31
Lenqonda tərəf tuşladı - onun başına tərəf.
“Mən öləcəyəm, - Lenqdon düşündü, - elə bu dəqiqə
və - buradaca”.
Balaca palatada açılan atəş səsi qulaqbatıncı idi.
Lenqdon yıxıldı. Atəş həqiqətən açılmışdı, lakin səs
hücum edənin silahından çıxmamışdı. Otağın bərkdən
çırpılan dəmir qapısının səsi idi o. Dr. Bruks özünü irəli
ataraq qapını bağlamışdı.
Sinirdən titrəyən Dr. Bruks yerdə uzanmış həmkarına
tərəf cumdu və nəbzini yoxlamağa başladı. Birdən Dr.
Markoni öskürdü. Ağzından fışqıran qan yanaqlarından
qalın saqqalına doğru axdı. Sonra isə bədəninə süzüldü.
“Enrico, no! Ti prego!”2 qadın qışqırdı.
Çöldə isə dəmir qapıya vurulan güllə səsləri eşidilirdi.
Dəhlizi həyəcan siqnalının səsi bürüdü.
Nədənsə Lenqdon hərəkət edə bilirdi. Vahimə və
instinkt sakitləşdiricilərin təsirinə qalib gələ bilmişdi.
Yatağından qalxanda sağ qoluna qəribə bir sancı doldu.
Bir anlıq güllənin qapıdan keçib ona dəydiyini düşündü,
lakin qoluna baxdıqda iynənin çıxdığını gördü. Plastik
kateter qolundan çıxmış və isti qan borucuqdan üzüaşağı
axırdı.
Artıq Lenqdon tam ayıq idi.
Dr. Bruks hələ də cansız Markonin qolunda nəbz
downloaded from KitabYurdu.org
32
axtarırdı. Birdən beynində çaxmaq çaxıbmış kimi ayağa
qalxdı və Lenqdona tərəf çevrildi. Lenqdonun gözü
qabağında onun üzündəki ifadə tamamilə dəyişdi - gənc
üzünün cizgiləri sərtləşdi. Sanki təcili yardım şöbəsində
ağır xəstə ilə işləyirdi.
“Ardımca gəl”, - tələb etdi.
Dr. Bruks Lenqdonun qolundan yapışıb otaq boyu
dartmağa başladı. Lenqdon taqətsiz ayaqlan ilə irəli
getdikcə dəhlizdən gələn atəş və qarışıqlıq səsi eşidirdi.
Beyni oyaq olsa da, dərmanlarla yüklənmiş bədəni
çətinliklə reaksiya verirdi. Tərpən! Ayağının altındakı
metlax döşəmə ona buz kimi soyuq gəlirdi. Əynindəki
nazik xəstəxana xalatı güclə 1.82 boyunu örtürdü.
Damarından baş barmağına doğru süzülən qanı hiss
edirdi.
Aramsız vurulan güllələr qapının dəstəyinə dəyirdi.
Dr. Brkuks onu kobudcasına vanna otağına itələdi. Özü
də içəri girərkən birdən arxaya çevrildi. Qaçıb
Lenqdonun qanlı Harris Tveed pencəyinə əl atdı.
Zəhrimar pencəyi bir qırağa at!
Əlində pencək vanna otağında girdi və qapını dərhal
kilidlədi. Eyni anda palatanın qapısı sürətlə açıldı.
Gənc həkim özünü itirmirdi. Cəld hərəkətlə kiçik
otaqdakı ikinci qapını açdı və Lenqdonu reanimasiya
downloaded from KitabYurdu.org
33
otağına tərəf itələdi. Dr. Bruks başını çıxarıb dəhlizi
yoxlayarkən arxadan
atəş səsi eşidildi. O, Lenqdonun qolundan tutub dəhlizə
çıxartdı, pilləkənlərə tərəf irəlilədi.
Növbəti on beş saniyə gərgin keçdi... pilləkənlərlə
üzüaşağı düşərək... ayaqları bir-birinə ilişərək...
yıxılaraq. Lenqdonun başının zoqqultusu dözülməz idi.
Getdikcə daha bulanıq görürdü, əzələləri də
süstləşmişdi.
Hər hərəkəti gecikmiş reaksiyaya
bənzəyirdi.
Birdən hava soyumağa başladı.
Mən çöldəyəm.
Dr. Bruks onu xiyaban boyu itələyərək binadan
uzaqlaşdırırdı. Birdən Lenqdounun ayağı sərt nəyəsə
ilişdi və o pis şəkildə səkiyə yıxıldı. Xanım onu çətinliklə
ayağa qaldırdı.
O, Lenqdonun ağır sakitləşdiricilər qəbul etdiyini
unutmuşdu.
Xiyabanın sonuna yaxınlaşdıqda Lenqdonun ayaqlan
yenə dolaşdı. Bu dəfə qadın onu yerdəcə qoyub uzaqdan
küçədən keçən kiməsə san qaçdı və qışqırmağa başladı.
Lenqdon qaranlıqda hospitalın qarşısında dayanan
taksinin yaşıl işığını sezə bildi. Maşın hərəkətsiz idi,
sözsüz ki, sahibi yuxulayırdı. Dr. Bruks var gücü ilə
downloaded from KitabYurdu.org
34
qışqırıb qollarını
yelləyirdi. Nəhayət ki, taksinin qabaq işıqlan yandı və
tənbəlcəsinə onlara doğru irəliləməyə başladı.
Birdən Lenqdonun arxa tərəfində qapı açıldı və
sürətlə yaxınlaşan ayaq səsləri eşidildi. Lenqdon geri
boylandı, ona san gələn qara silueti gördü. Ayağa
qalxmağa cəhd göstərirdi. Eyni anda Dr. Bruks ondan
yapışıb “Fiat” markalı taksinin arxa oturacağına
oturtmağa çalışırdı. Bədənin yarısı maşının oturacağında,
yarısı isə döşəməsində idi. Dr. Bruks onun başının
üstündən əyilib açıq qapını bağladı.
Yuxulu sürücü çevrilib maşınına oturan bu qəribə
cütlüyə baxdı - at quyruğu kimi saçını yığmış gənc qadın
və əynində yanarılmış xəstəxana xalatı, qolundan isə qan
axan kişi. Qara dəri geyimli qadın xiyabandan çıxaraq
atəş açdı. Dr. Bruks Lenqdounun başında tutub aşağı
basdı. Arxa şüşə çilik-çilik olub onların üstünə töküldü.
Sürücüyə əlavə nəsə deməyə ehtiyac qalmamışdı.
Ayağını qaza basmağı ilə maşının sürətlə hərəkətə
gəlməsi bir oldu.
Lenqdonun beyninin ayıq hissəsi gərgin halda
düşünürdü. Kimsə məni öldürmək istəyir?!
Döngəni dönən kimi Dr. Bruks düz oturub Lenqdonun
qanayan qolunu tutdu. Kateter damardakı deşikdən dik
downloaded from KitabYurdu.org
35
çıxmışdı.
“Pəncərədən çölə bax”, - həkim əmr elədi.
Lenqdon tabe oldu. Çöldə qəbir daşları ruh kimi
bir-birini
əvəzləyirdi. Qəbiristanlıqdan keçirdilər.
Lenqdon həkimin barmaqlarını qolunda hiss etdi. Həkim
ona heç bir xəbərdarlıq etmədən kateteri dartıb çıxartdı.
Lenqdon damarından başına doğru qalxan kəskin bir
ağrı hiss etdi. Gözləri bataqlığa düşübmüş kimi getdikcə
aşağı dartılırdı. Birdən hər şey qaraldı.
2 Enriko, ölmə! Xahiş edirəm! - (ital.)
5
fəsil
Ucadan gələn telefonun səsi gözlərini Adriatikin
hüzurverici mənzərəsinə zilləmiş rəisi dərhal kupe
ofisinə qayıtmağa məcbur etdi.
“Əsl vaxtıdır”. Gözlədiyi xəbəri eşitmək üçün
həyəcanla düşündü.
İş masasının üstündəki kompüterin ekranında yanıb-
sönən işıq gələn zəngin İsveç Sectra Tiger XS-dən
olduğunu göstərirdi. Adətən, gələn zənglər gəmiyə
qoşulmazdan əvvəl dörd gizli yönləndirici sistemdən
keçirdi.
O qulaqcıqlarını taxdı. “Danışan rəisdir”, - astadan
dedi: - “Sözünü de”.
“Vayentadır”, - digər tərəfdəki səs cavab verdi.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |