138
toplanmağımızın səbəbidir”.
Ekranda onun mühazirəsinin adı yazıldı: “İLAHİ
DANTE: CƏHƏNNƏMİN SİMVOLLARI”.
“Dantenin “CəhənnənT’i simvol və ikonalarla o qədər
zəngindir ki, mən düz bir semestri ona həsr edirəm. Və bu
axşam Dantenin “Cəhənnəm”indəki simvollan açmağın
ən yaxşı yolunun cəhənnəmin mərtəbələrini onunla birgə
gəzmək olduğunu düşündüm”.
Lenqdon
səhnənin
ucuna
tərəf
addımlayaraq
oturanları nəzərdən keçirdi. “Əgər cəhənnəmi qat-qat
gəzməyi planlayınqsa, xəritədən istifadə etməyi üstün
tuturam. Dantenin cəhənnəmini Sandro Botiçellinin
çəkdiyi rəsm qədər dəqiq ifadə edən əsər yoxdur”.
O, pulta toxundu və ekranda Botiçellinin “Mappa
delllnferno” əsəri canlandı. O, qıf formalı cəhənnəmin
qatlanndakı müxtəlif əzablarda qovrulan insanların
uğultusunu eşitdi.
“Bəzi rəssamlardan fərqli olaraq, Botiçelli Dante
yazısını təsvirə çevirərkən daha dürüst davranmışdır.
Hətta görkəmli incəsənət tarixçisi Giorgio Vasari
Botiçellinin
Danteyə
olan
aludəçiliyinin
onun
“yaşayışında ciddi pozuntuya yol açdığını” demişdir.
Botiçellinin Dantedən təsirlənərək yaratdığı iyirmidən
çox əsər arasında bu xəritə ən mükəmməli hesab olunur”.
downloaded from KitabYurdu.org
139
Lenqdon xəritəyə san çevrilərək yuxarı sol küncə tərəf
işarə etdi. “Bizim səyahətimiz buradan - yerin üstündən
başlayacaq. Gördüyünüz kimi, Dante qırmızı geyimdə,
cəhənnəmin darvazaları qarşısında bələdçisi Virgili ilə
dayanıb. Buradan o, aşağıya doğru cəhənnəmin doqquz
mərtəbəsindən keçərək hərəkət edəcək və nəhayət,
üz-üzə gəldiyi...”
Lenqdon dərhal növbəti rəsmə çevirdi. Botiçellinin
təsvir etdiyi şeytanın geniş çapda görüntüsü. Qorxunc,
üçbaşlı Lusifer (Lucifer) hər ağzı ilə bir insan yeyir.
Auditoriyadan bir uğultu dalğası qopdu.
“Qarşıdakı mənzərəyə ötəri baxış”, - Lenqdon
vurğuladı. “Qorxunc xarakter bu axşamkı səyahətimizin
bitəcəyi yerdir.
Bu, cəhənnəmin şeytan yerləşən doqquzuncu qatıdır.
Hərçənd...”, - Lenqdon dayandı, - “...oraya çatmaq
əyləncənin
yarısıdır, gəlin bir az geri qayıdaq... cəhənnəmin
darvazasına, səyahətimizin başladığı yerə dönək”.
Lenqdon növbəti rəsmi ekranda canlandırdı. Qustav
Dorenin (Gustave Dore) sərt qayada oyulmuş, tunel
formalı qaranlıq girişi əks etdirən litoqrafı. Qapının
üstündən asılmış lövhədə yazılmışdı: BURAYA DAXİL
OLAN!
HƏR
KİMSƏNSƏ,
BÜTÜN
downloaded from KitabYurdu.org
140
ÜMİDLƏRİNDƏN ƏL ÇƏK.
“Beləliklə...”, - Lenqdon gülümsəyərək dedi. “İçəri
girək?”
Ucadan eşidilən təkər vıyıltısı Lenqdonu mənzərədən
ayırdı. İrəli atılaraq Siennadan yapışdığını hiss etdi.
Trayk Viale Machiavellinin ortasında dayanmışdı.
Lenqdon geri çəkildi. Fikri hələ də cəhənnəmin tutqun
girişində idi. Özünü toparlayaraq, harada olduğunu
anladı.
“Nə oldu?”
Sienna
təxminən,
270 metr aralıya, qədim
Florensiyanm girişi sayılan darvazalara tərəf işarə etdi.
“Robert, problemimiz var”.
10 Xanımlar və bəylər! - (alm.)
11 Xoş gəlmisiniz - (alm.)
12 Xoş gəlmisiniz - (fr.)
13 Xoş gəlmisiniz - (ing.)
19
fəsil
Agent Brüder kasıb mənzildə dayanıb gördüklərini
anlamağa çalışırdı. Axı burada kim yaşayır? Seyrək
mebellər və qarmaqarışıq əşyalar kasıb tələbə otağını
xatırladırdı.
“Agent Brüder?” Onun adamlarından biri dəhlizdən
səsləndi. “Bunu görmək istəyərsiniz?”
downloaded from KitabYurdu.org
141
Brüder dəhlizə doğru irəlilədikcə Lenqdonun yerli
polis tərəfindən yaxalanıb-yaxalanmadığın düşünürdü.
Brüder bu məsələnin elə “evdəcə” həll olunmasını
istəyirdi, lakin Lenqdonun aradan çıxması ona yerli
polisdən dəstək istəmək və yolların bağlamasını xahiş
etməkdən başqa çarə qoymamışdı.
Çevik motosiklet Florensiyanın labirint kimi
küçələrində Brüderin ağır polikarbonat şüşəli və
möhkəm,
gülləyədavamlı,
təkərli
furqonlarından
asanlıqla yayma bilərdi. İtaliya polisi kənar şəxslərlə
işbirliyinə getməsə də, Brüderin təşkilatının inanılmaz
təsiri var idi - polis, konsulluqlar, səfirliklər. Bizim
istəyimizi heç kim sualla qarşılamağa cürət edə bilməz.
Brüder, masaüstü kompüter qarşısında dayanan, əlinə
lateks (şəffaf rezin) əlcək taxmış kişi olan kiçik otağa
girdi.
“O bu aparatdan istifadə edib”, - kişi dedi. “Lenqdon,
emailini yoxlamaq və axtarış aparmaq üçün burdan
internetə qoşulub. Fayllar hələ də qalıb”.
Brüder masaya yaxınlaşdı.
“Amma Lenqdonun kompüteri deyil”, - texnik dedi.
“S.C. adlı bir nəfərin adındadır. Qısa bir zamanda adı -
dəqiqləşdirəcəyəm”.
Onu gözləyərkən Brüderin gözü masanın üzərində
downloaded from KitabYurdu.org
142
qalaqlanmış
kağızlara
sataşdı.
Onlan
götürüb
vərəqləməyə başladı - London Qlob Teatrının afişasından
tutmuş müxtəlif qəzet məqalələrinədək çox şey var idi.
Kağızlara baxdıqca Brüderin gözləri böyüyürdü.
Sənədləri götürüb dəhlizə çıxan Brüder dərhal
başçısına zəng vurdu. “Brüderdir”, - dedi. “Deyəsən,
Lenqdona kömək edən şəxsin kimliyini tapmışam”.
“Kimdir ki?” - başçı soruşdu.
Brüder
aramla
nəfəsini
dərdi.
“Buna
inanmayacaqsınız”.
Üç kilometr aralıda isə Vayenta özünün “BMV”
motosikletində ərazidən uzaqlaşırdı. Əks istiqamətdə
hərəkət edən polis maşınları onu ötüb keçirdi.
“Məndən əl çəkiblər”, - fikirləşdi.
Adətən, motosikletin dördlük mühərrikinin titrəyişli
səsi onun əsəblərini sakitləşdirərdi, amma bu dəfə belə
olmadı.
Vayenta Konsorsiumla on iki il işləmişdi. Aşağı
səviyyəli dəstəkçi kimi işə başlayaraq, strategiya
koordinatoru olmuş, sonralar yüksək rütbəli sahə agenti
kimi çalışmağa başlamışdı. “Karyeram mənim hər
şeyimdir”. Sahə agentlərinin həyatı yalnız məxfi, səyahət
və uzunmüddətli ezamiyyətlərdən ibarət olduğu üçün
onları əsl həyat və münasibətlərdən kənarda tuturdu.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |