200
divarla əhatələnmiş şəhərdir, eynilə...” O dayandı və
çevrilib şərqə tərəf boylandı. “Eynilə... Vatikan kimi”.
Üzündə qəribə bir ümid işartısı sezildi.
Sienna onun Vatikanı misal çəkməsində bir məna
görməsə də, Lenqdon sarayın arxa tərəfindən şərqə doğru
baxaraq başını tərpədirdi.
“Bir az uzun yoldur”, - o, Siennanı dartaraq dedi.
“Amma çox güman ki, buradan çıxmaq üçün başqa yol da
var”.
Birdən qarşılarına divarın o tərəfindən iki nəfər çıxdı,
az qala, toqquşacaqdılar.
Qara geyimdə olduqlarından Sienna bir anlıq onlann
öz mənzilinə gələn əsgərlərdən olduğunu düşündü. Lakin
onlar dayanmadan keçib getdilər. Sienna turistlərin
italyan olduqlarını bildi, əyinlərindəki son dəbli qara dəri
gödəkcələr də bunu deyirdi.
Siennanm ağlına nə gəldisə, qəfildən turistlərdən
birinin qolundan yapışdı və bacardıqca mehribancasına
gülümsədi. “Puö dirci dov’e la Galleria del costume?” O,
italyanca soruşdu. Sarayın məşhur kostyum qalereyasının
yerini bilmək istəyirdi. “Io e mio fratello siamo in ritardo
per una visita privata”. - Biz qardaşımla özəl tura
gecikirik.
“Certo!” Kişilərdən biri onlara baxıb gülümsədi.
downloaded from KitabYurdu.org
201
Yardım etmək istədiyi hiss olunurdu. “Proseguite dritto
per il sentiero!” O, çevrilib qərbə tərəf işarə etdi.
Lenqdonun baxdığı yerdən tamamilə fərqli tərəfə.
“Molte grazie!”, - Sienna gülərək təşəkkür etdi. Onlar
uzaqlaşdılar.
Lenqdon razılıqla başını tərpətdi. Onun məqsədini
anlamışdı. İşdir, polis bu turistlərdən nəsə soruşsa, onlar
Sienna ilə Lenqdonun kostyum qalereyasına tərəf
getdiyini deyəcəkdilər.
Üzbəüzdəki divara vurulmuş xəritəyə görə qalereya
sarayın uzaq qərb hissəsində yerləşirdi... onlann
gedəcəkləri yerdən kifayət qədər aralıda.
“Biz oradakı cığıra çıxmalıyıq”, - Lenqdon dedi. O,
saraydan bir qədər aralıda, başqa bir təpənin ətəyindəki
yola işarə edirdi. Yol kənarındakı nəhəng ağacların əmələ
gətirdiyi canlı çəpərlə yaxşıca örtülmüşdü. İndi yüz metr
aralıda təpəboyu aşağı düşən polislərdən qorunmaq
olardı.
Sienna onların açıq taladan örtüldü cığıra keçmək
şanslarının lap az odluğunu hesabladı.
Orada da turistlər toplaşır, maraqla polisə tamaşa
edirdilər. Uzaqdan yaxınlaşan helikopterin səsi eşidildi.
“Ya indi, ya da heç vaxt”, - Lenqdon dedi. O,
Siennanm qolundan dartdı, sonra turistlərin yığışdığı
downloaded from KitabYurdu.org
202
açıqlığa tərəf getməyə başladı. Sienna qaçmaq istəsə də,
Lenqdon ondan yapışıb yeyin, amma sakit addımlarla
irəliləyirdi.
Onlar talaya çatanda Sienna arxaya çevrildi və polisin
onları
görüb-görmədiyin
yoxladı.
Polislər
əks
istiqamətdən göyə onlara yaxınlaşan helikopterə
baxırdılar.
Sienna üzünü çevirdi və Lenqdonun dalınca cığıra
tərəf tələsdi.
Artıq ağacların başından görünən Florensiya səması
ilə üz- üzə idilər. Sienna Duomonun qırmızı kirəmitli
günbəzini və Giotto zəng qülləsinin yaşıl, qırmızı və ağ
qübbəsini görə bilirdi. Bir anlıq o, Palazzo Vecchionun
da - çata biləcəklərinə ümid etmədiyi bina - mazğallı
qübbəsini gördüyünü zənn etdi.
Amma onlar aşağı düşdükcə böyük istehkam divarları
hündürləşir və mənzərənin qarşısını kəsirdi.
Onlar təpənin ətəyinə çatanda Sienna təngnəfəs halda
düşünürdü ki, görəsən, Lenqdon haraya getdiklərini
bilirmi. Cığır birbaşa labirint bağa aparsa da, Lenqdon
arxayınlıqla sol tərəfə mazğallı qübbəsini geniş çınqıl
artırmaya döndü.
Getdikcə ağacların kölgəsi ilə örtülmüş cığır arxada
qaldı. Artırma bomboş idi. Gəzinti yerindən çox işçilərin
downloaded from KitabYurdu.org
203
dayanacağına oxşayırdı.
“Axı biz hara gedirik?!” - Sienna tövşüyərək soruşdu.
“Demək olar, çatmışıq”.
Demək olar, hara? Artırma, ən azı, üç mərtəbəli bina
hündürlüyündə olan divarla əhatələnmişdi.
Yeganə çıxış yolu solda yerləşən geniş darvaza idi.
Onun da ağzı sarayın ilk tikildiyi dövrlərdən qalma dəmir
barmaqlıqla bağlı idi. Sienna çəpərin arxasında Piazza
dei Pittiyə toplaşan polisləri görə bilirdi.
Lenqdon getdikcə hündürləşən divar boyu yeriyirdi.
Birdən addımlarını yavaşıdıb qarşıdakı divara yaxınlaşdı.
Sienna da
bunu görüb qarşıdakı divarda qapı axtarmağa başladı.
Lakin gözünə bir oyuqdan savayı heç nə dəymədi.
Oyuğun içinə bəlkə də dünyanın ən zövqsüz heykəli
qoyulmuşdu.
Pərvərdigara, Mediçinin dünyada istənilən incəsənət
nümunəsini almağa gücü olduğu halda, bunumu seçiblər?
Kök və lüt cırtdan böyük bir tısbağanı özünə sıxmışdı.
Cırtdanın xayaları tısbağanın qınına yapışmışdı və
tısbağanın ağzından sanki xəstəymiş kimi su
damcılayırdı.
“Bilirəm”, - Lenqdon addımlayaraq dedi. “Bu Braccio
di Bartolodur - məşhur cırtdan hakim. Mənim fikrimi
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |