26
Dəhlizin sonunda qapı möhkəm çırpıldı. Lenqdon dəhliz
boyu kiminsə yaxınlaşdığını görürdü.
Gələn qadın idi. O, başdan-ayağa qara geyinmişdi.
Şux və güclü qaməti, tünd hörükləri var idi. Ayaqları yerə
toxunmurmuş kimi süzərək hərəkət edir və birbaşa
Lenqdonun palatasına tərəf gəlirdi.
Dr. Markoni tərəddüd etmədən dəhlizin açıq qapısına
tərəf cumdu və gələnin qarşısını aldı. “Ferma!” Kişi polis
kimi əlinin içini göstərərək əmr etdi.
Yabançı qadın səsboğucu taxılmış tapançasını
çıxartdı. O, Dr. Markoninin sinəsini nişan alaraq atəş
açdı.
Qəribə bir vıyıltı eşidildi.
Dr. Markoni otağa san aşıb arxası üstə döşəməyə
sərildi. Əli ilə sinəsindən yapışmışdı. Ağ laboratoriya
xalatı qana bələnmişdi. Lenqdon dəhşət içində ona
baxırdı.
3
fəsil
İtaliya sahillərindən səkkiz kilometr aralıda, nəvazişlə
yırğalanan Adriatik dənizin dalğalarında sübh açılırdı.
Sübhü yaran yetmiş iki metrlik bahalı yaxta -
“Mendasium” (The Mendacium) sürətlə irəliləyirdi.
Gəminin gövdəsi metal rəngində idi və ona heç də xoş
olmayan hərbi görünüş verirdi.
downloaded from KitabYurdu.org
27
300 milyon ABŞ dolları qiymətində olan bu gəmi
ağlasığan bütün cah-calal ilə təmin olunmuşdu - spa,
hovuz, kinoteatr, şəxsi sualtı qayıq və vertolyot
meydançası.
Lakin bütün bu dəbdəbə sahibinin heç gözündə
deyildi.
Beş il əvvəl əldə etdiyi yaxtanı o, qurğuşunla örtülmüş
hərbi sursat və elektronika komandanlıq mərkəzinə
çevirmişdi.
Özünə məxsus üç peyklə və çox sayda cazibə
qüvvəsini
translyasiya
edən
stansiyalarla
əlaqələndirilmiş “Mendasium”un idarəetmə otağında
iyirmidən çox işçi var idi - texniklər, analitiklər,
əməliyyatçı koordinatorlar. Onlar gəmidə
yaşayır və quruda yerləşən müxtəlif əməliyyat mərkəzləri
ilə daim ünsiyyətdə olurdular.
Yaxtanm kiçik mühafizə bölümünə hərbi təlim
görmüş əsgərlər, iki raket aşkarlayıcı sistem və ən son
silah növləri ilə təchiz olunmuş sursatxana daxildir.
Aşpazlar, xidmətçilər və digər işçilər də hesablansa,
ümumi heyət qırx nəfərdən çoxdur. “Mendasium”
əslində, sahibinin öz imperiyasını idarə etdiyi və hərəkət
edə bilən ofis binasıdır.
İşçilərinin “rəis” deyə adlandırdıqları bu bəstəboy
downloaded from KitabYurdu.org
28
adamın qaralmış dərisi və dərin gözləri vardı. Fiziki
quruluşu və - davranışı ilə arasında müəmmalılarm da
olduğu ayrı-ayrı adamlara gizlicə xüsusi xidmət
göstərmək yolu ilə yaxşıca varlanmış biznesmen
obrazına uyğun gəlirdi.
Haqqında çox sözlər deyilirdi - ürəksiz dəllal,
günahkar möhtəkir, şeytanın əlaltısı - lakin bunların heç
birini ona şamil etmək olmazdı. Rəis sadəcə olaraq, öz
müştərilərinə istək və niyyətlərini yerinə yetirmək imkanı
yaradırdı; insanlığın günahlarla dolu təbiəti onun
problemi deyildi. Ona qarşı çıxanlara və onların etik
etirazlanna baxmayaraq, rəisin mənəvi
diapazonu sabit ulduz kimi idi. O öz etibarını - və
konsorsiumu
- iki qızıl qayda əsasında qurmuşdu.
Əməl edə bilməyəcəyin sözü vermə.
Və heç zaman müştəriyə yalan danışma.
Heç zaman!
Öz peşəkar karyerası boyunca rəis nə verdiyi sözə, nə
də əmələ xəyanət etmişdi. Dediyi söz banka qoyulmuş
pul kimi idi
- tam əmniyyətdə - və görəcəyi işin digər yolu olduğunu
bilib peşman olardısa belə, geriyə çəkilmək onun üçün
heç vaxt çözüm deyildi.
downloaded from KitabYurdu.org
29
Bu səhər yaxtanın kupesindəki şəxsi eyvanına çıxıb
nehrə kimi yellənən dənizə baxdıqca, rəis içindəki
vəlvələdən fikrini yayındırmağa çalışırdı.
Keçmişdə verdiyimiz qərarlar mövcud anımızın
memarlarıdır.
Rəisin keçmişdə verdiyi qərarlar istənilən vəziyyətlə
bağlı danışıqlar aparmasına kömək etmiş və hər şeydən
öndə olmuşdu. Lakin bu gün pəncərədən uzaqda işaran
italyan
torpağına baxdıqca özünü son dərəcə hövsələsiz hiss
edirdi.
Bir il əvvəl elə bu yaxtada o, indi imperiyasını
hədələyənlərlə bağlı qərar vermişdi. “Mən yanlış insana
xidmət etməyə razılaşıbmışam”. Həmin vaxt bunu heç
cür anlaya bilməzdi. İndisə hər şey aşkara çıxmış və
gözlənilməyən fırtına rəisə meydan oxumağa başlamışdı.
Buna görə də o, ən yaxşı agentlərindən birini əraziyə
göndərmişdi. “Nə lazım gələrsə, edəcəyəm”, - deyə
hərəkətə keçmişdi. Gəmisinin batmasına göz yuma
bilməzdi.
Hazırda rəis agentindən cavab gözləyirdi.
“Vayenta”(Vayentha), - o düşündü. Yadına güclü və
hörüklü mütəxəssis düşdü. Ona illər boyu mükəmməl
şəkildə xidmət edən bu insan dünən gecə dəhşətli səhv
downloaded from KitabYurdu.org
30
etmişdi. Vəziyyətə yenidən nəzarət edə bilmək üçün ötən
altı saatda keçirdiyi hisslər müdhiş idi.
Vayenta səhvin, sadəcə, bəxtsizlik olduğunu deyirdi -
gözlənilmədən gələn göyərçin qurultusu.
Rəis isə bəxtə inanmırdı. Həyatda gördüyü bütün
işlərdə təsadüfün və şansın roluna qarşı mübarizə
aparmışdı. Təmkinli olmaq rəisin məharəti idi - imkanları
öncədən sezə bilmək, cavabları qabaqcadan hiss etmək
və reallığı arzuedilən nəticəyə uyğun formaya salmaq.
Göstəricilərinə saysız uğur və gizlilik daxil idi. Nəticədə
müştərilərinin əsasını milyarderlər, siyasətçilər, şeyxlər
və hətta hökumətlər təşkil edirdi.
Sübhün ilk işartıları şərqdən görünərək sonuncu
ulduzları da söndürürdü. Rəis göyərtədə dayanıb
Vayentadan tapşırığın planlaşdırılmış kimi başa çatması
xəbərini gözləyirdi.
4
fəsil
Lenqdon anilik həyatın durduğunu hiss etdi.
Dr. Markoni yerdə cansız uzanmışdı, sinəsindən
dayanmadan qan axırdı. Bədənindəki sakitləşdiricilərdən
halsız olan Lenqdon çətinliklə də olsa, gözlərini
qaldıraraq hələ də dəhlizdə onun palatasına doğru qaçan
hörüklü qatilə baxdı. Qapıya yaxınlaşmasına artıq bir
neçə metr qalmışdı. Kandara ayağını qoyan kimi silahını
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |