158
inkişaf etdirərək bəşər tarixinin iki ən tanınmış heykəlini
yaradır - Pietä və David. Bu gün biz onu Mikalancelo adı
ilə tanıyırıq - bu yaradıcı azman həm də Medicinin
insanlığa bəxş etdiyi ən humanist hədiyyə kimi tanmır.
Medicinin incəsənət sevdasına bələd olan Lenqdon
ailənin bu binanın - əslində, Medicinin əsas at tövləsi
kimi tikilmişdi - İncəsənət İnstitutuna çevriləcəyinə şad
olacağını bilirdi.
İndi gənc rəssamları ilhamlandıran bu sakit ərazi
vaxtilə Medicinin at tövləsi kimi seçilmişdi. Çünki
yaxınlıqda Florenisyanın ən gözəl minicilik sahəsi var
idi.
Boboli bağları.
Lenqdon soluna tərəf baxdı. Hündür divarın başından
meşədəki ağaclann başını görmək mümkün idi. Hazırda
Boboli bağlarının geniş ərazisi turistlərin sevimli görməli
yerlərindən biridir. Lenqdon Sienna ilə bağa girərək
Porta Romanadan gizlin keçə biləcəklərinə şübhə
etmirdi.
Əwəla, ona görə ki, bağlar daha geniş idi və
gizlənmək üçün sonsuz sayda yer tapmaq olardı -
meşələr, labirintlər, kahalar, axar sular. Lakin ən vacibi
bu idi ki, Boboli meşələri onları Palazzo Pittiyə
aparacaqdı. Bu daş istehkam böyük Medici
downloaded from KitabYurdu.org
159
hersoqluğunun əsas iqamətgahlarmdan biri olmuşdu ki,
140 otağı hələ də turist axınına məruz qalır.
“Palazzo Pittiyə çata bilsək”, - Lenqon fikirləşdi, -
“köhnə şəhərin körpüsünə bir addım qalacaq”.
Lenqdon bağların qarşısını kəsən divara baxdıqca
özünü mümkün qədər sakit apanrdı. “Bağlara haradan
girə bilərik?” - o soruşdu. “İnstituta girməzdən qabaq
bacıma bağlan göstərmək istərdim”.
Döyməli oğlan başını yellədi. “Bağlara buradan keçə
bilməyəcəksiniz. Porta Romanadan içəri girib maşınla
digər tərəfdən keçməlisiniz”.
“Gopdur”, - Sienna düşünmədən dedi.
Lenqdon da daxil olmaqla hamı çevrilib ona baxdı.
“Yaxşı görək”, o, quyruq formalı saçını yellədərək
özündən razı halda gülüb davam etdi. “Siz nəşə çəkmək
və ya vaxt
keçirməkçün heç vaxt divarı aşıb bağlara keçmirsiniz?”
Uşaqlar bir-birinə baxıb ucadan güldülər.
Döyməli oğlan yumşalmışdı. “Xanım, siz əminliklə
burada dərs deməlisiniz”. O, Sienna ilə binanın kənarına
tərəf getdi və küncdəki maşın dayanacağına işarə etdi.
“Soldakı anban görürsünüz? Onun arxasında köhnə
platforma var. Anbarın damma dırmaşıb oradan divann o
biri tərəfinə düşə bilərsiniz”.
downloaded from KitabYurdu.org
160
Sienna artıq yola düzəlmişdi. O, Lenqdona baxaraq
amiranə gülüşlə dedi. “Nə durmusan, Bob, qardaş?
Yoxsa çəpəri aşa bilməyəcək dərəcədə qocalmısan?”
17 Bağışlayın!
18 Dövlət İncəsənət Universiteti harada yerləşir? -
(ital.)
19 Biz italyanca danışa bilmirik - (ital.)
20
Əlbəttə ki! - (ital.)
22
fəSİl
Gümüşü saçlı qadın başını furqonun gülləkeçirməz
pəncərəsinə dayayıb gözlərini yumdu. Sanki dünyanın
ayağı altından qaçdığını hiss edirdi. Ona verilən həblərin
sayəsində özünü xəstə hiss edirdi.
“Mənim tibbi yardıma ehtiyacım var”, - o düşündü.
Yanında əyləşən silahlı keşikçiyə tapşırıq uğurla başa
çatanadək onun heç bir istəyini yerinə yetirməmək barədə
əmr verilmişdi.
Ətrafında yaşanan qarışıqlıqdan bunun tez başa
çatmayacağmı anlayırdı.
Başgicəllənməsi getdikcə artır, nəfəs almaqda çətinlik
çəkirdi. Ürəkbulanması ilə mübarizə apara-apara həyatın
onu bu dolaşıq və çarpaz yollara necə gətirib çıxardığını
düşünürdü. Hazırkı vəziyyətində cavabı tapmaq onun
üçün çox çətin olsa da, bütün bunların necə başladığın
downloaded from KitabYurdu.org
161
dəqiq bilirdi.
Nyu-York.
İki il əvvəl.
Cenevrədən Manhettenə uçmuşdu. O, Cenevrədə
Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri vəzifəsində
çalışırdı. Artıq on ildən çox idi ki, bu yüksək vəzifəni
daşıyırdı.
O, yoluxucu xəstəliklər və epidemiologiya üzrə
mütəxəssis
qismində
üçüncü
dünya
ölkələrində
pandemiya təhlükəsi haqqında mühazirə oxumaq üçün
BMT-yə dəvət olunmuşdu. Ümumdünya Səhiyyə
Təşkilatı və digər təşkilatlar tərəfindən təqdim olunan
xəstəliklərin erkən aşkarlanması sistemləri və müalicə
üsulları haqqında danışmışdı. Çıxışı nikbin və təskinedici
alınmışdı. O, ayaq üstündə alqışlarla qarşılanmışdı.
Mühazirədən sonra zalda akademiklərlə etdiyi uzun
müzakirəni BMT-nin yüksək rütbəli bir şəxsi pozmuşdu.
“Dr. Sinskey, Xarici Əlaqələr Şurası indicə bizimlə
əlaqə saxlayıb. Sizinlə söhbət etmək istəyən var. Maşın
gözləyir”.
Dr. Elizabet Sinskey (Elizabeth Sinskey) təəccüblü və
bir az da əsəbi halda həmsöhbətlərindən üzr istəyib əl
çantasını götürdü. Oturduğu limuzin Birinci prospektlə
irəliləyərkən özünü gərgin hiss etməyə başladı.
downloaded from KitabYurdu.org
162
Xarici Əlaqələr Şurası?
Elizabet Sinskey də başqalan kimi şayiələrdən
xəbərdar idi.
Özəl fikir təşkilatı kimi əsası 1920-ci ildə qoyulan
XƏŞ-in üzvləri sırasına, demək olar ki, hər bir dövlət
katibi, onlarla prezident, CİA-nın əksər başçıları,
senatorlar, hakimlər, eləcə də, Morqan (Morgan), Rotşild
(Rothschild) və Rokfeller (Rockfeller) kimi əfsanəvi
adlar daxildir.
Üzvlərinin misilsiz əqli bacarığı, siyasi təsiri və
imkanı sayəsində Xarici Əlaqələr Şurası “dünyanın ən
nüfuzlu özəl klubu” hesab olunur.
Ümumdünya Səhiyyə Təşkilatının direktoru kimi
Elizabet bu seçilmiş şəxslərlə az təmasda olmamışdı.
Uzun müddət ÜST- nin direktoru olması ilə yanaşı həm
də səmimiyyəti son zamanların ən sanballı jurnallardan
birinin onu dünyanın ən nüfuzlu iyirmi simasından ibarət
siyahıya daxil etməsinə səbəb olmuşdu. Dünya
Səhiyyəsinin Siması - şəklinin altında belə yazılmışdı.
Elizabet bu tərifi istehza kimi qəbul etmişdi, ən azından,
tez-tez xəstələnən bir uşaqlıq yaşadığı üçün.
Altı yaşından bəri kəskin astmadan əziyyət çəkən
Elizabet ilk dəfə olaraq yüksək dozalı dərman - dünyada
ilk qlukokortikoidlər və ya sterpid hormonlar - qəbul
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |