119
var idi. Rəisin qarşısında əyilməyi həzm edə bilməyəcəyi
bir rəqib.
“Əgər o və ya onun şeytanları yerimi tapsalar...”
müştəri sözə başladı.
“Tapa bilməyəcəklər”, - rəis onu əmin etdi. “Məgər
sizi
indiyədək
gizlədib
istəklərinizi
yerinə
yetirməmişikmi?”
“Hə”, - kişi dilləndi. “Amma hər halda, daha rahat
yata...” O, fikrini toplamağa çalışdı. “Bilmək istəyirəm
ki, başıma bir iş gəlsə, mənim son arzumu yerinə
yetirəcəksiniz?”
“Arzunuz nədir ki?”
Kişi əlini çantasına atıb içindən bağlı kiçik bir zərf
çıxardı. “Bu zərfin içindəkilərlə Florensiyada yerləşən bir
seyfi açmaq mümkündür. Seyfin içindən kiçik bir əşya
tapacaqsınız. Mənə nəsə olsa, istəyirəm, mənim adımdan
bir nəfərə çatdırasınız. Bir növ əmanətdir”.
“Lap yaxşı”. Rəis qeyd eləmək üçün qələmini
götürdü. “Kimə çatdırmalıyıq?”
“Gümüşü saçlı şeytana”.
Rəis ona baxdı. “Sənə əzab verən adama hədiyyə?”
“Hədiyyə yox, bədbəxtlik”. Kişinin gözləri parıldadı.
“Sümükdən düzəldilmiş balaca tikan. Onun xəritə
olduğunu biləcək... o qadının özünün şəxsi Virgili... onu
downloaded from KitabYurdu.org
120
şəxsi cəhənnəminin tam ortasına aparan yol”.
Rəis uzun müddət ona baxdı. “Necə istəyirsiniz, elə
olsun. Olmuş kimi bilin”.
“Amma vaxt məsələsində tələsməyin”, - adam təkidlə
yenidən sözə başladı. “Hədiyyəni tez çatdırmağa ehtiyac
- yoxdur. Onu gizli saxlamalı olacaqsınız...” O, dayandı.
Sanki söyləyəcəklərini unutmuşdu.
“Nə vaxtadək?” - rəis soruşdu.
Kişi yerindən dik qalxıb rəisin masasının arxasına
keçdi. Masanın üstündəki qırmızı qələmi götürdü. Rəisin
şəxsi masaüstü təqviminin üstündə bir tarixi dairəyə aldı.
“Bu günədək”.
Rəis dişlərini bir-birinə sıxıb dərindən nəfəs aldı. Bu
adamın sərbəst hərəkətindən xoşlanmasa da, göz yumdu.
“Aydındır”, - rəis dedi. “Həmin günədək, seyfdəki
əşyanın nə olduğundan asılı olmayaraq, gümüşü saçlı
qadına çatdırılası tarixədək heç bir hərəkət etməyəcəyəm.
Sizə söz verirəm”. O, işarələnmiş tarixədək olan günləri
saydı. “Bu gündən düpbədüz on dörd gün sonra sizin
istəyinizi yerinə yetirəcəyəm”.
“Bircə gün belə tələsməmək şərtilə!”, - müştəri
amiranə tərzdə dedi.
“Başa düşürəm”, - rəis onu əmin elədi. “Hətta bir gün
qabaq da yox”.
downloaded from KitabYurdu.org
121
Rəis zərfi götürüb kişinin şəxsi işinin içinə qoydu.
Müştərisinin istəyi dəqiq yerinə yetirilsin deyə, ora
xüsusi işarələr də əlavə etdi. Müştəri seyfdəki əşyanın nə
olduğunu demədiyi üçün rəis məmnun idi. Bitərəflik
Konsorsium fəlsəfəsinin məhək daşı idi. Xidmətlə təmin
et. Sorğu-sualsız. Mühakimə yürütmədən.
Müştəri sanki rahatlaşdı, dərindən və ağır-ağır nəfəs
aldı. “Çox sağ ol”.
“Başqa bir istəyiniz?” - rəis soruşdu. O, tamamilə
dəyişmiş müştərisindən tez qurtulmağa tələsirdi.
“Hə, əslində, var”. Bu dəfə isə o, cibindən al qırmızı
rəngli yaddaş çubuğu çıxardı. “Bunun içində isə
videoyazı var”. O, yaddaş çubuğunu rəisin qarşısına
qoydu. “Bunun dünya mətbuatına çıxarılmasını
istəyirəm”.
Rəis kişiyə maraqla baxdı. Konsorsium tez-tez
müştərilərin istəyi ilə müxtəlif məlumatları kütləylə
paylaşırdı. Amma
nədənsə, bu adamın istəyi şübhə doğururdu. “Eyni
gündə?” rəis təqvimdəki tarixə işarə edərək soruşdu.
“Tamamilə doğrudur”, - müştəri cavab verdi. “Hətta
bir dəqiqə belə əvvəl olmaz.
“Anlaşıldı”. Rəis qırmızı yaddaş çubuğu üçün də
müvafiq məlumatlan qeyd etdi. “Deməli, bunlar?” O,
downloaded from KitabYurdu.org
122
ayağa qalxdı, bununla görüşün bitdiyini göstərmək istədi.
Müştərisi isə tərpənmədi. “Yox. Biri də qalıb”.
Rəis yenidən əyləşdi.
Müştərinin yaşıl gözləri indi bir az da yırtıcı
görünürdü. “Siz bu videoyazını paylaşdıqdan sonra, çox
qısa bir müddət ərzində mən son dərəcə məşhur adama
çevriləcəyəm”.
“Sən onsuz da, məşhur adamsan”, - rəis müştərisinin
nailiyyətlərini nəzərə alaraq düşündü.
“Bundan sizə də pay düşəcək”, - adam dedi. “Mənə
göstərdiyiniz xidmət şah əsərimi yaratmağa yardım etdi...
o əsər ki bütün dünyanı dəyişəcək. Buna kömək
etdiyinizə görə qürur duyacaqsınız”.
“Şah əsərinizin nədən bəhs etməsindən asılı
olmayaraq”, - rəis getdikcə artan səbirsizliklə dilləndi, -
“onu yaratmaq üçün ehtiyac duyduğunuz məxfiliklə
təmin olunduğunuzu eşitməkdən məmnunam”.
“Minnətdarlığımı bildirmək üçün sizə vida hədiyyəsi
təqdim etmək istəyirəm”. Kişi əlini çantasına atdı.
“Kitab”.
Rəis kitabın müştərisinin bu qədər vaxt ərzində
üzərində işlədiyi həmin gizli əsər olub-olmadığın
fikirləşdi. “Kitabı özünüz yazınısınız? ”
“Yox”. Kişi qalın cildli kitabı masanın üzərinə qoydu.
downloaded from KitabYurdu.org
123
“Tam əksinə... bu kitab mənim üçün yazılıb”.
Rəis çaşqın halda müştərinin təqdim etdiyi nüsxəyə
baxdı. “O fikirləşir ki, bu kitab onun üçün yazılıb?” Bu,
klassik ədəbiyyat nümunəsi idi... özü də on dördüncü
əsrdə yazılmışdı.
“Onu oxu”, - müştəri gülümsəyərək təkid etdi. “Nə
etdiyimi anlamaqda sizə yardımçı olacaq”.
Bu sözdən sonra pırpızbaş qonaq ayağa qalxdı, “sağ
ol” deyib gözlənilmədən otaqdan çıxdı. Rəis pəncərədən
kişinin
gəldiyi vertolyotla gəminin göyərtəsindən havaya qalxıb
İtaliya sahillərinə doğru qayıtmasına tamaşa edirdi.
Sonra isə rəis diqqətini qarşısındakı böyük kitabın
üzərində
cəmlədi.
Hələ
beynini
məşğul
edən
qeyri-əminliklə o, kitabın üz qabığının açıb ilk səhifəsinə
baxdı. Səhifədə böyük hərflərlə yazılmışdı:
CƏHƏNNƏM
Bu dünyada ömrümün yarısını keçəndə Mən girdim
zülmət kimi qaranlıq bir meşəyə, itirdim doğru yolu
zülmət dərə içində.
Vərəqin o biri üzündə isə müştəri öz xətti ilə yazdığı
qeydin altında belə bir imza atmışdı:
Mənim əziz dostum, öz yolumu tapmaqda mənə
yardımçı olduğun üçün çox sağ ol.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |