191
Bu, nə desən ola bilərdi: öldürücü xəstəlik və ya
genişmiqyaslı bioloji təhlükə. Bunu nəzərə almamaq
sadəlövhlük olardı.
Doğrudan da belə idisə, niyə öz dövləti onu aradan
götürməyə çalışsın ki?
Bəlkə fikirləşirlər ki, mən hansısa gizli hücum
hərəkatının - üzvüyəm.
Bu, inandırıcı səslənmirdi. Səbəb başqa idi.
Lenqdonun yadına yenə gümüşü saçlı qadın düşdü.
“Bir də gözümə görünən o qadın var. Elə hiss edirəm ki,
onu - tapmalıyam”.
“Belədirsə, hisslərinə güvən”, - Sienna dedi. “Bu
vəziyyətdə sənin üçün ən yaxşı kompas şüuraltı
yaddaşındır.
Bu adi intuisiyadır - hisslərin sənə o qadına inanmağı
deyirsə, məncə, sən o qadının dediyini etməlisən”.
“Axtar və tap”, - ikisi də bir ağızdan dedi.
Lenqdon dərindən nəfəs aldı. Gedəcəyi cığırın açıq
olduğunu anlayırdı.
Əlimdən yalnız tunelboyu üzmək gəlir.
Qərarsızlığı ona əziyyət versə də, ayağa qalxıb
ətrafına baxmağa başladı. Hansı tərəfə?
Onlar bir neçə cığırın birləşdiyi geniş talanı əhatə
edən ağaclann altında dayanmışdılar. Sol tərəfdə bir
downloaded from KitabYurdu.org
192
qədər aralıda Lenqdon ellipsşəkilli çən gördü. Çən ayrıca
bir ada kimi limon ağaclan və heykəllərlə dövrələnmişdi.
“Isolotto”, - Lenqdon düşündü. Perseyin at üzərində
heykəlini tanıdı. Atın bədəninin yarısı suda idi.
“Pitti Palace o tərəfdədir”, - Lenqdon dedi. O,
İsolottodan kənara şərq tərəfə işarə etdi. Bu, həm də
əraziboyu şərqdən qərbə doğru uzanan bağın əsas girişi -
Viottoloneyə səmt idi. Viottolone iki cığırlı yolun ərazisi
qədər genişdir və hər iki tərəfdən dörd yüz illik yaşı olan
qamətli sərv ağacları ilə - sıralanmışdı.
“Axı orada gizlənmək mümkün deyil”, - Sienna
üstüaçıq yola tərəf baxıb dedi. Onun bir gözü göydə dairə
cızan helikopterdə idi.
“Sən haqlısan”, - Lenqdon cavab verdi. “Ona görə də,
biz paralel tuneldən keçəcəyik”.
O yenə işarə etdi, bu dəfə isə Viottolone ilə birləşən
sıx ağaclığa. Bu yaşıllığın divannda içəri girmək üçün
kiçik
qövsvan keçid var idi. Həmin girişin davamı olan hündür
səki Viottolone ilə paralel uzanan tunel əmələ gətirirdi.
Tunel hər iki tərəfdən başları əyilərək birləşmiş incə palıd
ağaclan ilə əhatələnmişdi. Ağaclar 1600-cü illərdən bəri
xüsusi olaraq elə budanır ki, başlan birləşib yarpaqdan
talvar əmələ gətirsin.
downloaded from KitabYurdu.org
193
Bu cığırın adı La Cerchiatadır - hərfi tərcümədə girdə
və ya çənbərvan deməkdir - bu söz yoğun korsetə
bənzəyən, əyilmiş ağaclar çənbəri və ya cerchi-dən
qaynaqlanır.
Sienna sürətlə açıqlığa doğru qaçdı, eyni zamanda
kölgəli kanala tərəf baxdı. Dərhal Lenqdona tərəf çevrilib
gülümsəyərək dedi: “Əla”.
Vaxt itirmədən açıqlığı keçib ağaclann arasına tələsdi.
Lenqdon həmişə La Cerchiatanı Florensiyanm ən dinc
yerlərindən biri saymışdı. İndisə Siennaya baxdıqca yenə
yunan mərcan rifləri arasında üzən dalğıclan və özlərini
çıxışa çatdırmaqçün dua etdiklərini xatırladı.
Lenqdon sürətlə Siennanın arxasınca tələsdi.
Eyni anda onlardan bir kilometr aralıda - İncəsənət
İnstitutunun kənannda Agent Brüder iri addımlarla polis
və
tələbə dəstəsini ötüb keçirdi. Buzlu baxışları qarşısındakı
izdihamdan uzaqlaşırdı. O, yolunu əvəzləyici idarəetmə
postuna tərəf saldı. Axtanş üzrə mütəxəssis xüsusi
ləvazimatları furqonun arxasına yerləşdirmişdi.
“Havaya buraxdığımız helikopterdən çəkilmiş
görüntüdür”, - mütəxəssis ekranı Brüderə uzadaraq dedi.
“Bir neçə dəqiqə əvvəl qeydə alınıb”.
Bürder videoyazını sakitcə izləyirdi. Üzləri daha
downloaded from KitabYurdu.org
194
yaxından görünsə də, tutqun olan şəkildə dayandı - tünd
saçlı kişi və sarı saçı arxadan yığılmış qadın - hər ikisi
ağacların kölgəsində dayanıb göyə baxırdı.
Robert Lenqdon.
Sienna Bruks.
Heç şübhəsiz.
Brüder Boboli bağlarının yerdə açılmış xəritəsinə
nəzər saldı. “Onlar yanlış seçim ediblər”, - o, bağın
sxeminə baxıb fikirləşdi. Geniş və qarışıq olsa da, bağlar
həm də kənarlardan hündür divarla əhatələnmişdi.
Boboli bağları Bürderin nəzərində ən təbii ölüm
qutusu idi.
Heç vaxt buradan çıxa bilməyəcəklər.
“Yerli polis bütün girişləri bağlayır”, - agent dilləndi.
“Və mühasirəyə alır”.
“Məni xəbərdar elə”, - Brüder dedi.
O, asta-asta gözlərini yuxarı qaldırdı və furqonun
qalın polikarbonat şüşəsindən arxa oturacaqda əyləşmiş
gümüşü saçlı qadına baxdı.
Verilən dərmanlar onu Brüderin təsəvvür etdiyindən
də artıq keyləşdirmişdi. Buna baxmayaraq o, qadının
baxışlanndan onun nələr yaşadığını dəqiqliklə bildiyini
anlayırdı.
“Xoşbəxt görünmür”, - Brüder fikirləşdi. Axı niyə də
downloaded from KitabYurdu.org
195
olsun
ki?
26
fəsil
Su havada, təxminən, beş metr yuxarı qalxırdı.
Lenqdon onun asta-asta torpağa enməsinə baxdıqca
çıxışa yaxınlaşdıqlarını hiss edirdi. Onlar artıq La
Cerchiatanm yarpaqlı tunelinin o başından çıxmışdılar,
indi mantar ağaclığına keçən talada idilər. Buradan onlar
Boboli bağlarının ən hündür fəvvarəsini görürdülər -
Stoldo Lorenzinin üçbaşlı yabasını yerə doğru uzatdığı
bürünc heykəli. Yerli əhalinin “Çəngəl fəvvarə”
adlandırdığı bu su abidəsi bağların mərkəzi hesab olunur.
Sienna ağaclığın başında dayanıb göyü axtardı. “Mən
helikopteri görmürəm”.
Lenqdon da onun səsini eşitmirdi. Fəvvarənin səsi çox
güclü idi.
“Yəqin ki, yanacağı qurtarıb”, - Sienna dedi. “Bu
bizim şansımızdır. Hansı tərəfə?”
Lenqdon ona solu göstərdi və onlar dikdən düşməyə
başladılar. Ağaclardan uzaqlaşdıqca Pitti Palace
görünürdü.
“Sevimli balaca ev”, - Sienna pıçıldadı.
“Tipik Mediçi kiçiltməsi”, - Lenqdon dedi.
Pitti Palaceyə kilometrdən də az qalsa da, onun daş
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |