxunuz Dante dünyasını ilk dəfə kəşf edəcəksiniz.
Buna görə də, orta əsrlər İtaliyasında yaranmış
görkəmli əsərlərlə tanış olmayan dinləyicilər üçün qısaca,
Dante dünyasını gözdən keçirmək istəyirəm - onun
həyatı, fəaliyyəti və nə üçün dünya tarixində ən mötəbər
və təsirli simalardan biri olması”.
Alqışlar.
Əlindəki pultla Lenqdon Dantenin müxtəlif rəsmlərini
geniş ekranda canlandırdı. O, əvvəlcə Dantenin Andrea
del Kastanyoya (Andrea del Castagno) məxsus qapı
downloaded from KitabYurdu.org
133
ağzında əlində fəlsəfə kitabı dayanmış bütöv portretini
göstərdi.
“Dante Alqiyeri”, - Lenqdon sözə başladı. “Bu
florensiyalı yazıçı 1265 və 1321-ci illər arasında
yaşamışdır. Əksər təsvirlərdə olduğu kimi bu rəsmdə də
biz onun başında qırmızı cappuccio - qulaqlıqları olan
hörülmüş və başa kip oturan kapyuşon - və al rəngli uzun
Lucca xalatda görürük. Sadaladığım geyimlər Dante
obrazının məşhurlaşmasında böyük rol oynayıb”.
Lenqdon növbəti rəsmə keçdi. Bu dəfə ekranda
Dantenin Botiçelli tərəfindən çəkilmiş və Uffizi
qalereyasında nümayiş olunan əsəri canlandı. Təsvir
Dantenin qabarıq üz cizgilərini əks etdirir - möhkəm
sıxılmış çənəsi və sallanan burnu. “Burda da eyni
təsvirdir - Dantenin fərqli siması qırmızı cappuccio ilə
çərçivələnib, lakin Botiçelli kapyuşona bilik və təcrübə
təcəssüm etdirən - bədii incəsənət sahəsində - dəfnə
yarpağından hörülmüş çələng əlavə edib.
Bu
ənənəvi
ideya
qədim
Yunanıstandan
götürülmüşdür. Simvoldan hazırda şairləri və Nobel
laureatlarını təltif edərkən istifadə olunur”.
Lenqdon bir neçə başqa rəsm də nümayiş etdirdi.
Hamısı Dantenin qırmızı kapyuşon, al rəngli xalat, dəfnə
yarpaqlı çələng və məşhur burnunu əks etdirirdi. “Və
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |