114
Sienna qaza basdıqca “Trayk”ın təkərlərinin qulaqbatırıcı
səsi hər tərəfə yayılırdı.
Lenqdon çevrilib arxaya baxdı. Əsgər silahını ona
tuşlamışdı. Lenqdon özünü sıxdı.
Güllə “Trayk”m arxa fənərinə dəydi. Bir az da
yuxandan
vurulsaydı,
Lenqdonun
onurğasını
zədələyəcəkdi.
İlahi!
Sienna sürətlə və qəfildən sola buruldu. Lenqdon
sürüşdüyünü hiss etdi, Özünü çətinliklə saxlayırdı.
“Özünü mənə sıx!”, - Sienna qışqırdı.
Lenqdon qabağa əyildi. Bu dəfə isə Sienna sürətlə
əsas yola girdi. Onlar daha bir binanın yanından
keçənədək Lenqdon, demək olar ki, nəfəs almadı.
O adamlar kim ola bilər axı?!
Siennanm diqqəti yolda idi. Tək-tük qarşıya çıxan
səhər nəqliyyatını sağdan və ya soldan keçərək sürətlə
“Trayk”ı idarə edirdi.
Yoldan keçənlər əynində “Brioni” kostyumu, ı metr
80 santimetr hündürlüyündə kişinin anq qadının
arxasında oturmasını təəccüblə seyr edirdilər.
Lenqdon və Sienna daha üç blok keçmişdilər ki,
qarşıdan siqnal verən furqon səsini eşitdilər. Qara furqon
döngəni iki təkəri üstə dönərək sürətlə onlara
downloaded from KitabYurdu.org
115
yaxınlaşırdı. Bu furqon binanın arxasında dayanan əsgər
dolu furqona bənzəyirdi.
Sienna dərhal sağa dönüb əyləci basdı. Lenqdonun
sinəsi onun kürəyinə sıxıldı. Qadın “Tryak”ı dayanmış
yük maşının dalında gizlətdi.
Görəsən, bizi gördülər?
Hər ikisi əyildi, gözləməyə başladılar... nəfəs belə
almırdılar.
Furqon şütüyərək düz onların yanından sürətlə keçdi.
Onları görməyiblərmiş. Maşın onlann bərabərinə çatanda
Lenqdonun gözü içəridə oturanlardan birinə sataşdı.
Arxa oturacaqda iki əsgərin arasında sanki əsir
götürülübmüş kimi qəşəng bir yaşlı qadın oturmuşdu.
Gözləri şişmişdi, başı isə maşın hərəkət etdikcə o tərəf-bu
tərəfə yellənirdi. Ağlını itirmiş və ya uymuş kimi
görünürdü.
Boynundan həmail asılmışdı, buruq ağ saçları isə
sinəsinə tökülmüşdü.
Lenqdonun boğazı tutuldu. Sanki ruh görmüşdü.
O, gözünə görünən həmin qadın idi.
17
fəsil
Rəis hirslə otağından çıxdı. “Mendasium”un uzun sağ
bortunda fikirlərini toplamaq üçün var-gəl eləməyə
başladı. Florensiyadakı binalardan gələn xəbərlər
downloaded from KitabYurdu.org
116
ağlasığmaz idi.
Ofisə qayıdıb əlli yaşlı Haylend Park (Highland Park)
kvası açmazdan əvvəl gəmini o baş-bu baş iki dəfə gəzdi.
Lakin kvası stəkana süzməyib butulkanı masaya qoydu.
Bu, onun özünüidarəni itirmədiyin təsdiqləyən vərdişi
idi.
Gözləri qeyri-ixtiyari kitab rəfindəki qalın, köhnə
kitaba sataşdı - müştərisinin hədiyyəsi idi... indi
tanıdığına peşman olduğu müştərisinin.
Bir il əvvəl... axı haradan biləydi ki?
Rəis adətən, yeni müştərilərlə özü söhbət etməzdi,
amma bu müştəri etibarlı mənbədən məsləhət bilindiyi
üçün o, istisna eləmişdi.
Müştəri birinci dəfə “Mendasium”a dənizin çox sakit
günündə şəxsi helikopteri ilə gəlmişdi. Qonaq 46
yaşında,
səliqəli, ucaboy, yaşılgöz yaraşıqlı bir kişi idi.
“Bildiyiniz kimi”, - kişi söhbətə başladı, - “sizi mənə
ümumi dostumuz məsləhət görüb”. Qonaq uzun
ayaqlarını çox rahat şəkildə uzatmışdı və rəisin dəbdəbəli
ofisində özünü xeyli sərbəst aparırdı. “İcazə verin, sizə nə
istədiyimi deyim”.
“Amma yox”, rəis kimin ev sahibi olduğunu
göstərmək niyyəti ilə onun sözünü kəsdi. “Mənim
downloaded from KitabYurdu.org
117
qanunlarıma əsasən, siz mənə heç bir söz deməməlisiniz.
Mən sizə göstərdiyim xidmətləri sadalayacağam və əgər
münasib
xidmət
olarsa,
siz
mənə
fikrinizi
bildirəcəksiniz”.
Qonaq pərtlik hiss etsə də, güzəştə gedərək diqqətlə
qulaq asmağa başladı.
Sonda isə uzundraz qonağın istəyinin Konsorsium
üçün standart bir tapşırıq olduğu bəlli oldu. Onu izləyən
maraqlı
gözləri
azdırmaq
üçün
bir
müddət
“gözəgörünməz” olmaq istəyirdi.
Uşaq oyuncağı.
Konsorsium onu saxta şəxsiyyət vəsiqəsi, tamamilə
gözdəniraq və təhlükəsiz yerlə təmin etməyi öhdəsinə
götürürdü. Necəliyindən asılı olmayaraq o, işini tam
məxfi halda görə biləcəkdi. Konsorsium heç vaxt
müştərilərinin hansı məqsədlə onun xidmətinə ehtiyac
duyduğu ilə maraqlanmazdı və xidmət göstərdikləri şəxs
haqqında mümkün qədər az məlumatlı olmağı üstünlük
verərdi.
İnanılmaz gəlir müqabilində rəis bu yaşılgöz adamı
tam bir il təhlükəsiz sığınacaqla təmin etdi. Elə o da ideal
müştəri oldu. Rəisin onunla heç bir əlaqəsi yox idi və
bütün ödənişləri vaxtında edirdi.
Amma iki həftə əvvəl hər şey dəyişdi.
downloaded from KitabYurdu.org
118
Gözlənilmədən müştəri əlaqə quraraq rəislə şəxsi
görüş tələb etdi. Onun ödədiyi məbləği nəzərə alaraq, rəis
razılaşdı.
Yaxtaya gələn pırpızbaş kişi ilə rəisin bir il öncə
gördüyü adam arasında inanılmaz fərq var idi. Hündür və
səliqəli kişi tamamilə tanınmaz hala düşmüşdü. İti baxışlı
yaşıl gözlərin ifadəsi yırtıcı nəzərlərlə əvəzlənmişdi. O,
demək olar ki... xəstə kimi görünürdü.
Ona nə olub? Görəsən, nə ilə məşğul imiş?
Rəis bu həyəcanlı adamı otağına dəvət etdi.
“Gümüşü saçlı şeytan”, müştəri deyinirdi. “Hər gün
bir az da yaxınlaşır”.
Rəis müştərisinin şəxsi işinə nəzər saldı. Cəlbedici
gümüşü saçlı qadının şəklinə baxdı. “Hə”, - rəis dedi, -
“sənin gümüşü saçlı şeytanın. Biz sənin bütün
düşmənlərini tanıyırıq. Bu qadın, nə qədər güclü olsa da,
biz səni tam bir il ondan uzaq saxlaya bildik və buna
davam edəcəyik”.
Yaşılgöz adam narahat halda yağlı saçlarının ucunu
barmağı ilə daramağa başladı. “Qoymayın onun gözəlliyi
sizi aldatsın, o, təhlükəli düşməndir”.
“Doğrudur”, - rəis düşündü. Kiminsə ona təsir
etməsindən xoşlanmayan müştərisindən rəis elə də razı
deyildi. Gümüşü saçlı qadının geniş imkanlan, çıxışları
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |